DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Problemin Həlli



 Problemin həlli

Problem həlli evristik və cəlbetmə potensialına görə ən faydalı metodlardan biridir. Bu ziddiyyətli, münaqişəli
vəziyyətin təhlili üçün qanunları tətbiq etmək və sınaqdan keçirməklə, qoyulan problemin həlli yollarını araşdırmağa yönəldir. O, şüurlu strukturları birləşdirir, sorğu-sual mühitini stimullaşdırır, aktiv iş üslubu yaradır, fərdi fikirlərin bildirilməsini ruhlandırır.
Üsulun tətbiqində məqsəd:
-Idrak fəallığı yaratmaqla problemi yaradan ziddiyyətləri aşkar edib, onun həllinin səmərəli yolunu tapmaq.

-          Bütün  qrupu tətqiqata cəlb etmək
-          Məlumatı sistemləşdirmək
-          Yaradıcılığı stimullaşdırmaq
-          Qiymətləndirmə proseslərinin inkişafı
Bu metoddan istifadə şagirdlərin şəxsiyyətini, onların intellektual, emosional və iradi xüsusiyyətlərini inkişaf etdirir.
Üsul tətbiq edilərkən ilk öncə problem situasiyanın yaradılmalı, başlanğıc nöqtə və məqsəd müəyyənləşdirilməli, problemi yaradan ziddiyyət və onun səbəbləri aşkara çıxarılmalı, problemin həlli yollarını tapmaq məqsədilə faktlar, dəlil və təkliflər toplamalı, ilkin vəziyyətin dərindən tədqiqi və məlumat seçilməli, məlumat təşkil olmalı, mümkün həll yolları müəyyənləşdirilməli, təklifləri ümumiləşdirib problemin həllinin səmərəli yolu əsaslandırılmalı, nəticə ümumiləşdirilməli, seçilmiş həll yolları və nəticələr qiymətləndirilməli və yoxlanılmalı.
Üsul tətbiq edilərkən müəllim bütün siniflə və ya kiçik qruplarla iş formasından istifadə edə bilər. Üsulun tətbiqinə maksimumum 30 dəqiqə vaxt ayrılır..
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
-          Ziddiyətlərin aşkara çıxarılmasında çətinlik
-          Şagirdlərin fərdi keyfiyyətləri(qarşılıqlı dinləmə, dözümlülük)
-          Vaxt çatışmazlığı
-          Səs-küy


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar