DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Müzakirə

Müzakirə
Müzakirə-seçilmiş mövzu və ya məsələ ətrafında ideyaların, məlumatların, təəssüratların, tənqidin və struktur mübadiləsidir. Müzakirə fəal təlimdə ən çox istifadə olunan metoddur və onun bir neçə növü var.
Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək  həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır.
    Müzakirə dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir.
    Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. Mövzu  aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir.
Müzakirədə mövzuya aid  “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin  fikrinizcə, həmin obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?” kimi  suallardan istifadə olunur.
Hər növ müzakirənin aşağıdakı əsas vəzifələri var:
-          Müzakirə etmək bacarığının formalaşdırılması, tolerantlığın aşılanması;
-          Fəal dinləmə mədəniyyətinin formalaşdırılması;
-          Mənbələrlə işləmək bacarığının formalaşdırılması;
-          Mövqeyi məntiqi təqdim etmək bacarığının formalaşdırılması;
-          Məntiqi və tənqidi təfəkkürün inkişaf etdirilməsi;
-          Şifahi nitqin inkişafı.
Bu metoddan daha çox humanitar fənlərdə istifadə edilir. Müzakirə debat üçün hazırlıq rolunu oynaya bilər. Arqument təhlili şagirdlərə müzakirə olunan məsələ barəsindəki mövqeləri haqqında düşünmək imkanı verir.
Metodun tətbiqi prosesində:
-          Mövzu müəyyənləşdirilməli;
-          Mövzu ziddiyyətli yanaşmalardan istifadə etməyə imkan verməli;
-          Mənbələr müəyyənləşdirilməli;
-          Fakt və sübutlar təsdiq edilməli;
-          Şagirdlər arqumentləri müəyyənləşdirməli. Lehinə və əleyhinə arqumentlər siyahılaşdırılmalı;
-          Şagirdlər cüt-cüt  işləyərək “lehinə” və “əleyhinə” siyahısı tərtib edir.
-          Hər bir cüt başqa cütlə birləşərək siyahıdakı bəndləri bir-birinə əlavə edirlər.
-          Sinif bu arqumentlər barəsində düşünür və lehinə, yaxud da əleyhinə qərar qəbul edir.
-          Cütlər qruplarda birləşir, arqumentlər dəqiqləşir.
-          Problemı dair bütün arqumentlər sinif tərəfindən dinlənilir.
-          Müzakirə bütün siniflə aparılaraq, arqumentlər təhlil edilir.
-          Qərarın qəbul edilməsi
-          Ümumiləşdirmə
Üsulun tətbiqi zamanı müəllim dərs prosesində müxtəlif iş formalarından istifadə edir.
Dərs zamanı yarana biləcək problemlər:
1.     -          Ünsiyyət ilə bağlı problemlər(bir-birini dinləmək, şəxsi rəqabətin işə təsiri və s.)
2.     -          Müzakirənin uzanması
3.     -          Artıq səs-küy,aqressivlik
4.     -          Tolerantlığın olmaması
5.     -          Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı
6.     -          Düzgün nəticənin çıxarılması çətinliyi

Müzakirə metodunun ikinci variantı:
1.   Müzakirə mövzusu barəsində qərarın qəbul edilməsi.
2.    Müəllim arqument dəstəyi tələb edən “bəli” və ya “xeyr” sualı verir.
3.   Iştirakçıların arqumentləri  müəyyənləşdirilir.
a)   Hər bir şagird lehinəvə əleyhinə siyahısı tərtib edir.
b)  Şagirdlər cüt-cüt işləyərək lehinə və əleyhinə siyahısı tərtib edir.
    1. Şagirdlər lehinə və ya əleyhinə cavab seçirlər.    
    2. Təlimatçı sinfi iki əks qrupa bölür:
   a) Bir qrupdakı şagirdlər arqumentləri nəzərdən keçirir və nəticəyə gətirib çıxaracaq qərar verir.
    b)Qərarsız şagirdlər digər qrup da bunu etməyə dəvət olunur.
   3. Mübahisə aşağıdakı təlimatlara əsasən arqument və əks-arqumentləri dəyişərək davam etdirilə bilər:
-          Hər qrup oponentlərin fikrinə diqqətlə yanaşmalıdır
-          Iştirakçı əks tərəfin arqumenti ilə inandırılsa, o, istənilən vaxt qrupunu dəyişə bilər.
-          Qrup üzvləri ən çox inandırıcı arqumentləri qeyd etməlidirlər.
Müəllim:
-          Mövzunu təklif edir və ya mövzunun seçilməsinə nəzarət edir.
-          Qrupların təşkil olunmasına nəzarət edir.
-          Iştirakçılarla birgə  mübahisənin qaydalarını müəyyənləşdirir və ya sadəcə olaraq şagirdləri mövcud qaydalardan xəbərdar edir.
-          Mübasihələrdə iştirak edir və lazım müdaxilə edir.
-          Şagirdlərin əldə etdiyi nəticə və ya həll yollarını birləşdirir.
Şagird:
-          Lehinə və əleyhinə arqumentləri müəyyənləşdirir.
-          Qruplardan birinə qoşulur.
-          Müzakirənin hər bir səviyyəsində fəal iştirak edir.
-          əməkdaşlıq edir və ünsiyyət saxlayır.



Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar