DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Situativ Praktium

Situativ Praktium

(Baş vermiş hadisənin araşdırılması)

Bu metodik üsul şagirdlərin şəxsi hüquqi təcrübələrinin mövcudluğunu üzə çıxarmaq məqsədilə tətbiq edilir. Bu metod baş vermi real hadisələrin şagirdlərin başına gələn məsələrin, qarşılaşdıqları problemlərin həll edilməsi məqsədilə tətbiq edilir. Çünki, istənilən bir halda cəmiyyətin bir üzvü olan şagird cəmiyyətdə hər hansısa bir hüququnun pozulması ilə, problemlə qarşılaşıb. Həmin hadisənin araşdırılmasına başlarkən elə bir hadisə seçilməlidir ki, o həqiqətən baş vermiş olsun, qrupların maraqlarına uyğun olsun, şagirdlər hadisə haqqında ətraflı informasiyaya malik olsunlar ki, onun həll yolunu axtarıb tapa bilsinlər.
        Bu metodun tətbiqi uzun vaxt apara bilər. təxminən 35 dəqiqə.
Bu üsulun tətbiqində məqsəd şagirdlərin öz hüquqlarının pozulmasını dərk etmələri, bu problemi aradan qaldırmaq üçün görə biləcəkləri tədbirləri müzakirə etməkdir. Üsulu tətbiq edərkən müəllim müxtəlif iş formaları olan böyük və kiçik qruplardan istifadə edə bilər.
    Metodik üsulu tətbiq edərkən müəllim dərsin mərhələsini nəzərə
almalıdır. Bu üsul dərsin tətqiqatın aparılması mərhələsində tətbiq
edilə bilər.
    Müəllim şagirdlərə insan hüquqlarının pozulmasına dair maraqlı
situasiyaları və ya sinifdə ciddi müzakirəyə ehtiyacı olan problemləri nəzərdən keçirməyi təklif edə bilər. Bildiyimiz kimi şagirdlərin öz aralarında bir – birlərinin hüquqlarını pozma kimi hallara məktəb və sinif mühitində tez- tez rast gəlinir. Bu məsələnin sinifdə onların özləri tərəfindən müzakirə edilməsi, onlara olduqca tərbiyəvi təsir göstərəcəkdir.
Öz nöqsanlarını görmə, səhvlərini dilə gətirmə, başqa birinə
münasibətin hansı tərzdə qurula bilməsi kimi bacarıqlara sahib
olacaqlar.
Bu metodun vasitəsilə şagirddə aşağıdakı bacarıqlar formalaşır:
ü Hadisənin səmərəli həlli yollarını araşdırmaq
ü Məntiqi və təndiqi təfəkkürü inkişaf etdirmək: təhlil etmək,
səhvləri müəyyənləşdirmək
ü Hadisənin səbəbinin həlli vasitəsilə tənqidi təfəkkürü inkişaf
etdirmək
ü Tətqiqatçı bacarıqlarını aşılamaq
ü Məlumatı sistemləşdirmək
ü Nəticə çıxarmaq və əsaslandırmaq
Nümunə:
İnsan hüquqlarının pozulması ilə əlaqədar suallar:
1. Hansı hüquqlar pozulmuşdur?
2. İnsan hüquqları həqiqətənmi pozulmuşdur?
3. Bu hüquqları müdafiə etmək mümkündürmü?
4. Mümkündürsə necə?
Bu üsulun tətbiqi nəticəsində şagirdlərdə tənqidi təfəkkür, təhlil
etmə və ümumiləşdirmə aparmaq vərdişləri inkişaf edir.
Onu aşağıdakı qaydada keçirmək olar.
1. Müəllim problemi və müzakirə üçün sualları öncədən
hazırlamalıdır.
2. Müəllim nəzərdən keçirilən problemə dair situativ
praktikumu hazırlamalıdır. O, hər bir vəziyyətə dair sualları
düşünməli və tərtib etməlidir.
3. Vəziyyətlərdən hər biri ayrıca kartda yazıla bilər.
4. Şagirdləri hər biri 4-5 nəfərdən ibarət qruplara bölürlər. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə etməlidir.
Şagirdlər hadisəni tədqiq edir və öz münasibətlərini bildirilər. Şagirdlərə kömək etmək üçün aşağıdakı tipli suallar vermək olar.
Nə baş verdi? Kim iştirak edirdi? Faktların təqdimatında
çatışmayan nə idi? Nə üçün sənin fikrincə maraqlı tərəf bu cür hərəkət edirdi? və s.
5. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi
müzakirə başlanır.



0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar