Fəal interaktiv təlim üsulları
İntellektual potensialın inkişaf etdirilməsi, eləcə də onun qorunub saxlanılması üçün dövlətin biz müəllimlərin qarşısında qoyduğu tələbləri yerinə yetirməklə yanaşı, təhsilimizi daim dəyişən şəraitə uyğunlaşdırmalıyıq. Təlim prosesinin iştirakçılarının müəllim və şagird olmasına baxmayaraq, fəal təlimin tətbiq edilməsinə məhz müəllimdən başlamaq lazımdır.
İlk öncə müəllim interaktiv olmalıdır ki, dərs prosesində şagirdləri interaktivliyə yönləndirə bilsin. Bildiyimiz kimi, dövlətin qarşımızda qoyduğu tələblər var. Bu tələb xüsusilə ondan ibarətdir ki, istənilən bir sahədə standart olduğu halda, təhsildə standart anlayışı yox idi. Lakin, təhsil sistemində baş verən dəyişiklik nəticəsində biz müəllimlər təlimimizi hansı standarta uyğunlaşdıracağımızı müəyyən etmə imkanına malik olduq.
Bu zaman biz dövlətin qarşımızda qoyduğu tələbləri yerinə yetirmək məqsədilə təlim prosesində müxtəlif üsullardan istifadə edirik.
Fəal təlim üsulları ilə işləmək üçün aşağıdakıları nəzərə almaq
lazımdır.
1. Fəal təlim üçün iş formalarının müəyyən edilməsini
2. Fəal dərsin mərhələlərini
3. Fəal dərsin strukturunu
Təlim prosesini təşkil edərkən müəllim üsul seçimində tamamilə
sərbəstdir. Lakin müəllim fəal təlim üsulunu seçərkən diqqətli
olmalıdır. Bildiyimiz kimi, Fəal dərsin əsas 7 mərhələsi vardır.
Müəllim dərsin hansı mərhələsində hansı üsuldan istifadə
edəcəyini dəqiq müəyyən etməlidir. Təlim strategiyaları
seçilərkən müəllimin öz dərsində istifadə edəcəyi standartları
mütləq nəzərə alınmalıdır.
Aşağıda biz, interaktiv təlimin həyata keçirilməsinə imkan
yaradan müxtəlif üsulların təsviri verilmişdir.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.