Xasiyyətnamə barədə məlumat yazın.
“Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib,
hər
hansı bir şəxsin ictimai və əmək fəaliyyətini,
kollektivdəki yerini təsvir edən rəsmi sənəd
və ya xarakteristikadır. Xasiyyətnamənin islənmə dairəsi genisdir. _s_, rəhbər vəzifəyə seçildikdə və ya
dövlət orqanları tərəfindən tələb
olunduqda hər hansı şəxs haqqında xasiyyətnamə
verilir. Belə xasiyyətnamə əməli yazı növü
kimi rəsmi üslubda yazılır.
Əvvəlki xasiyyətnamələrd
ə səxsin partiyalılıgı, partiya cəzası
olması, siyasi dəyanəti xasiyyətnamədə mütləq öz əksini
tapmalı idi. Buna görə də xasiyyətnaməni
partiya təskilatı katibi də imzalamalı
idi. Xasiyyətnamə belə bir cümlə ilə qurtarırdı:
«Siyasi cəhətdən dəyanətlidir (dəyanətli deyil)». Müasir xasiyyətnamələr
daha
demokratik, daha sadədir. Xasiyyətnaməni yalnız müəssisə rəhbəri və həmkarlar
təskilatının sədri imzalayır.
Böyük müəssisələrdə xasiyyətnaməni söbə müdiri
tərtib edir. Xasiyyətnamədə asagıdakılar
öz əksini tapmalıdır: səxsin təvəllüdü; vəzifəsi;
milliyyəti; ailə vəziyyəti;
idarə və müəssisədəki
əmək fəaliyyəti; stajı; əxlaqi-mənəvi
keyfiyyəti; öz vəzifəsinə münasibəti.
Xasiyyətnamə rəsmi sənəd
oldugu üçün o, rəsmi üslubda yazılmalı,
Xasiyyətnamə alan adamın müsbət və mənfi
cəhətləri rəsmi dillə ifadə olunmalıdır.
Heç bir emosional ifadəyə, bənzətmələrə yol vermək olmaz (Məsələn, Zalım oglu
Səhərdən axsama qədər dəzgah arxasında yoruldum demədən
isləyir – kimi cümlələr xasiyyətnamə üçün
yolverilməzdir).
Xasiyyətnamənin
yazılmasına verilən tələblər
hansılardır?
Xasiyyətnamənin yazılmasına verilən tələblər asagıdakılardır:
1. Dövlət sənədi kimi xasiyyətnaməni idarə rəhbəri verir.
2. Xasiyyətnamədə bu və ya digər səxsin ictimai fəaliyyəti, əxlaqı və siyasi
Keyfiyyətləri obyektiv səkildə ardıcıl sadalanır.
3. Xasiyyətnamədə kimə, kimdən
və haraya təqdim olunması göstərilir.
4. Dövlətə əhəmiyyətli bəzi
xasiyyətnamələr müzakirə olunur.
5. Xasiyyətnamələr vahid formada yazılır.
6. Xasiyytnamənin həcmi 1-2 səhifədən artıq olmur.
7. Xasiyyətnaməni ən azı iki məsul səxs imzalayır və müəssisənin möhürü
vurulur.
Xasiyyətnamə nümunələri:
Xasiyyətnamə
- Fəridə Fazil qızı Məhərrəmova
Filologiya elmləri doktoru,
professor, Azərbaycan Respublikasının əməkdar müəllim, Şöhrət ordenli Yeni Azərbaycan
Partiyası Qadınlar Şurasının sədri, Fəridə Fazil qızı Məhərrəmova 1990-cı ilin
dekabrından Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktorudur. Həmin dövrdən
indiyədək kollecə ləyaqətlə rəhbərlik edir.
Bu illərdə Fəridə xanım özünü
pedaqoji aləmdə bacarıqlı və işgüzar təhsil işçisi kimi göstərmiş,vəzifəsinin icrasında
təlim prosesinin təşkili və maddi-texniki bazanın genişləndirilməsinə xüsusi
diqqət yetirmişdir. Rəhbərlik etdiyi tədris müəssisəsində təlim prosesinin təşkilində
müntəzəm olaraq yenilikçi ideyaların tətbiqi ilə seçilmişdir.
Yeni tədris metodlarının hazırlanması, eksperimentlərin keçirilməsi, əldə
edilən nəticələrin kollec daxilində və respublika orta ixtisas təhsili məktəbləri
arasında yayılması sahəsində onun şəxsi təcrübəsi və təşəbbüsü pedaqoji
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi təhsil
ocağı təhsil islahatlarının önündə gedir.
Pedaqoji təmayüllü orta ixtisas məktəbləri
üçün bir sıra fənn proqramlarının, tədris vəsaitlərinin hazırlanması işini
düzgün təşkil edir. Onun müasir tələblərə cavab verən yüksək peşəkarlıqla
apardığı iş Azərbaycan Dövlət Pedaqoji Kollecinin respublikada pedaqoji təmayüllü
orta ixtisas məktəbləri arasında baza müəssisəsinə, pilot məktəbinə çevrilməsinə
səbəb olmuşdur.
Fəridə Məhərrəmova orta ixtisas təhsili sisteminin iş təcrübəsindən,
onun təkmilləşdirilməsi yollarından bəhs edən bir çox məqalənin, eyni zamanda
çoxlu sayda elmi məqalənin, on bir kitabın və orta ümumtəhsil məktəblərinin
11-ci sinifləri üçün ədəbiyyat dərsliyinin müəlliflərindən biridir.
Bacarıqlı təhsil işçisi olmaqla,
Fəridə Məhərrəmova işlədiyi kollektivin dərin hörmətini qazanmış tələbkar və
eyni zamanda, qayğıkeş bir rəhbər kimi tanınmışdır.
Fəridə Məhərrəmova Respublika təhsil
işçiləri sırasında nüfuzlu mütəxəssisdir. O, müstəqil respublikamızın təhsil
sisteminin inkişafında, ölkəmizin milli təhsil siyasətinin formalaşdırılmasında
üzərinə düşən bütün vəzifələri bacarıqlı alim-pedaqoq səriştəsi ilə yerinə
yetirir.Yeni təhsil qanununun hazırlanmasında da Fəridə xanımın zəhməti və fəaliyyəti
olmuşdur.
Fəridə Məhərrəmovanın iş təcrübəsini, yenilikçilik və təşkilatçılıq məharətini
nəzərə alaraq Təhsil Nazirliyi onu orta ixtisas təhsili sistemində aparılan
islahatlar çərçivəsində təhsilin dünya standartlarına uyğun qurulması məqsədilə
yaradılan yeni normativ sənədlər hazırlanması üzrə işçi qrupuna sədr təyin
etmişdir. Fəridə xanım on iki kitabın, yüzdən artıq, publistik, elmi, pedaqoji
məqalənin müəllimidir. O, 2004-cü ildən BDU-nun filologiya fakülrəsinin Azərbaycan
ədəbiyyatı kafedrasının professoru kimi fəaliyyət göstərir.
2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun Dissertasiya Şurasının üzvüdür.
O, 2004-cü ildən Rusiya Federasiyası Pedaqogika və Sosialogiya
Akademiyasının müxbir üzvüdür.
Fəridə Məhərrəmova ölkənin ictimai həyatında da yaxından iştirak edir.
Onun mənəvi-siyasi cəhətdən yetkin ziyalı sözü respublika müəllimlərinin,
qadınlarının və YAP-ın qurultaylarında, nüfuzlu yığıncaqlarda həmkarları və
ictimaiyyət arasında həmişə rəğbətlə qarşılanır. O, YAP Siyasi Şurasının üzvü,
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədridir.
Azərbaycan Pedaqoji Kollecində
direktor işlədiyi illər ərzində Fəridə xanım Respublika Təhsil Nazirliyinin,
Ailə,qadın, uşaq Komitəsinin Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları
ilə təltif edilmişdir.
Respublika Prezidentinin sərəncamı ilə
ona Azərbaycan Respublikasının Əməkdar Müəllimi fəxri adı verilmiş, 2008-ci ildə
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Mənə məktəb rəhbərim tərəfindən verilmiş xasiyyətnamə nümunəsi:
X A S İ
Y Y Ə T N A M Ə
Verilir, 30.12.1986-cı il
tarixdə Ağdaş
rayonunda anadan olmuş, azərbaycanlı,
ali təhsilli, 2005-ci ildən Ağdaş şəhər
Pərviz Babayev adına 7 saylı tam orta
məktəbində tarix müəllimi işləyən
Bayramova
Leyla Bəhman qızına
Leyla
Bayramova işlədiyi müddət ərzində səmimiliyi, mehriban rəftarı, işə olan ciddi
məsuliyyətinə görə məktəbin müəllim və şagirdləri arasında böyük hörmət
qazanmışdır. O, dərslərində müxtəlif səmərəli metodlardan, təlimin texniki
vasitələrindən geniş istifadə edir. Müntəzəm olaraq fənn gecələri, disputlar təşkil
edib keçirməklə şagirdlərdə bu fənnə böyük maraq yaradır.
Leyla
Bayramova 2014-2015 tədris ilində Respublikada keçirilən “Ən Yaxşı Müəllim” müsabiqəsində iştirak etmiş və yüksək fəallıq
göstərərək, Azərbaycan Respublikası prezidentinin 17 dekabr 2014-cü il sərəncamına
əsasən “İlin Ən Yaxşı Müəllimi” adına layiq görülmüşdür. İşlədiyi müddət ərzində
səmərəli fəaliyyətinə görə məktəb rəhbərliyi tərəfindən dəfələrlə təşəkkür
almış heç bir töhmət və xəbərdarlıq almamışdır. Öz üzərində işləmək, təcrübəsini
artırmaq məqsədilə, Təhsil Naziliyi tərəfindən təşkil edilmiş layihələrə
qoşulmuşdur. Həmin, layihələri təşkil edən Təhsil Nazirliyinin nümayəndələri tərəfindən
kurslarda, seminarlarda müəllimlərə dərs demək məqsədilə çağırılmışdır. Seminarlara
çağırıldıqdan sonra o, fəaliyyətini daha da artırmış bu istiqamətdə məktəbimiz
üçün xeyli işlər görmüşdür. 2012 və 2013–cü illərdə Təhsil Nazirliyi tərəfindən
həyata keçirilən “Elektron Müsabiqə”nin fərqlənəni, 2015-ci ildə isə, Təhsildə ən
yaxşı metodik tövsiyə/sənəd nominasiyasının “Elektron Təhsil” Respublika
müsabiqsəinin qalibi olmuşdur
Ağdaş şəhər Pərviz
Babayev adına 7 saylı tam orta məktəbin
Direktoru: Nəriman Həsənov
27.10.2015-ci il
tewekkur edirik .komyimize catdi
YanıtlaSilCox sagolun isimize yaradi..hazir blanklar seklinde xasiyyetname olurmu? Ve umimiyyetle teqdim olunma yeri gosterilmese olarmi?umumilikde verilsin..bir nece yere teqdim etmek mumkun olsun..ve muellimdise sagird ve valideynlerin reylerini nece resmi sekilde qeyd etmek olar?
YanıtlaSilSalam mən hərbi xidməti 2017 çi ildə bitirmişəm və mene xidməti xasiyyətnamə verilməyib hal hazırda mən isə qebul olunmağım üçün sənət toplayiram xidməti xasiyyetnameni hardan almaliyam
YanıtlaSilSalam.3-cu sinif üçün necə xasiyyətnamə yazılsın? Zəhmət olmasa qeyd edərdiniz!
YanıtlaSilZehmet olmasa evde ferdi ders alan asperger sindromlu uwaq ucun xasiyyetname numunesini de paylawasiniz.tewekkurler
YanıtlaSilXAsiyyetnamenin yazilmasi üçün verilen teleblerde 7ci punktda ən azı 2 məsul şəxs yazılıb amma Göstərdiyiniz nümunələrdə bu yoxdur(
YanıtlaSilSalam 9 cu sinif üçün xasiyyətnamə nece yazılır
YanıtlaSil1ci sinife geden ywaq ucun xasiyetnamede paylawardiz Zehmet olmasa
YanıtlaSilMen qevul imtahani ucun örgenmek isteyirem. Ve bu mene çox yardimci oldu. Teşekkür edirem
YanıtlaSilSalam.men dovlet iwine qebul olmaq ucun kohne iw yerimden xasiyyetname isteyirler.kohne iw uerimde ozel maqaza olub.mudurum oturub menimcum xasiyyetname yazacaq biri deyil.men onu hazir wekilde nece ala bilerem
YanıtlaSilƏ L A S Ü P E R
YanıtlaSil2 0 1 9
YanıtlaSilSalam 11 ci sinif sagirdine nece xasiyyat name yazmaq olar
YanıtlaSilSalam 9 cu sinifler üçün xasiyyetname nece yazılmalıdır? Herbi üçün
YanıtlaSilÇox faydalı oldu. Təşəkkürlər.
YanıtlaSilSalam mühəndis üçün necə yazılmalıdır xasiyyətnamə öncədən təşəkkür edirəm.
YanıtlaSilArdını görmək olmur..
YanıtlaSilCox sagolun faydali melumatdir
YanıtlaSilcox faydali oldu
YanıtlaSilSalam xəstə uşağa ev təhsili ücün xasiyyetname nece yazilir zehmet olmasa
YanıtlaSilCari ilin məzunları üçün məktəbdən verilən arayış və məktəbdən verilən xasiyyətnamə necə yazılır?
YanıtlaSilÇox sağolun
YanıtlaSil