DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Venn Diaqramı

Venn diaqramı
Müqayisə olunan cisim və hadisənin müəyyənləşdirilməsi. Kəsişən dairələrin çəkilməsi (ortada yazmaq üçün yer saxlamaq). I və II dairədə müqayisə olunacaq obyektləri qeyd etmək. Müqayisə olunan obyektlər təsvir olunur: fərqli cəhətlər sol və sağ tərəfə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur. Venn diaqramını tətbiq edərkən müəllim Bpyük və kiçik qruplarla iş formasından istifadə edir. Fəal dərsin tətqiqatın aparılması mərhələsi, yaradıcı tətbiqetmə və nəticələrin çıxarılması və ümumiləşdirmə mərhələlərində reallaşdırıla bilər. Müəllim üsulun tətbiqi üçün maksimum 15 dəqiqə vaxt sərf edə bilər.


Diaqramın tətbiqində məqsəd:
-          Cisim və hadisələri müqayisə etmək və onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək
-          Biliklərin aktuallaşdırılması
-          Təhlil proseslərinin inkişafı
-          Qiymətləndirmə prosesinin inkişafı
         Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini  müəyyənləşdirmək   üçün bu üsuldan istifadə olunur.

 Venn diaqramından istifadə aşağıdakı formada  aparılır




1.   Müqayisə olunacaq  əşya və hadisələr müəyyənləşdirilir
2.   Kəsişən dairələr  çəkilir (ortada yazmaq üçün yer saxlanır)
3.   I və III dairədə müqayisə olunacaq obyektlər qeyd  olunur
4.   Şagirdlər  təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).
5.   Müqayisə olunan obyektlər  təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).
6.   Müqayisə nəticəsində fikirlər  ümumiləşdirilir.
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
  1. -          Ümumi cəhəti müəyyənləşdirməkdə çətinlik
  2. -          Vaxtın uzanması
  3. -          Nəticənin çıxarılmasında çətinlik
  4. -          Müqayisənin primitiv şəkildə aparılması


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar