DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Klassik Dialoq

Klassik dialoq ( Sokrat dialoqu)

Klassik dialoq və ya Sokrat dialoqu debatlar ilə demək olar ki, oxşar alqoritim üzrə aparılır.
 
Klassik dialoqun əsas məqsədi problemin həlli üçün ən səmərəli yolu müəyyən etməkdir. Debat üsulunda olduğu kimi burada da xüsusi sxemdən istifadə olunur:
Debatdan fərqli olaraq, klassik dialoqda və opponentin müzakirəsində üçüncü tərəfi inandırmaq deyil, problemin həlli üçün vasitəçi şəxsə əsaslı dəlillər təqdim etməkdir.
Yuxarıdakı sxemdən görünür ki, dialoqda 3 tərəf ( iddiaçı, opponent və vasitəçi) iştirak edir. Onlardan 3 komanda təşkil edilə bilər, lakin dialoq zamanı komandaların yalnız nümayəndələri iştirak edir. Debatdan fərqli olaraq, klassik dialoqda iddiaçının və onun opponentin müzakirəsində üçüncü tərəfi inandırma deyil problemin həlli üçün vasitəçi şəxsə əsaslı dəlillər təqdim etməkdir. Üçüncü tərəfin vəzifəsi isə hər bir tərəfin  vəzifəsi isə hər bir tərəfin mövqeyini dinləyib, bu mövqelərdə olan faydalı ideyaları müəyyən edib kompromis və daha səmərəli yolu tapmaqdır.Üsulunun tətbiqi zamanı şagirdlərdə bir sıra bacarıq və keyfiyyətlər formalaşır.

·       Mövzunun araşdırılması
·       əsas anlayışları seçib ayırma
·       Sübut və dəlillərlə işləmək
·       “çarpaz sualların” hazırlanması
·       Natiqlik məharəti
·       Hakimlik və qərarların qəbul edilməsi
·       Öz fikrinin təsdiq edilməsi
·       Diqqətlə dinləmə
·       əleyhinə arqument gətirmə və.s kimi bacarıq və keyfiyyətlər şagirdlərdə formalaşır.

Üsulu fəal interaktiv dərsin  tədqiqatın aparılması mərhələsində tətbiq etmək mümkündür.
Üsulun tətbiqi zamanı müəllim qruplarla iş formasından istifadə edir.
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
·       Müzakirə verilən vaxtdan uzun çəkə bilər
·       Həddindən çox səs-küy yarana bilər
·       Mövqelər bir- birnə qarşı tolerantlıq göstərməz
·       Mövzu ilə bağlı şagirdlərdə az məlumat ola bilər
·       Hakimin qərar çıxarma bacarığı zəif ola bilər.
·       Ünsiyyət ilə bağlı problemlər ola bilər




Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar