Biz Hər zaman sizinləyik!
Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
Nəhayət dərsin bütün mərhələləri, qanunlar ilə bağlı olan dərslərimiz yekunlaşır. Bu dərslərdə nəzəriyyə ilə yanaşı mərhələlərin düzgün tətbiqi qaydaları da var idi. Əlavə materialların izahı üçün hələ dərslərim davam edəcək. Əziz dinləyicilər dinləməyə davam edin. Paylaşımlar gec ola bilər. Bu mənim digər işlərim və vaxtımın az olması ilə bağlıdır. Məlum tək işim bu deyil. Haqsız tənqid yazan, haqsız unlike edən "insan" lara rəğmən sevimli , əməyə sayğı və dəyər verən insanlar məni daim motiv edir. Azsaylılar mənim bu motivimi məhv edə bilməyəcəklər. Sizin üçün, rahatlıqla metodikanı mənimsəyə bilməniz üçün, dərslərinizdə düzgün şəkildə tətbiqini icra edə bilməniz üçün, heç kimin yanında gözü kölgəli olmamanız üçün, övladlarımızın gələcəyi üçün, metodikanın düzgün tətbiqi ilə onların şəxsiyyət kimi yetişməsinə şərait yaratmaq üçün bu işimə davam edəcəm. Bu balaca fidanlarımız üçün edə biləcəyim xırda bir yaxşılıqdır. Əlimdə imkan olsa bundan artığını edərəm. Amma hələki gücüm tək buna çatır. Xahiş edirəm əziz müəllimlər və müəllim olmağa hazırlaşan gənclər dərslərdə metodikanın düzgün tətbiqini icra edin. Bütün qarşıya qoymuş olduğum məqsədlərə çatdıqdan sonra yeni videolarla gələcəm. Bu videolar standartların açılmasına xidmət edəcək. Sadəcə standartların yenilənməsi və təkmilləşməsi üzərində iş aparılır deyə hələ əmək sərf etmək istəmirəm
Ayrıca bir məsələyə toxunmaq istəyirəm. Dərslərimi dinləyib kommersiya məqsədi ilə istifadə edənlərdən xəbərim var. Eybi yox elm öyrətmək pis deyil, öyrədim pul qazanmaq da pis deyil. Hələ kapitalist ölkədə yaşayırıqsa heç pis deyil..Amma xahişim var. Əgər edirsə bilmədiyi informasiyanı auditoriyaya səhv ötürməsin. Və ya bilmədiyini ümumiyyətlə səsləndirməsin. Hələ bilmədiyini səhv deyib, adımdan da istifadə etməsin. Ayıbdır. Bacarır etsin bacarmır sussun. Gələcəyimizi pul qazanmaq xatirinə məhv etməyin. Kurikulum onsuzda təhsildə olan boşluqlar səbəbi ilə hələ tam yerinə otura bilmir. Bir az da siz pul qazanmaq istəyənlər məhv etməyin.
Dərs- 39 - Qiymətləndirmə mərhələsində yol verilen səhvlər
Ətraflı məlumat və hazırlıqlar üçün istər işə qəbul , istər praktik kurikulum, istər vəsaitim üçün https://www.facebook.com/metodiktovsiye/ bu səhifədən mənə yaza bilərsiniz
Dərs 28 Fəal təlimdə "Tədqiqatın aparılması mərhələsi"
Bəzi "bloq yazarları" və eləcə də oxuyucularım, izləyicilərim üçün
Qeyd: Bloqdakı materiallarımın kopy edilməsi və ya şəkilinin çəkilməsi və ya eləcə də youtube kanalımdakı materiallarn şəklinin çəkilib paylaşılması QADAĞANDIR!
Salam əziz həmkarlarım. Bu videoda siz Fəal təlimin üsulları ilə
onların tətbiqi qaydaları ilə tanış ola bilərsiniz. Video izahda zamanınızı
alaraq sizi çox yormayım deyə, bütün üsulların izahını verməmişəm. Müəyyən bir qisim üsulların izahını vermişəm. Əgər əlavə iş üsullarına ehtiyacınız yaranarsa, ətraflı şəkildə bloqumda iş üsulları bölməsindən istifadə edə bilərsiniz. http://metodiktovsiyye.blogspot.com/2015/09/is-usullar.html
Yuxarıdakı keçiddən istifadə etməklə birbaşa sözügedən bölməyə daxil ola bilərsiniz. Bu bölmədə bütün iş üsullarının loqoları verilib. Bu loqoların üzərinə toxunduğunuz zaman həmin üsullar haqqında məlumat açılacaqdır. Üsullar şablon olaraq hər hansısa vəsaitdən köçürülməyib. Bütün iş üsulları materiallarından istifadə etməklə, eyni zamanda öz təhilillərim əsasında tətbiqi qaydalarını izah edərək məqalə formasında yazmışam. Üsullardan hansı mərhələdə necə istifadə etməyiniz üçün istiqaməli formada yazmışam. Həmçinin hər iş üsuluna müvafiq olaraq, tapşırıq nümunələri də göstərmişəm.
Burada gördüyünüz yeni üsullar olacaq ki, onlar mənim tərəfimdən yaradılıb. Xüsusi qeyd etmək istədiyim bir məsələ var.
Qeyd: Bloqdakı digər materiallar kimi iş üsullarının da kopyalanaraq və ya şəkilinin çəkilərək yayımlanması, kommersiya məqsədi ilə istifadəsi QƏTİ QADAĞANDIR!
Materialları paylaşmaq istədikdə yalnız və yalnız bloqun linki ilə paylaşmağa icazə var.
Dərs-16 Taksanomiyalar və onların tapşırıqlarla əlaqəsi, Standartlara əsasən tapşırıq necə tərtib edilir?
P.S.Video peşəkar səviyyədə yox, öyrədici məqsədlə hazırlanmışdır.
Videonu dinləyərkən hər hansı ifadələrdə nöqsanlar olarsa üzrlü saymanızı xahiş edirəm. Çünki izah hər hansı şablon üzərində deyil, birbaşa video lentə yazma zamanı verilib
Dərs-15 Məzmun standartının tərkib hissəsi olan fəaliyyət və onun növləri
P.S.Video peşəkar səviyyədə yox, öyrədici məqsədlə hazırlanmışdır.
Videonu dinləyərkən hər hansı ifadələrdə nöqsanlar olarsa üzrlü saymanızı xahiş edirəm. Çünki izah hər hansı şablon üzərində deyil, birbaşa video lentə yazma zamanı verilib