DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
Taksonomiya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Taksonomiya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

8 Mayıs 2016 Pazar

Dərs-16 Taksanomiyalar və onların tapşırıqlarla əlaqəsi, Standartlara əsasən tapşırıq necə tərtib edilir?

Dərs-16 Taksanomiyalar və onların tapşırıqlarla əlaqəsi, Standartlara əsasən tapşırıq necə tərtib edilir?
P.S.Video peşəkar səviyyədə yox, öyrədici məqsədlə hazırlanmışdır. 
Videonu dinləyərkən hər hansı  ifadələrdə nöqsanlar olarsa üzrlü saymanızı xahiş edirəm. Çünki izah hər hansı şablon üzərində deyil, birbaşa video lentə yazma zamanı verilib

9 Ocak 2016 Cumartesi

Blum taksanomiyası. Öyrənmənin üç növü

Blum taksanomiyası. Öyrənmənin üç növü
Benjamin Blum 1913-cü il 21 fevral Penselvaniyada – Lensford şəhərində,yəhudi əsilli amerikalı ailəsində anadan olmuşdur.1935 ildən etibarən o ,Pensivaniya Universitetində bakalavr ve mağistr pillələrində təhsil almışdır.1942-ci ilde isə Çikaqo Universitetinde doktorluq pilləsini müdafiə etmiş,sonralar bu universitetin fəxri professoru təyin olunmuşdur.O,həmçinin İsrail və Hindistanda təhsil məsləhətçisi işləmiş və 1999-cu il 13 sentyabr tarixində vəfat etmişdir.Blumun nəzəriyyəsi bir çox ölkələrin təhsil müəssələrində qəbul olunmuşdur.
Taksanomiya - biologiya fənnindən götürülmüş anlayış olub mənası obyektlərin qarşılıqlı əlaqəsi üzərində qurulması təsnifatı və ya sistemləşdirilməsi deməkdir.Blum taksanomiyası bilik,anlama,tətbiq etmə,təhlil,sintez və qiymətləndirmə kimi dərketmə prosesinin iyerarxiyasını təsvir etmək üçün Bencamin Blum tərəfindən təklif edilən quruluşdur.B.Blum bu taksanomiyanı təklif etməklə öyrənmə fəaliyyətinin üç əsas növünü müəyyən etmişdir:
1.     Koqnitiv öyrənmə - idraki bacarıqlar;
2.     Affektiv öyrənmə - hiss və emosional sahələrdə inkişaf;
3.     Psixomotor öyrənmə - fiziki və ya praktiki bacarıqlar.
Yuxarıda qeyd etdiyimiz öyrənmə fəaliyyəti növləri kateqoriya kimi düşünülə bilər. Belə ki,təlimçilər (müəllim və öyrədən) bu üç kateqoriyanı BBM (Bilik, Bacarıq, Mövqe) adlandırırlar.Öyrənmə əxlaqının taksanomiyası “öyrənmə prosesinin məqsədi” kimi xarakterizə olunur.Məhz buna görə də öyrənmə prosesindən sonra öyrənənlər (şagird və ya tələbə) mütləq yeni biliklər və bacarıqlar əldə etməlidirlər.B.Blumun rəhbərliyi ilə işləyən qrup koqnitiv və affektiv öyrənmə fəaliyyətləri üçün bir strateji izahat tərtib etmişlər.Lakin bu izahat psixomotor öyrənmə fəaliyyəti üçün nəzərdə tutulmamışdır. Daha sonralar Blum və qrupunun bu nəzərdən qaçırılmış “səhvləri” üçün izahatları belə olmuşdur ki,onlar orta məktəb səviyyəsi üçün praktiki bacarıqların öyrədilməsində kiçik bir təcrübə etmişlər.Yuxarıda qeyd etdiyimiz izahat-tərtibat üç əsas bölməyə və alt-bölmələrə ayrılır.Bu bölmələr ən sadə bölmədən ən mürəkkəb bölməyə doğru inkişaf etdirilir.Onu da qeyd edək ki,bu bölmələr şərtsiz deyil və burada bir çox digər sistemlər, ierarxiyalar vardır ki,onlar da təhsil-təlim sferasında özünəməxsus şəkildə bölünməlidirlər.Bütün bu mürəkkəbliklərə baxmayaraq Blumun taksanomiyası asan başa düşüləndir və dünya təhsil sistemində geniş tətbiq edilir.
Koqnitiv öyrənmə.
Yuxarıda qeyd etdiyimiz kimi,koqnitiv öyrənmə idraki və ya əqli bacarıqlar əsasında biliklər əldə etməkdir.Bu öyrənmə metoduna xüsusi faktların dərk edilməsi, üsul nümunələri,intellektual qabiliyyətlərin və bacarıqların inkişafına xidmət edən fəaliyyətlər toplusu daxildir.Koqnitiv öyrənmənin altı əsas bölməsi vardır və aşağıdakı cədvəldə onların əsaslı təsviri verilmişdir:
BÖLMƏLƏR
AÇAR SÖZLƏR
BİLİK:
məlumatı nağıl etmək və ya müəyyənləşdirmək.

1.     Müşahidə və məlumatların xatırlanması.
2.     Tarixlər,hadisələr,yerlər haqqında biliklər.
3.     Əsas ideyalar haqqında bilik.
·         terminologiya,əsas aktlar və elementlər, klassifikasiya və kateqoriyalar, prinsip və ümumiləşdirmə,nəzəriyyə,model,struktur haqqında məlumatlar;
4.     Fənlər üzrə bilik.
·         fənn kateqoriyaları,texnologiya və üsullar;
5.     Yeni və köhnə biliklər.
  • tərifini vermək
  • ad vermək
  • müəyyən etmək
  • yerləşdirmək
  • seçmək
  • toplamaq
  • siyahılaşdırmaq
  • sitat gətirmək
  • göstərmək
  • uyğunlaşdırmaq
QAVRAMA:
materialı başa düşmək,mənanı dərk etmək, dəyişmək, izah etmək,sözlərini dəyişmək, təfsir və ya şərh etmək.

1.     Biliyin yeni konteksə köçürülməsi.
2.     İzah,təfsir,şərh etmək.
3.     Nümunələrin gətirilməsi.
4.     Öyrənilmiş xassələrə görə təsnifat.
5.     Yekunlaşdırma.
6.     Qarşılıqlı əlaqənin yaradılması.
  • izah etmək
  • təfsir etmək
  • təsvir etmək
  • müəyyən etmək
  • təyin etmək
  • dəyişmək
  • qarşılaşdırmaq
  • fərqləndirmək
  • müzakirə etmək
  • nümunə göstərmək
TƏTBİQ:
məlumatdan istifadə etmək və yeni şəraitə metodları,konsepsiyaları tətbiq etmək.

1.     Məlum olan və ya müəllim tərəfindən verilən təlimata əsasən tapşırığın icra olunması.
2.     Müstəqil hazırlanmış təlimata əsasən tapşırığın icra olunması.

  • həll etmək
  • sınaqdan keçirmək
  • hesablamaq
  • aydınlaşdırmaq
  • qabaqcadan görmək
  • göstərmək
  • tətbiq etmək
  • təsnif etmək
  • şəklini dəyişmək
  • təcrübədə istifadə etmək
  • kəşf etmək
  • nümayiş etdirmək
TƏHLİL:
ayrı-ayrı hissələrə bölünmə və bu hissələrin tama necə aid olunmasını təyin etmək.

1.     Əlaqələrin sezilməsi,hissələrin təşkili,qapalı mənaların anlaşılması,komponentlərin ayırd edilməsi.
2.     Differensiallaşma.
3.     Sıralanma.
4.     Xarakterik xüsusiyyətlərin təyini.
  • təhlil etmək
  • təşkil etmək
  • birləşdirmək
  • seçmək
  • sxematik təsvir etmək
  • müqayisə etmək
  • fərqləndirmək
  • ayırmaq
  • sıralamaq
  • əqli nəticə çıxarmaq
  • izah etmək
SİNTEZ:
yeni ideyaların yaranması üçün köhnə ideyalardan istifadə,verilmiş faktların ümumiləşdirilməsi və bir neçə sahə üzrə biliklərin əlaqələndirilməsi.

1.     Ayrı-ayrı hissələrdən yeni “məhsulun” yaradılması.
2.     Planlaşdırılma.
3.     Yeni ideyalar və yanaşmalar yaratmaq üçün köhnə ideyaların,müəyyən meyarlar üzrə fikirlərin,hipotezlərin,alternaiv həllərin generasiya edilməsi.
  • yaratmaq
  • hipotez irəli sürmək
  • fikri təsdiqləmək
  • hesabat hazırlamaq
  • birləşdirmək
  • planlaşdırmaq
  • layihələşdirmək
  • yenidən nizamlamaq
  • ixtira etmək
  • inteqrasiya etmək
  • hazırlamaq
  • əvəz etmək
QİYMƏTLƏNDİRMƏ:
məlumatın dəyərliliyini və ya səmərəli istifadə imkanlarını müvafiq meyarlara və standartlara əsasən müəyyən etmək.

1.     İdeyaların müqayisəsi və fərqləndirilməsi,tutarlı arqument əsasında seçimlər edilməsi və seçimin dəyərləndirilməsi.
2.     Müəyyən meyarlara əsasən yoxlamaq.
3.     Müəyyən meyarlara əsasən tərif və tənqid etmək.
4.     Sıralamaq.
  • qiymətləndirmək
  • qərar qəbul etmək
  • dəstəkləmək
  • inandırmaq
  • tövsiyyə etmək
  • tənqid etmək
  • fərqləndirmək
  • mühakimə etmək
  • əsaslandırmaq
  • nəticə çıxarmaq
  • səviyyələrə görə bölmək
  • yekun nəticəyə gəlmək
  • vacibini müəyyən etmək

Affektiv öyrənmə

Psixomotor öyrənmə

Diğər psixomotor öyrənmə metodları və B.Blumun taksanomiyasının yenidən işlənmiş halı
                                         
                                                            
                                        
   

8 Ocak 2016 Cuma

Harvard Gardner-Biliyin mərhələləri

     
  Amerika psixoloqu Harvard Gardner biliklərin öyrənilmə və mənimsənilmə yollarını mərhələlərə bölərək “ Biliyin mərhələləri” adlı sxem işləyib hazirlamışdır. Hal-hazırda Amerika və Kanadanın təhsil sistemi bu sxemin müddəalarını sagirdlərin bilik və bacarıqlara yiyələnməsi və tam bir şəxsiyyət kimi yetişməsi üçün kurikulumun tətbiqinin tərkib hissələrindən biri kimi qəbul edir. Dərs proqramları və planları bu yolla hazırlanır və hər bir şagirdin bilik və bacarıği nəzərə alınaraq tətbiq edilir.  Bu işin əsas məsuliyyəti əlbətdə ki müəllimin uzərinə düşür. Müəllim tə'lim prosesi zamanı hər bir şagirdlə fərdi iş aparır və hansı mərhələnin hansı şagirdə uyğun olduğunu aşkar edərək fərdi, kiçik qruplarla və bütun siniflə iş aparır. Bu sxem aşağidaki kimidir:

BİLİYİN MƏRHƏLƏLƏRİ
BİLİK VƏ BACARIQLAR
TÖVSİYƏ EDİLƏN FƏALİYYƏTLƏR
ŞİFAHİ/DİLÇİLİK BİLİYİ
Şagirdlər şifahi, oxu, yazı ilə yaxşı əlaqə yaradır və dərk edərək mənimsəyir, həm də verilmiş yazılı mətndəki məlumatı analiz etməyi bacarır
- hekayə danışır, hekayə yazır
- ucadan və ya alcaqdan qrupda oxuyur
- söz oyunu oynayır(sözü sözlə və ya şəkillə uyğunlaşdırır, şəkili şəkillə uyğunlaşdırır, cümlənin qarişdırılmış hissələrini ardıcıllıqla birləşdirir)
- mübahisə edir
- dialoqa girir
- şer oxuyur, oyunlar yazıb hazırlayır

MƏNTİQİ/RİYAZİ BİLİK
Şagirdlər riyazi oyunları, riyazi anlayişları(rəqəmləri, həndəsi fiqurları) və elmi sinaqlar aparmağı yaxşı bacarırlar
- söz və şəkil pazılları
- krassvord pazılları
- sözləri əlifba sırası ilə çeşidləyir
- məlumatı siniflərə və kateqoriyalara ayırır
- hadisələri sıralayır
- proyekt uçun araşdırma aparır
- qəflətən baş verən hadisədən nəticə çıxarır
- “birdən” hekayələri yazır
- tapmacalar
- qrafalar işləyib hazırlayır
CİSMANİ/KİNESTETİK BİLİK
Şagirdlər hərəkət etməyi, nə isə duzəltməyi və toxunmağı xoşlayırlar, müxtəlif əl-qol hərəkətləri vasitəsi ile əlaqə yaradırlar. Onlar hərəkət vasitəsi ilə özlərini ifadə edir və fiziki fəaliyyətlərlə öyrədilə bilirlər.
- hərəkətlərlə mahnılar
- rəqslər
- tamaşalar
- rol ifa etmək
- modellər hazırlamaq
- idman hərəkətləri
- mimika göstərməklə hisslərini     ifadə etmək
MƏKAN/ƏYANİ BİLİK
Bu biliyə malik olan şagirdlər dünyanı bir dənizçi və ya təyyarəçi gözü ilə geniş məkan dairəsinden seyr edirlər və yaxud  da necə ki şahmat oyunçusu və ya memar (heykəltaraş) təmsil etdikləri sahəni məkan dairəsi baxımından çox məhdudlaşdırırlar
- kəs və yapışdır məşğələsi
- şəkillərlə oyunlar
- şəkili yazılı şəkildə və ya şifahi  təsvir edir

- şekildə gizlənmiş elementləri tapır
- cədvəl tərtib edir
- puzzle (başsındıran bağlama) həll edir
- reklam və elanlar hazırlayır
- divar naxışları konstruksiya
 edir
- elementlər və ya modellər haziəlayır

MUSİQİLİ RİTMİK BİLİK
Şagirdlər ritm və səsə qarşı həssaslıq göstərirlər. Onlar musiqini sevirlər, həm də onları əhatə edən mühitin səsinə də həssasdirlar. Onlar hətta musiqi sədaları altında yaxşı oxuya bilərlər. Onlar hər hansı bir aletdə çalmagı sevirlır

- laylalar oxuyurlar
- mahnılar oxuyurlar
- mahnılar bəstələyirlər
- ritmləri öyrənirlər
- lirikanı öyrənirlər
- ritmlərlə danışırlar
- zamanın nəbzini tuturlar

UNSİYYƏT BİLİYİ (BACARİĞİ)
Şagirdlər ünsiyyət qurmağa qadirdirlər, başqalarını başa düşürlər və yoldaşları ilə yaxşı ünsiyyət qururlar. Bu şagirdlər başqaları ilə ünsiyyət qurmaq vasitəsi ilə öyrənirlər. Onlar populyar, ağıllı, mehriban və başqalarına qarşı mülayimdirlər
- quruplarla oyunlar
- qruplarda liderlik
- dillə və ya başqa fənlə bağlı oyunlarda liderlik edirlər
- musahibələr aparırlar
- proyektin təqdimatında çıxış edirlər
- oxuduğu hekayəni nəql edirlər
- problemləri həll edirlər
- suallara cavab verir və yaxud sual vrirlə
- yazılı və şifahi dialoqa girirlər


DAXİLİ UNSİYYƏT BİLİYİ
Bu tipli öyrənənlər utanaraq  başqalarından kənarda dururlar. Onlar öz daxili hisslərinə qapılırlar; onlarda ağıllılıq, hissiyyat və motivasiya yəni məqsədlilik, həm də güclu mənəviyyatlıq, özünə inamlılıq və özünəməxsus rəy bildirməklik qabiliyyətləri güclüdür
- üreyində (sakit) oxumaq
- xor oxumaq
- şəkilli kitablar
- esse yazma
- xəbərlər (qəzet və ya jurnal)
 yazmaq
- gündəlik yazmaq
- proyekt üçün araşdırmalar aparmaq
- fərdi işləmək
- hadisəni analiz etmək










23 Aralık 2015 Çarşamba

Havard Qardnerin dərketmə səviyyələrini əks etdirən nəzəriyyəsi

Qardner nəzəriyyəsi-Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi
Şagirdlərin bilik, bacarıq və qabiliyyətlərinin aşkar edilməsi və inkişaf etdirilməsi işində dünya təcrübəsində geniş yayılmış Hovard Qardnerin nəzəriyyəsinin böyük əhəmiyyəti vardır. Bu nəzəriyyəyə çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi də deyirlər. Amerika psixoloqu Hovard Qardner bu nəzəriyyəni 1983-cü ildə “Ağıl çərçivəsində” kitabında təklif etmişdir. Qardner nəzəriyyəsinə görə hər bir şagird 8 qabiliyyətin təkrarolunmaz kombinasiyasına malikdir. Bu qabiliyyətləri inkişaf etdirmək yollarını tapmaq lazımdır. Qardnerin fikrincə hər bir şagird ruhlandırıldıqda, dəstək və düzgün təlimatlar aldıqda 8 qabiliyyəti də lazımı səviyyədə inkişaf etdirilə bilər. Bu xüsusiyyətlərin üzə çıxması üçün onlara şərait yaradılmalıdır. Bu qabiliyyətlər aşağıdakılardır:
1. Verbal (linqvistik) qabiliyyət – belə şagirdlər çoxlu suallar verir, danışmağı, oxumağı, yazmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə bilirlər.
2. Məntiqi (riyazi) qabiliyyət – belə şagirdlər rəqəmlərlə oynamağı, əşyaları toplamağı, qruplaşdırmağı xoşlayır, işlərin necə getdiyini bilmək istəyir, məntiqi ilə maraqlanırlar. Riyaziyyatı, məntiqi yaxşı bilirlər.
3. Vizual (fəza) qabiliyyət - belə şagirdlər şəkil çəkməyi, mexaniki cızma-qara etməyi, hadisələrə təcrid olunmuş şəkildə yanaşmağı xoşlayır, yerləri təsvirə, şəkillərə əsasən yadda saxlayırlar, əşyaları yaxşı təsvir edirlər, diaqramla və xəritələrlə asan işləyirlər.
4. Kinestetik (bədən) qabiliyyət – belə şagirdlər yaxşı müvazinət hissinə, ritm hissinə malikdir. Hərəkətləri qrasiyalıdır, bədən dilini (jestləri) oxuyurlar, fikirlərini jestlər vasitəsilə çatdırırlar.
5. Ritmik (musiqi) qabiliyyət - belə şagirdlər səslərə qarşı həssasdırlar, ritmlə tıkkıldanır və yellənirlər, səsləri bir-birindən ayıra bilir, musiqini xoşlayır, onu axtarır, ritmi tuta bilirlər.
6. Şəxsiyyətlərarası qabiliyyət - belə şagirdlər başqalarının hislərinə şərik olur, həmyaşıdları tərəfindən sevilir, özünə oxşar böyüklərlə yaxşı əlaqə saxlayırlar, liderlik bacarığı nümayiş etdirirlər, məsləhətçi və ya vasitəçi rolu oynayırlar, insanlar arasında ünsiyyət qura, bəzən onlarla manipulyasiya edə bilirlər.
7. Şəxsiyyətdaxili qabiliyyət – belə şagirdlər müəyyən fəaliyyətlə bağlı xoşuna gələn və gəlməyən cəhətləri açıq şəkildə ifadə edə bilirlər. Güclü və zəif cəhətlərindən xəbərdardırlar. Öz bacarıqlarına inanırlar, qarşılarına müəyyən məqsədlər qoyurlar, diqqətlərini hislərinə, arzularına yönəldirlər, orijinal olmağı sevirlər.
8. Naturalistik qabiliyyət – belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları xoşlayır, bitki yetişdirməyə, heyvan saxlamağa həvəslidirlər, həvəskar astronomdurlar.
Hər bir müəllim şagirdlərində bu qabiliyyətlərin üzə çıxarılmasına yardım etməlidir. Unutmayaq ki, müəllimin şagirdlərinə xeyirxah münasibəti, hörməti, onları olduğu kimi qəbul etməsi, onların bacarıqlarına inam – bunların hamısı şagirdlərdə həm özünə, həm də müəlliminə hörmət və etibarı artırar. Gördüyünüz kimi müəllim-şagird münasibətləri çox incə və mürəkkəb məsələdir. Odur ki, işlərimizi düzgün qursaq nəticədə ölkəmizə yüksək intellekti, elmi potensialı və milli-mənəvi dəyərləri ilə seçilən, cəsarətli və vətənpərvər şagirdlər tərbiyə etmiş olacağıq
linqvistik, riyazi-məntiqi, vizual-məkan, kinestetik, fərdlərarası, fərddaxili,
 musiqi-ritmik, naturalist.
İnsan bu qabiliyyətlərin hamısına az və ya çox dərəcədə sahibdir. Lakin bunlardan hansısa daha inkişaf etmiş olur və bu qabiliyyətin aşkarlanması, onun daha da inkişaf etdirilməsi, imkanlarından istifadə edilməsi biliklərin mənimsənilməsini, yaddaşda daha uzun müddət saxlanılmasını təmin edir.
Sagirdlərin intellekt qabiliyyətlərinin müəyyənləşdirilməsi müəllimin yüksək pedeqoqluq bacarığı nəticəsində mümkündür. Uzunmüddətli müşahidələr, şagirdlərin özləri və valideynləri ilə söhbətlər, tapşırıqlar, testlər əsasında şagirdin hansı qabiliyyətə malik olduğunu müəyyənləşdirmək və bunun əsasında da hansı dərketmə üsulunun faydalı olacağını meydana çıxartmaq mümkündür.
Şagirdin hansı qabiliyyətə malik olmasından asılı olmayaraq, dərs prosesinin aktiv həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Nə müəllim tərəfindən biliklərin şagirdin beyninə doldurulması, nə də təkbaşına öyrənmə biliyin uzun müddət yaddaşda saxlanmasına zəmanət vermir. Dərs prosesində biliyin aktiv şəkildə mənimsənilməsi sanki onun öyrənən tərəfindən yenidən kəşf olunması, yaradılmasıdır. Bu cür əldə olunan bilik uzunmüddətli yaddaşda saxlanılır.
Bu prosesin həyata keçirilməsi kurikulumların təbiətdən irəli gələn metod və iş formalarının düzgün seçilməsi nəticəsində mümkün olur. Qardnerin “Çoxintellektlilik” nəzəriyyəsinin təlimdə tətbiqi zamanı istər iş üsullarının, istərsə də iş formalarının seçilməsi kortəbii olmur, dərketmə üsullarının müəyyənləşdirilməsi nəticəsində şəxsin fərdi xüsusiyətlərinin də nəzərə alınması ilə müşayiət edilir. Bu zaman əgər müəllim kiçik qruplarla iş formasını seçibsə, şagirdlər təsadüfi qruplarda yox, müəllimin şagirdin dərketmə üsuluna əsasən müəyyənləşdirdiyi qruplarda birləşirlər. Qruplara verilən tapşırıqlar da oxşar qabiliyyətlərə malik şagirdlərin maraq və ehtiyacları nəzərə alınmaqla tərtib edilir.
Ədəbiyyat dərslərində həm məzmun üzərində işi, həm də əsərlərin təhlilini “Çoxintellektlilik” nəzəriyyəsinə əsaslanaraq aparmaq lazımi səmərə verir. V sinifdə öyrədilən Amerika yazıçısı Cek Londonun “Kiş haqqında hekayə” əsərinin təhlili zamanı intellekt qabiliyyətlərinə görə seçilərək təşkil olunmuş qruplara verilən tapşırıqlarda bunu izləmək olar.
Linqvistik qabiliyyəti inkişaf etmiş insanlar kəlmə oyunlarını sevir, tanış olmayan sözlərin mənasını öyrənməyə, onlardan nitqində istifadə etməyə meyilli olur, oxuduqlarını və eşitdiklərini öyrənmək üçün suallar verməkdən zövq alırlar. Ən sevdiyi məşğuliyyətlər müxtəlif hekayələr, əhvalatlar uydurmaqdır. Linqvistik qabiliyyəti güclü olan şagirdlər dil və ədəbiyyat dərslərində daha çox uğur əldə edirlər. Ədəbi əsərlərin təhlili zamanı belə şagirdlərdən təşkil olunmuş qrupa esse tipli tapşırıqların verilməsi daha məqsədəuyğundur. Yuxarıda adı çəkilən hekayə ilə bağlı belə bir esse yazmağı tapşırmaq olar: “Ayı ovçusu kimi məşhurlaşmış Kiş bir gün anası ölmüş iki ayı balası ilə rastlaşdı…” Belə bir cümlə ilə başlayan essenin yazılması bir tərəfdən Kişin daha yaxından başa düşməyə kömək edirsə, digər tərəfdən də fərziyyələr vasitəsilə obrazın xarakterinin görünməyən tərəfləri barədə mülahizələr irəli sürməyə imkan yaradır.
Riyazi-məntiqi qabiliyyəti güclü olanlar hadisə və ya əşyalar arasında bağlılığı tapır, səbəb-nəticə əlaqəsini asanlıqla müəyyənləşdirir, nəzəriyyələr irəli sürürlər. Belə şagirdlər informasiyanın parçaları arasında əlaqə qurmaq və bu əlaqələri riyazi fiqurlar, sxemlərlə ifadə etmək bacarığına sahib olduqları üçün hekayələr xəritəsi vasitəsilə əsər haqqında ətraflı təsəvvür yaratmağa nail ola bilərlər.

Cədvəl 1
Vizual-məkan qabiliyyəti üstün olan insanlar rəsmlər, şəkillər və cizgilərlə düşünür, xəyalında gördükləri rəsmləri sözə çevirə bilirlər. Həmçinin dinlədiklərinin beyində rəsmini qurur, öyrəndikləri məlumatları xatırlamaq üçün bu rəsmlərdən istifadə edirlər. “Kişin yaşadığı yerləri elə təsvir edin ki, sanki rəsmini çəkirsiniz”, “Kişin xarakterinin ən çox aşkarlandığı səhnənin rəsmini çəkin” tipli tapşırıqların verilməsində məqsəd hekayədəki insanların xarakterindəki sərtliyin, amansızlığın, təbiətin sərtliyi ilə birbaşa əlaqəli olmasını aşkara çıxarmaqdır. Rəsm çəkmək belə şagirdlərin sevdikləri iş olduğundan bu tapşırıq onların düşünmə prosesindəki fəaliyyətini stimullaşdırır, eyni zamanda Kişin xarakterinin daha yaxından aydınlaşdırılmasına imkan verir.
Kinestetik qabiliyyət insana hərəkət, jest və mimikalar vasitəsilə özünü ifadə etmək imkanı verir. Belə insanlar obyektlərə toxunmağa, daim hərəkətdə olmağa, rəqs etməyə meyillidirlər. Onları daha çox düşünməyi, təhlil etməyi tələb edən sahələrə yönəltmək müəllim üçün çətinlik yaradır. Lakin belə şagirdlərin zəka ilə bədənin harmoniyasına nail ola bilmək bacarıqlarından istifadə edərək onların imkanlarını hərəkətli səhnəciklərdə reallaşdırmaq lazımdır. Məsələn, belə bir tapşırığın verilməsi məqsədəuyğun ola bilər: “Kiş və qəbilə üzvlərinin xarakterlərinin daha güclü üzə çıxdığı bir epizodda onların rollarını canlandırın”. Bu tapşırıq Kiş və qəbilə üzvlərinin xarakterinin modelləşmə əsasında təhlilinə, onların canlı müqayisəsinə imkan yaradır.
Fərdlərarası qabiliyyətə sahib olanlar qrup içində çalışmağı, digər insanlarla ünsiyyət qurmağı, dinləməyi və danışmağı sevirlər. Özünü başqalarının yerinə qoymaq, onları anlaya bilmək, ətrafındakıları inandırmaq bacarığına malikdirlər. Belə şagirdlərə verilən “Kiş Kloş-Kvanın daxmasında olarkən mən orada olsa idim, nə edərdim? Onlara nə deyərdim?” sualı bir tərəfdən əsərdəki obrazlara münasibətdə obyektivliyi qorumağa imkan verirsə, digər tətəfdən də şagirdlərin yetişməkdə olan şəxsiyyətlər kimi cəmiyyətdə mövcud olan sosial baxışlara münasibətini formalaşdırır.
Fərddaxili qabiliyyəti güclü olan insanlar tənha çalışmaqdan zövq alırlar, azadlığa meyillidirlər, cəmiyyətdən kənar qalmağa üstünlük verirlər. Qarşılarına hədəflər qoymağı, xəyallar qurmağı sevirlər, hər şeydə özlərindən bir parça tapmağa çalışırlar. Obrazların təhlili zamanı onların bu xüsusiyyətindən istifadə etmək lazımdır. “Mən Kişin yerində olsa idim, nə hiss edərdim?
Haqqım tapdananda…
Qəbilə üzvlərinə qarşı çıxanda…
Ayıları ovlayanda…” kimi suallarla qarşılaşan şagird problemə kənardan yox, daxildən yaxınlaşa bilir.
Musiqi-ritmik qabiliyyətə sahib olanlar səslər və ritmlərlə düşünür, özləri də ritmlər yaradırlar. Hər bir şeydə musiqi, ritm axtarırlar. “Kişin cəsarətini ifadə edən şeir yazmağa, onu ritmlə oxumağa çalışın” tapşırığı ilə baş qəhrəmanın xarakterinin müxtəlif cizgilərinin və bununla da əsərin ideyasının müəyyənləşdirilməsinə nail olmaq mümkündür.
Naturalist qabiliyyəti güclü olan insanlar təbiətdəki canlıları tanımağa, canlıların yaradılışları haqqında düşünməyə meyillidirlər. Təbiətin insan üzərində, ya da insanın təbiət üzərindəki təsirini araşdırır, “heyvanlar nələr düşünür, nələr hiss edirlər” kimi suallar ətrafında düşünürlər. Naturalist qabiliyyətə malik şagirdlər üçün “Ayıların ovlanması barədə nə düşünürəm?” tipli suallar çox əhəmiyyətlidir. Belə suallar əsərə və obrazlara müxtəlif yönlərdən yanaşmağa imkan verir.
Qruplar təşkil edilərkən bəzi şərtləri: dərsin xüsusiyyətini, hər hansı bir zəka tipinə uyğun gələn şagird sayının məhdudluğunu nəzərə alaraq bəzi zəka tiplərinə malik şagirdləri bir qrupda da birləşdirmək mümkündür. Linqvistik və musiqi-ritmik, vizual-məkan və naturalist qabiliyyətləri daha inkişaf etmiş olan şagirdləri bir qrupda birləşdirmək məqsədəuyğun sayıla bilər.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar