DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Ziq-Zaq

Ziq-Zaq (Mozaika)
Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır.
Ziq- Zaq və ya mozaika müəllimin sinfi  bir neçə qrupa bölərək şagirdlərin işini koordinasiya edəcəyi təlim metodudur.
Üsulun tətbiqində məqsəd:
-          Qısa vaxt ərzində interaktiv şəkildə mövzunu əhatəli keçməyə imkan verir. Hər bir şagird bütün məsələlərin həllində iştirak edir.
-          Şagirdlərdə özünə inam hissini stimullaşdırır.
-          Mübahisə, ünsiyyət və qrupdaxili qarşılıqlı əlaqə hisslərini inkişaf etdirir.

-          Məntiqi,tənqidi və müstəqil düşünməni inkişaf etdirir.
-          Fərdi və qrup məsuliyyətini inkişaf etdirir.
Bu üsulu  bir dərsdə tətbiq edərkən müəllimin digər üsullardan istifadəyə ehtiyacı qalmır. Üsul dərsin tətqiqatın aparılması mərhələsində tətbiq edilir. Müəllim üsulu tətbiq edərkən qruplarla iş formasından istifadə edir.
Mərhələ1.
Sinfi 4 nəfərdən ibarət müxtəlif qruplara bölün. Şagirdlərdən 1-dən 4-dək saymalarını xahiş edin ki, qrupdakı hər bir şagirdin öz nömrəsi olsun. Hər bir qrup üzvünə məzmunun bir hissəsi (məsələn, məqalədən bir fraqment) göstərilən kartlar verilir. Məqalə qrupların sayına uyğun gələn hissələrə bölünür və hər bir qrup məqalənin bir hissəsini alır.
Müəllim qısaca olaraq məqalənin adını və məzmununu müzakirə edir və bildirir ki, şagirdlərin vəzifəsi onu başa düşməkdən ibarətdir. Dərsin sonunda hər bir iştirakçı məqaləni başa düşməlidir. Dərs zamanı qruplar verilmiş hissəni necə başa düşdüklərini göstərməlidrilər.
Müəllim şagirdlərin diqqətinə çatıdırır ki, məqalə 4 hissəyə bölünüb.
Mərhələ 2.
Bütün 1 nömrəli şagirdlər birinci hissəni;
2 nömrəli şagirdlər ikinci hissəni alacaqlar; və s.
Müəllim izah edir ki, 1,2,3 və 4 nömrəli qrupdakı şagirdlər (yəni qrupdakı bütün 1 nömrəli şagirdlər, qrupdakı bütün 2 nömrəli şagirdlər və s.) ekspert adlanır. Onların vəzifəsi verilmiş məzmunun öyrənilməsindən ibarətdir. Məzmunu daha yaxşı başa düşmək üçün onlar eyni nömrəli şagirdlərlə tapşırığı oxumal və müzakirə etməlidrilər. Eyni nömrəli şagirdlər tədris məzmununun tərzi barəsində razılığa gəlməlidirlər. Daha sonra onlar öz əvvəlki qruplarına qayıdırlar və qrup üzvlərinə yeni məzmunu öyrətməlidrilər. Ekspertlər tədris strategiyaları və materialları barəsində razılığa gəlirlər. Öz məlumatlarını oxumaq, müzakirə etmək və tədris strategiyaları üzərində birgə işləmək üçün ekspertlərə vaxt tələb olunur.
Mərhələ 3.
Ekspertlər qrupu müzakirələri bitirdikdən sonra hər bir şagird öz ilkin qrupuna qayıdır və onlara həmin məzmunu öyrədir.
Müəllim şagirdlərə xatırladır ki, hər bir ekspert bütün məqalənin məzmununu başa düşməlidir. Şagirdlər məqalənin istənilən hissəsi ilə əlaqədar yarana biləcək sualları yazır və sonra həmin sualla bu hissəyə görə cavabdeh olan ekspertə müraciət edir. Əgər hələ də sualı olan şagirdlər varsa, onlar bu sualla bütün ekspertlər qrupuna (məsələn, bütün 1 nömrəli ekspertlərə) müraciət edə bilər. Əgər hələ də suallar qalıbsa, onları aydınlaşdırmaq üçün tədqiqat aparmaq lazımdır.
Sonda müəllim şagirdlərə mövzunu və məqalənin hissələrini xatırladır və onlardan xahiş edir ki, şagirdlər ekspertlərin təqdimatından necə başa düşüblərsə məqalənin hər bir hissəsini şifahi şəkildə artan qayda ilə danışsınlar.

Müəllim mövzunun məntiqi birliyini yoxlayır.
Üsulun tətbiqində şərtlər:
-          Bu metod üçün tələb olunan vaxt mövzunun mürəkkəbliyindən asılı olaraq ibtidai və orta təhsil üçün iki saat, yaşlı öyrənənlər üçün isə 4 saat ola bilər.
-          Müəllim test keçirməklə şagirdlərin qavrama, analiz və sintez bacarıqlarını yoxlayan suallar  verə bilər. Müəllim şagirdlərin iştirakını, əməkdaşlığını, cəlb olunmasını stimullaşdırmalıdır.
 Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:

Şagirdlərin sayı çox olanda, onların təşkilində problem yarana bilər və sizə iki müəyyən nömrəli qrup lazım ola bilər. Və ya əgər sinifdə şagirdlərin sayı çoxdursa, yarısı mətnlərin hissələri ilə məşğul olduqları vaxt , digərlərinə başqa tapşırıq vermək olar.
Mənbə: Zülfiyyə Veysova




Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar