DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
Mentor etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Mentor etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

11 Temmuz 2017 Salı

Dərs -40 Fəal dərsin mərhələləri və nəticələri

Dərs -40 Fəal dərsin mərhələləri və nəticələri 
Nəhayət dərsin bütün mərhələləri, qanunlar ilə bağlı olan dərslərimiz yekunlaşır. Bu dərslərdə nəzəriyyə ilə yanaşı mərhələlərin düzgün  tətbiqi qaydaları da var idi. Əlavə materialların izahı üçün hələ dərslərim davam edəcək. Əziz dinləyicilər dinləməyə davam edin. Paylaşımlar gec ola bilər. Bu mənim digər işlərim və vaxtımın az olması ilə bağlıdır. Məlum tək işim bu deyil.  Haqsız tənqid yazan, haqsız unlike edən "insan" lara rəğmən sevimli , əməyə sayğı və dəyər verən insanlar məni daim motiv edir. Azsaylılar mənim bu motivimi məhv edə bilməyəcəklər. Sizin üçün, rahatlıqla metodikanı mənimsəyə bilməniz üçün, dərslərinizdə düzgün şəkildə tətbiqini icra edə bilməniz üçün, heç kimin yanında gözü kölgəli olmamanız üçün, övladlarımızın gələcəyi üçün, metodikanın düzgün tətbiqi ilə onların şəxsiyyət kimi yetişməsinə şərait yaratmaq üçün bu işimə davam edəcəm.  Bu balaca fidanlarımız üçün edə biləcəyim xırda bir yaxşılıqdır. Əlimdə imkan olsa bundan artığını edərəm. Amma hələki gücüm tək buna çatır.  Xahiş edirəm əziz müəllimlər və müəllim olmağa hazırlaşan gənclər dərslərdə metodikanın düzgün tətbiqini icra edin. Bütün qarşıya qoymuş olduğum məqsədlərə çatdıqdan sonra yeni videolarla gələcəm. Bu videolar standartların açılmasına xidmət edəcək. Sadəcə standartların yenilənməsi və təkmilləşməsi üzərində iş aparılır deyə hələ əmək sərf etmək istəmirəm
Ayrıca bir məsələyə toxunmaq istəyirəm. Dərslərimi dinləyib kommersiya məqsədi ilə istifadə edənlərdən xəbərim var. Eybi yox elm öyrətmək pis deyil, öyrədim pul qazanmaq da pis deyil. Hələ kapitalist ölkədə yaşayırıqsa heç pis deyil..Amma xahişim var. Əgər edirsə bilmədiyi informasiyanı auditoriyaya səhv ötürməsin. Və ya bilmədiyini ümumiyyətlə səsləndirməsin. Hələ bilmədiyini səhv deyib, adımdan da istifadə etməsin. Ayıbdır. Bacarır etsin bacarmır sussun. Gələcəyimizi pul qazanmaq xatirinə məhv etməyin. Kurikulum onsuzda təhsildə olan boşluqlar səbəbi ilə hələ tam yerinə otura bilmir. Bir az da siz pul qazanmaq istəyənlər məhv etməyin.

13 Aralık 2015 Pazar

Mentorun 4 əsas rolu

Mentor müəllim üçün zəruri informasiyadan asılı olaraq dörd müxtəlif rolda çıxış edə bilər, fasilitator, təqdimatçı, məsləhətçi və təlimçi. Mentor bu və ya digər rolda nə zaman çıxış edəcəyini, işləyəcəyi müəllimin ehtiyaclarına hansı eynək altından baxacağını özü müəyyənləşdirir.
    1.   Fasilitator- Fasilitator sözü “fasilitate” sözündən əmələ gəlib, “yüngülləşdirmək”, “asanlaşdırmaq” mənasını verir. Fasilitator dialoq, birgə qərarların qəbul edilməsi, planlaşdırma və ya məsələlərin həll edilməsi məqsədilə görüşlər keçirir. Fasilitator müzakirənin keçirilmə qaydasını müəyyən edir, müzakirənin mövzudan və prosesdən kənara çıxmamasına nəzarət edir.
2.     Təqdimatçı etmək- öyrətmək deməkdir. Təqdimatçı kimi mentorun rolu müəllimin dünyagörüşünün genişləndirilməsində, onun yenivərdiş və bacarıqlar əldə edərək tətbiq etməsində özünü biruzə verir. Təqdimatçı ekspert, həmkar və ya dost kimi müxtəlif rollarda çıxış edərək informasiyanın təqdim edilməsinin müxtəlif üsullarından istifadə edə bilər: birgə təlim, qruplarda iş və s. Yaxşı təqdimatçılar bu və ya digər metodla hansı nəticəni əldə etmək istədiklərini bilir, buna necə nail olduqlarını müntəzəm qiymətləndirirlər.
3.     Məsləhətçi – Məsləhətçi müəyyən sahə üzrə spesifik informasiyaya malik olmaqla məzmun, təhsil prosesi üzrə ekspert ola bilər. Mütəxəssis kimi məsləhətçi biliyi digər şəxsə ötürür. Məzmun sahəsi üzrə eskpert kimi məsləhətçi müəyyən metodların tətbiq edilməsini, müəyyən proqramların qəbul edilməsini və ya müəyyən materialların alınmasını rəğbətləndirir. Təhsil prosesi üzrə ekspert kimi məsləhətçi metodiki tövsiyəlır verir. Səmərəli məsləhətçi olmaq üçün müəllimin etimadını qazanmaq, birgə müəyyən edilmiş məqsəd və gözləntiləri yadda saxlamaq zəruridir.
Təlimçi- Təlim vermək müəllimi məqsədlərinə nail olmaq üçün hazırlamaq və eyni zamanda ona planlaşdırma, dərketmə, məsələləri həll etmə və qərar qəbule tmə vərdişlərinin inkişafında kömək etmək deməkdir. Təlimçi səbrli mövqe tutaraq, mühakimə etmədən, açıq suallar, pauza, perefraz və aydınlaşdırma kimi texnologiyaları tətbiq edir. Bacarıqlı təlimçi müəllimlərdə təlimə müstəqil yanaşma aşılamaq məqsədilə diqqəti düşüncəyə, dərketməyə və qərarların qəbul edilməsinə yönəldir.

Əsas diqqəti təlimçi roluna yönəltmək lazımdır!
Təlimçi kimi müəllimi
  • Uzunmüddətli və qısamüddətli planlaşdırma üçün məqsədləri müəyyən edərkən;
  • Dərs planları işləyərkən
  • Dərs keçərkən
  • Dərslərin uşaqların təlim və müvəffəqiyyətinə necə təsir göstəridiyi haqda düşünərkən;
  • Görüşlər zamanı müəllimlərin suallarını, problem və həyəcanlarını təhlil edərkən dəstəkləmək lazımdır.

Təlimçi rolunda mentor:
  • Müəllimlə etibarlı tərəfdaş münasibətlərini;
  • “Siz öz təliminiz üçün cavabdehsiniz. Mənim rolum bu prosesi dəstəkləmək. Istiqamətləndirmək, sizinlə birgə almaqdır” devizi altında qarşılıqla münasibətləri;
  • Daha keyfiyyətli təhsil prosesinə, daha müsbət münasibətlərin yaranmasına aparan qarşılıqlı diskusiyyanı: tənzimlənmiş qarşılıqlı münasibətləri inkişaf etdirir.

Təlimçi rolunda mentor
  • “yuxarıdan aşağıya” yanaşmasından istifadə etmir
  • Müzakirə olunan məsələdə son instansiya rolu oynamır, müəllimin motivasiyası, ona göstərişlərin verilməsi üçün cavabdeh deyil
  • Müəllimin işini qiymətləndirmir
  • Müəllimin mentordan asılılığını rəğbətləndirmir, müəllim nə etmək lazım olduğunu demir
  • Birtərəfli söhbətləri rəğbətləndirmir


Mentorun rolu və məsuliyyəti ,Mentorun əsas keyfiyyətləri

Mentorun rolu və məsuliyyəti
Mentorun əsas keyfiyyətləri
Yaxşı mentor olmaq üçün müəyyən keyiyyətlərə malik olmaq zəruridir.Mentor üçün vacib olan keyfiyyətlərin aşağıdakı kateqoriyalarını müəyyən etmək olar.
Münasibət və xarakter
  1. Başqa müəllimlər üçün nümunə olmaq arzusu var
  2. Müəllim peşəsinə sadaqət nümayiş etdirir
  3. Mentorluğun təhsil prosesinə kömək etdiyinə inanır
  4. Həmkarlarının maraqlarını müdafiə etməyə hazırdır
  5. Ömür boyu öyrənmə cəhdi nümayiş etdirir
  6. Öz səhvləri üzərində düşünməyə və öyrənməyə qadirdir
  7. Informasiya və ideyaları həmkarları ilə bölüşməyə çalışır
  8. Şən, çevik, inadkar və həssasdır

Peşəkar bacarıqlar və təcrübə
  1. Həmkarları onu qabaqcıl müəllim hesab edirlər
  2. Pedoqogika və fənn üzrə əla biliklərə malikdir
  3. Pedoqoji vərdişlərinə əmindir
  4. Sinifdə təqdirəlayiq iş vərdişləri nümayiş etdirir
  5. Başqa müəllimlər onun dərsində iştirak etdikdə, özünü inamlı aparır
  6. Peşəkar əlaqələr saxlayır
  7. Məktəb/tədris müəssisəsinin qayda qanunlarını başa düşür
  8. Sinifdə baş verənləri diqqətlə müşahidə etməyi bacarır
  9. Digər müəllim və inzibati işçilərlə yaxşı əməkdaşlıq edir
  10. Digər müəllimlərdən yeni texnologiyaları öyrənməyə cəhd göstərir

Ünsiyyət vərdişləri
  1. Tədrisetmənin səmərəli strategiyalarını qısa, dürüst ifadə etməyə qadirdir
  2. Diqqətli dinləyicidir
  3. Qavrama və anlamaya yönəlmiş sualları verməyi bacarır
  4. Pozitiv (faktlara əsaslanan) və məhsuldar tənqid edir
  5. Vaxtdan səmərəli istifadə edir
  6. Öz işinə qarşı ruh yüksəkliyi ilə məhəbbət nümayiş etdirir
  7. Nəzakətlidir və məxfiyə riayət edir
  8. Etibarlı peşəkar əlaqələr qura bilir
  9. Müəllimin emosional və peşəkar ehtiyacları ilə bağlı qayğını necə ifadə etməli olduğunu bilir
  10. Incə məsələlərə qarşı diqqətlidir
  11. Müxtəlif mədəniyyətlərə aid nümayəndələrlə uğurla işləyir
  12. Asanlıqla ünsiyyətə girir və qarşlıqlı uğurla işləyir
  13. Səbrlidir və yersiz irad axtaran deyil. 


Səmərəli qarşılıqlı əlaqəni rəğbətləndirən əsas ünsiyyət vərdişləri


Ünsiyyət vərdişləri
Mentor nə edir?
Pauza
Müəllimin düşünərək cavab verməsi üçün ona vaxt verin, pauza edərək qulaq asın. Sual və ya ona cavab verməmişdən əvvəl edilən pauza dərketmə üçün zaman ayırmaqla dialoqun, diskussiyanın, qəbul edilən qərarların keyfiyyətini yüksəldir.
Perefraz
Müəllimin söylədiklərini öz sözlərinizlə danışın. Söhbət zamanı dayanın və deyilənlərə yekun vurun. Məsələn, “beləliklə siz belə düşünürsünüz ki......” Sözlərin dəyişdirilməsi (perefraz etmə) müəllimə öz düşüncələrini eşitməkdə və aydınlaşdırmaqda kömək edir.
Aydınlaşdırma/Yoxlama
Sizdə müəllimin danışdıqları ilə bağlı tam təsəvvür yaranana qədər suallar verməkdə davam edin. Suallar verməklə müəllimi astaca istiqamətləndirin: “....haqda bir az danışın.”, “ Deməli, siz düşümürsünüz ki,....”, “Mənə maraqlıdır...”
Diqqət
Müəllim sizinlə danışarkən hansı qeyri-verbal siqnalları ötürdüyünüzə, yalnız nə danışdığınıza deyil, səsinizin tonuna, üzünüzün ifadəsinə, jestlərinizə diqqət yetirin.


8 Kasım 2015 Pazar

Dəstəyin təmin edilməsi üçün vaxtın ayrılması


 Mentor fəaliyyətinin uğurlu olması üçün vaxtın düzgün müəyyən olunması  çox mühümdür. Aşağıdakı   istiqamətlərdəstəyin təmin olunması üçün vaxtın ayrılması üzərində düşünmənizə yardım edə bilər.
Mentorun uğurlu fəaliyyəti  üçün digər əsas amil  ona lazımi dəstəyin göstərilməsidir.  Məktəb və yerli təhsil  müəssisələri xüsusi olaraq bu dəstəyi təmin edir. Aşağıda bu dəstəyin təmin edilməsinin bəzi yolları təsvir olunmuşdur.

Vaxt

·         Mentor və müəllimlərin təlim məşğələləri, təlim  strategiyaları və qiymətləndirmənin aparılmasında  əməkdaşlıq etmələri üçün ümumi vaxtın  planlaşdırılması
·         Heyətin görüş vaxtı inzibati məsələlərlə bağlı vaxtın planlaşdırılması və peşəkar təlimin hazırlığına  həsr olunmuş vaxtın  bölüşdürülməsi
·         Məktəbin təqvim planında mentorla əməkdaşlıq üzrə peşəkar inkişaf günlərinin  əks olunması
·         Əməkdaşlıq üçün ümumi  planlaşdırma vaxtını təmin etmək üçün struktur təqvim cədvəlinin qəbul edilməsi
·         Müəllim və mentorların bir-birini müşahidə etməsi və müşahidədən sonra düşünmələrinə imkan vermək üçün əvəzedici müəllimlər və ya təlim köməkçilərindən istifadə edilməsi
·         Günün bir hissəsi üzrə mentorun azad edilməsinin ödənilməsi.

Dəstək

·         Dərslərdən sonra və həftə sonu olan seminarları azaltmaq və bu büdcəni mentor fəaliyyətinin dəstəklənməsinə istifadə etmək.
·         Şəhər/rayon təhsil məqsədlərilə mentor proqramının əlavə peşəkar öyrənmə yönümlü məqsədlərini uyğunlaşdıraraq nizamlamaq və şəhər/rayon üzrə proqram koordinatoru və mentorları arasında  müntəzəm yığıncaqlar keçirmək
·         Mentor və ya əməkdaşlıq edən müəllimlər üçün avadanlıq təşkil etmək
·         Həmkara Dəstək Təlim Proqramının qiymətləndirmə prosesinə dəstək vermək.


Mentorun vəzifə və öhdəlikləri

 

Mentorlar məktəblərində müxtəlif rollar oynaya bilər. Bu rollar onların həmkarlarının ehtiyaclarına əsasən və zaman keçdikcə onların bu sahədə bacarıqlarının təkmilləşməsinə görə dəyişir.   Mentor olmaqla sız bəzi öhdəlikləri də qəbul etməlisiniz.

Vəzifələr


  • Təlim strategiyaları və ya texnologiyanın tətbiqi ilə bağlı vaxtında və yetərli məsləhəti və ya təlimi təmin edir
  • Texnologiyanın tətbiqi ilə zəngin, standartlara əsaslanan fəal, maraqlı dərsləri əməkdaş müəllimlərlə birgə planlaşdırır. Standartlara əsaslanan və texnologiyanın   tətbiqi ilə zəngin olan tədris layihələrinin innovativ nümunələrini həmkar müəllimlərin dərslərinə uyğunlaşdırılmasına yardım edir. Modelləşdirməni,  qrupla təlimi və düşünmə (refleksiya) prosesini həyata keçirir.
  • Müəllimlərin fəaliyyətlərini müşahidə edir və tərdis fəaliyyətləri üzrə düşünmələrini (refleksiyanı)  dəstəkləyir.

Öhdəliklər


  • Təlim resurslarının müvafiq istifadəsini təyin etmək üçün  həmkar müəllimlər və rəhbərlərlə işləmək.
  • Mentorun təlim fəaliyyətini məktəbin, rayonun, regionun, dövlətin və ya ölkənin mövcud peşəkar inkişaf təşəbbüsləri ilə  uyğunlaşdırmaq.
  • Tam bir tədris ili ərzində ardıcıl olaraq bir və ya daha artıq müəllimlərə  həmkar dəstəyi göstərmək
  • Müvafiq vasitələrdən, məsələn: əməkdaşlıq işi üzrə  qeydlərdən istifadə etməklə mentorun təlim fəaliyyətinin uğurlarını izləmək və məktəbin/rayonun digər həmkar mentorları ilə Həmkara Dəstək Proqramının yeniliklərini bölüşmək. Təlim və təhsilin keyfiyyətini artırmaq məqsədi ilə çoxillik investisiya qoymaq üçün rəhbərliyi Həmkara Dəstək Proqramını dəstəkləməyə cəlb etmək.


Uğurlu mentorun keyfiyyətləri

Uğurlu mentorun  keyfiyyətləri

     Müəllimlərin fikrincə, uğurlu mentor:
-         Həmkarları arasında nüfuz qazanmağı bacarır.
-         Həmkarlar müəllimlərdə inam hissini yaradır
-         İşini müəllimin ehtiyaclarına görə  qurur
-         Kollektivlə əməkdaşlıq etmək bacarığı var  Fəal dinləmə və ünsiyyət bacarıqları yüksəkdir
-         Müəllimlərin sinif otaqlarında nə etdiklərini yaxşı bilir Müəllimlərə tək metod və texnologiyanın tətbiqi istiqamətində dəstək olmur , eyni zamanda onlar sinif otağında işini təkmilləşdirməkdə yardım edir
-         Mütəşəkkil olmaqla yanaşı, müəllimlərlə əvvəlcədən uğurlu plan   hazırlayır
-         Müəllimlər üçün risksiz və təhlükəsiz mühit yaradır və müəllimlərin fikirlərini olduğu kimi  qəbul edir.
-         Çevikdir
-         Güzəştə gedəndir
-         Texnologiyanın dərsə inteqrasiyasının müxtəlif mərhələlərində olan müəllimlərə kömək göstərmək üçün kifayət qədər biliyə və bacarığa malik olmaqla bərabər, eyni zamanda müxtəlif təlim strategiyaları ilə tanışdır
-         Texnologiya ilə zəngin sinif otağı təşkil etməyin və  qurmağın yollarını bilir
  • Pedaqoji heyət tərəfindən güclü və nüfuzlu müəllim kimi tanınır.

-          

Məşhur Postlar

Səhifələr

Vacib saytlar