DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Təqdimat

Təqdimat ( Prezentasiya)
Fəal təlim üsulları ilə aparılan dərslərinmühüm elementlərindən  biridir.     Bu zaman şagirdlər tədqiqat fəaliyyətinin nəticələrini təqdim edirlər. Təqdimat şifahi, yazılı,  vizual, rollar üzrə oyun və s. formalarında ola bilər. Şagirdlər təqdimatı fərdi şəkildə və ya qrup halında  keçirə bilərlər. Müəllim təqdimatın növünü və onun keçirilmə şəraiti və  şərtlərini şagirdlərlə birgə müəyyən edir. Şagirdlərin özü  təqdimatın elə bir üsulunu seçə bilərlər ki, gördükləri iş barədə səmərəli şəkildə danışmaq və öz biliklərini bölüşdürmək üçün  şərait və imkanları olsun. Şagird öz biliklərini və əqli vərdişlərini başqalarına ötürə bilmək üçün zəruri ünsiyyət vərdişlərinə malik  olmalıdır. Ünsiyyətin ən vacib ünsürlərindən biri şagirdin öz fikirlərini dəqiq və aydın ifadə edə bilməsidir.
Şərhin aydınlığı informasiyanın təşkilindən asılıdır. Yaxşı təşkil edilmiş təqdimatın zəruri şərtləri- problemin mahiyyəti üzərində fikri cəmləyə bilmək bacarığı faktiki informasiyaya əsaslanan başlıca ideya və nəticələrə dəstək verən münasib nümunə və misalların mövcudluğudur. Yaxşı təşkil edilmiş təqdimat onun növündən asılı olmayaraq, şagirdlərin biliklərinin və əqli vərdişlərinin yüksək səviyyəsini göstərir.Təqdimatın hər bir növünün müəllimin nəzərə almalı olduğu özünəməxsus qaydaları və ənənələri vardır. Məsələn, şifahi təqdimat keçirilərkən, səsdən, jestlərdən, foto, video və digər əlavə materiallardan bacarıqla istifadə, illüstrasiyaların, fotoşəkillərin seçimi və sair faktlar nəzərə alınır. Formalaşmış ünsiyyət vərdişlərinə malik olan şagirdlərin  təqdimatı öz dəqiqliyi və yaxşı təşkil olunması, bu və ya digər təqdimat formasının keçirilməsi üzrə qaydalara və ümumi normalara riayət olunmasına xüsusi diqqətçiliyi ilə seçilir. Bu cür təqdimatlar həm də materialın dəqiq şərhi, informasiyanın

bacarıqla təşkili, illüstrasiya və nümunələrin yüksək keyfiyyəti, çıxarılan nəticələrin mükəmməlliyi ilə diqqəti cəlb edir. 
Artıq deyildiyi kimi, göstərdiyimiz bütün metodik üsullar fəal (interaktiv) xarakterə malikdir. Lakin insan hüquqlarının təlimində ənənəvi metodik üsullardan da istifadə oluna bilər.Buna misal olaraq mühazirəni göstərmək olar. 
Təqdimat zamanı şagirdlərdə formalaşan bacarıqlar:

üTədqiqat fəaliyyətinin nəticələrini müxtəlif yollarla təqdim etməyi

ü Öz fikirlərini dəqiq ifadə etməyi

ü Mükəmməl nəticə çıxarmağı

ü Ünsiyyət vərdişlərinin formalaşması

ü Şagirdin bilik və əqli vərdişlərinin yüksəlməsi

Təqdimat dərsin istənilən mərhələsində aparıla bilər. Eyni zamanda üsulun tətbiqi müxtəlif iş formalarından istifadə etməklə (fərdi, qruplarla, bütün siniflə) aparıla bilər.

Yaxşı təşkil edilmiş təqdimatın zəruri şərtləri:

1.Problemin mahiyyəti üzərində fikri cəmləyə bilmək bacarığı

2.Faktiki informasiyaya əsaslanan başlıca ideya və nəticələrə 
dəstək verən münasib nümunə və misalların mövcudluğudur. 

Üsulun tətbiqi zamanı yarana biləcək problemlər: 
  • Materialın dəqiq şərh edilməməsi
  • İnformasiyanın təşkili illüstrasiya
  • Nümunələrin seçilməsi
  • Nəticələrin çıxarılması bacarıqlarının zəif inkişafı
Mənbə: Zülfiyyə Veysova



Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar