DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
Kooperativ Tədris etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Kooperativ Tədris etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

2 Aralık 2015 Çarşamba

Kooperativ İş üsulları

Sinifdə istifadə olunan Kooperativ Tədris üsulları
PAZL (JİGSAW)
PAZL (JİGSAW)- 5 nəfərlik qrupda formalaşır. Hər qrup üzvünə dərsin bir hissəsini öyrənmək və sonra qrup üzvlərinə həmin hissəni tədris etmək tapşırılır. Eyni hissə üzərində işləyən şagirdlər bir yerdə yığılır və ən vacib hissələri müəyyənləşdirir və tapşırığı hansı üsullarla digər qrup üzvlərinə çatdırılmasını müzakirə edirlər. Bu ekspert qruplar ilkin qruplarına qayıdır və öz kiçik qruplarında öyrəndiklərini bölüşürlər. Test və tapşırıqlar bundan sonra keçirilir.


DÜŞÜN-CÜTLƏŞ-BÖLÜŞ (THİNK_PAİR_SHARE)
DÜŞÜN-CÜTLƏŞ-BÖLÜŞ (THİNK_PAİR_SHARE)- 3 addımdan ibarət bir kooperativ üsuldur. Birinci mərhələdə şagirdlər müəllim verən sual ətrafında fərdi olaraq fikirləşirlər. Ikinci mərhələdə şagirdlər cütlüklərdə öz fikirləri ilə bölüşürlər. Üçüncü mərhələdə, cütlüklər digər cütlüklərlə, digər komandalarla və ya bütöv siniflə bölüşürlər.

Üç mərhələli müsahibə (Three-Step İnterview)
(Kagan) – Komandanın hər üzvü cütlükləri seçir. Birinci mərhələdə şagirdlər cütlüklərlə mövzu ətrafında müsahibə ( aydınlaşdırıcı suallar vasitəsilə) aparırlar. İkinci mərhələdə cütlüklər rollarını dəyişirlər. Sonuncu mərhələdə cütlüklər cavablarını bütöv komanda ilə bölüşürlər

Raund Oyunu (RoundRobin Brainstorming) (Kagan)

Raund Oyunu (RoundRobin Brainstorming) (Kagan)- Sinif kiçik qruplara bölünür (4-6 nəfər), 1 nəfər qeydləri aparmaq üçün təyin olunur. Sual və ona bir neçə cavab verilir və şagirdlərə  həmin cavablar ətrafında düşünmək üçün vaxt ayrılır. Növbəti mərhələdə, komandanın üzvləri növbə ilə cavabları bölüşürlər. Qeyd aparan şəxs qrup üzvlərinin cavablarını yazır. Qeyd aparanın yanında olan şagird ilk başlayır və hər kəs ayrılmış vaxt çərçivəsində sualın cavabını verir.

Üç dəqiqəlik yoxlama ( Three-minute review)

Üç dəqiqəlik yoxlama ( Three-minute review)- Müəllim mövzunu, müzakirəni istədiyi anda dayandırır və komandaların söylədikləri ətrafında düşünməsinə 3 dəqiqə vaxt ayırır, dəqiqləşdirici suallar verir və cavablar alır.




Nömrələnmiş Başlar ( Numbered Heads Together) (Kagan)
Nömrələnmiş Başlar ( Numbered Heads Together) (Kagan)- 4 nəfərlik komanda formalaşır. Hər komanda üzvünə nömrələr paylanır (1,2,3,4,5) Qrupa suallar verilir. Qruplar suallar cavablandırmaq üçün birgə işləyir və hər kəs şifahi olaraq suala cavab verə bilər. Müəllim nömrənin birini səsləndirir və hər qrupun həmin nömrəsində olan şagird suala cavab verir.

Xor! Duet! Solo! (Team Pair Solo) (kagan)
Xor! Duet! Solo! (Team Pair Solo) – Şagirdlər əvvəl komanda, sonra cütlüklərdə və sonda fərdi olaraq məsələni həll edir (və ya sual ətrafında müzakirə edirlər). Bu üsul vasitəçilik əsasında qurulur: bir-birinin köməyi ilə şagirdlər mövzunu (tapşırığı, məsələni) daha yaxşı mənimsəyir. Bu üsul əvvəl tapşırığı həll edə bilməyən və komanda vasitəsilə problemin həllini dərk edən şagirdləri daha da həvəsləndirir.

Müdrikləri çevrəyə Al! ( Circle the Sage)

Əvvəlcə müəllim hər hansı bir mövzu haqqında xüsusi biliklərə malik olan şagirdləri müəyyənləşdirmək üçün sinifdə sorğu aparır. Məs.., riyaziyyatdan çətin ev tapşırığını həll edən şagird və s). Müəllim əl qaldıran şagirdləri (müdrikləri) sinfin müxtəlif yerlərinə yönəldir. Sonra müəllim digər şagirdləri həmin müdriklərin ətrafında toplaşmağa çağırır. Kiçik qrupun üzvləri müxtəlif müdriklərin ətrafında toplaşmalıdırlar. Müdriklər bildiklərini izah edir, digərləri isə dinləyir, sual verir, qeydlər aparır. Sonra hər kəs öz qrupuna qayıdır və növbə ilə öyrəndiklərini qrupda izah edir. Qrup üzvləri müxtəlif müdriklərin ətrafına toplaşdığına görə, qeydlərini müqayisə edir. əgər mübahisə, fikir müxtəlifliyi yaranırsa, onlar bir komanda olaraq ayağa qalxır. Fikirlər səslənir və həll olunur.

Tərəfdaşlar (Partners) (Kagan)

Tərəfdaşlar (Partners)- Sinif 4 nəfərdən ibarət komandalara bölünür. Cütlüklər sinfin bir tərəfinə toplaşır. Hər komandanın yarısına tapşırıq verilir və onlar öyrəndiklərini komandanın digər üzvlərinə ötürürlər. Eyni material ətrafında çalışan digər cütlüklərdən məsləhət ala bilərlər. Sonra komandalarbir yerə yığılır və hər cütlük öz hissəsini bölüşür. Cütlüklər komanda üzvlərinə qısa testlər də verə bilər. Komandalar nə dərcədə öyrəndiklərini və tədris etdiklərini , eləcə də bu öyrənmə üsulunun təkmilləşdirilməsi yollarını nəzərdən keçirir.


Kooperativ Tədrisin Üstünlükləri və Xüsusiyyətləri

Kooperativ Tədrisin Üstünlükləri
·        Şagirdlərin nailiyyətlərinə təkan verir
·        Şagirdlərin qavramasını asanlaşdırır
·        Şagirdlərin yaddaşını artırır
·        Şagirdlərin dərsdə həvəsini və məmnunluğunu artırır
·        Şagirdərin çifahi ünsiyyət bacarığını inkişaf etdirməyə dəstək olur
·        Şagirdlərin sosial bacarıqlarını aşılayır(liderlik,əməkdaşlıq,qərar qəbul etmək, fəal dinləmə)
·        Şagirdin özünəinam və özünəgüvən hisslərini gücləndirir
·        Şagirdlərdə məsuliyyət hissini artırır
·        Müsbət münasibətlərin qurulmasına kömək edir

Kooperativ tədrisin xüsusiyyətləri
1.  Müsbət asılılıq( birgə üzmək və ya batmaq prinsipi)

   
Qrupun uğuru üçün hər qrup üzvünün səyi mütləqdirHər qrup üzvü rolundan və imkanlarından asılı olaraq komandanın səylərinə öz töhfəsini verir.
2.     Üzbəüz əlaqə

Hər kəsin uğurunu təşviq etmək
·        Problemlərin həll etmə yolları şifahi şəkildə izah olunur
·        Biliklər bir birinə tədris olunur
·        Öyrəniləcək mövzular müzakirə olunur
·        Yeni öyrənilən materiallar keçmiş materiallarla əlaqələndirilir.
3.     Fərdi ∞Qrup Məsuliyyəti

·        Qrup üzvlərinin sayı az olmalıdır. Qrup kiçik olduqca, ayrı-ayrı şagirdlərin məsuliyyəti də artır.
·        Hər şagirdə fərdi olaraq test vermək
·        Qrup işini qrup üzvlərinə və ya bütün sinifə şifahi təqdim etmək üçün şagirdlərdən biri təsadüfi seçilir
·        Hər qrup müşahidə olunur və ümumi işə daha çox töhfə verən qrup üzvləri qeyd olunur
·        Hər qrupun bir üzvünə nəzarətçi rolu həvalə olunur
·        Nəzarətçi cavabın məntiqini və səbəbini açıqlamaq üçün digər qrup üzvlərindən soruşur
·        Şagirdlər öyrəndiklərini digərlərinə tədris edir
4.     Şəxsiyyətlərlə əlaqə Qurmaq və Kiçik qruplarda işləmək bacarığı

Sosial bacarıqlar tədris olunmalıdır.
·        Liderlik
·        Qərar qəbuletmə
·        İnam mühitinin formalaşması
·        Kommunikasiya(Əməkdaşlıq)
·        Münaqişlərin idarə edilməsi bacarıqları.
5.     Qrup refleksiyası (özünüqiymətləndirmə)

·        Qrup üzvləri öz məqsədlərinə çatmağın səmərəli yollarını müzakirə edir və bir biri ilə işgüzar münasibət saxlayırlar.
·        Qrup üzvlərinin faydalı və faydasız hərəkətləri təsvir olunur
·        Qrup üzvləri öz davranışlarına davam etmək və ya onları dəyişmək barədə qərar verirlər.

Şagirdlərin Kooperativ tədrisdə rolları (nümunələr)

Şagirdlərin Kooperativ tədrisdə rolları (nümunələr)
Təşkilatçı- Qrupa ümumi proses barədə məlumat verir
Qeyd aparan- vacib məlumatları qeyd edir
Nəzarətçi- komanda üzvlərinin mövzunu və nəticəni aparmasına əmin olur
Sual verən- Mövzu ətrafında sual verməyə hamını cəlb edir
Dəyərləndirici- Mövzunu dəyərləndirir.
Yekunlaşdırıcı-Komandanın ümumi nəticələrini yekunlaşdırır
Təqdimatçı-Qrupu  təmsil edir və onun işini təqdim edir
Vaxt Nəzarətçisi- Komandanın tapşırığı vaxt çərçivəsində yerinə yetirməsinə nəzarət edir.
Qrup fasilitatoru- müzakirə aparıb,hamı tərəfindən tapşırığın həll olunmasına əmin olur.
Tədqiqatçı- mövzu ətrafında məlumatlar toplayır

Kooperativ Tədrisin 3 qrup növü
Baza qrup- il (semestr,rüb) boyu istifadə olunur
Formal- layihə əsaslı tapşırıqlar müəyyən vaxt çərçivəsində (bir neçə gün və həftələr) davam edir
Qeyri Formal- bir neçə dəqiqə və ya bütün dərs davam edir.
Kooperativ tədrisdə rol bölgüsü
Müəllimin Rolu
Şagirdlərin Rolu
Qərar verir
Ümumi məqsədlərin nail olmasını təşviq edir
Dərsi qurur
Dərsi mənimsəməkdə bir birinə kömək edir, dəstəkləyir, bölüşür, həvəsləndirir
Müşahidə edir(monitoring) və müdaxilə edir
Əməkdaşlıq edir
Qiymətləndirir
Ünsiyyət qurur
Kooperativ Tədris. Üç addım! “Fikirləş! Bölüş! Təqdim et!
Mərhələlər
Şagirdlərin fəaliyyəti
Birinci addım “Fikirləş”
Şagirdlərin müstəqil işi
İkinci addım “Yoldaşınla bölüş”
Tədris dialoqu:şagird-şagird, fərdi işinin nəticələrinin müzakirəsi
Üçüncü addım “Nəticəni təqdim et”
Qrupun işinin nəticəsinin təqdimatı

Nümunə-1
Kooperativ Tədris. Son söz protokolu
(Nömrələnmiş başlar)

İştirakçılar qruplara bölünür. Və onlara mətn paylanılır. Qrupa bölünmə 1,2,3,4,5 rəqəmləri vasitsilə aparılır. İştirakçılar mətnin 2-3 əsas, önəmli hissəsini(abzası) seçirlər.
1-ci iştirakçı seçdiyi hissəni qrupun digər üzvlərinə söyləyir və həmin hissənin seçilmə səbəbini izah edir (3 dəq) Qrupun digər üzvləri növbə ilə mətnin həmin hissəsinə öz münasibətini bildirirlər(1dəq) Bu mərhələdə bir biri ilə diskussiya söhbət etmək qadağandır!
Qrupun növbəti üzvü öz hissəsini danışır ( 3 dəq)
İştirakçıların mətni müzakirə və rəy bildirmək imkanları var
Qeyd: Bu mərhələdə təqdimata çağırarkən müəllim dərs zamanı xüsusi taktika işlədə bilər. Bütün şagirdlərin dinləmədə iştirakını dəqiqləşdirmək üçün, belə edə bilər. Məsələn, 4 nömrəli başlar gəlsin təqdimata. Bu zaman qruplardan  4 nömrəli olanlar təqdimata çıxırlar.
Nümunə:
 Fikirləş! Hər qrupa eyni mətn verilir və mətnin fərqli hissəsində bəzi məlumatlar buraxılır. Qrup üzvləri suallar tərtib edirlər
Bölüş! Hər qrupun nümayəndəsi çatışmayan məlumatı əldə edir.

Təqdim et! Şagirdlər qruplarına qayıtdıqda ümumi mətni birgə tərtib edirlər.  

Nümunə-2.
Kooperativ Tədris. Stolüstü (Placemat)

Addım 1. 4 nəfərdən ibarət olan qrupda hər şagird sual ətrafında cavabı fikirləşir və öz fikirlərini qısa olaraq vərəqin küncündə qeyd edir-1 dəq
Addım 2. Cütlüklərdə müzakirə-2dəq
Addım 3. Hər cütlük üzbəüz cütlüklə sualı müzakirə edir-4 dəq
Addım 4. Qrupun  işinin ümumi nəticələri kağızın mərkəzində yazılır-2dəq
Addım 5. Qruplar nəticələri təqdime dir.-hər qrupa 1 dəq
  

Məşhur Postlar

Səhifələr

Vacib saytlar