DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

7 Aralık 2015 Pazartesi

Strukturlaşdırılmış icmal

Strukturlaşdırılmış İcmal (Ausubel), 1968) dərsin əvvəlində şagirdlərdə maraq yaratmaq, əsas anlayışları təqdime etmək və onları bilavasitə dərsin mövzusuna hazırlamaq məqsədi daşıyan qısa bir söhbət və ya izahatdır.
Əsaslandırma: Öyrənmə nəzəriyyələrinə görə uşaqlar yeni bilikləri artıq onlara məlum olan biliklərlə əlaqələndirərək öyrənirlər. Ancaq bir mövzu ilə bağlı mövcud biliklər qarışıq və ya natamamdırsa, onda şagirdləri yeni biliklər öyrənməyə hazırlamaq üçün ümumi məlumat xarakterli qısa bir giriş söhbəti etmək faydalı olar. Strukturlaşdırılmış icmal müəllimə imkan verir ki, şagirdlərə yalnız o informasiyaları versin ki, onlar cari dərsin mövzusu üzərində işləyə bilsinlər.
İştirakçı sayı: 6-60şagird
Vaxt: Strukturlaşdırılmış icmalın qısa olması, 5 dəqiqədən artıq vaxt almaması lazımdır.
İşin gedişi: 
I Addım: Dərslə bağlı düşünün və hansı fikri və ya ideyaların şagirdlərin marağına səbəb üçün hansı anlayış və sözləri başa düşmələri lazım gələcəkdir. Bu barədə düşünün. Özünüz üçün siyahı tərtib edin. 

II Addım: Mövzunun əsas məqamlarını biləcək xəritələr, sxemlər hazırlayın və ya əşyalar gətirin. 

III Addım: Mövzunun əsas məqamlarını şərh etmək üçün beş dəqiqədən çox davam etməyən bir giriş söhbəti edin.

IV Addım: Bu söhbətin maraqlı və interaktiv olmasını təmin edin: Suallar verin, şagirdləri şərhlər verməyə həvəsləndirin.

V Addım: Strukturlaşmış icmal bölümünü "Görəcəyik" deyə bitirin Bunun səbəbi bir gözlənti yaratmağa yardımçı olmasıdır. Başqa sözlə, sizin vəzifəniz-şagirdlərdə "səbirsiz" maraq doğurmaqdır.

Qeydlər: Strukturlaşdırılmış icmal bölümünün qısa olmasını unutmayın. Burada məqsəd fəal dərsin yerini tutmaq deyil, şagirdlərin dərsdə fəal iştirakını təmin edə biləcək qədər onlara biliklər verməkdir.
Bu üsul tənqidi təfəkkürün inkişafı üçün mütaliə və yazı üçün əlverişli üsullardandır.
Müəlliflər: 
Alan Krouford
E. Vendi Soul
Samuel Metyu
Ceyms Makinster
Layihə rəhbəri: Elmina Kazımzadə

Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar