DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
video izahlar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
video izahlar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

11 Temmuz 2017 Salı

Dərs -40 Fəal dərsin mərhələləri və nəticələri

Dərs -40 Fəal dərsin mərhələləri və nəticələri 
Nəhayət dərsin bütün mərhələləri, qanunlar ilə bağlı olan dərslərimiz yekunlaşır. Bu dərslərdə nəzəriyyə ilə yanaşı mərhələlərin düzgün  tətbiqi qaydaları da var idi. Əlavə materialların izahı üçün hələ dərslərim davam edəcək. Əziz dinləyicilər dinləməyə davam edin. Paylaşımlar gec ola bilər. Bu mənim digər işlərim və vaxtımın az olması ilə bağlıdır. Məlum tək işim bu deyil.  Haqsız tənqid yazan, haqsız unlike edən "insan" lara rəğmən sevimli , əməyə sayğı və dəyər verən insanlar məni daim motiv edir. Azsaylılar mənim bu motivimi məhv edə bilməyəcəklər. Sizin üçün, rahatlıqla metodikanı mənimsəyə bilməniz üçün, dərslərinizdə düzgün şəkildə tətbiqini icra edə bilməniz üçün, heç kimin yanında gözü kölgəli olmamanız üçün, övladlarımızın gələcəyi üçün, metodikanın düzgün tətbiqi ilə onların şəxsiyyət kimi yetişməsinə şərait yaratmaq üçün bu işimə davam edəcəm.  Bu balaca fidanlarımız üçün edə biləcəyim xırda bir yaxşılıqdır. Əlimdə imkan olsa bundan artığını edərəm. Amma hələki gücüm tək buna çatır.  Xahiş edirəm əziz müəllimlər və müəllim olmağa hazırlaşan gənclər dərslərdə metodikanın düzgün tətbiqini icra edin. Bütün qarşıya qoymuş olduğum məqsədlərə çatdıqdan sonra yeni videolarla gələcəm. Bu videolar standartların açılmasına xidmət edəcək. Sadəcə standartların yenilənməsi və təkmilləşməsi üzərində iş aparılır deyə hələ əmək sərf etmək istəmirəm
Ayrıca bir məsələyə toxunmaq istəyirəm. Dərslərimi dinləyib kommersiya məqsədi ilə istifadə edənlərdən xəbərim var. Eybi yox elm öyrətmək pis deyil, öyrədim pul qazanmaq da pis deyil. Hələ kapitalist ölkədə yaşayırıqsa heç pis deyil..Amma xahişim var. Əgər edirsə bilmədiyi informasiyanı auditoriyaya səhv ötürməsin. Və ya bilmədiyini ümumiyyətlə səsləndirməsin. Hələ bilmədiyini səhv deyib, adımdan da istifadə etməsin. Ayıbdır. Bacarır etsin bacarmır sussun. Gələcəyimizi pul qazanmaq xatirinə məhv etməyin. Kurikulum onsuzda təhsildə olan boşluqlar səbəbi ilə hələ tam yerinə otura bilmir. Bir az da siz pul qazanmaq istəyənlər məhv etməyin.

9 Ocak 2017 Pazartesi

1 Ocak 2017 Pazar

21 Aralık 2016 Çarşamba

10 Aralık 2016 Cumartesi

6 Aralık 2016 Salı

25 Kasım 2016 Cuma

9 Kasım 2016 Çarşamba

6 Kasım 2016 Pazar

30 Ekim 2016 Pazar

26 Eylül 2016 Pazartesi

30 Ağustos 2016 Salı

Dərs 28 Fəal təlimdə tədqiqatın aparılması mərhələsi

Dərs 28 Fəal təlimdə "Tədqiqatın aparılması mərhələsi"
Bəzi "bloq yazarları" və eləcə də oxuyucularım, izləyicilərim üçün 
Qeyd: Bloqdakı materiallarımın kopy edilməsi və ya şəkilinin çəkilməsi və ya eləcə də youtube kanalımdakı materiallarn şəklinin çəkilib paylaşılması QADAĞANDIR!

9 Ağustos 2016 Salı

Dərs 27- Fəal dərsin motivasiya mərhələsində yol verilən səhvlər

Dərs 27- Fəal dərsin motivasiya mərhələsində yol verilən səhvlər
Bəzi "bloq yazarları" və eləcə də oxuyucularım, izləyicilərim üçün 
Qeyd: Bloqdakı materiallarımın kopy edilməsi və ya şəkilinin çəkilməsi və ya eləcə də youtube kanalımdakı materiallarn şəklinin çəkilib paylaşılması QADAĞANDIR!

5 Ağustos 2016 Cuma

28 Temmuz 2016 Perşembe

Ders-26 Tədqiqat sualının qoyuluşu və əhəmiyyəti

Ders-26 Tədqiqat sualının qoyuluşu və əhəmiyyəti
Tədqiqat sualı konkret və lakonik olmalıdır. Tədqiqat sualı dəqiq və dərsin məqsədinə uyğun olmalıdır. Dəsrin məqsdəini kənarda qoyaraq, mövzunun müəyyən bir abzasını əhatə edən sual qoyulmalı deyil. Tədqiqat sualı bütünlüklə mövzunu və mövzumuza xidmət edən məqsədləri özündə əks etdirməlidir. Tədqiqat sualı şagirdləri tədqiqata sövq etməlidir. Tədqiqat sualı şagirdləri araşdırmaya sövq etməklə yanaşı, idrak fəallığını artırmalıdır. Tədqiqat sualı qoyularkən müəllim nəzərə almalıdır ki, bu sual istiqamətverici sualdır. Şagird bu istiqamətverici sual əsasında araşdırmanı aparır. Müəllim tərəfindən tədqiqat sualına xidmət edən tapşırıqlar tərtib edir və onu şagirdlərə təqdim edir. Bu tapşırıqlar hazırlanarkən tədqiqat sualınadan parçalanaraq tərtib edilir. 
Bu tapşırıqlar isə öz növbəsində təfəkkürə xidmət edən tapşırıqlar olmalıdır. 

2 Temmuz 2016 Cumartesi

Dərs-25 Fəal dərsin ilk mərhələsi-Motivasiya mərhələsi

Motivasiya nədir?
Biz motivasiya haqqında nələri öyrənirik?
Nələri bilməyimiz daha önəmlidir?
Hansı nöqsanlara yol vermək olmaz?
Birlikdə öyrənək....

1. Gəlin əvvəlcə öyrənək görək motivasiya mərhələsi hansı hissələrdən ibarətdir?
2. Motivasiyanı həyata keçirmək nə üçün lazımdır? 
3. Dərsdə tədqiqat sualının hansı rolu var? 
4. Motivasiyanı yaradan daha hansı amillər var? 

Motivasiya, onun quruluşu və prinsipləri ilə tanış olaq, sonra isə birlikdə suallara cavab tapaq.
 Əvvəlcə qeyd edək ki, motivasiya dərsin başlanğıc mərhələsidir. Fəal dərs, fənn kurikulumuna əsaslanan dərsin motivasiyadan başlanması olduqca vacibdir. Motivasiya şagirdin nöbəti dərs prosesindən hazırki dərs prosesinə yorğun keçməsinin nəticəsində, bu yorğunluğu aradan qaldırmağa, şagirdi yormamağa və şagirdi yorucu olmadan biliyi səviyyəsində düşündürməyə xidmət edir. 
Unutmayaq: Motivasiya dərsin 50 faizini təşkil edir.
Əgər müəllim motivasiyanı düz qurubsa, deməli dərsin 50 faizi müvəffəqiyyətlə yerinə yetirilmişdir. 
Motivasiyanın quruluşu:

(Yeni bilik ilə əlaqəli məqsəd)- dərsdə nəzərdə tutulur

Yönəldici suallar, tapşırıqlar- (mövzuya, əsas məqsədə yönəldirlər, dərsin başlanmasını təşkil edirlər.: 1,3 sual ola bilər.
Tədqiqat sualı:
(dərsin əsas məqsədini əks etdirir: Tədqiqat sualı=məqsəd; adətən bir sual olur.  Dərsin sonunda ona qayıtmaq olduqca vacibdir.
Motivasiya 2 əsas prinsip üzərində qurulur
problemlilik
məqsədyönlük
Bu iki prinsip motivasiya zamanı mütləq  öz əksini tapmalıdır.
1. Problemlilik- Dərsin əvvəlində şagirdlərin qarşısına problem (ziddiyyəti həll etməyə tələb edən fikir, sual) qoyulmalıdır. Bu problemi müəllim necə seçə bilər? Burada uşaqların ilkin biliklərinə zidd olan məlumat və onunla bağlı olan sual təqdim olunmalıdır. Bu tədqiqat sualı bizə imkan verir ki, biz problemlilik prinsipini həyata keçirək. Tədqiqat sualın əsasında tədqiqat işi təşkil olunacaq.
2. Məqsədyünlük:- Əgər bu prinsip gözlənilmirsə biz dərsi düz qura bilməyəcəyik. Dərs zamanı aparılan tədqiqat və ümumiyyətlə bütün fəaliyyətlər məqsədlə sıx bağlı olmalıdırlar. Bunun zəmini təşkil edən, motivasiya zamanı verilən tədqiqat sualıdır. Köməkçi suallar isə həmin tədqiqat sualına yönəldən suallardır. Bunun üçün müəllim birinci növbədə dərsin məqsədləri araşdırılmalıdır. Bu məqsədlərdən şagirdlərin aktual bilik və bacarıqları nəzərə alan və yeni biliklərin (məzmunun) daxil olması ilə əlaqəli olan məqsəd seçilir.

1. Motivasiyanı qurarkən, şagirdlərin qarşısında problem qoyulur. Bu problem qoyularkən dərsin maximum 5-7 dəqiqaəsini alır. Əks halda dərsdə vaxtdan səmərəli istifadə etmək mümkün olmayacaq və müəllim motivasiyanı uzatdıqca uzanacaq. Əgər motivasiya uzanırsa deməli müəllim evdə motivasiyanı qurarkən hardasa nöqsana yol verib(şagirdlərin yaş səviyyəsini nəzərə almayıb, şagirdlərə bəlli olmayan məsələ ilə bağlı suallar verə bilər və s) 
2. Problemi qoymaq üçün, sual və ya tapşırıq verilir-yönəldici suallar təklif olunur-tədqiqat sualı çıxarılır-fərziyyələr irəli sürülür.
 Motivasiyanın yaradılması və həyata keçirilməsi o qədər də asan iş deyil və dərsin nəticəsi onun müvəffəqiyyətlə qurulmasından asılıdır. 
3. Şagirdlərin qarşısında problem qoyulursa o zaman onda idrak fəallığı yaranır, düşünməyə başlayır və fərziyyələr irəli sürür
4. Problem situasiya ; Obyektin xüsusiyyətləri; Tədqiqat imkanının olması; Yaradıcılıq imkanının olması; vacib şərtlərdir.
Qeyd: Materialların bəzi "BLOQ YAZARLARI" tərəfindən kopyalanaraq və şəkilinin çəkilərək yayılması QADAĞANDIR!

18 Haziran 2016 Cumartesi

13 Haziran 2016 Pazartesi

10 Haziran 2016 Cuma

Dərs-22 Fənn kurikulumunda iş formaları

Dərs-22 Fənn kurikulumunda iş formaları
Bu dərsimdə iş formaları haqqında izah vermişəm. Video izahları dinləyə və sizə qaranlıq qalan məsələləri yorumlar bölməsində qeyd edə bilərsiniz. 
Qeyd: Materialların kopyalanaraq və ya şəkilinin çəkilərək paylaşılması QADAĞANDIR!
Ətraflı formada məqalələr şəklində iş formaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz

28 Mayıs 2016 Cumartesi

Dərs-21 Fəal təlimin üsulları və onların tətbiqi qaydaları

Salam əziz həmkarlarım. Bu videoda siz Fəal təlimin üsulları ilə 
onların tətbiqi qaydaları ilə tanış ola bilərsiniz. Video izahda zamanınızı
alaraq sizi çox yormayım deyə, bütün üsulların izahını verməmişəm. Müəyyən bir qisim üsulların izahını vermişəm. Əgər əlavə iş üsullarına ehtiyacınız yaranarsa, ətraflı şəkildə bloqumda iş üsulları bölməsindən istifadə edə bilərsiniz. http://metodiktovsiyye.blogspot.com/2015/09/is-usullar.html
Yuxarıdakı keçiddən istifadə etməklə birbaşa sözügedən bölməyə daxil ola bilərsiniz. Bu bölmədə bütün iş üsullarının loqoları verilib. Bu loqoların üzərinə toxunduğunuz zaman həmin üsullar haqqında məlumat açılacaqdır. Üsullar şablon olaraq hər hansısa vəsaitdən köçürülməyib. Bütün iş üsulları materiallarından istifadə etməklə, eyni zamanda öz təhilillərim əsasında tətbiqi qaydalarını izah edərək məqalə formasında  yazmışam. Üsullardan hansı mərhələdə necə istifadə etməyiniz üçün istiqaməli formada  yazmışam. Həmçinin hər iş üsuluna müvafiq olaraq, tapşırıq nümunələri də göstərmişəm.  
 Burada gördüyünüz yeni üsullar olacaq ki, onlar mənim tərəfimdən yaradılıb. Xüsusi qeyd etmək istədiyim bir məsələ var.
 Qeyd: Bloqdakı digər materiallar kimi iş üsullarının da kopyalanaraq və ya şəkilinin çəkilərək yayımlanması, kommersiya məqsədi ilə istifadəsi QƏTİ QADAĞANDIR!
Materialları paylaşmaq istədikdə yalnız və yalnız bloqun linki ilə paylaşmağa icazə var. 

Məşhur Postlar

Səhifələr

Vacib saytlar