DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

İdeyalar Xalısı

“İdeyalar xalısı”

Diskussiya vərdişlərini inkişaf etdirmək bu üsulun əsas məqsədidir. Burada qrupların vahid fikrə gəlməsi önəmli deyil. Başlıcası-problemin müzakirəsində irəliləmək və düzgün diskussiya aparmaq vərdişlərini nümayiş etdirməkdir.
Üsul dərsin tətqiqatın aparılması mərhələsində tətbiq edilir. Müəllim qruplarla iş formasından istifadə edir.
  1.Müəllim şagirdləri 4-5 nəfərlik qruplara bölür.
   2.Dərsin əvvəlində (ya da dərsdən bir gün əvvəl) müəllim dərsdə həll ediləcək problemi elan edir. Problemi vatman kağızına yazmaq lövhədən asmaq olar.
  3. Müəllim hər  qrupa vatman kağızı, eyni rəngdən (məsələn, qırmızı) olan 6 kağız zolağı, yapışqan və marker paylayır. Qruplara təklif olunur ki, verilən problemin səbəblərini aşkara çıxarsınlar ( nəyə görə bu problem mövcuddur?) və bu səbəbləri kağız zolaqlarına yazsınlar. Hər kağız  zolağında problemin yalnız bir həlli yolunu qeyd etmək olar. Bu zolaqlar da  vatman vərəqi üzərində yerləşdirilir.

   4.Qruplar kağız zolaqlarını yazıb qurtardiqdan sonra müəllim təklif edir ki, doldurulmuş zolaqlar vatman üzərində yerləşdirilsin. Şagirdlər zolaqları istədikləri qaydada yerləşdirə bilərlər. Əsas  məsələ odur ki, yazılanı oxumaq mümkün olsun.
  5.Qruplar işlərini qurtardıqdan sonra müəllim onlara yazdıqlarını oxumağı təklif edir.
  6.Növbəti mərhələdə müəllim hər qrupa indi başqa rəngdən olan (məsələn, mavi) daha 6 kağız zolağı paylayır. Şagirdlərdən xahiş olunur ki, bu zolaqlarda problemin həlli üçün nə etmək lazım olduğunu yazsınlar. Hər kağız zolağında problemin yalnız bir həlli yolunu qeyd etmək olar. Bu zolaqlar da vatman vərəqi üzərində yerləşdirilir.
  7. Təqdimat zamanı plakatlar divardan asılır, hər qrupun nümayəndəsi yazılanı oxuyur.
  8.Növbəti mərhələdə müəllim hər şagirdə yapışqan kağız vərəqi paylayır. Müəllim onlardan xahiş edir ki, problemin həlli üçün nə etdiklərini və ya nə etməyə hazır olduqlarını vərəqin üzərində yazsınlar. Şagirdlər yazdıqlarını oxuyur və vərəqləri öz qrupun “xalısı2 üzərinə yapışdırırlar.
  9.Işin sonunda müəllim kiçik müzakirə keçirir. Müzakirə zamanı qrupların işində problemin ən çox təkrarlanan səbəbləri və həlli yolları müəyyənləşdirilir. Müəllim şagirdlərə problemin ən səmərəli (real, orijinal və s.) həlli yolunu seçməyi təklif edə bilər.
Bu üsulda qrupların işinin tərtibatı da əhəmiyyətlidir. Müəllim şagirdləri fantaziyalara güc verməyə həvəsləndirməlidir. Qoy şagirdlərin işlədiyi vatman kağızı rəngarəng “ideyalar xalısına” çevrilsin. 
Üsul tətbiq edilməzdən öncə müəllim nəzərə almalıdır ki, mövzu ilə bağlı şagirdlərdə müəyyən qədər bilik olmalıdır.
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
Bəzən bu üsulla iş uzun çəkir. Əgər müəllim dərsin yaxşı təşkil olunmasını və vaxt itkisinin olmamasını istəyirsə, əvvəlcədən lazımı materialları hazırlamalıdır, hər qrupda vatman kağızı, kağız zolaqları, yapışqan və markerlərin olmasına nəzarət etməlidir.
Bəzi qruplar problemin mütləq 6 səbəbinin ( və ya yollarının) yazılmasında çətinlik çəkirlər. Belə hallarda müəllim şagirdləri məcbur etməməlidir, onlar az sayda zolaq yaza bilərlər( məs. 4 və ya 5)


Tepkiler:

2 yorum:

  1. verdiyiniz məlumatin mənə cox boyuk koməkliyi oldu.və her seyi aciq aydin qeyd etdiyiniz ucun təsəkkurlər

    YanıtlaSil

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar