DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

3 Aralık 2015 Perşembe

Tənqidi Təfəkkürü İnkişaf etdirən İş üsulları


“Oxuyuruq və Soruşuruq”
Şagirdlərin sayı: sinfin istənilən tərkibi
Zəruri vaxt: 30 dəqiqəyə qədər
Təchizat: hər cütlük üçün bir nüsxə mətn
İş qaydası:
1-ci addım. Şagirdlər verilmiş mətni bölmələr üzrə növbə ilə oxuyurlar. Ilk şagird hansısa bölməni –bir başlıqdan o birinə qədər ucadan oxuyur.
2-ci addım. Hər iki şagird mətnin kənarında yazılacaq açar sözlər barədə birlikdə qərara gəlirlər.
3-cü addım. Birinci şagird bölməni oxuyub qurtaranda ikinci şagird mətnin kənarında yazdığı terminlərdən istifadə edərək sual verir. Suallar şagirdlərin keçilmiş material üzrə gözlədikləri testin suallarına oxşar şəkildə formalaşdırılmalıdır. Şagird bu suallardan hər birini kiçik vərəqdə (8*12 sm) və ya kartoçkada yazır.
4-cü addım. Birinci şagird hər suala ucadan cavab verir. Əgər ikinci şagird onunla razılaşırsa, onlar sual kartoçkanın arxa tərəfində həmin sualın cavabını yazırlar.
5-ci addım. Daha sonra onlar rollarını dəyişirlər. Indi ikinci şagird növbəli bölməni oxuyur. Hər iki şagird hansı açar anlayışları mətnin kənarında yazacaqlarını qərarlaşdırırlar. Birinci şagird bu terminlərdən istifadə edərək, ikinci şagirdin ucadan cavab verəcəyi sualları formalaşdırır. Əgər hər ikisi cavabla razıdırsa, onu kartoçkanın arxasına yazırlar. Şagirdlər verilmiş bütün mətn oxunana qədə rolları beləcə dəyişməkdə davam edirlər.
6-cı addım. Bu sual-cavsb kartoçkalarından istifadə edərək şagirdlər nəticədə verilmiş material üzrə bir birini yoxlamağı davam etdirirlər
Məsləhət:
“Oxuyur və soruşuruq” metodundan ilk dəfə istifadə edərkən şagirdlər birinci bölməni oxuyub suallar verdikdən sonra onların işini dayandırın. Mətnin kənarında yazdıqları terminləri, onların sual və cavablarını müzakirə edib, zəruri hallarda düzəliş və məsləhət verin. Bundan sonra siz sinifdə gəzişməli və şagirdlərin hansı suallar verdiyi və onların necə cavablandırdığını dinləməlisiniz. Həmçinin, şagirdlərin öz  sual və cavablarından istifadə edərək, materialı yadda saxlamalarından əvvəl, yaxşı olar ki, sualları və cavabları gözdən keçirib onların adekvatlığına və düzgünlüyünəəmin olasınız.
Məqsəd: Mürəkkəb oxu metodları və cütlərdə sualların qoyuluşunu öyrənmək. Şagirdlərin anlayıb dərindən mənimsəyəcəyi materialın öyrənilməsi üçün tövsiyyə edilir. Tərəfdaşla iş müstəqillikdən daha çox motivasiyalaşdırıcı xarakter daşıyır.


“TAP”
Şagirdlərin sayı: 30 nəfərə qədər
Zəruri vaxt: 20 dəqiqəyədək
Təchizat: Üzərində anlayışlar yazılmış vərəqlər (A4 ölçüdə)
İş Qaydası:
1-ci addım: Müəllim mövzuda və ya proqramın bölməsində dərsdə öyrədilmiş anlayış seçir, onları qeyri-şəffaf kartoçkaların üzərinə yazır(hər kartoçkada bir anlayış) Kartoçkanın ölçüsü təxminən vərəqin (A4) yarısı boyda olur.
2-ci addım: Sonra müəllim sinfi kiçik qruplara bölür, həm də qrupların sayıseçilmiş anlayışların sayına uyğun olmalıdır. Daha sonra o, anlayışlar kartoçkaları qrupun yanında elə formada qoyur ki, qrup “öz” anlayışını görə bilməsin, başqaları isə onu yaxşı görsün.
3-cü addım. Qruplara 5 dəqiqə müddətində öz anlayışını müəyyən etməyəimkan verən beş “qapalı” sualı tərtib etmək təklif olunur (bu sualların cavabı yalnız “bəli” və “xeyr” ola bilər)
Məsələn, əgər 6-cı sinifdə “QƏDİM Misir” bölməsində dövlətin tarixinin öyrənilməsi ilə bağlı anlayışlardan söhbət gedirsə, şagirdlər belə suallar verə bilərlər: “1. Bu insandır? 2. Bu, hadisədir? 3. Bu, anlayış sadə insana aiddirmi? 4. O dövlətin idarə olunmasına aiddirmi? 5. Bu dövlət başçısıdır?”
4-cü addım. Daha sonra qrup fəaliyyəti təşkil olunur: qruplar öz anlayışlarını tapmağa, müəyyən etməyə təşəbbüs göstərərək sual mübadiləsi edirlər. Qrup yalnız bir sual qoymaqla ona cavab verəcək digər qrupu əvvəlcədən müəyyən etmək hüququna malikdir. Hər qrupun sualına bütün digər qruplar növbə ilə cavab verirlər.
5-ci addım. Əgər qrup bütün beş sualı qoyaraq öz anlayışını müəyyən etməyibsə, müəllim ona birbaşa göstəriş verməyərək digər qruplara müəyyən etmək üçün ona kömək etməyi təklif edir. Sonra qrupa daha bir cəhd imkanı verilir.
Əlavə mühakimələr:
Müəllim verilən sualların ardıcıllığına və miqdarına dəqiq nəzarət etməlidir. Şagirdlər işin bütün mərhələlərini dəftərdə qeyd etməli və işin sonunda öz fəaliyyətlərini təhlil etməlidirlər.
Məqsəd: Şagirdlərin məntiqi təfəkkürünün, sual vermək bacarığının inkişafı , onların fənlər üzrə terminoloji lüğətinin artırılması, kiçik qruplarda iş vərdişlərinin təkmilləşdirilməsi.


Karusel –Üç variantda
Şagirdlərin sayı: 30 nəfərə qədər
Zəruri vaxt: 20 dəqiqəyədək
Təchizat: tələb olunmur
İş qaydası:
I variant
1-ci addım: İki dairədə şagirdlər üçün stullar düzün. Daxili dairədə əyləşən şagirdlərin kürəyi, xarici dairədəkilərin isə üzü mərkəzə doğru olmalıdır. Belə olduqda, hər kəs öz tərəfdaşının qarşısına əyləşir.
2-ci addım: Şagirdlərə həll etməkk üçün hansısa problem təklif edin və dəlillər hazırlamaq üçün 1-2 dəqiqə vaxt verin. Nəzərə alın ki, daxili dairənin iştirakçıları bir nöqteyi nəzərin, xarici dairədkilər isə əks mövqeyin tərəfdarıdır.
3-cü addım: müəllimin işarəsi ilə şagirdlər cütlərdə ünsiyyətə başlayır. əvvəlcə birinci cütlükdə fikirlərin mübadiləsi baş verir, zəruri məlumatlar (dəlillər, problemin orginal dönüşü və s) söylənilir. Şagirdlər qarşı tərəfin təkliflərini öz qeyd kitabçalarına yazırlar. (bir qayda olaraq cütlərdə hər tərəfdaşa 2 dəqiqə vaxt ayrılır.)
4-cü addım: müəllimin işrasilə dairənin bütün iştirakçıları bir stul  sağa keçir və yeni tərəfdaşın qarşısında əyləşir. (daxili dairə hərəkətsizdir, xarici dairə isə hərəkət edir) Diskussiya davam edir, lakin şahirdlər yeni əks –dəlillər seçməyə çalışırlar.
5-ci addım. Şagirdlərin hərəkəti ayrılmış  vaxt ərzində, yaxud hər kəsin qoyulmuş tapşırığı yerinə yetirərək bütün dairəni keçməsinə qədər davam edir. Dairənin sonuna yaxın şagirdlər , bir qayda olaraq, artıq öz dəlillərini dəqiqləşdirir, həmçinin müxtəlif  tərəfdaşlarla ünsiyyət təcrübəsi qazanırlar.
II Variant
“Karusel”dən  istifadənin bu variantında xarici dairədə əyləşən hər bir şagirddə konkret sual (mövzu) yazılmış vərəq olur. Yerdəyişmə zamanı o, problem üzrə maksimum informasiya, fikir toplayır. Sonda ayrı-ayrı cavablar dinlənilir., hansı sualların daha mürəkkəb , məhsuldar olması, yaxud əksinə tez və nə üçün tükənməsi , tərəfdaşların necə işləməsi və s. məsələlər müzakirə olunur. Bu məqamda metodun tətbiqi şagirdlərin biliklərinin zənginləşməsinə və ümumiləşdirilməsinə, diqqətlərinin fəallaşmasına, nail olunur.
III variant
“Karusel” tətbiqinin bu variantında şagirdlər əvvəlcədən sual hazırlayırlar və onu kiçik vərəqlərdə yazırlar. Vərəqin arxasında isə öz adlarını yazırlar. İş zamanı tərəfdaşlar bir birinə suallar verir, cavab düzgün olduqda şagird sualın müəllifindən bu kartoçkanı alır. Tapşırığın sonunda qazanılmış kartoçkalar hesablanır və qalib müəyyən olunur.

Məqsəd:
Kooperativ təlimin bu variantı diskussiya sualının müzakirəsi zamanı eyni vaxtda bütün iştirakçıları, müxtəlif ünsiyyətli tərəfdaşlarla fəal işə qoşmaq üçün daha səmərəlidir. Tamamilə əks mövqeyə malik kəskin problemin müzakirəsi , mövcud biliklərin həcmi və dərinliyinin müntəzəm yoxlanılması (məsələn, ideyaların anlayışların); öz mövqeyini əsaslandırmaq bacarığının inkişafı üçün tətbiq olunur.


Yazılı Debatlar
Şagirdlərin sayı: 30 nəfərədək
Zəruri vaxt: 20-30 dəqiqə
Təchizat: kağız vərəqlər ( A4 ölçüdə)
İş qaydası:
1-ci addım: Müəllim şagirdləri debatın mövzusu və aparılma qaydası ilə tanış edir. Şagirdləri cütlərə bölür və hər iştirakçının hansı mövqeni müdafiə edəcəyini müəyyənləşdirir. (məsələn, biri bu mövqenin, digəri əks mövqenin tərəfindən olur və s) Əgər sinifdə şagirdlərin sayı cüt deyilsə, o zaman müəllim bir üçlüyün də işini təşkil edir.
2-ci addım:
Uşaqlar kürək kürəyə otururlar. Müəllim müddəaları (təsdiqlə bağlı fikirləri) oxuyur, şagirdlər isə yazılı diaqloqa başlayırlar. Öz mövqeyini müdafiə edən dəlillərin formalaşmasına 5 dəqiqə vaxt ayrılır. Şagirdlər dəlilləri müfəssəl tezislər şəklində vərəqdə yazırlar.
3-cü addım: Ayrılmış vaxt bitdikdə şagirdlər vərəqlərini dəyişir, opponentlərinin tezislərini oxuyur və antitez( etiraz, əks fikir) hazırlayır. Bu işə 5 dəqiqə vaxt verilir. Belə vərəq mübadiləsi 2-3 dəfə təkrar olunur.
4-cü addım: Son raundda şagirdlər diskussiya mövzusu üzrə fərdi yekun (və ya cütlərlə birgə) işi yazaraq dəftərlərini müəllimə təhvil verirlər
5-ci addım: yazılı debatları yekunlaşdırarkən müəllim aşağıdakı sualları verə bilər.
“Tərəfdaşınızın ən yaxşı dəlili hansı idi?”
“Tərəfdaşınızın irəli sürdüyü dəlildə xoşuna gələn nə idi?”
“Tərəfdaşınızın dəlillərində səni təəccübləndirən nə oldu?”

Məqsəd: Diskussiya mədəniyyəti formalaşdırmaq, öz mpvqeyini müdafiə etmək üçün dəlillər gətirə bilmək bacarığını və yazılı nitq vərdişlərini inkişaf etdirmək.

Dörd baxış
Şagirdlərin sayı: 30 nəfərədək
Zəruri vaxt: 20 dəqiqəyədək
Təchizat: Rəngli vərəqlər (A4 ölçüdə), skotç. Auditoriyada mebel divar boyunca elə düzülür ki, şagirdlərin sərbəst hərəkətinə mane olmasın.
İş qaydası:
1-ci addım:
Müəllim dərsin mövzusundan çıxış edərək hər birinin dörd variantda cavabı olan 10 sual hazırlayır. Sinif otağının künclərində müxtəlif rəngli (sarı, yaşıl, göy, qırmızı) dörd kartoçka qoyulur. Hər rəngə cavab varinatlarından biri uyğun gəlir.
Sualların hazırlanması zamanı aşağıdakı məqamı nəzərə almaq zəruridir: birinci sual asan olmalı və şagirdlərin necə işləmək lazım olduğunu başa düşməsinə imkan verməlidir. Məsələn, hansı rəng daha çox xoşunuza gəlir?
2-ci addım:
Müəllim şagirdlərə sinfin mərkəzində toplaşmağı və birinci sualı dinləməyi, dörd cavab variantlarından birini seçməyi və həmin varianta uyğun rəngdəki kartoçka ilə yanaşı dayanmağı təklif edir.
Beləliklə, otağın künclərində şagirdlərin seçimindən asılı olaraq bir neçə (birdən dördə qədər) qrup yaranır
3-cü addım: Qruplarda müəllimin seçimi üzrə növbəti iş aşağıdakı sxem üzrə qurula bilər.
1.     Yaranmış qruplardakı şagirdlər “Nə üçün bu varinatı seçdim?” sualına cavab verir. Yaxşı olar ki, bütün şagirdlər fikir söyləsin. Müzakirədən sonra hər qrupdan nümayəndə bütün fikrini səsləndirir.
2.     Şagirdlər auditoriyada elə düzülürlər ki, ümumi dairə yaransın, eyni zamanda hər kəsin seçimini müəyyən etmək mümkün olsun. Bu halda seçimin əsaslandırılması fərdi şəkildə və bütün sinif üçün dərhal baş verir.
3.     Şagirdlər öz fikirlərini söyləyərək sinfin mərkəzinə qayıdır və onlara növbəti sual oxunur.
Əlavə mühakimələr:
Şagirdlərdən hansınasa cavab varinatlarının heç biri uyğun gəlməyə bilər, o zaman onun mövqeyinə ən yaxın cavabı seçməsini təklif etmək olar.
Bəzi şagirdlərə müstəqil seçim etmək çətindir, buna görə də onlara seçimini izah etməyi təklif etmək olar.
Məqsəd:
Müstəqil seçim etmək və seçilmiş mövqeni əsaslandırmaq bacarığının inkişafı
Bu metoddan həmçinin şagirdlərin biliklərini yoxlamaq məqsədilə istifadə etmək olar.

Bitməmiş Cümlələr
Şagirdlərin sayı: 30 nəfərə qədər
Zəruri vaxt: 3-15 dəqiqə
Təchizat: Tələb olunmur
İş qaydası:
1-ci addım. Şagirdlərin növbə ilə yaxud şərti mikrofondan istifadə edərək ətrafında fikir söyləyəcəkləri mövzunu müəyyənləşdirən, müəllim bitməmiş cümləni formalaşdırır və onalra həmin cümləni bitirməklə irəli sürülmüş formula ilə bağlı fikir söyləməyi təklif edir. Məsələn, belə bir formula təklif edilə bilər. “ Bu günkü dərsdə mən........................öyrəndm” (və şagirdlər öz bilik və bacarıqlarının 2-3 konkret  aspektinin adını çəkə bilər). Və ya “ Bu informasiya bizə belə bir nəticə çıxarmağa imkan verir ki, ...............................”. Yaxud “ Bu qərar ona görə qəbul edilmişdir ki,...............................” və s. Hər növbəti şagird də öz çıxışını təklif olunmuş formuladan başlamalıdır.
2-ci addım: müəllim çıxış etməyi arzu edən ilk şagirdə söz verir. Bir neçə şagird dinləyir (onların sayı sizin verdiyiniz tapşırıqdan v bu fəaliyyətin didaktik məqsədindən asılıdır.)
3-cü addım: Müzakirənin sonunda müəllim söz alıb (əgər lazım bilirsə) öz fikrini ifadə edən və şagirdlərin fikirlərini yekunlaşdıra bilər.
Əlavə mühakimələr:
Bu üsul  çox zaman “mikrofonla” və ya ümumi şəkildə müzakirə ilə birləşdirilir.

Məqsəd: Şagirdlərin fəaliyyətə qarşılıqlı təsirə operativ qoşulması, dayaq biliklərinin fəallaşdırılması və ya tədris fəaliyyətinin motivasiyası, öz ideyalarının söylənilməsi formaları üzərində diqqətlə və dərindən işləmək, onları digərləri ilə müqayisə etmək imkanı, təklif olunmuş mövzu üzrə daha sərbəst danışmaq, mahiyyət etibarilə qısa və inamlı danışmaq bacarığı aşılamaq.


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar