DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Suallar

Suallar
Bu üsulun tətbiqində məqsəd şagirdlərdə idrak fəallığının artırılması və həmçinin təfəkkürün inkişafında, biliyin əldə edilməsində və xüsusən tədqiqatın aparılmasında sualların böyük əhəmiyyəti var. Onlar, tədqiqat zamanı işə təkan verən amil kimi çıxış edir.
Dəqiq sualı vermək və alınan məlumatları tutuşdurmaq bacarıqları məntiqi və tənqidi təfəkkürü formalaşdırır.
Sual verməyin keyfiyyətini bilmək üçün aşağıdakı meyarlardan istifadə etmək olar:
   1.Sualların  sayı;
   2. Məntiqi ardıcıllığı;
   3.Orjinalllığı;
   4.Təsviri və ya “dərin” suallar;
   5.Sualın məzmununun əhəmiyyətliliyinin dərəcəsi;

Bu tapşırıqları yerinə yetirərkən siz sualların təlim prosesində olan əhəmiyyətini daha da aydın hiss edəcəksiniz və sualların arasında olan fərqi dərk edəcəksiniz, çünki sualların çətinlik dərəcəsi fərqlidir. Hər tapşırığı yerinə yetirəndən sonra sizə verilən qiymətləndirmə meyarları əsasında onların yerinə yetirilməsinin səviyyəsini müəyyənləşdirə bilərsiniz.
Tapşırıq 1.  Sən nə  öyrənmək istərdin?
Təlimat: Hansı suallara cavab tapmaq istərdin?
Qiymətləndirmə meyarları:
1)  Aşağı: Sualların az miqdarı. Suallar stereotipdir. (oxşar və təkrarlanan)
2)  Orta: Sualların çox olması. Suallar xüsusiyyətlərə, funksiyalara, növlərə və s. aiddir. Suallar faktoloji xarakter daşıyır: “Nə?”, “Harada?”, “Nəz zaman?”
3)  Yüksək: Sualların çox olması. Suallar əşyalar və hadisələr arasında əlaqələrin seçilib ayrılmasına yönəlib ( “Necə?”, “Nə cür?” ,“Nəyə görə?”, “Hansı əlaqə var?”)
Tapşırıq 2.  Açar sözlərin köməyi ilə sual ver.
Təlimat: “Hansısa bir əşya və ya hadisə seç və bu əşya və ya hadisə haqqında hansısa yeni bir şey öyrənmək üçün açarların köməyi ilə sual verir.”
Qiymətləndirmə meyarları:
   1.Aşağı: Suallar mənasızdır, təsadüfi qurulub;
   2.Orta: Açar sözləri az istifadə olunur;
   3.Yüksək: Suallar açar sözləri ilə qurulur, mənalıdır;
Tapşırıq 3. Şəkilləri üzrə suallar ver.
Təlimat: “Şəkilə bax və bu şəkil üzrə hekayə qurmaq üçün suallar ver”.
Qiymətləndirmə meyarları:
   1.Aşağı: Suallar xaotik xarakter daşıyır;
   2.Yüksək: Suallar şəklin əsas anlarını qeyd edir.
Tapşırıq 4. Sualları başqa cür ifadə et.
Təlimat: “İlkin sualı necə dəyişdirmək olar?”
Məsələn: Siz yağışa necə yanaşırsınız?
Qiymətləndirmə meyarları:
   1.Aşağı: Tapşırığın mənasını başa düşmür;
   2.Yüksək: “Yağış yağanda Sizdə hansı hisslər oyanır?”, “ Yağış zamanı Siz özünüzü necə hiss edirsiniz?” kimi suallar verir.

Tapşırıq 5.  Sualların yaradıcı şəkildə dəyişdirilməsi.
Təlimat: “Qapalı” sualı “açıq” suala çevir.
Qiymətləndirmə meyarları:
    1.Aşağı: Açıq suala çevirərək mənasını itirir.
     2.Yüksək: Sualın mənasını saxlamaqla açıq suala çevirir.
Tapşırıq 6. Tədqiqata yönələn suallar. “Bu nədir?”
Təlimat: “Fotoşəkilə baxın.  Bunun nə olmasını başa düşmək üçün sualalr verin.
Daha çox müxtəlif suallar verməyə çalışın.
Qiymətləndirmə meyarları:
   1.Aşağı: “Bu nədir?”, “Harada?”, “Nə zaman?”, “Haraya-Haradan?”, “Necə?”, “Niyə?”, , Nəyə görə?” sualları sistemsiz, xaotik şəkildə və ya əşyaların əsas olmayan əlamətlərini qeyd edir.
   2.Orta: “Bu nədir?”, “Necədir?”, “Harada?”, “Nə zaman?”, “Haraya?”, “Haradan?”, “Necə?”, “Niyə?”, “Nəyə görə?” suallar sxemi üzrə verilir və həmçinin əşyaların əhəmiyyətli əlamətlərini qeyd edir.
   3. Yüksək: Suallar tədqiqatı və ümumiləşdirilmiş xarakter daşıyır, açar sözlərlə bağlıdır.
Məsələn:
-          Hansı növ hadisələrə aiddir?
-          Hansı xüsusiyyətlərə malikdir?
-          Hansı məna daşıyır
-          Harada istifadə olunur
-          Necə dəyişir
-          Nəyə görə dəyişir
-          Nəyə təsir göstərir
-          Başqa hadisələrlə necə bağlıdır?
Tapşırıq 7. Problemi ifadə et.
Təlimat: “ İnsanda təbiətlə bağlı yaranan bir neçə problemi adlandır”.
Qiymətləndirmə meyarları:
   1.Aşağı: Problemlərin miqdarı çox deyil, standart məzmunludur.
    2.Yüksək: Standart olmayan, orijinal problemlərin daxil edilməsi ilə onların miqdarı çox və müxtəlifdir.
Tapşırıq 8. Sərbəst mövzuya yönələn sualların verilməsi
Təlimat: “Açarları və mövzunu sərbəst seçərək “açar sözləri” istifadə edib sual qur.
Qiymətləndirmə meyarları.
1.   Aşağı: Mövzu ilə əlaqədar açarların  xaotik istifadə olunması. ( Mövzunun həm məlum, həm də naməlum aspektlərini əks etdirirlər.)
2.   Yüksək: Mövzunun əhəmiyyəti aspektlərini əks etdirən sualların sistem şəklində verilməsi.
-          Suallar dərs prosesində tədqiqatların səmərəli qurulmasını stimullaşdırır. Şagirdlərin idrak fəallığının artırılmasında böyük  rol oynayır.
-          Sualların sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu tənqidi  təfəkkürün inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli, məzmunlu və mövzu ilə bilavasitə əlaqəli olmalıdır.
Fəal interaktiv dərsin bütün mərhələrində, bütün iş formalarından istifadə etməklə tətbiq edilə bilər.  Müəllim sualları tərtib edərkən sinfin səviyyəsini və şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almalıdır.
Yarana biləcək problemlər:
-          İşgüzar səs-küy
-          Vaxtın uzanması

-          Sualların aydın olmaması
Mənbə: Zülfiyyə Veysova


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar