DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
Pedoqogika və Psixologiya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Pedoqogika və Psixologiya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

13 Nisan 2017 Perşembe

Müəllimlərin və direktorların işə qəbulu üçün vəsaitimiz SATIŞDA


  •  Müəllimlərin işə qəbulu
  • Diaqnostik qiymətləndirmə
  • Yerdəyişmə imtahanları
  • Direktorların işə qəbulu 
  • Çox yararlı və lazımlı 343 səhifəlik vəsait.

Digər kitablardan fərqi və üstünlüyü:
1. Bütün materialların istər idarəetmə, istərsə kurikulum və pedoqogikanın bir arada cəmləndiyi ilk vəsait 
2. Olduqca keyfiyyətli kağız avadanlığından istifadə 
3. Əlavə olaraq, video materiallar və eləcə də, metodika, pedoqogika və idarəetməyə aid elektron materiallar 

( disk )
4. Hər mövzudan sonra, mövzu üzrə möhkəmləndirilmənin təşkili üzrə qapalı və açıq testlər 
5. Sınaq xarakterli hər bölmənin sonunda bölmə üzrə testlər 

6. Hər fənn üzrə dərs nümunələri
7. Qəbullarda düşə biləcək məntiq testləri və s

Kitabı əldə etmək üçün, şəkilin üstündəki nömrələrlə əlaqə saxlayıb sifariş verə bilərsiniz 

Regionlarda yaşayanlar, rayona çatdırılma varmı deyə narahat olmağa dəyməz. 
 Regionda tanınmış kitab magazininə yaxınlaşaraq, sifarişinizi və əlaqə nömrəsini verməyiniz kifayətdir. Onlar rayonlara kitabı gətirəcəklər 
Bizə dəstək verən hər kəsə öz təşəkkürümüzü bildiririk

Kitabı əldə etmək üçün aşağıdakı əlaqə nömrələrini yığıb sifariş verə bilərsiniz
012 594 01 05
070 594 01 05

15 Temmuz 2016 Cuma

Pedoqogika elminə dair suallar

A) Təhsil
B) Təlimin quruluşu
C) Təhsilin məzmunu
D) Tədris formaları
E) inkişaf
2. Tərbiyənin mənşəyi barədə nəzəriyyələr
A) Bioloji, psixoloji
B) Neohumanizm, asketizm
3
C) Neotomizm, plüralizm
D) Praqmatizm, ekzisensializm
E) Preforizm, praqmatizm
3. Pedaqogikanın obyektini təşkil edir
A) İnsan və onun tərbiyəsi
B) İnsan və onun təlimi
C) Sosial problemlər
D) Tərbiyənin metodları
E) Tərbiyənin qanunauyğunluqları
4. Pedaqogikanın əsas anlayışları hansılardır
1 - tərbiyə
2 - pedaqoji innovasiyalar
3 - təlim
4 - dərslik
5 - təhsil
6 - formalaşma
7 - fəaliyyət
8 - inkişaf
A) 1, 3, 5, 6, 8
B) 1, 2, 4, 5, 7
C) 2, 3, 5, 6, 7
D) 3, 4, 6, 7, 8
E) 1, 4, 6, 7, 8
5. Pedaqogikanın əsas anlayışları arasındakı ardıcıllığı müəyyənləşdirin:
1 - tərbiyə
2 - formalaşma
3 - təlim
4
4 - inkişaf
5 - təhsil
A) 1, 3, 5, 4, 2
B) 1, 2, 3, 4, 5
C) 2, 4, 5, 3, 1
D) 3, 2, 1, 5, 4
E) 5, 4, 3, 1, 2
6. Təhsilin əlamətləri arasındakı ardıcıllığı müəyyən edin:
1 - Bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir
2 - Təhsil müəssisələrində həyata keçirilir
3 - Bilik, bacarıq və vərdişlərin yoxlanılması və qiymətləndirilməsi prosesidir
4 - Hüquqi sənədlərin verilməsi ilə başa çatır
A) 2, 1, 3, 4
B) 1, 2, 3, 4
C) 1, 3, 4, 2
D) 2, 4, 1, 3
E) 3, 2, 4, 1
7. Təhsilin komponentləri arasında uyğunluğu müəyyən edin:
1 - bilik
2 - bacarıq
3 - vərdiş
a - təbiət və cəmiyyət haqqında anlayışlar, qaydalar, təriflər, müddəalar
b - biliyi tətbiq edə bilməkdir
c - bacarıqların dönə - dönə təkrarı nəticəsində avtomatlaşmış formasıdır
A) 1 - a; 2 - b; 3 - c
B) 1 - b; 2 - a; 3 - c
C) 1 - a; 2 - c; 3 - b
5
D) 1 - c; 2 - b; 3 - a
E) 1 - b; 2 - c; 3 - a
8. İlk dəfə təlim, tərbiyə, təhsil məsələlərini elmi zəmində izah etməyə və
əsaslandırmağa təşəbbüs göstərən pedaqoq
A) Y. A. Komenski
B) J. J. Russo
C) K. D. Uşinski
D) A. S. Makarenko
E) C. Lokk
9. Təlimin əlamətləri arasında ardıcıllığı müəyyən edin
1- Müəllimin rəhbərliyi altında həyata keçirilir
2- Şagirdlərdə elmi dünyagörüşünün formalaşmasına kömək edir
3- Bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edir
4- Təhsil verməklə yanaşı, tərbiyəedici və inkişafetdirici vəzifəni yerinə yetirir
A) 1, 3, 2, 4
B) 2, 3, 4, 1
C) 1, 3, 4, 2
D) 4, 3, 1, 2
E) 3, 1, 2, 4
10. Pedaqogikanın vəzifələri hansılardır?
1 - praktik
2 - nəzəri
3 - tətbiqi
4 - texnoloji
A) 2, 3
B) 1, 2
C) 3, 4
6
D) 1, 3
E) 1, 4
11. Pedaqogikanın bölmələri olan sistemi müəyyən edin
1 - Pedaqogikanın ümumi əsasları
2 - Təlimin əsasları
3 - Didaktika
4 - Tərbiyə texnologiyası
5 - Tərbiyə nəzəriyyəsi
6 - Məktəbşünaslıq
7 - Kollektiv tərbiyə
A) 1, 3, 5, 6
B) 1, 5, 6, 7
C) 2, 4, 5, 7
D) 1, 4, 5, 7
E) 2, 3, 5, 6
12. Pedaqogikanın bölmələrinin ardıcıllığını müəyyən et
1 - Didaktika
2 - Tərbiyə nəzəriyyəsi
3 - Məktəbşünaslıq
4 - Pedaqogikanın ümumi əsasları
A) 4, 1, 2, 3
B) 1, 3, 4, 2
C) 3, 1, 2, 4
D) 1, 2, 3, 4
E) 2, 1, 3, 4
13. Pedaqogikanın mənbələri:
1 - Xalq yaradıcılığı nümunələri
7
2 - Müşahidə
3 - Pedaqoji konslium
4 - Fəlsəfə
5 - Dövlətin təhsillə bağlı sənədləri
6 - Məktəb sənədləri
7 - Psixoogiya
8 - Görkəmli mütəfəkkirlərin əsərləri
A) 1, 5, 6, 8
B) 2, 3, 4, 5
C) 1, 2, 5, 7
D) 2, 3, 4, 6
E) 2, 3, 5, 8
14. Pedaqogikanın vəzifələri və onların səviyyələri arasındakı uyğunluğu tapın
1 - nəzəri vəzifələr
2 - texnoloji vəzifələr
a - təsviredici və izahedici səviyyə
b - diaqnostik səviyyə
c - proqnostik səviyyə
d - layihə səviyyəsi
e - refleksiv və korrektiv səviyyə
ə - dəyişdirici səviyyə
A) 1 - a, b, c; 2 - d, e, ə
B) 1 - d, b, a, 2 - b, c, a
C) 1 - c, d, e; 2 - a, b, c
D) 1 - d, e, ə; 2 - a, d, e
E) 1 - a, b, d; 2 - b, d, e
15. Pedaqogikanın əsas anlayışları və onların mənaları arasındakı uyğunluğu tapın
8
1 - tərbiyə
2 - təlim
3 - təhsil
a- Müəllim və şagirdlərin xüsusi təşkil olunmuş şəraitdə məqsədyönlü və idarə
olunan qarşılıqlı fəaliyyətidir
b- Şəxsiyyətin məqsədyönlü və mütəşəkkil formalaşması prosesidir
c- Tədris müəssisələrində həyata keçirilir və hüquqi sənədin verilməsi ilə başa çatır
A) 1 - b; 2 - a; 3 - c
B) 1 - a; 2 - b; 3 - c
C) 1 - c; 2 - a; 3 - b
D) 1 - b; 2 - c; 3 - a
E) 1 - c; 2 - b; 3 - a
16. Tərbiyə anlayışı və onun mənaları arasında uyğunluğu tapın
1 - geniş sosial mənada tərbiyə
2 - geniş pedaqoji mənada tərbiyə
3 - dar pedaqoji mənada tərbiyə
4 - daha dar mənada tərbiyə
a- Xüsusi tərbiyə işi nəzərdə tutulur
b- Insanı əhatə edən bütün varlığın ona təsiri nəzərdə tutulur
c- Təhsil - tərbiyə prosesini əhatə edən geniş pedaqoji fəaliyyət nəzərdə tutulur
d- Insanda müəyyən əxlaqi keyfiyyətin formalaşması nəzərdə tutulur
A) 1 - b; 2 - c; 3 - a; 4 - d
B) 1 - c; 2 - b; 3 - d; 4 - d
C) 1 - a; 2 - b; 3 - d; 4 - c
D) 1 - d; 2 - a; 3 - b; 4 - c
E) 1 - b; 2 - d; 3 - b; 4 - c
17. Pedaqogikanın müxtəlif yaşda və müxtəlif sosial kateqoriyalara aid insanların
tərbiyəsi və təhsil məsələlərini öyrənən sahəsi:
9
A) sosial pedaqogika
B) peşə pedaqogikası
C) müqayisəli pedaqogika
D) hərbi pedaqogika
E) defektologiya
18. Pedaqogika elminin sahələrini seçin.
1 - Məktəbəqədər pedaqogika
2 - Antropologiya
3 - Xüsusi pedaqogika
4 - Pedaqoji psixologiya
5 - Ali məktəb pedaqogikası
6 - Pedaqogika tarixi
7 - Məktəb gigiyenası.
A) 1; 3; 5; 6
B) 1; 2; 3; 4
C) 2; 4; 5; 7
D) 1; 2; 4; 6
E) 3; 4; 5; 7
19. Xüsusi pedaqogikanın sahələrini seçin.
1 - Etnopedaqogika
2 - Surdopedaqogika
3 - Pedaqoji psixologiya
4 - Tiflopedaqogika
5 - Sosial pedaqogika
6 - Oliqotren pedaqogika
7 - Zoqopediya.
A) 2; 4; 6; 7
10
B) 1; 2; 3; 4
C) 3; 4; 5; 7
D) 4; 3; 2; 5
E) 3, 2, 1, 6
20. Pedaqogikanın sahələri və onların mahiyyəti arasındakı uyğunluğu müəyyən
edin.
1 - Məktəb pedaqogikası
2 - Xüsusi pedaqogika (Defektologiya)
3 - Müqayisəli pedaqogika
4 - Pedaqogika tarixi
a - Kütləvi məktəblərdə təlim - tərbiyə işinin nəzəri və praktik məsələlərini öyrənir;
b - bəşər cəmiyyəti yaranandan bəzi tərbiyənin və məktəblərin yaranması və inkişafı
məsələlərini öyrənir;
c - müxtəlif təhsil sistemlərinin ümumi və fərqli cəhətlərini öyrənir;
d - fiziki və psixi cəhətdən nöqsanlı uşaqların təlim - tərbiyəsi məsələlərini öyrənir.
A) 1 - a; 2 - d; 3 - c; 4 - b
B) 1 - b; 2 - a; 3 - b; 4 - c
C) 1 - d; 2 - b; 3 - a; 4 - c
D) 1 - c; 2 - d; 3 - c; 4 - b
E) 1 - b; 2 - c; 3 - a; 4 - d
21. Pedaqogikanın daha çox əlaqəli olduğu elm sahələrini göstərin.
1 - Psixologiya
2 - Riyaziyyat
3 - Anatomiya və fiziologiya
1 - - İqtisadiyyat
5 - Məktəb gigiyenası.
A) 1; 3; 5
11
B) 1; 2; 3
C) 3; 4; 5
D) 2; 3; 4
E) 1; 4; 5
##num=2// level= 1// sumtest=21 // name= Pedaqoji elmlər sistemi. Elmlər sistemində
pedaqogikanın yeri və rolu //
1. Pedaqoji elmlər sisteminin yaranmasına səbəb:
A) Pedaqogika elminin inkişafı
B) Pedaqogikanın inteqrasiyası
C) Pedaqogikanın predmetinin qeyri - müəyyənliyi
D) Digər elmlərin pedaqogikaya təsiri
E) Pedaqogikanın digər elmlərlə əlaqəsi
2. Pedaqogika elminin sahələrini seçin
1 - Məktəbəqədər pedaqogika
2 - Antropologiya
3 - Xüsusi pedaqogika
4 - Pedaqoji psixologiya
5 - Ali məktəb pedaqogikası
6 - Pedaqogika tarixi
7 - Məktəb gigiyenası
A) 1; 3; 5; 6
B) 1; 2; 3; 4
C) 2; 4; 5; 7
D) 1; 2; 4; 6
E) 3; 4; 5; 7
3. Pedaqogikanın daha çox əlaqəli olduğu elm sahələri:
1 - Psixologiya
12
2 - Sosiologiya
3 - Anatomiya və fiziologiya
4 - Estetika
5 - Məktəb gigiyenası
A) 1; 3; 5
B) 1; 2; 3
C) 3; 4; 5
D) 2; 3; 4
E) 1; 4; 5
4. Xüsusi pedaqogikanın sahələrini seçin
1 - Etnopedaqogika
2 - Surdopedaqogika
3 - Pedaqoji psixologiya
4 - Tiflopedaqogika
5 - Sosial pedaqogika
6 - Oliqofren pedaqogika
7 - Loqopediya
A) 2; 4; 6; 7
B) 1; 2; 3; 4
C) 3; 4; 5; 7
D) 4; 3; 2; 5
E) 1; 3; 4; 6
5. Xüsusi pedaqogikanın sahələrinin ardıcıllığını müəyyən edin.
1 - Loqopediya;
2 - Surdopedaqogika;
3 - Oliqofrenpedaqogika;
4 - Tiflopedaqogika
13
A) 2; 4; 3; 1
B) 1; 2; 3; 4
C) 3; 4; 2; 1
D) 4; 3; 1; 2
E) 1; 3; 2; 4
6. Pedaqoji elm sahələrinin ardıcıllığını müəyyən edin
1 - Ali məktəb pedaqogikası
2 - Məktəbəqədər pedaqogika
3 - Məktəb pedaqogikası
4 – Peşə təhsili pedaqogikası
5 – Orta ixtisas təhsili pedaqogikası
A) 2; 3; 4; 5; 1
B) 1; 2; 3; 4; 5
C) 2; 3; 4; 1; 5
D) 3; 4; 5; 6; 1
E) 5; 4; 3; 2; 1
7. Xüsusi pedaqogikanın sahələri və onların mahiyyəti arasındakı uyğunluğu
müəyyən edin
1 - surdo pedaqogika
2 - tiflopedaqogika
3 - oliqofrenpedaqogika
4 - loqopediya
a - nitqi qüsurlu uşaqların təlim - tərbiyəsindən bəhs edir
b - əqli cəhətdən geri qalmış uşaqların təlim - tərbiyəsindən bəhs edir;
c - kor uşaqların tərbiyəsindən bəhs edir;
d - lal - kar uşaqların təlim - tərbiyəsindən bəhs edir
A) 1 - d; 2 - c; 3 - b; 4 - a
14
B) 1 - a; 2 - b; 3 - a; 4 - c
C) 1 - b; 2 - d; 3 - a; 4 - b
D) 1 - a; 2 - c; 3 - d; 4 - b
E) 1 - c; 2 - d; 3 - b; 4 - a
8. Pedaqogikanın sahələri və onların mahiyyəti arasındakı uyğunluğu müəyyən edin
1 - Məktəb pedaqogikası
2 - Xüsusi pedaqogika (Defektologiya)
3 - Müqayisəli pedaqogika
4 - Pedaqogika tarixi
a - Kütləvi məktəblərdə təlim - tərbiyə işinin nəzəri və praktik məsələlərini öyrənir
b - bəşər cəmiyyəti yaranandan bəri tərbiyənin və məktəblərin yaranması və inkişafı
məsələlərini öyrənir
c - müxtəlif təhsil sistemlərinin ümumi və fərqli cəhətlərini öyrənir
d - fiziki və psixi cəhətdən nöqsanlı uşaqların təlim - tərbiyəsi məsələlərini öyrənir
A) 1 - a; 2 - d; 3 - c; 4 - b
B) 1 - b; 2 - a; 3 - b; 4 - c
C) 1 - d; 2 - b; 3 - a; 4 - c
D) 1 - c; 2 - d; 3 - c; 4 - b
E) 1 - b; 2 - c; 3 - a; 4 - d
9. Xüsusi pedaqogikanın sahələri və onların mahiyyəti arasında uyğunluğu müəyyən
edin
1 – Surdopedaqogika
2 – Tiflopedaqogika
3 – Oliqofrenpedaqogika
4 – Loqopediya
a - əqli inkişafında gerilik olan uşaqların təlim - tərbiyəsinin qanunauyğunluqlarını
öyrənir
b - kor və zəifgörən uşaqların təlim - tərbiyəsi məsələlərini öyrənir
15
c - lal - kar uşaqların təlim - tərbiyəsi məsələlərini öyrənir
d - nitqi qüsurlu uşaqların təlim - tərbiyəsini öyrənir
A) 1 - c; 2 - b; 3 - a; 4 - d
B) 1 - a; 2 - c; 3 - b; 4 - d
C) 1 - b; 2 - c; 3 - d; 4 - a
D) 1 - d; 2 - a; 3 - c; 4 - d
E) 1 - a; 2 - d; 3 - a; 4 - c
10. Pedaqogikanın sahələri və onların mahiyyəti arasındakı uyğunluğu müəyyən
edin
1 – Sosial pedaqogika
2 – Peşə pedaqogikası
3 – Xüsusi pedaqogika
a - konkret peşə fəaliyyətlərinin qanunauyğunluqlarını və xüsusiyyətlərini öyrənir
b - müxtəlif yaşlı və müxtəlif sosial kateqoriyalalra mənsub insanların tərbiyəsi və
təhsili məsələlərini öyrənir
c - fiziki cəhətdən qüsurlu uşaqların təlim - tərbiyəsi məsələlərini öyrənir
A) 1 - b; 2 - a; 3 - c
B) 1 - a; 2 - b; 3 - c
C) 1 - c; 2 - a; 3 - b
D) 1 - a; 2 - c; 3 - b
E) 1 - c; 2 - b; 3 - a
11. Uyğunluğu tapın:
1 - “Defektologiya”nın tərkib hissəsidir
2 - Təhsil sisteminin son yüksək pilləsi olan tədris müəssisələrində təlim prosesinin
spesifik xüsusiyyətlərini öyrənir
3 - Peşə pedaqogikasının vəzifəsidir
a - Ali məktəb pedaqogikası
b - Surdopedaqogika
16
c - Konkret peşə fəaliyyətinin qanunauyğunluqlarını və xüsusiyyətlərini öyrənir
A) 1 - b; 2 - a; 3 - c
B) 1 - a; 2 - b; 3 - c
C) 1 - c; 2 - a; 3 - b
D) 1 - a; 2 - c; 3 - b
E) 1 - c; 2 - b; 3 - a
12. Metodologiya . . . təşkilinin prinsip, forma və metodları haqqında təlimdir:
A) idrak fəaliyyətinin
B) əxlaq tərbiyəsinin
C) sosioloji tədqiqatların
D) tərbiyəvi işlərin
E) mənəviyyat məsələlərinin
13. Metodoloji biliklərin səviyyəsini müəyyən edin.
1 - İdraki səviyyə
2 - Fəlsəfi (ümumi elmi) səviyyə
3 - Bioloji səviyyə
4 - Konkret elmi səviyyə
5 - Texnoloji səviyyə
A) 2; 4; 5
B) 1; 2; 3
C) 2; 4; 5; 7
D) 2; 3; 4
E) 1; 3; 5
14. Pedaqoji tədqiqatların komponentləri ardıcıllığı:
A) predmeti, vəzifələri, metodları, vasitələri , texnologiyası
B) idrak nəzəriyyəsi, aktuallığı, metodları
C) obyekti, yeniliyi, tətbiqi
17
D) texnologiyası , vasitələri, predmeti
E) tətbiqi, metodları, vəzifələri, predmeti
15. Pedaqoji tədqiqatın komponentlərinin ardıcıllığını müəyyən edin:
1 - metodlar
2 - predmeti
3 - vasitələri
4 - vasitələri
5 - texnologiyası
A) 2; 4; 1; 3; 5
B) 1; 2; 3; 4; 5
C) 3; 4; 5; 2; 1
D) 4; 5; 3; 2; 1
E) 5; 3; 4; 1; 2
16. İstiqamətlərinə görə pedaqoji tədqiqatların növlərini müəyyən edin.
1 - Elmi
2 - Fundamental
3 - Əməli
4 - Tətbiqi
5 - İşləmələr
A) 2; 4; 5
B) 1; 2; 3
C) 2; 3; 4
D) 3; 4; 5
E) 1; 3; 5
17. Pedaqoji tədqiqatların istiqamətləri və onların mahiyyəti arasında uyğunluğu
müəyyən edin.
1 - Fundamental tədqiqatlar
18
2 - Tətbiqi tədqiqatlar
3 - İşləmələr.
a - pedaqoji prosesin ayrı - ayrı tərəflərini dərindən öyrənmək və pedaqoji prosesin
qanunauyğunluqlarını aşkara çıxarmağa xidmət edir;
b - konkret elmi - praktik tövsiyələri əsaslandırmaqdır;
c - ümumiləşdirilmiş konsepsiyaların işlənib hazırlanmasıdır.
A) 1 - c; 2 - a; 3 - b
B) 1 - a; 2 - c; 3 - b
C) 1 - b; 2 - a; 3 - c
D) 1 - c; 2 - b; 3 - a
E) 1 - a; 2 - b; 3 - c
18. Müsahibənin növlərini göstərin.
1 - qarşılıqlı müsahibə;
2 - ümumi müsahibə;
3 - müəyyən problem üzrə aparılan müsahibə;
4 - kollektiv müsahibə;
5 - qabaqcadan müəyyən olunmuş suallar üzrə müsahibə;
6 - intervü.
A) 2; 3; 5; 6
B) 1; 2; 3; 4
C) 3; 2; 4; 5
D) 3; 4; 5; 6
E) 4; 5; 6; 1
19. Pedaqoji eksperimentin mərhələlərinin ardıcıllığını müəyyən edin:
1 - Yoxlayıcı eksperiment;
2 - Müəyyənedici eksperiment;
3 - Yaradıcı - dəyişdirici eksperiment.
19
A) 2; 3; 1
B) 1; 2; 3
C) 1; 3; 2
D) 2; 1; 3
E) 3; 2; 1
20. Pedaqoji eksperimentin mərhələləri və onların mahiyyəti arasındakı uyğunluğu
müəyyən edin.
1 - Müəyyənedici eksperiment;
2 - Yaradıcı - dəyişdirici eksperiment;
3 - Yoxlayıcı eksperiment.
a - sınaqdan keçirilmiş metodika nəticəsində alınan nəticələrin düzgünlüyünü
dəqiqləşdirmək;
b - problemlə bağlı məktəb təcrübəsindəki vəziyyəti üzə çıxarmaq;
c - irəli sürülmüş fərziyyənin konkret həlli metodikasını hazırlayıb tətbiq etmək.
A) 1 - b; 2 - c; 3 - a
B) 1 - a; 2 - b; 3 - c
C) 1 - c; 2 - a; 3 - b
D) 1 - a; 2 - c; 3 - b
E) 1 - c; 2 - b; 3 - a
21. Müəllim və şagirdlərin fəaliyyətini xüsusi təşkil etməklə irəli sürülən fərziyyənin
düzgünlüyünü öyrənmək və yoxlamaq hansı tədqiqat metodu vasitəsilə həyata
keçirilir?
A) Pedaqoji eksperiment
B) İnduktiv və deduktiv
C) Modelləşdirmə
D) Məktəb sənədlərinin öyrənilməsi
E) Sosioloji tədqiqat metodları

2 Temmuz 2016 Cumartesi

Tərbiyə, onun xüsusiyyətləri və əsas mərhələləri

   
Tərbiyə  insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü professional fəaliyyətdir.

Tərbiyə təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir.
Tərbiyəyə Müxtəlif Baxışlar 
—Orta əsrlərdə tərbiyəyə insanı idarə etmək vasitəsi kimi baxılırdı: 
uşaq qoyulmuş qaydalara, böyüklərin tələblərinə tabe olmalı idi. 
Belə tərbiyə avtoritar tərbiyə adlanırdı. 
Onun əsas vasitələri nəzarət, cəza, tələb, əmr, qadağan idi.
—Kapitalizmin inkişafı ilə əlaqədar tərbiyəyə yeni baxışlar meydana çıxdı. 
Tərbiyə insanın təbii qüvvələrini inkişaf etdirən, 
onun sərbəst inkişafını təmin edən vasitə kimi başa düşülürdü. 
Bu əsasda azad tərbiyə ideyası irəli sürüldü (C.C.Russo). 
—Müasir pedaqogika tərbiyəyə şəxsiyyətin ahəngdar formalaşması 
və inkişafı prosesi kimi baxır. 
Tərbiyəçi və tərbiyə olunan ümumi məqsəd üçün birgə qüvvə ilə 
çalışan fəal tərəflər kimi qəbul olunur. 
Tərbiyə uşağa birtərəfli təsir kimi yox, pedaqoji əməkdaşlıq kimi başa düşülür.
Tərbiyənin Xüsusiyyətləri
1.Tərbiyə çoxamilli prosesdir. 
Bu o deməkdir ki, uşaq şəxsiyyətinin formalaşması çox müxtəlif amillərin təsiri ilə baş verir: 
məktəb, ailə, ictimaiyyət, geniş sosial mühit, məhəllə və yoldaşlıq mühiti, 
yaşlı adamlar, kino, televiziya, bədii əsərlər və s. tərbiyədə mühüm rol oynayır.
—2.Tərbiyə uzun sürən və fasiləsiz prosesdir.O, insanın doğulduğu gündən başlayıb, 
bütün ömrü boyu davamedir.Tərbiyədə fasilə yoxdur:o, hər gün, hər an, hətta tərbiyəçi (valideyn) 
olduğı dövrdə də davam edir.
3.Tərbiyə çoxcəhətli, eyni zamanda bütöv prosesdir. Şəxsiyyətin keyfiyyətləri bir birindən ayrı olmayıb, sıx vəhdət təşkil edir. 
Tərbiyə prosesində uşağın şəxsiyyəti hissəhissə yox, bütöv proses kimi, kompleks halda formalaşır 
—4.Tərbiyədə xırda məsələ yoxdur; hər bir "xırda" məsələ şəxsiyyətə müəyyən təsir göstərir. 
Əslində, tərbiyə işi gündəlik xırda təsirlərdən ibarətdir. 
—5. Tərbiyə özünütərbiyə və yenidəntərbiyə ilə dialektik vəhdət təşkil edir. 
Tərbiyə məqsədyönlü, mütəşəkkil prosesdir. 
Tərbiyə Prosesinin Əsas Mərhələləri. 
düzgün davranış normaları və tələbləri ilə tanışlıq
həmin norma və tələblərə münasibətin formalaşdırılması:
düzgün davranış motivlərinin və arzusunun aşılanması; 
ictimai davranış normalarına baxış və əqidənin formalaşdırılması; 
düzgün davranış təcrübəsinin, adətlərinin yaradılması;
tərbiyənin özünütərbiyəyə keçməsi, insanda özünütərbiyə tələbatının yaranması.

22 Haziran 2016 Çarşamba

Tərbiyə işi

Tərbiyə işinin forması son dərəcə rəngarəng, zaman nöqteyi nəzərdən isə dinamikdir. Fəlsəfə lüğətlərində forma-bu predmetin, hadisə prosesinin təşkili üsulu və eləcə də mövcudluğu  üsuludur.
Tərbiyə işi- tərbiyə prosesinin daxili əlaqəsini , onun elementlərini əks etdirən və pedoqoqla ( müəllimlə) tərbiyə olunanın (şagirdin) münasibətləri ilə xarakterizə edilən tərbiyə prosesinin təşkilinin  üsuludur.
Tərbiyə işində yanaşmalar
Fərdi yanaşma – Pedoqoqun şəxsiyyətə baza və fərdiliyi əsasıda , uşağın yaradıcılıq potensialı əsasında yanaşmadır
Fəaliyyət yanaşması- tərbiyənin yei sisteminin şüur və fəaliyyət ideyasında işlənib hazırlanmasına gətirib çıxarır. Şəxsiyyətin inkişafına kömək edir.
Şəxsi fəaliyyətli yanaşma – məktəbin insanın fəaliyyətini təmin etməsini, şəxsiyyətin təşəkkülünü nəzərdə tutmasıdır.
Yaradıcı yanaşma- tərbiyə prosesində müəllim və pedoqoqun yaradıclığını ön plana çəkir.
Münasibətli yanaşma- şagirdlərin ünsiyyət münasbətlərinə onların xüsusi yaradılmış situasiyaların köməyi ilə humanistləşməsidir.
Hadisəli yanaşma- əvvəlcədən planlaşdırılmış bu və ya digər tədbiri bütün kollektivin üzvlərinin , iştirakçılarının yaddaşında qalması üçün son dərəcə əhəmiyyətlidir.
Differensial yanaşma- uşaqların fərdi maraq uçotları , onların liderlik imkanları , kollektivdə təşkilatçılıqfunksiyalarını realizə etmək bacarığıdır.
Sinfi yanaşma- daha çox sosial təbəqələşmə  yəni və varlı və kasıb təbəqənin məqsəd və prinsipləri  uyğunlaşdırılır
Dəyərə görə yanaşma- Ümumbəşəri mənəvi və maddi dəyərlərin mənimsənilməsi

Dixomatik yanaşma – mənası tamı hissələrə ardıcıl bölmə deməkdir.  Məsələn uşaq bitki kimidir . O nəinki ona üzvi maddələrin verilməsini tələb edir , onun qolunun, budaqlarının , tikanlarının qurumuş yarpaqlarının təmizlənməsini tələb edir.  Burada elə incə bacarıqlı pedoqoq olmaq lazımdır ki, bu ölçünü tutsun bununla da  tərbiyə sistemini idarə edə bilsin.

31 Ocak 2016 Pazar

Zəkanı, yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu


Öz bacarıqlarını genişləndirmək üçün heç də başını keçəl qırxdıraraq Tibetin şəhər kənarında manax olmaq və ya şübhəli özünü təkmilləşdirmə kursuna yazılmaq mütləq deyil. Məsələn, əldə adicə balaca xatırlatma işarələri qoymaq yaddaş texnikasının daha məhsuldar növüdür.

Yaddaşın, müşahidə qabiliyyətinin, məntiqin və təxəyyül qabiliyyətinin inkişafı üçün sizə bir neçə faydalı məşq üsulu təqdim edirik. Bu kiçik məşqləri digər işlərdən ayrılmadan da həyata keçirmək olar.

1. Rober Uden metodu
Məşq üçün məkan: küçə vitrinləri, super-market rəfləri
Rober Uden –məşhur fransız sehrbazı və Harri Qudinin kumiri olmuşdur. Gənc  yaşlarında ikən o, gündəlik olaraq öz müşahidə qabiliyyətini məşq etdirirdi. Dükanların yanından keçərkən, Rober vitrinə tələsik nəzər salır, daha sonra üzünü döndərir və bir neçə addım atdıqdan sonra gördüyü hər bir məhsulun vitrindəki yerini, həm də onun görünüşünü dəqiq xatırlamağa çalışırdı: rəng, ölçü, forma. Hər gün o, bu tapşırığın öhdəsindən daha sürətlə gəlirdi.  Çox qısa bir müddətə o, elə hazırlıq səviyyəsinə çatır ki, piştaxtada olan malların xüsusiyyətlərini hətta qaça-qaça təsvir edə bilir.
2. London cibgirləri metodu
Məşq üçün məkan: harda olsa, klassik variant -Portobello-roud
19-cu əsrdə London və Paris şəhərlərinin küçə dəstələrində, sözün əsl mənasında quldur məktəbləri fəaliyyət göstərirdi, burada təcrübəli soyğunçular cavanlara cibgirlik sənətinin incəliklərini öyrədirdi. «Oliver Tvist» əsərində olduğu kimi, Fedcin  timsalında qoca oğru ovcunda bir neçə gərəksiz əşya tuturdu –məsələn iki düymə, beş pens və bir nişan üzüyü. “Müəllim” bu əşyaları “tələbələrinə” cəmi bir neçə saniyəliyə göstərir, sonra onlardan gördükləri hər bir predmeti təsvir etməyi tələb edirdi, sonra isə o görünməz şəkildə predmetlərdən hər hansı birini yox edirdi və uşaqlar dərhal hansı əşyanın itdiyini söyləməli idilər.
3. Canni Rodari metodu
Məşqlər üçün yer: təxəyyül
Özünün «Fantaziya qrammatikası» kitabında Canni Rodari təxəyyülü və əhvalat uydurmaq qabiliyyətini necə inkişaf etdirmək haqqında danışır. Tapşırıqlardan biri –gülməli fərziyyələr irəli sürməkdir. «Məsələn Sisiliyanın düymələri qırılıb açılsaydı, görən nə olardı? Bəs bir gün qapınızı ilanlar döyüb, sizdən yarpız istəsəydi onda nə baş verərdi?». Digər tapşırıq isə beyində xüsusi formada təsvirlər canlandırmaqdır. Məsələn müdir rolunda olan itlər, onların müavini olan pişiklər,  mikro-menecer begemotlar. Bundan əlavə bir sıra beyni inkişaf etdirəcək oyunlar: bilməcələr, hekayələr düzəltmək, qəzetlərdən çıxarışlar və s qoşub danışmaq.
4. Ayvazovski metodu
Məşq üçün məkan: pəncərədən, eyvandan və evin damından baxdıqda qarşınızda cilan mənzərə
Əksər rəssamların çox əla göz yaddaşı vardır. Siz də göz yaddaşını inkişaf etdirə bilərsiniz. Bunu pəncərədən açılan mənzərəni və metro sərnişinlərini seyr edərək həyata keçirmək mümkündür. Baxışınızı bir insanın və ya əşyanın üzərinə dikərək bir neçə saniyə ərzində saxlayın. Obyekti bütün detalları ilə yadda saxlamağa çalışın.  Daha sonra gözünüzü yumaraq onu təsəvvür edin. Sonra isə tədqiqat predmetinə bir daha nəzər salın, obrazı beyninizdə bir də canlandırın. Məşğələni davam etdirin. Insanlar cizgilərini və ya yoldan keçənlərin cüssələrini yadda saxlayaraq onları təsvir etmək, rəsmlərini çəkmək olar, həmçinin muzeydəki şəkillərə yadda saxlamağa cəhd edin. Ya da kibrit çöpləri ilə məşq etmək olar, stolun üzərinə 4-6 çöp atın və onların necə düşdüyünü yadda  saxlayın. Məşq etdikcə hər dəfə çöplərin sayını artırın.
5. İtalyan oğlanları metodu
Məşq üçün məkan: növbələr
Uilyam Atkinson yazır ki, belə bir mənzərənin Çikaqoda şahidi olub: italyan qəzetçiləri, tipoqrafiyanın qarşısında dayanıb, yeni qəzetinin yeni sayının çıxmasını gözləyərkən “Morra” adlı oyun oynayır. Biri digərinə öz yumruğunu göstərib, qışqıraraq «Моrrа!» deyir, bu zaman o barmaqlarının bir neçəsini bükür, digərləri isə açıq qalır. İkinci oyunçu isə dərhal hansı barmaqlarının açıq qaldığını deməlidir. Əgər deyə bilmirsə və ya ləngiyirsə -qəzet dəstəsini onun başına çırpırlar. «Morra» bir növ «Daş-qayçı- kağız» oyununa oxşayır, bu sadə oyunu hələdə balaca uşaqlar mərc gələrkən istifadə edir.
6. Siseron metodu
Məşq üçün məkan: şəxsi otağın
Otağınız boyu gəzin, qapıdan başlayaraq, hər bir küncə nəzər salın, Əlbəttə bu məkan onsuz da sizə kifayət qədər yaxşı tanışdır. Indi isə yadda saxlanması lazım olan şeyləri xəyali olaraq otağın müxtəlif hissələrində yerləşdirin. Bu sizin alman dilindən əzbərləməli olduğunu fellər, hazırladığınız təqdimatın statistik göstəriciləri, məruzənin hesabat hissəsi və s ola bilər. Əgər çətin gəlirsə, onda lazımı sözləri kağızların üzərində yazıb, onları divarlardan asın və sonra otaq boyu bir neçə dəfə gəzişin. Bu işə yaramalıdır. Məkan assosiasiyası metodunu ya Siseronun ya da Simonidin adı ilə bağlayırlar. Birinci onu çıxışlara hazırlaşarkən istifadə edirmiş, ikinci isə eyni düşünmə tərzini bir az fərqli və daha kədərli situasiyada istifadə etməli olub. Simonid bir simpoziumda qonaq idi. Birdən həmin yerin tavanı uçaraq, iştirakçı qonaqların üstünə düşmüşdü. Yalnız Simonid qalıqların altından sağ çıxdı. Sonra isə o kimin harada oturduğunu xatırlayaraq, qohumlara meyitləri tanımağa kömək etməli olmuşdu.
7. Yoqa metodu
Məşq etmək üçün məkan: harada olsa fərqi yoxdur
Özünü inkişaf məsələsində həqiqətən uğura nail olmuş insanlar olan yoqa ustalarından bəzi elementləri mənimsəmək olar. Diqqətlilik meditasiyasını isə istənilən bir şəraitdə sınamaq və məşq etmək olar: velosipeddə yürüş edərkən, duş qəbul edərkən, mühazirədə oturanda, amma yaxşısı özünlə tək qalanda. Bu metodun mahiyyəti ondan ibarətdir ki, həyatın hər bir anını  dərk edəsən. Öz vücudundan gələn siqnallara qarşı həssas olasan. Sizin bir kündən digərinə ritmik şəkildə yerişinizi də meditasiya hesab etmək olar, sadəcə bu vaxt vacibdir ki, sizin diqqətiniz hərəkətdə cəmlənmiş olsun. Düz xətt üzrə 5-10 addım atın. Yumşaq hərəkət edin, elə davranın sanki filmdə çəkilirsiniz. Pəncənin necə qoylumasına, dabanın necə qalxmasına və ağırlığın bir ayaqdan digərinə necə ötürülməsinə diqqət yetirin. Gün ərzində öz-özünə artıq sizin üçün vərdiş halını almış və xüsusi zəhmət tələb etməyən işləri necə yerinə yetirdiyinizi izləyin. Müəyyən vaxt fasilələrindən sonra hansı formada əyləşdiyinizə diqqət yetirin, məsələn hər dörd saatdan bir siz hansı pozada olursunuz.
Mənbə: Banker.az


Məşhur Postlar

Səhifələr

Vacib saytlar