DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Karusel

Karusel
Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim  qruplara müxtəlif  sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür. “Karusel” kimi kağızlar  bütün digər qruplardan keçərək axırda öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif  cavabları  müzakirə edir.
Üsul dərsin tətqiqatın aparılması mərhələsində, yaradıcı tətbiqetmə mərhələsində, nəticələrin çıxarılması və ümumiləşdirmə mərhələsində reallaşdırıla bilər. Müəllim üsulu tətbiq edərkən mütləq  kiçik qruplarla iş formasından istifadə edir.
Üsulun tətbiqində məqsəd:
-          Qısa vaxt ərzində interaktiv şəkildə mövzunu əhatəli keçməyə imkan verir.hər bir şagird bütün məsələlərin həllində iştirak edir.
-          Məntiqi, tənqidi və müstəqil düşünməni inkişaf etdirir
-          Fərdi və qrup məsuliyyətini inkişaf etdirir
-          Ünsiyyət və qrupdaxili qarşılıqlı əlaqə hisslərini inkişaf etdirir.
1. Üsulun tətbiqindən öncə müəllim öyrənməli mövzuya dair 4 və ya 5 açıq sual və ya tapşırıq seçir.
2. Daha sonra sinfi 4 və ya 5 qrupa bölür və hər qrupa 1 suala cavab yazmağı tapşırıq verir. Vaxt müəyyən olur(təxminən 5 dəq)
3.Vaxt qurtardıqdan sonra hər qrup  öz yazdıqları iş vərəqini yanındakı, (saat əqrəbi istiqamətində) qrupa ötürür. Hər qrup öz vərəqində olan yazıları nəzərdən keçirir və öz əlavələrini edir.
4.Bu proses o vaxta qədər təkrarlanır ki, bütün qruplar bütün iş vərəqlərini nəzərdən keçirib əlavələr edir.
5.Sonda iş vərəqi ilkin qrupa qaytarılır, təqdimatlar və onların müzakirəsi başlanır.
6.  Şagirdlər ümumiləşdirmələr aparır.
Üsulun təbiqi zamanı vacib olan şərtlər:
-          Seçilən suallar və ya tapşırıqlar mövzunu əhatəli keçməyə imkan verməlidir. Buna görə də bu suallar ən vacib məsələləri özündə əks etdirməlidir.
-          Müəllim vaxtı məhdudlaşdırmalı və ötürmə prosesinin eyni zamanda olduğunu nəzərdə saxlamalıdır.
  • -          Iş vərəqləri böyük vərəqdə yazılmalıdır ki, hər qrupa yazmaq üçün məkan olsun.
  • Üsulun tətbiqi zamanı  yaran biləcək problemlər:
  • -          Vaxt çatışmazlığı
  • -          Şagirdlərdə mövzu ilə bağlı məlumat azlığı
  • -          Zəif təşkilatçılıq
  • Mənbə: Zülfiyyə Veysova









Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar