DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Modelləşdirmə


Modelləşdirmə
Şagirdləri real hadisənin sadələşdirilmiş, lakin canlı nümunəsi
olan mücərrəd və ya uydurma şəraitə (vəziyyətə,hadisəyə) çəkib gətirən metodik üsuldur.
Yaxşı modelləşdirmə şagirdlər qarşısında ciddi dilemma və problem qoyur ki, onlarbunu təklif edilmiş şəraitdə - sinif yoldaşları ilə birlikdə ,gerçək həyatda rast gəlinən müəyyən rolları oynamaqla həll etməlidirlər. Beləliklə, sinif bir növ miniatür və ciddi hadisəyə- müzakirə, mübahisə və diskussiyalar üçün mövzunu özündə daşıyan əhvalata , tamaşaya çevrilir. Hadisə bolunmu rollar vasitəsilə inkişaf etdirildiyindən, modelləşdirmədə müyyən mənada oyunun və tamaşanın bir çox cəhətləri müşahidə olunur. Lakin oyundan və həqiqi tamaşadan fərqli olaraq, modelləşdirmənin maraqlı cəhəti onda qeyri müəyyənlik faizinin yüksək olmasıdır.
Modelləşdirmə bu mənada daha sərbəstdir, belə ki heç kəs əsl həqiqətdə son nəticəni görə bilmir, heç kəs deyə bilməz ki, əhvalat nə ilə bitəcək, çünki son nəticə əsasən rolların necə oynanılacağından asılı olur. Modelləşdirmə yalnız eskizi, rolun qısa təsvirini təklif edir, rolun ifaçısı bu müxtəsər məlumata əsaslanaraq, öz həyat duyumunu yaratmalı, öz nöqteyi–nəzərini inkişaf etdirməlidir. Şagirdlər modelləşdirməyə başlayarkən , inanırlar ki, konkret məqsədə nail ola biləcəklər, lakin çox vaxt başları oyuna qarışdığından ilkin məqsədi unudur, qarşılarına yeni məqsədlər qoyurlar. Artıq dediyimiz kimi, modelləşdirməni əyləncəli və maraqlı edən onun qeyri müəyyənliyi, məhculluğudur, çünki ən yaxşı halda da nəticələri qabaqcadan yalnız qismən müəyyən etmək olur. Məhz bu bilinməzlik real həyata daha çox oxşayır, onu daha çox xatırladır ki, bu da nəticələri qəti müəyyən edilmiş tamaşalar və ya oyunlarla müqayisədə modelləşdirmənin xeyrinə çox əsaslı dəlil ola bilər. Modelləşdirmə dərsin tətqiqatın aparılması mərhələsində tətbiqinə başlanılmaqla bütün dərsi əhatə edir. Üsulun tıtbiqi zamanı müəllim bütün siniflə iş aparır.
Modelləşdirmənin vəzifəsi nədən ibarətdir?
İnsan hüquqları üzrə dərslərdə modelləşdirmədə müəllimin
vəzifəsi aşağıdakılardan ibarət ola bilər:
1.Yaradıcı qabiliyyətləri və təxəyyülü inkişaf etdirmək üçün şagirdləri zəruri əsaslarla təchiz etmək
2. Cütlük şəklində öz baxışlarını və dəyərləri müzakirə etmək üçün şagirdlərə sərbəst diskussiya təklif etmək
3. Şagirdləri problemi tapmağa və onu real həəyatı modelləşdirən şəraitdə həll etməyə həvəsləndirmək
4.Şagirdlərə təhlil aparmaq və alternativə hərəkətləri qiymətləndirmək bacarığını aşılamaq
5. Şagirdləri ictimai və ya qrup fəaliyyətinin tərkib hissəsi olan qərarların qəbul edilməsi prosesinə cəlb etmək
6. Məşğələ ərzində qəbul edilmiş qərarlara yenidən baxmaq və təhlil etmək, habelə uydurma situasiyanı gerçək vəziyyətlə müqayisə etmək üçün şagirdlərə imkan yaratmaq
Modelləşdirmə gerçək həyatı əks etdirən problem üzərində cəmlənməlidir. Bu cür nümunələri cari reportajlarda, sənədlərdə, tədqiqatlarda və digər mənbələrdə tapmaq olar. Mövzunu seçdikdən sonra bir neçə problemi müəyyənləşdirmək lazımdır, əks halda oyun maraqlı olmaması səbəbindən öz mənasını itirər. Oyun onun yerli şəraitə uyğunlaşdırılması, rolların artırılması və ya ixtisar edilməsi, problemin əvəzlənməsi yolu ilə dəyişdirilə bilər.
Üsulun tətbiqi zamanı bir sıra problemlər yarana bilər:
􀁸Şagirdlər modelləşdirməyə başlayarkən, inanırlar ki, konkret məqəsədə nail ola biləcəklər, lakin çox vaxt başları oyuna qarışdığından ilk məqsədi unudur, qarşılarına yeni məqsəd qoyurlar
􀁸 Rolların zəif oynanılacağı ehtimalı


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar