DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
Təhsil Xəbərləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Təhsil Xəbərləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

11 Temmuz 2017 Salı

Müəlliflərin fikirləri : 10-cu sinif Ümumi tarix dərsliyi haqqında

Müəlliflərin fikirləri:

Aydın Allahverdiyev dərsliklər haqqında:
Salam hörmətli Dostlar! Əvvəla, hər birinizin Müqəddəs Ramazan bayramlnlz mübarək! Mən, əziz dostum Təvəkkül Əliyevlə birlikdə hələ 2001-ci ildə (təhsilimizin "Kurikulum" adlanan yeni paradiqmasının qəbulundan 7 il əvvəl və bu paradiqmanın əksər tələblərinə indi də cavab verən) beynəlxalq ekspertlərin müsbət qiymətləndirdiyi ilk alternativ tarix dərsliyi komplektini (Orta əsrlər 7-ci sinif) hazırlayanlardan biri, "Test tərtibinin bəzi elmi pedaqoji prinsipləri", "Kiçik yaşlı məktəblilər üçün tarix dərslikləri və 9-10 yaşlı uşaqların inkişafının psixoloji xüsusiyyətləri" və s. kimi 10-dan artıq elmi-pedaqoji və publisistik məqaləni, o cümlədən "Qazilər marşı"nı yazmış, 2013-cü ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş və hörmətli Kamran Əsədovun təbirincə desək, tarixi tədris etməyi və yazmağı öyrənməyə ehtiyacı olan (zira, müdriklər: “Yüz il yaşa, yüz il öyrən!”- deyiblər) "məğlublardan" biriyəm. Əziz dostlar, məni bu polemikaya qoşulmağa vadar edən səbəb, sosial şəbəkələrdə Roma Papasından daha çox katolik olmaq iddiasına düşənlərin guya, TN-də dərsliklərin ədalətli və obyektiv ekspertizasının keçirildiyi barədə gurultulu ibarələri və hörmətli Kamran Əsədovun dərsliyi keçməyən müəlliflər barədə qeyri-korrekt ifadələridir. Atalar: “Haqsızlığa susmaq, haqsızlığa şərik olmaq, onunla razılaşmaq deməkdir!”- deyiblər. Bu səbəbdən mən də müzakirələrə qoşulub, bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm. Əvvəla, ekspertiza peşəkar və obyektiv keçirilibsə, onda nə üçün məğlub olan dərsliklərlə bağlı ekspert rəyləri müəlliflərə verilmir? Nə üçün onlara öz mövqelərini əsaslandırmaları üçün şərait yaradılmır və onların ekspertlərlə görüşü təmin edilmir? Bu, Azərbaycan Respublikası Konstitusiyasının: “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ vardır” (Maddə 50 b.1)-prinsipinə də ziddir. İkincisi, ortada olan dərsliklərin keyfiyyəti də ekspertlərin peşəkarlığına və obyektivliyinə kölgə salır. Tədris edən müəllimlər bilirlər ki, şagird nailiyyətlərini məzmun standartlarının tələblərinə uyğun ölçmək və qiymətləndirmək üçün ən yaxşı halda mövcud dərşliklərdən test tərtib etmək olur ki, bu da milyon manatlarla pul xərcləyib keçməkdə olduğumuz “Təfəkkür məktəbi”nin fəlsəfəsinə ziddir. Təsadüfi deyil ki, DİM-in sədri hörmətli M.Abbaszadə 04. 02. 2015-ci il tarixdə KİV-ə verdiyi müsahibələrin birində dərslikləri “dərdimiz” adlandıraraq, demişdi: “Müstəqillik dönəminə qədəm qoyan dövrlərdən bəri itirilmiş torpaqlarına, pozulmuş sərhədlərinə, qaçqın və köçkünlərinə, bir-birindən çətin və keçilməz ictimai-siyasi problemlərinə, hərbi, iqtisadi, sosial sahədə yaşanan həlli vacib məsələlərə başı qarışan məmləkətimizdə, necəsə, nəzər-diqqətdən yayınıb, bir qrup dərslik (əslində isə pul və şöhrət- A.A.) həvəskarının, əksər hallarda öz peşəsini, Azərbaycan ədəbi dilinin norma və qaydalarını belə, lazımi səviyyədə bilməyən bəzi orta məktəb müəllimlərinin, təhsilə aidiyyatı olmayan digər peşə adamlarının əlinə keçən dərsliklərimizdir. Balalarımızın gələcəyini, dil və təfəkkür səviyyəsini təmin edəcək bu kitabların ağır durumu ilə bağlı bu günə qədər yazılıb deyilənləri, aparılan yoxlamalar zamanı üzə çıxan qüsur və səhvləri üst-üstə yığsaq, samballı bir kitabın ərsəyə gələcəyinin şahidi olacağıq.” Məncə, TN-nin keçirdiyi ekspertizanın “peşəkarlığı və obyektivliyi” barədə gurultulu iddalara bundan yaxşı cavab yoxdur. Baxmayaraq ki, dediklərimizi isbat etmək üçün əlavə fakt və arqumentlər də gətirə bilərik. Ən böyük təəssüf doğuran isə bilirsiniz nədir? Vəzifəsi insanları zülmət və cəhalət girdabından çıxarıb doğru yola yönəltmək olan ziyalıların bir qisminin riyakar ziyankarlara çevrilib, ümummilli və ictimai maraqları merkantil maraqlara qurban verməsidir. Coox təəssüf və çox ayıb!!! 

Aydın Allahverdiyev

Hamlet Əliyev dərsliklər haqqında:
Son nöqtə dəyirmi masa ola bilər... .......Əfsuslar olsun ki, normal dərslik yaza bilməyib məğlub olan müəlliflər məğlubiyyəti həzm edə bilməyib kin-küdrətlərini, hirs və qəzəblərini boğa bilmirlər. Təbii ki, əks tərəfdə duran layihə iştirakçılarına qarşı qərəzsiz mövqe sərgiləmək, obyektivliyi, ədaləti qoruyub saxlamaq çətindir......... Bu sözləri müstəqil təhsil eksperti kimi fəaliyyət göstərən, eyni zamanda Təhsil Nazirliyinin keçirdiyi dərsliklərin hazırlanması tenderində “Azərbaycan və Ümumi tarix” dərsliklərinin müəlliflərindən biri Kamran Əsədovun mətbuatda tez-tez səsləndirdiyi fikirləridir. İlk olaraq onu qeyd edim ki, Ümumi tarix dərsliyi üzrə tender iki dərsliklə deyil üç dərsliklə təmsil olunmuşdur. Tenderin haqsız nəticəsi ilə (Ümumi tarixi nəzərdə tuturam) ilk olaraq biz (Müəlliflər: Hamlet Əliyev, Aydın Allahverdiyev, Şəhla Quliyeva, Leyla Bayramova və Rüfət Rzayev) narazı olduğumuzu bəyan etdik. Nazirliyə qəbul edilmiş dərsliyin şərtlərə uyğun olmadığını məlumatlandırdıq, sosial şəbəkədə tarix müəllimləri ilə bu məsələni birlikdə müzakirə etdik. Son zamanlar mətbuatda iki dərslik müəllifləri arasında kəskin polemika gedir. Rəqiblər bir-birlərini təhqir etməkdən belə çəkinmirlər. Hörmətli kolleqalarımı səbrli davranıb yalnız elmi müstəvidə mübahisə aparılmasını rica edirəm. Bəzən dərslik qalır kənarda şəxsi münasibətlər qabardılır. Sözü olan dərsliklə bağlı bildirsin, dərsliyə aid irad və təkliflər etsin. Hər-halda şəxsi hücuma məruz qalan özünü müdafiə etmək üçün rəqibi nümunəsində hücum edəcəkdir. Bir sözlə əziz həmkarlarım özümüzü güldürməyək.....Dərslikə bağlı olan nöqsanları müzakirə edirik.....başqa təkliflərlə çıxış edənlərin sözü eşidilmir..... Gələk Kamran müəllimin sözlərinə...... Kamran müəllim məğlubiyyəti həzm edə bilməyənlərə qeyri-obyektiv olduqlarını yazır. Ədalətli olmadıqlarını, qərəzli olduqlarını bildirir. Ümumi tarix üzrə tenderdə iştirak edərək “məğlub” olmuş komandalardan biri də bizik. Xüsusi qeyd edim ki, bizim komanda “plaqiatlıqla” hücuma keçən tarixçi-alimlərin fikirlərini bölüşmür. Kamran müəllim yazılarında bildirir ki, ən layiqli, standartlara tam cavab verən onların dərsliyidir. Hörmətli oxuculara bildirim ki, Ümumi tarix üzrə tenderdə hər 3 dərslik mümkün olan balı toplamayıb, bir sözlə hər 3 dərslik “məğlubdur”. Sadəcə ekspertlərin rəyinə görə Kamran müəllimində müəllifi olduğu dərslik üstün sayılmış və bu səbəblə qəbul olunmuşdur. Bizdə olan məlumata görə ən çox bal toplamış ikinci dərslik isə bizim dərslik olmuşdur. Bu günə kimi nə üçün sözü gedən dərslik üstün olub müəmma doğurur. Hörmətli kolleqalar, bu yazını yazmağa vadar edən səbəblər Kamran müəllimin ehtiyatsız çıxışları , o cümlədən son günlərdə iki komanda arasında mətbuatda gedən dialoqdur. Belə təəssürat yaranır ki, guya tenderdə yalnız bu iki komanda iştirak etmişdir, üçüncü komandanın varlığı isə unudulub. Dostlar qəbul olunmuş 10-cu sinif dərsliyi, tendərdə məğlub olan Yaqub müəllimin komandasının dərsliyi ilə təxminən eyni ssenaridə yazılıb. İbtidai icma dövrvündən başlayaraq müəlliflər 19-əsrə kimi dövrü əhatə ediblər. Burada dərsliyin ayrı-ayrı paraqraflarında elmi səhvlərdən danışmırıq (təbii ki var və çoxdur). Qəbul olunmuş dərslik ümumi konsepsiyanı kobud pozmuşdur. Standartlar kapitalizmə qədərki dövrü əhatə etdiyi halda, dərslikdə kapitalizm dövrü də işıqlandırılmışdır. Halbu ki bu mövzular 11-ci sinifin məzmun standartlarına daxildir. Nədənsə ekspertlər bu boyda konsepsiya pozulmasını "görməmişlər". 6-9-cu siniflərdə artıq keçirilmiş mövzuların yenidən eyni ssenaridə yazılması hansı zərurətdən irəli gəlir? Belə çıxır ki, 6-cı sinif şagirdi 10-cu sinif dərsliyi ilə dərs keçə bilər. Konkret olaraq 10-cu sinif dərsliyi 6-7 və 8-ci siniflər üçün əlavə resurs kimi tərtib edilib. Hansı kurikulumdan danışmaq olar, hansı müasir dərslikdən danışmaq olar? Bu ənənəvi dərslikdir....Bizim hörmətli ekspertlər görünür özləri də sovet təhsilinin inhisarından yaxa qurtara bilməyiblər..... Tendr şərtləri var, qaydalar var.....Bu şərtləri ən çox pozan dərslik hansıdır? Bunu araşdırdınızmı? Yoxsa redaktə xarakterli yazılara görə, hərf səhvləri, texniki səhvlərə görəmi qalib seçdiniz? Yaxşı seçdiniz, qalibi elan etdiniz, o zaman nə üçün “məğlub” olanlara məğlubiyyətin səbəblərini, yəni rəyləri vermirsiz, nə üçün ekspertlərlə görüşdürmürsünüz? Azərbaycan tarixi fənni üzrə ekspert Talıb müəllim açıqlama gətirdi....Nə üçün Ümumi tarixlə bağlı belə açıqlamalar yoxdur? Kamran müəllim obyektivlik yalnız bu günə kimi dərslik siyasətində inhisarçı mövqe tutmuş Yaqub müəllimin komandasının tenderdən uzaqlaşdırılması deyil. Bəli əvvəlki kurikulum dərslikləri bərbad vəziyyətdədir.....inanıram ki, sizin dərslik də onların təklif etdiyindən daha yaxşı olub...lakin bu o dəmək deyildir ki, sizin dərslik ən yaxşısıdır....Dərsliyinizlə bağlı müəyyən qədər elmi səhvlər var, ancaq mən onları hələlik səsləndirməyəcəm, dərsliyiniz nəşr olunduqdan sonra bildirəcəm inşallah. Bu yazı sadəcə sizin yazılarınıza bir cavabdır....Ədalət müdafiəçisi və onun axtarışında olanlara isə məsləhətim bu işə son vermək üçün bir dəfəlik hər 3 komanda ilə birlikdə dəyirmi masa təşkil olunsun və hər kəsin qarşısında hansı komanda daha ədalətli olub bilinsin. Düşünürəm sizdə istəmərsiniz ki, sizin dərslik əvvəlkilər kimi bərbad dərslik statusu alsın...bu səbəblə dəyirmi masa hər kəsə bunu birdəfəlik isbat etmək üçün şans verər......Hər kəsi bu işə dəvət edirəm, ekspertləri, hər 3 dərslik müəlliflərini hünərli olub dəyirmi masanın təşkil olunması çağırışına qoşulmağa dəvət edirəm........

 İlin ən yaxşı müəllimi müsabiqəsinin qalibi müəllif Hamlet Əliyev

Leyla Bayramova dərsliklər haqqında:
Neçə gündür 10 cu sinif Ümumi tarix dərsliyi ilə bağlı müzakirələr davam edir. Dərslik müəllifləri dərsliklərini əsaslandıraraq üstün göstərmək naminə əlində olan hər hansı fürsətlərdən yararlanmağa çalışır. O dərslik müəllifləri ki, haqlı səbəblər belə tapıb ortalığa qoya bilmir. Təhsil Nazirliyinin dərslikləri qiymətləndirmək üçün təyin etdiyi ekspertlərin qiymətləndirmələrinə  görə Ümumi tarix dərslikləri arasında yüksək bal toplayıb meyarlara cavab verən dərslik olmayıb. Və ən son məqamda “çarəsiz qalıb” Kamran Əsədov və digərlərinin ( niyə Kamran Əsədovun adını çəkdim digərlərinin yox? Çünki dərslik məsələsi ilə bağlı mövzularda aqressiyalı və qərəzli şəkildə çıxış edir) dərsliyini seçməli olublar. Amma hansı üstünlüyünə görə?
Məsələ burasındadır ki, Aydın Allahverdiyev, Hamlet Əliyev, Şəhla Quliyeva, Rüfət Rzayevin, Leyla Bayramovanın müəllifi olduqları dərslik də yüksək bal toplayıb. Bəs “məğlub olmasına” səbəb nədir? Bununla bağlı açıqlanma verilmir. Və ya keçən dərsliyin üstünlüyü nə idi? Hansı meyara əsaslanaraq?
Təhsil eksperti Talıb Quliyev tərəfindən Yaqub müəllimin komandasının müəllifi olduqları dərsliyə açıqlama gətirildi. Hətta Talıb Quliyevib bu açıqlamasından sonra Kamran Əsədov sosial şəbəkədə daha da ürəklənib rəqiblərini təhqir edərək  “son həftə ərzində dərslik tenderinqə məğlub olmuş, ortaya normal vəsait qoya bilməyən şəxslər və onların müdafiyəçiləri ictimaiyyət arasında Təhsil Nazirliyinin, müəlliflərin və bu dərslikləri yoxlayan ekspertlərin nüfuzuna xələl gətirəcək qərəzli, həqiqəti əks etdirməyən məlumatlar yaymaqdadırlar. Onların bütün iradlarının əsassız olduğu mən və bütün müəllif kollektivi tərəfindən dəfələrlə sübuta yetirildi. Hətta dərslik yaza bilməyib məğlub tərəflə bağlı Təhsil Nazirliyi rəsmi mövqeyini də bildirdi. Lakin bu da dərslik yaza bilməyənləri qane etmədi. “  ifadə işlətdi.
Neçə illik dərslik sahəsi üzrə bilik və bacarığa malik insanları təhqir etdi. Aydına Allahverdiyevin alternativ vəsaiti nə tez yaddan çıxdı ay Kamran müəllim?  Biz o vəsaitdən istifadə edən yetkinlər deyilikmi?  İndi nəyə və hansı meyara əsaslanaraq “qazanması” bəlli olmayan dərsliyinizə görə neçə illik dərslik təcrübəsinə malik insanları təhqir edirsiniz?
Bəlkə təhqir əvəzinə həmin “məğlub olan” rəqiblərə dərsliyinizin keçmə üstünlüklərini və digərlərinin keçməmə səbəblərinə açıqlama xahiş edəsiniz. O zaman obyektivliyinizdən söhbət gedə bilər. Əks halda bu müzakirə hələ çox davam edəcək. Bu sizi narahat etmirmi? Yoxsa əskinə reklamınız olur deyə sevinirsiniz?
Tələb olunan odur ki “məğlub olan” digər dərsliyin də keçməmə səbəbləri açıqlansın. Keçən dərsliyin isə üstünlükləri.......
Bu dərsliklər məktəblərə gedir və müəllimlər məcbur şəkildə bu dərsliklərdən istifadə edirlər. Onlar sosial şəbəkələrdə nə qədər fikri bildirsələr də ya əhəmiyyət verilmir, ya da dərslikləri analiz etmə ixtiyarı istifadə edən müəllimlərə verilmir. Onlar yerlərdə etirazlarını bildirən zaman isə hər şey üçün gec olur.
İşi zamanında həll etmək lazımdır.....
Bu gün əsas tələb standartlardır. Çox sayda ixtisas və ya qeyri ixtisas fənn müəllimləri və onların standartları üzərində iş aparan biri (mentor) olaraq demək istəyirəm ki, dərslik standartın tələbinə cavab verməlidir. Amma təəəsüflər olsun ki dəsrliklər hazırlanan zaman standartların tələbinə cavab vermir. “Tam əksinə deyirlər ki, standartı dərsliyə uyğunlaşdırın” Əzizlərim Əlinin papağı Vəlidə, Vəlinin papağı Əlidə dövrünə son qoyun. Standartın tələbinə uyğun dərsliyi məktəblərə yönəldin ki müəllimlər əziyyət çəkməsin.
Əgər təhsili düzəltmək istəyirsinizsə, təhsil qanunlarına əməl edin. Dərsliklərdə çox ciddi problem varki onların hamısını sadalaya bilməyəcəm amma ən vacibini nəzərinizə çatdıracam. 
 Bir neçə mənə məlum olan nümunələr yazacam.
 İbtidai sinif ( sinifi ya 2, ya da 3 dür ) Həyat bilgisi fənnində "üfüqün cəhətlərini təyin edir " deyə bir standart var. Amma bu standartı reallaşdıracaq mövzu yoxdur. Nəzərə alsaq ki, hələ "inqilab" səviyyəsində deyilik və yalnız əsas vasitə kimi dərsliyə istinad edirik deməli bu standartı reallaşdıracaq mövzu olmalıdır dərslikdə. ... Sonra dərslikdə "Milli mətbəximiz" mövzusu var. Hansı ki, heç bir standarta uyğun gəlmədən dərsliyə daxil edilib.
6cı sinifin Azərbaycan dili standartlarında " Müxtəlif yazı tiplərini fərqləndirir " standartı var. Amma həmin standartı reallaşdıracaq mövzu 6 cı sinifdə yoxdur, 10 cu sinifdə var. Nəzərə alsaq ki, 10 cu sinifdə də həmin standart var, deməli 6-cı sinif Azərbaycan dili dərsliyi də standart tələblərinə cavab vermir.
Əgər müəllimlərə standartları reallaşdırın tələbi qoyuruq sa, bir halda ki , imtahan da standartlara əsaslanaraq götürülürsə , dərsliklərdə standart əsas meyar olaraq götürülməlidir.
Eyni hal hazırda Təhsil Nazirliyinin üstün hesab edib qiymətləndirdiyi Ümumi tarix dərsliyində yaşanır. Standart kapitalizmə qədərki dövrü tələb etdiyi halda, dərslik kapitalizm dövrünü  əhatə edib. Görünən odur ki, 11-ci sinifdə müəllimin reallaşdırmalı olduğu standartı gətirib 10cu sinifdə reallaşdırmalıdır. Bəs şagirdin səviyyəsi? Öyrənmə gücü? 11-ci sinifdə şagird nə edəcək? Müəllim nə edəcək? 11-ci sinif dərsliyi nəyə əsasən hazırlanacaq? 11-ci sinif üçün yeni standartlarmı yaradılacaq? Hanısa dərslik səhv yazılıb deyə?! ..... hörmətli ekspertlər bunu niyə unudub? Və ya buna niyə açıqlama vermirlər?
Ən yaxşı müəllim müsabiqəsinin qalibi Leyla Bayramova

27 Mayıs 2017 Cumartesi

Ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulunun və yerdəyişməsi

Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqələr keçiriləcək.

Əmrə əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilməli, peşə liseylərində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu bu əmr ilə təsdiq olunan qaydalar əsasında mərkəzləşdirilmiş imtahanda iştirak edərək müvafiq keçid balı toplamış şəxslər sırasından Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsahibə yolu ilə aparılmalıdır.

Əmrdə bildirilib ki, 2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilməli, siyahıda adları çəkilən müəssisələrə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirilməlidir.

Eyni zamanda, 2017-2018-ci tədris ilində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apellyasiya komissiyasının tərkibi təsdiq edilməli, işə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqları hazırlanmalı, iyunun 5-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerlərinin toplanılması və təhlili təmin edilməlidir.

Əmrdə qeyd olunub ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı tətbiq olunmaqla mayın 25-dən iyunun 15-dək, nazirliyin sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə isə iyulun 1-dən 14-dək elektron ərizələrin qəbulu təşkil ediləcək.

Vakant yerlər barədə məlumatların ərazi maliyyə hesablaşma mərkəzləri ilə razılaşdırmaqla mayın 25-dək proqram təminatına daxil ediləcək. Müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələri bu ilin sentyabr ayının 15-dək bağlanılacaq.

Nazirliyin keçirdiyi müsabiqənin nəticəsi olaraq iş yerini dəyişən və işə qəbul olunan müəllimlər, həmçinin mövcud vakant yerlər haqqında sentyabrın 20-dək Təhsil Nazirliyinə müəyyənləşdirilmiş formada məlumat təqdim edilməlidir.

8 Mayıs 2016 Pazar

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası


Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 oktyabr tarixli Sərəncamı
ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" (bundan sonra - Strategiya) Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.
1 ci istiqamət- Məzmun
2ci istiqamət –İnsan resurlarının müasirləşdirilməsi (Təhsilverənlərin peşəkarlıq səviyyələrinin inkişaf etdirilməsi ə təhsilalanların uğur və nəaliyyətlərinin qiymətləndirilməsi)
3 cü itiqamət- İdarəetmə
4 cü istiqamət- Təhsil infrastrukturu
5 ci istiqamət- Maliyyə
Baxamayaraq ki dövlət startegiyası çox qısa müddətdir ki imzalanıb və qüvvədədir, lakin bu yolda çox işlər görülüb və görülməkdədir.Bilirik ki məktəbin səmərəliliyi və uğurlu olması üçün təhsilverənlərin peşəkarlıq səviyyələrinin inkişaf etdirilməsi çox vacibdir. Müstəqillik dövründə bütün sahələrdə olduğu kimi, təhsilində inkişafı ilə bağlı geniş islahatlar gedir. XXI əsrin tələbləri baxımından təhsildə ənənəviliyin uğurları qorunub saxlanılmaqla innovasiyalar yeni pedaqoji texnologiyaların tətbiqini zəruri etdi.Bu innovasiyaların pedoqoji fəaliyyətdə tətbiqi və bunu tətbiq etmək üçün müəllimlərin inkişaf etdirilməsi peoritet məsələlərdəndir.Bunun üçün də çox işlər görülür.Təhsil Nazirliyi tərəfindən müəllimlərin bacarıqlarını inkişaf etdirmək üçün  bir çox təlimlər təşkil etmişdir. Elə bu səbəbdən yüzlərlə yeni anlayışlar innovasiyalar kimi təhsilimizə daxil olmuşdur. Həyati bacarıqlara əsaslanan təhsil, kurikulum, elektron məktəb, İKT, distant təhsil, fəal (interaktiv), təlim, portfolio, boloniya prosesi, müəllimlərin dərslərinin kliniki müşahidəsi və s. anlayışların mahiyyətini bilmək vacibdir
Hal- hazırda müəllimlərin iknkişafı üçün yaradılmış şərait əvvki  illərlə müqaisədə həddində artıq yüksək səviyyədədir. Yəni heç bir müəllim ondan tələb olan bilik və bacarıqların qarşılığında aciz qalmamalıdır. Çünki müəllimin inkişafı üçün və təkminləşməsi üçün hər bir şərait mövcuddur.Düzdür bir çox təlimlər ödənişlidir lakin Təhsil Nazirliyini öz hesabına müəyyən müsabiqə yolu ilə təşkil etdiyi çox əhəmiyyətli təlimlər də vardır ki burada artıq müəllimin baza biliyi tələb olunur.Məm özüm bir çox belə əlmləri misal çəkə bilərəm. İngilis idli müəllimlərinin sertifikatlaşdırılması təlimi  Təhsil Nazirliyi MADAD Microsoft və Britaniya Səfirliyinin birgə layihəsi idi.Mən bu layihənin iştirakçısı oldum.Bir çox bilik və bacarıqlara yiyələndm. Müasir dövrdə müəllimin inkişaf etmək istəyi ilə dövlətin bu istəyi təmin etmə təşəbbüsləri qarşılıqılıdır.İKT – tətbiqi 21 əsir tələbidir.Bu tələbə cavab cermək hər bir müəllimin borcudur.Bu istiqamətdə də Təhsil Nazirliyi İnformasiya və Kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi üçün müəyyən təlim və proqramlar həyəta keçirir. Pedaqoji kadrların keyfiyyətcə hazırlığının yüksəldilməsi qarşıda duran başlıca vəzifələrdəndir. 30 il əvvəl pedaqoji institutu bitirən müəllimin peşəkarlığı ilə əlaqədar yeniliklərdən məlumatsızlığı onun səmərəli fəaliyyətinin səviyyəsinin aşağı salınmasına səbəb olurdu.

Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsinə gəldikdə isə bu amil də çox vacibdir.Çünki bu günün uğurlu təhsilalanı sabah dövlətəin müəyyən sahələrində xidmət göstərəcə kadırdır. Azərbaycanda elm və təhsilin maddi-texniki bazası və kadr potensialı əsasən XX əsr ərzində formalaşmışdır. 1970-1980-ci illərdə SSRİ-nin müxtəlif ali məktəblərinə gənclərin kütləvi şəkildə göndərilməsi yüksək ixtisaslı mütəxəssislərlə təminat baxımından respublikanın qabaqcıl mövqelərə çıxmasına imkan vermişdir. Bununla belə 1990-cı illərdən sonra müəyyən obyektiv və subyektiv amillər nəticəsində bir sıra sahələrdə çalışanların dünyada baş verən müasir proseslərlə ayaqlaşa bilməməsi reallığa çevrilmişdir. Son vaxtlar Azərbaycanın iqtisadiyyatı kimi Azərbaycan elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunmuşdur. Elm və təhsil sahələrində alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almışdır. Bu proseslərin dövlət sazişləri çərçivəsində yalnız bir qismi tənzimlənir. Lakin müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmışdır. Həmin sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda (bundan sonra Dövlət Proqramı) istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulur

7 Ocak 2016 Perşembe

“Zərdabi” layihəsi çərçivəsində növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

Təhsil Nazirliyi tərəfindən 2015-2016-cı tədris ilindən start verilmiş “Zərdabi- İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi” məktəb, valideyn və ictimaiyyətlə iş aparmaqla, üç istiqamətdə həyata keçirilir.
Layihənin icrasında məqsəd ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsi, şagirdlərin beynəlxalq qiymətləndirmə metodologiyalarına əsaslanan resurslarla təmin edilməsidir. Həmçinin, oxu bacarıqlarının formalaşdırılması və inkişafı yönündə valideynlərin biliyinin artırılması, şagirdlərin oxu prosesini təşkil edən tərəflərindən biri kimi onların bu prosesə fəal cəlb edilməsi, bu yöndə məktəb rəhbərlərinin fəaliyyət istiqamətlərinin genişləndirilməsi, həmçinin ictimaiyyətin diqqətini oxu bacarığının, mütaliə mədəniyyətinin formalaşdırılmasının vacibliyinə yönəltmək də əsas məqsədlər sırasındadır. “Zərdabi” layihəsi ibtidai təhsil pilləsi üzrə ölkə təhsil tarixində funksional savadlılığın artırılmasına, şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinə yönəldilmiş ilk layihədir.
Layihə çərçivəsində 4-cü sinifdə dərs deyən ibtidai sinif müəllimləri ilə “Oxu strategiyaları” adlı seminarlar təşkil edilib.
Bakı şəhəri daxil olmaqla, respublikanın digər şəhər və rayonlarının 204 ümumi təhsil məktəbinin 800-ə yaxın sinfində təhsil alan 18 615 nəfər 4-cü sinif şagirdi layihənin hədəf qrupuna daxildir.

2015-ci il ərzində ayda iki dəfə, dekabrda isə 4 dəfə seminar-dərslər təşkil edilib. Seminar-dərslər “Oxuyub anlama bacarıqları üzrə qiymətləndirmə vəsaiti”ndəki mövzular əsasında şagirdlərdə yazılı mətnlər üzərində sərbəst işləmə, söz ehtiyatının zəngiləşdirilməsi, oxu texnikasının artırılması yönündə layihə əlaqələndiriciləri tərəfindən interaktiv üsullarla tədris olunur. Seminar-dərslərin tədris ilinin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulur.
Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf dinamikasını izləmək məqsədilə layihə müddətində yazılı qiymətləndirmələr aparılır. 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının ilkin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə ötən ilin noyabr ayında diaqnostik qiymətləndirmə aparılıb. 2016-cı ilin yanvarında növbəti qiymətləndirmənin keçirilməsi planlaşdırılır.

6 Ocak 2016 Çarşamba

“Ən yaxşı müəllim” müsabiqəsində qalib gələn müəllimlər AzTv-nin “Səhər” proqramının qonağı olublar, təəssüratlarını bölüşüblər.

“Ən yaxşı müəllim” müsabiqəsində qalib gələn müəllimlər AzTv-nin “Səhər” proqramının qonağı olublar, təəssüratlarını bölüşüblər. 
Proqramda Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva müsabiqə ilə bağlı geniş məlumat verib.

30 Aralık 2015 Çarşamba

“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb


Dekabrın 29-da “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, müsabiqə qalibləri və KİV təmsilçiləri iştirak ediblər.
Mərasimdə çıxış edən Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev nazirlik tərəfindən 6-cı dəfə  keçirilən müsabiqəyə marağın böyük olduğunu söyləyib.
E.Əmrullayev nəzərə çatdırıb ki, müsabiqənin əsas məqsədi elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini genişləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa təşviq etmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.
Qeyd edək ki, “Müəllim” və “Şagird” istiqaməti üzrə 6 nominasiyada keçirilmiş müsabiqənin şəffaflığını təmin etmək məqsədilə qiymətləndirmə mərhələləri onlayn təşkil olunub, qəbul edilmiş işlər üzrə onlayn müzakirələrə şərait yaradılıb, ekspert və münsiflər heyəti müsahibə əsasında müəyyənləşdirilib. Müsabiqənin I mərhələsinə təqdim edilmiş 941 işdən 900-ü II mərhələdə ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 207 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işlər münsiflər heyəti tərəfindən onlayn qaydada qiymətləndirilərək 14 qalib elan olunub və 18 fərqlənən iş müəyyən edilib.
Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub.
Müsabiqənin keçirilməsinə “Dr.Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar Mobile” şirkətləri  tərəfindən dəstək verilib.

27 Aralık 2015 Pazar

TQDK ləğv edilə bilər

İnkişaf etmiş sivil dövlətlərin heç birində, eyni zamanda Avropa ölkələrində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fəaliyyət göstərmir. Son günlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) da ləğv edilməsi haqda müxtəlif fikirlər səsləndirilir. Bəzi məlumatlara görə, TQDK ləğv edilərək Təhsil Nazirliyinin balansına keçə bilər. TQDK hələ bir neçə il öncə ləvğ edilməli və onun səlahiyyətləri Təhsil Nazirliyinə verilməli idi.

Bunu ölkənin təhsil sahəsi üzrə ən tanınmış ekspertləri bəyan edirlər. Məsələn, təhsil eksperti Məhərrəm Zülfüqarlı hələ iki il əvvəl qeyd edib ki, hazırda TQDK kimi bir qurumun fəaliyyətinə ehtiyac yoxdur və tələbə qəbulunu hər ali məktəb özü aparmalıdır: "Əksər xarici ölkələrdə Tələbə Qəbulu Komissiyası anlayışı yoxdur. Sovet dövründə tələbə qəbulunda digər SSRİ məkanında olduğu kimi, Azərbaycanda da neqativ hallar mövcud idi və bu halların qarşısını almaq məqsədi ilə Tələbə Qəbulu Komissiyası yaradıldı. Və indiyə qədər də qəbulu bu qurum aparır. Hesab edirəm ki, bu keçid dövrü üçün zəruri olan bir addım idi. Hazırda keçid ballarının müəyyən bölgüsünün aparılması ilə əlaqədar bir çox abituriyentlər kənarda qalır. Digər tərəfdən, təhsil haqqı da azaldılmalıdır ki, gənclərimizin öz ölkəmizdə təhsil almalarına maraq yaransın. Belə olan halda, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kimi bir quruma ehtiyac qalmaz və qəbulu hər universitet özü aparar. Türkiyədə tələbə qəbulu komissiyası funksiyasını yerinə yetirən yüksək öyrətim qurumu var, amma orada tələbə qəbulu bizdəki kimi mürəkkəb deyil".

Nəzərinizə çatdıraq ki, təhsil üzrə ekspert, 2000-2005-ci illərdə parlamentin elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuş Şahlar Əsgərov da məhz bu qənaətdədir ki, TQDK Təhsil Nazirliyinin tabeliyinə keçərsə, bu, müsbət istiqamətdə atılan addım olar: "Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nazirliyin tabeliyinə verilməsinin tərəfdarıyam. TQDK qarşısında duran məqsəd və vəzifələri layiqincə yerinə yetirmir. Hesab edirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinə birləşdirilərsə, məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş, orta təhsil də daxil olmaqla tələbə qəbulunu özü müəyyən edərək keçirsə, iş birliyi yaranar və bölünmə olmaz. Bu zaman mövcud problemlər və bir sıra məsələlər də öz həllini tapa bilər".

Keçmiş təhsil naziri, professor Firudin Cəlilov isə hesab edir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinin funksiyalarını ələ keçirib: "Tələbə qəbulu qurumu mənim təklifimlə yaranıb. Bu qurum yalnız qəbul qaydalarına aid məsələlərlə məşğul olmalı və bir ildən sonra iki mərhələli seçimə keçməli idi. Eyni zamanda test suallarının bankını yaratmalı idi. Lakin bu qurum sonralar Təhsil Nazirliyinin zəif mövqeyindən yararlanıb onun funksiyalarını da ələ keçirdi. Təhsil Nazirliyi öz əvvəlki statusunu bərpa etməlidir. Tələbə qəbulu qurumu yalnız onun sifarişini yerinə yetirən icraçı orqan olmalıdır". Gördüyünüz kimi, ölkənin təhsil sahəsi üzrə ən peşəkar və tanınmış ekspertləri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv olunmasının, onun səlahiyyətlərinin isə Təhsil Nazirliyinə verilməsinin tərəfdarı olduqlarını açıq şəkildə bəyan edirlər. Məhz bu məqamı göz önünə alaraq güman etmək olar ki, tezliklə TQDK-nın ləğv olunacaq."

Təhsil eksperti, sabiq millət vəkili Şahlar Əsgərov da bu variantı məqbul hesab edib. TQDK-nın ləğv olunması ilə bağlı yayılan söhbətlərə münasibət bildirən ekspert bu ideyanı müsbət qiymətləndirib. O, hesab edir ki, TQDK-nın ləğv edilməsi vacib amillərdəndir: “23 ildir ki, bu komissiyanın fəaliyyəti davam edir. TQDK-nı bir quruma çevirib, Təhsil Nazirliyinə verilməsi çox ağlabatandır. Xarici ölkələrdə belə bir komissiya qeyri -hökumət təşkilati kimi fəaliyyət göstərir. Yəni, gənclərin biliyini ölçən bir təşkilat kimi. Bu bilik ölçən dövlət təşkilatı da ola bilər, qeyri-hökumət təşkilatı da. Güman edirəm ki, indiki dövrdə bu, hökumət təşkilatı olsa yaxşıdır, yəni Təhsil Nazirliyinin nəzdində belə bir qurum fəaliyyət göstərsə daha yaxşıdır. Bu dövlətçilik baxımından da yaxşı ola bilər”.

Ş.Əsgərovun sözlərinə görə, gənclərin orta və ali təhsil alması bir nazirlikdə olmalıdır. Daimi komissiyanın olması isə gülüncüdür: “Komissiya bir, iki, üç illik ola bilər. Sovet dövründə ali məktəblərə qəbul zamanı qəbul komissiyaları yaradırdılar. Amma bu komissiyalar qısa müddətli olardı, növbəti illərdə təzə bir komissiya yaradılardı. 23 il bir komissiyanın fəaliyyət göstərməsi dövlətçilik baxımından da anlaşılmazdır. Bu qurum bütövlükdə, ştatlara qənaət etmək şərti ilə Təhsil Nazirliyinə tabe olunmalıdır. O zaman Təhsil Nazirliyi iki yerə bölünməz. Təhsildə iki tirəlik olmaz. Təhsil sistemində nazir bir iş, komissiya ayrı iş görə bilməz. Hamısı çəkici bir nöqtəyə vurmalıdır”

Ekspert açıqlamasında TQDK-nın fəaliyyətini 10 ballıq sistem üzrə 8 balla qiymətləndirdiyini deyib: “Mən TQDK-nın fəaliyyətni 10 ballıq sistemlə 8 balla qiymətləndirmişəm. TQDK-nı tənqid etdiyim istiqamət o olub ki, test özünə aid olmayan işlə məşğul olur. Test gənclərin, abituriyentərin azadlığını məhdudlaşdırır. Özüm bilərəm ki, Lənkəranı, ya da ki, Naxçıvan ali məkətbini seçirəm. Bu, testin böyük qüsuru idi. Abituriyenti nə ali məktəb seçməli, nə də ki TQDK göndərməli deyil. Onu iki yerə parçalamaq olmaz”. Ekspert təhsil sistemində konkret islahatların aparılmasını vacib sayır. Hər il ali məktəblərə sənəd qəbulu başlamazdan öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirir ki, ali məktəblərin müsabiqəsinə keçid balları artırılacaq. Bu ilin aprelində də oxşar açıqlama verildi. TQDK sədri bəyan elədi ki, I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxılacaqlar.III ixtisas qrupunda isə keçid balı 300 müəyyənləşmişdi. Lakin ötən il olduğu kimi, bu il də şərtlər dəyişdi və keçid balları III ixtisas qrupunda 250-yə, digər ixtisas qruplarında isə 200-yə endirildi.. Məlumdur ki, vakant yerlərə abituriyentlər ödənişli ixtisaslar üzrə təyin olunacaq. Necə deyərlər, boş qalan yerləri doldurmaq xatirinə bölgü aparılacaq."

Təhsil eksperti Məhərrəm Zülfüqarlının bildirdiyinə görə, hazırda TQDK kimi bir qurumun fəaliyyətinə ehtiyac yoxdur və tələbə qəbulunu hər ali məktəb özü aparmalıdır: “Əksər xarici ölkələrdə Tələbə Qəbulu Komissiyası anlayışı yoxdur. Sovet dövründə tələbə qəbulunda digər SSRİ məkanında olduğu kimi, Azərbaycanda da neqativ hallar mövcud idi və bu halların qarşısını almaq məqsədilə Tələbə Qəbulu Komissiyası yaradıldı və indiyə qədər də qəbulu bu qurum aparır. Hesab edirəm ki, bu keçid dövrü üçün zəruri olan bir addım idi. Hazırda keçid ballarının müəyyən bölgüsünün aparılması ilə əlaqədar bir çox abituriyentlər kənarda qalır”.
Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Onlara tədris dilində hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. Tədris ingilis və ya gürcü dilində aparılan ümumi təhsilmüəssisələrində ali və ya orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olan ana dili fənnindən də imtahan verməlidirlər . Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 45 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Qiymət fənlər üzrə düzgün cavabların sayı "2" 0-5, "3" 6-15, "4" 16-24, "5" 25-30 doğru cavaba əsasən müəyyən ediləcək. Şagirdlərin xarici dil-kimya fənni üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı kimidir: Ali təhsil müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə aparılır. Abituriyent I, II, III və IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. Həmin ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Yəni abituriyent həm V ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edərək (cari ilin abituriyenti isə buraxılış imtahanında iştirak edərək) xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində, həm də I, II, III və ya IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirak edərək həmin qrupa daxil olan ixtisasların müsabiqəsində eyni vaxtda iştirak edə bilər.V ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, bütün bunlar görüntü yaratmaq məqsədi ilə həyata keçirilir. Yəni təhsildə belə inkişaf gedir, dünya təhsil sisteminə inteqrasiya edilir və s.: "Bilirsiniz, son zamanlar TQDK dəyişikliklər edib, sonra yenidən həmin köhnə şeyləri bərpa edib. Məsələn, buraxılış imtahanı zamanı 8 imtahanı ləğv edib 2 imtahan etdilər. İndi 2 imtahan verən şagirdlərin bilik səviyyəsi tamam aşağı düşüb, məsuliyyət hissləri demək olar ki, yoxdur. Təzədən imtahanların sayını artırıb 3 ediblər. Söhbət gedir ki, dünya təcrübəsinə əsasən imtahanların sayı yenidən 8 olsun. İndidən ixtisas qruplarının sayını artırıblar. Ümumiyyətlə, ixtisas qrupları ləğv olunmalıdır. Qanunda təhsilin ifadəsi sistemləşdirilmiş bilik və bacarıqların, vərdişlərin formalaşdırılması və onun nəticəsinin əldə olunması kimi öz əksini tapır. Qabiliyyət imtahanı isə tamamilə artıq bir məsələdir. Bu digər ixtisasları, peşə sahiblərini təhqir etmək deməkdir. Məgər digər ixtisaslar qabiliyyət tələb etmir? Həkim, müəllim, tarixçi kimi ixtisaslara qabiliyyət lazım deyil? Axı, bütün ixtisaslar qabiliyyət tələb edir".
N.İsrafilovun fikrincə, ixtisasları qabiliyyətli və qabiliyyətsiz olaraq qruplaşdırmaq olmaz.

Ekspert deyir ki, təhsilimizin indiki duruma gəlib çıxmasının səbəbi yeni sistemin oturuşmasına imkan verməməyimizdir: "Elə bir gün, həftə yoxdur ki, təhsillə bağlı xəbərlər yayılmasın. Təhsilin inkişafı, yenilənməsi o demək deyil ki, hər gün onunla bağlı yeni bir xəbər olsun, qayda-qanun qəbul olunsun. TQDK son statistik göstəriciləri açıqladı. Şagirdlərimizin, tələbələrimizin bu vəziyyətə düşməsinin səbəbi gündə bir qərarın qəbul olunmasıdır. Hazırda məktəb sistemi tamamilə dağıdılıb. Şagirdlər məktəbə getmir. Hamısı ixtisas üzrə hazırlaşır. Birinci sinifdən etibarən uşaqlar repetitor yanına getməyə başlayır, dar ixtisaslar üzrə hazırlaşırlar. Repetitor yanında hazırlaşan tələbələrin bir qismi qabağa gedir, digər bir qism isə savadsızlaşır. İxtisas qrupunda nəinki 5-ci qrupu yaratmaq, digərlərini ləğv etmək lazım idi. Biz o təhsil qanunvericiliyini qəbul edirik, ancaq təhsil qanunvericiliyinə əməl etmirik. Təhsil şəxsiyyətyönümlüdür. Orta ümumtəhsil məktəbinin vəzifəsi şəxsiyyət, vətəndaş hazırlamaqdır. Ali məktəbə tələbə hazırlamaq deyil. Biz isə bütün qüvvəmizi ali məktəbə tələbə hazırlamaq üçün sərf edirik. 4 ixtisas az imiş kimi indi də 5-ci ixtisas qrupunu əlavə edirik". Təhsil müəsissələrində təhsil haqqı da azaldılmalıdır ki, gənclərimizin öz ölkəmizdə təhsil almalarına maraq yaransın. Belə olan halda, TQDK kimi bir quruma ehtiyac qalmaz və qəbulu hər universitet özü aparar. Türkiyədə tələbə qəbulu komissiyası funksiyasını yerinə yetirən yüksək öyrətim qurumu var, amma orada tələbə qəbulu bizdəki kimi mürəkkəb deyil.Qərbdə nüfuzlu universitetlərin ardınca tələbə qaçır, universitet tələbə kontingenti yığmaq üçün çalışmır. Türkiyədə elə universitetlər var ki, tələbə qəbulunu artıq özləri aparır. Universitetlərə sərbəstlik vermək lazımdır ki, azad rəqabətdə tələbələr öz seçimlərini edə bilsinlər”. Müəllimlərin elmi dərəcəsini də hər universitet özü müəyyənləşdirməlidir: “Dünya praktikasında hər bir professor, dosent elmi dərəcəsini də universitet özü müəyyən edir. Bu baxımdan Azərbaycanda Ali Attestasiya Komissiyasının da fəaliyyətinə ehtiyac yoxdur.Bizdə ali məktəblərdə elmi ad almaq proseduru belədir: hansısa alim bir ali məktəbdə professor elmi dərəcəsini almaq üçün Elmi Şuradan keçməlidir, sonra onun sənədləri toplanıb göndərilməlidir Ali Attestasiya Komissiyasına.Onlar da ya bunu təsdiq edirlər, ya da geri qaytarırlar. Əgər bu alim universitetin yetişdirməsidirsə, həmin ali məktəbin Elmi Şurası ona öz qiymətini veribsə, onun elmi adını universitet təsdiqləsə, daha obyektiv olmazmı? Ona görə də Türkiyədə, Avropa ölkələrində, Amerikada cavan yaşlarından hər universitetin öz professoru olur.

Bizdə isə qocalıb əldən düşəndən sonra, dili söz tutmayanda professor diplomunu verirlər, o da kimsəyə yararlı olmur. Azərbaycan Avropa Şurasının üzvüdür və hesab edirəm ki, artıq belə addımları atmağın vaxtıdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından artıq 22 il vaxt keçib, bu müddətdə keçid dövrü mərhələsində yaradılan qurumların ləğvinə ehtiyac var”.
Gələcəkdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv olunaraq Təhsil Nazirliyinin tabeliyinə verilməsi prezidentin səlahiyyətində olan bir məsələdir. Azərbaycanda ali məktəblərin ödənişli əsaslarla tələbə qəbulu üçün plan yerləri ləğv edildikdən sonra təhsil müəssisələri akkreditasiya prosesinin nəticələrinə əsasən tələbə qəbul edə bilərlər.

Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ali məktəblərin ödənişli əsaslarla müəyyənləşdirilən plan yerləri tədricən ləğv ediləcək. Amma bununla bağlı son qərar verilmədiyindən ödənişli əsaslarla olan plan yerlərinin 2016-2017-ci, və yaxud 2017-2018-ci tədris ilindən ləğv ediləcəyi hələlik məlum deyil.Hazırda bununla bağlı hazırlıq işlərinin aparıldığını deyən C.Bayramovun sözlərinə görə, ödənişli əsaslarla plan yerlərinin ləğv edilməsi o demək deyil ki, ondan sonra təhsil müəssisəsi istənilən sayda tələbə qəbul edə bilər.

Nazir müavini qeyd edib ki, bir çox aparıcı ölkələrin təhsil sistemlərində bu model iki mühüm amil - ali məktəbin müəyyən dövlət standartlarına uyğun olaraq, hansı sayda tələbə qəbul edə bilməsi imkanı və tələbənin ali məktəbə getmək istəyi nəzərə alınmaqla tətbiq edilir: "Ali təhsil müəssisələri akkreditasiya prosesindən keçirlər. Akkreditasiya prosesində isə dövlət standartları mövcuddur. Burada hər bir istiqamət üzrə müəyyənləşdirilir ki, ali təhsil müəssisəsinin hər bir tələbə üçün nə qədər auditoriya, kitabxana fondu var, bu və ya digər ixtisasın açılması və tədris olunması üçün bu sahə üzrə nə qədər kafedra, kafedralarda işləmək üçün hansı səviyyəli elmi dərəcəli kadrlar var. Bu kriteriyalar nəzərə alınmaqla, bu və ya digər ali təhsil müəssisəsi tərəfindən öz potensialına uyğun olaraq, tələbə qəbulu aparıla bilər”.

Məleykə Abbaszadə nə az, nə çox düz 15 ildir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edir. Lakin deyilənlərə görə, artıq onun tutduğu postla vidalaşmaq vaxtı çatıb. Belə ki, tezliklə ölkənin təhsil sistemi ilə bağlı köklü struktur və kadr islahatlarına start veriləcək. Məhz bu islahatlar nəticəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətinə son qoyulacaq, onun səlahiyyətləri isə Təhsil Nazirliyinin ixtiyarına veriləcək.

C.Bayramov müsahibələrində onu da qeyd edib ki, bu gün ali təhsil sistemində plan yerləri 2 qayda üzrə formalaşır: “Bunlar dövlət sifarişi və ödənişli əsaslarla olan plan yerləridir. Dövlət sifarişi ilə bağlı vəziyyət aydındır. Burada dövlətin özünün prioritetləri var və müəyyənləşdirilir ki, hansı sahədə nə qədər mütəxəssisin hazırlanmasına ehtiyac var. Bu plan yeri üzrə qəbul olunan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir. Cəmiyyətdə belə bir fikir var ki, ödənişli və ödənişsiz təhsil var. Amma ödənişsiz təhsil yoxdur, sadəcə olaraq, bu təhsilin xərcləri dövlət tərəfindən ödənilir”.

C.Bayramov bildirib ki, ali təhsil müəssisələri 2010-cu ildən adambaşına maliyyələşdirmə sisteminə keçdikdən sonra onların gəlirlərinin əksəriyyəti təhsil haqqından formalaşır: “Ali təhsil müəssisələri iki əsas mənbədən gəlir əldə edirlər. Birincisi, dövlət sifarişi ilə qəbul olunan tələbəyə görə dövlət ali məktəbə pul ödəyir, ikincisi isə öz vəsaitləri hesabına oxuyan tələbələr şəxsi imkanları hesabına bu ödənişləri edirlər”. Təhsil Nazirliyi öz əvvəlki statusunu bərpa etməlidir. Tələbə qəbulu qurumu yalnız onun sifarişini yerinə yetirən icraçı orqan olmalıdır".

Təhsil Naziri Mikayıl Cabbarov 2015-ci ildən bəzi təhsil müəssisələrinə qəbulun vahid imtahan əsasında aparılacağını bildirib. Nazir deyib ki, hazırda Azərbaycanda təhsil müəssisələrinə qəbul qaydalarının təkmilləşdirilməsi üçün tədbirlər görülür. Nazirin sözlərinə görə, bir ay ərzində şagirdlərin 2 imtahan – yəni buraxılış və qəbul imtahanları verməsinə ehtiyac olmayacaq və hazırda Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında ümumtəhsil müəssisələrində buraxılış imtahanları ilə qəbul imtahanları arasında olan fərqin aradan qaldırılması və vahid imtahanın keçirilməsi məsələsi müzakirə edilir. Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri əsasında kolleclərə qəbulun aparılması təcrübəsi bu ildən tətbiq olunub. Belə ki, 9 illik təhsil bazasında şagirdlər 2 fəndən – ana dili və riyaziyyatdan imtahan verərək, istədikləri kolleclərə seçim edə biliblər. “Təhsilimiz buna hazır deyil” Azərbaycanda təhsilin imkanları bütövlükdə vahid qəbul imtahanının keçirilməsinə imkan verirmi?

Vahid imtahan sistemini məqbul variant hesab edən təhsil eksperti Səftər Nəhmətlinin fikrincə, Azərbaycanda təhsil sistemində bu prosesə keçməzdən öncə təhsildə bir sıra əsaslı islahatların aparılmasına ehtiyac var: “Hazırda Azərbaycan təhsil sistemində vəziyyət elədir ki, buraxılış imtahanından keçməyənlərə də xüsusi göstərişlə attestat verilir. Hətta bəzi regionlarda imtahan keçilmədən də məzunlara attestat verilməsi halları olub. Şagird 11 il təhsilə ömür sərf edib, nəticədə iki fəndən imtahan vermək iqtidarında deyilsə, deməli, bu təhsilin verilməsində də ciddi problemlər var. Yaxud 2007-ci ildən Azərbaycanda təhsil islahatları aparılmalı idi. Kurikulum sisteminə keçildi, amma praktikada yox, sənəd üzrə. Kurikulum sənədinin tətbiqinə dair kifayət qədər dövlət vəsaiti xərclənib, amma müəllimlərin əksəriyyəti kurikulumun mahiyyətindən xəbərsizdir. Azərbaycan sanki təhsildə təcrübə sahəsinə çevrilib. Rəsmi qərar verilir, amma icra olunmur. Doğrudur, vahid qəbula keçilməsi məqbul hesab olunan variantdır, amma Azərbaycan təhsili buna hazır deyil. Ona görə də mən irəli sürülən bu cür təklifləri yalnız şüarçılıq sayıram. Təhsil sisteminə son dərəcə ciddi yanaşılmalıdır və hesab edirəm ki, təhsil nazirinin ətrafında olanlar təhsil sistemini mükəmməl bilməlidir Rüşvət mexanizmi aradan qaldırılıb, universitetlər özləri qəbul aparsa, TQDK-nın fəaliyyəti avtomatik dayanar. Azad rəqabət olar və universitetlər öz reytinqinə uyğun tələbə toplayar, sağlam rəqabət vasitəsilə təhsil inkişaf edər. Hazırda Gürcüstana, Türkiyə, Ukraynaya imtahansız attestatla qəbulla bağlı hazırda çox reklamlara rast gəlirik. Bu o məqsəd daşıyır ki, həmin universitetlər daha çox tələbə cəlb etsinlər və o universitetlərin büdcəsinə pul keçsin. Dünyanın yüksək səviyyəli universitetləri arasında Azərbaycandan bir ali məktəbin adı yoxdur. Dünyanın nüfuzlu ali məktəbləri var ki, reytinqini bu yolla qazanıb. Elə universitet var ki, büdcəsi Azərbaycanın büdcəsindən çoxdur. Əlbəttə, nazir də bu problemdən çıxış yolu axtarır”.

TQDK ləğv oluna bilər. M.Zülfüqarlı Azərbaycanda tətbiq ediləcək vahid qəbul imtahanında Qazaxıstan təcrübəsinin tətbiq olunmasına da tərəfdar deyil: “Təhsil qanunun layihəsi müzakirə olunarkən vahid imtahan məsələsi irəli sürüldükdə biz bunu zamanında tənqid etmişdik. Çünki vaxtilə Qazaxıstanda tətbiq olunan sistem təklif olunurdu. Bu sistemə görə, məzunlar imtahan verib, sonra topladığı bala uyğun universitetlərdən müsabiqədən keçməli idi. “İndiki vəziyyətdə TQDK-nın obyektiv imtahan aparmasına cəmiyyətdə şübhələr var və bu şübhələrin də əsaslıdır, çünki TQDK-da qeyri-şəffaf mühit mövcuddur. Digər tərəfdən, mən hesab edirəm ki, Azərbaycanda ali təhsil pulsuz həyata keçirilməlidir, çünki buna iqtisadi imkanı yol verir”.

Gördüyünüz kimi, ölkənin təhsil sahəsi üzrə ən peşəkar və tanınmış ekspertləri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv olunmasının, onun səlahiyyətlərinin isə Təhsil Nazirliyinə verilməsinin tərəfdarı olduqlarını açıq şəkildə bəyan edirlər. Məhz bu məqamı göz önünə alaraq güman etmək olar ki, tezliklə TQDK-nın ləğvi ilə bağlı müvafiq qərar qəbul olunacaq…
xia.az

22 Aralık 2015 Salı

2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq qərara alıram:
1. 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən müəllimlər 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsınlar:
Abbasova Ülviyyə Vaqif qızı
Abdullayeva Gülnarə Bəşir qızı
Abidi Gülnarə Abusəməd qızı
Ağayeva Məlahət İmran qızı
Ağayeva Vüsalə Əli qızı
Axundova Nailə Ələsgər qızı
Axundzadə Həcər Təvəkkül qızı
Allahverdiyeva Afət İkram qızı
Allahverdiyeva Bikə Əhməd qızı
Aslanova Ülviyyə Salam qızı
Babayeva Leyla Əvəz qızı
Bayramov Şərafət Təhmuraz oğlu
Bayramova İradə İsmayıl qızı
Bəşirov Əmiraslan Xəlil oğlu
Cabbarov Hafiz Əkbər oğlu
Cabbarov Vasif Arif oğlu
Cəfərova Cəmalə Fərəməz qızı
Eldarova İradə Baba qızı
Eyubova Mehriban Qulu qızı
Əfəndiyeva Rübail Əhməd qızı
Əhmədova Aliyə Fərman qızı
Əhmədova Səlimə Bağır qızı
Əliyev Rövşən Mirzə oğlu
Əliyeva Könül İsa qızı
Əliyeva Leyli Məhərrəm qızı
Əliyeva Nəzakət Səlim qızı
Əliyeva Sahilə Vahid qızı
Əliyeva Tamara Nuruş qızı
Əlizadə Aynur Məmməd qızı
Əlizadə Sevda Cavanşir qızı
Əmirova İlahə Malik qızı
Əmrahova Sevda Rüfət qızı
Əsədov Seyyub Əsəd oğlu
Əsgərova Cəmalə Mehman qızı
Əskərova Solmaz Hacıəhməd qızı
Əyyubzadə Günay Teyyub qızı
Fazilova Şəfəq Nadir qızı
Fərzəliyev Dəyanət Xaliq oğlu
Heydərova Pərvanə Müslüm qızı
Həsənova Tatyana Qara qızı
Həşimova Aygün Baba qızı
Hümbətova Olqa Gennadyevna
Hüseynov Hüseyn Əmirhüseyn oğlu
Hüseynova Aynur Namiq qızı
Hüseynova Gülnar Müşviq qızı
Hüseynova Arzu Talıb qızı
Xəlilova Söylü Nüşirəvan qızı
Xudiyeva Günəş Şərəfəddin qızı
Xudiyeva Xatirə Rafiq qızı
İbrahimova Aynur Asif qızı
İmanov Elmin Allahverdi oğlu
İsmayılov Mərdan Rəhim oğlu
İsmayılov Nicat Əli oğlu
İsmayılova Aynurə Zahid qızı
İsmayılova Mələknisə Yusif qızı
Kərimova Dilşad Ədilağa qızı
Qasımova Tahirə İsmayıl qızı
Qayıblı Nügbar Məcnun qızı
Qəribova Pərvin Yaşar qızı
Quliyev Elməddin Əli oğlu
Quliyeva Xəyalə Xeyrullah qızı
Qurbanova Natalya Dmitriyevna
Məhəmmədova Təranə Eyvaz qızı
Məlikova İradə Telman qızı
Məmmədli Ələddin Qibləli oğlu
Məmmədova Sahibə Xasay qızı
Məmmədova Şirin Nəcəf qızı
Məmmədova Şirincan Əvəz qızı
Məmmədova Zeynəb Əliqasım qızı
Məşədibəyova Samirə Camal qızı
Mirzayeva Ellada Rəşid qızı
Mirzəyev Ziya Tofiq oğlu
Mirzəyeva Zöhrə Məzayir qızı
Mirzoyeva Kamalə Rəfayıl qızı
Musayeva Nərmin Əsəd qızı
Mustafayeva Nailə Tahir qızı
Mustafayeva Vəfa Rafail qızı
Nəcəfova Bikə Əliyulla qızı
Nəzərova Sevinc Mahmud qızı
Orucova Aynurə Tuiddin qızı
Poladov Xəyal Bayram oğlu
Ramazanova Yeganə Sətdar qızı
Rəsulova Səbinə Əlibala qızı
Rüstəmov Etibar Ələddin oğlu
Rüstəmova Qəmər Xalıq qızı
Rzayev Hüseyn Həsən oğlu
Seyidəliyev Yaşar Nəcməddin oğlu
Seyidova Şərəbanı Mirəbdüləzim qızı
Səfərova Əminə Əli qızı
Səmədov Azər İbiş oğlu
Soltanova Gülsən Rza qızı
Süleymanova Fatimə Hüseynbala qızı
Şahbazov Rafət Məmmədəli oğlu
Şahgəldiyeva Ədibə Səfər qızı
Şükürov Yaşar Fəxrəddin oğlu
Şükürova Nailə Sadıx qızı
Tahirli Aytən Yaşar qızı
Təhməzova Könül Arif qızı
Valehova Gülbəniz Babaverdi qızı
Vasanova Könül Məmməd qızı.
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları “Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2015-ci il.

2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq qərara alıram:
1. 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən ümumi təhsil müəssisələri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:
Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəb
Ağdam rayonu Quzanlı qəsəbə tam orta məktəbi
Bakı Avropa Liseyi
Bakı şəhəri 3 nömrəli tam orta məktəb
Bakı şəhəri 54 nömrəli tam orta məktəb
Bakı şəhəri 62 nömrəli məktəb-lisey
Bakı şəhəri 129 nömrəli tam orta məktəb
Bakı şəhəri 138 nömrəli tam orta məktəb
Bakı şəhəri 149 nömrəli tam orta məktəb
Bakı şəhəri 167 nömrəli tam orta məktəb
Bakı şəhəri 204 nömrəli tam orta məktəb
Bakı şəhəri 214 nömrəli tam orta məktəb
Bakı şəhəri 240 nömrəli tam orta məktəb
Bakı şəhəri 245 nömrəli tam orta məktəb
Bakı şəhəri 257 nömrəli tam orta məktəb
Bakı şəhəri 258 nömrəli tam orta məktəb
Bakı şəhəri 267 nömrəli məktəb-lisey
Bakı şəhəri 274 nömrəli tam orta məktəb
Beyləqan şəhəri 1 nömrəli tam orta məktəb
Culfa şəhəri 2 nömrəli tam orta məktəb
Gəncə şəhəri 16 nömrəli tam orta məktəb
Gəncə şəhəri 39 nömrəli tam orta məktəb
İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəb
İsmayıllı rayonu Təzəkənd kənd tam orta məktəbi
Qax şəhəri 5 nömrəli tam orta məktəb
Quba şəhəri 2 nömrəli məktəb-lisey
Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbi
Qəbələ şəhəri 2 nömrəli tam orta məktəb
Qusar şəhəri 1 nömrəli tam orta məktəb
Lənkəran şəhəri 6 nömrəli məktəb-lisey
Lənkəran şəhəri 10 nömrəli tam orta məktəb
Masallı rayonu “Dəfinə” məktəb-liseyi
Mingəçevir şəhəri Texniki-humanitar lisey
Mingəçevir şəhəri 7 nömrəli tam orta məktəb
Mingəçevir şəhəri 10 nömrəli tam orta məktəb
Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəb
Ordubad rayonu Aşağı Əylis kənd tam orta məktəbi
Oğuz şəhəri 2 nömrəli tam orta məktəb
Siyəzən şəhəri 6 nömrəli məktəb-lisey
Sumqayıt şəhəri 18 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəb
Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəb
Şəki şəhəri 11 nömrəli tam orta məktəb
Şəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəb
Şirvan şəhəri 9 nömrəli tam orta məktəb
Şirvan şəhəri 18 nömrəli tam orta məktəb
Tərtər şəhəri 1 nömrəli tam orta məktəb
Ucar şəhəri 4 nömrəli tam orta məktəb
Zaqatala şəhəri 2 nömrəli tam orta məktəb
Zaqatala şəhəri 3 nömrəli tam orta məktəb.
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları “Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2015-ci il.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar