DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Esse

ESSE
Esse hər hansı bir problem, hadisə haqqında şagirdlərin müstəqil düşüncələrini əks etdirən yazılı işdir, “etüddür”. Essenin (kiçik həcmli hekayə) həcmi bir səhifədən çox olmamalıdır. Şagirdlər esseni aşağıdakı plana əsasən yazmalıdırlar.
1.     Problem üzrə öz fikirlərinin izahı
2.      Arqumentlər, faktlar və mənbələrdəki məlumatlarla fikirlərin əsaslandırılması
3.     Ümumiləşdirilmiş nəticələr.

Esse üsulu dərsdə tətbiq edilərkən müəllim müxtəlif iş formalarından istifadə edə bilər. Ancaq esse-nin tətbiqi fərdi iş üçün daha məqsədəuyğundur. Esse dərsdə tətqiqatın aparılması və yaradıcı tətbiqetmə mərhələsində tətbiq edilə bilər. Bu üsulun tətbiqi şagirdlərdə yaradıcı və məntiqi  tənqidi təfəkkürün inkişafı üçün geniş imkanlar yaradır.
Nümunə: Təsəvvür et ki, sənə Şah İsmayıl Xətainin vəziri vəzifəsi verilib. Şah İsmayıla siyasətindəki hansı addımları atması üçün təkliflər verərdin? Bu barədə 10 cümlədən ibarət esse yaz.


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar