DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

11 Mart 2016 Cuma

Protokol necə yazılmalıdır?

Protokol haqqında genis məlumat
«Protokol» sözü yunancadan götürülüb: “protok”-ilk, birinci vərəq,
“kolos” – yapısdırmaq mənasını dasıyır.
Müasir dövrümüzdə protokolun müxtəlif islənmə məqamları vardır:
1. Müsavirə, konfrans, iclas və plenumda söylənilən çıxısları və çıxarılan qərarı təzahür etdirmək üçün protokol tərtib edilir.
2. Həmçinin hər hansı bir ictimai qaydanın, dövlət qanununun pozulması ilə əlaqədar tərtib olunmus akta əlavə etmək üçün də protokol yazılır.
3. Daha genis fəaliyyət sahəsində dövlətlərarası sazis, müqavilə və s. baglanan zaman da keçirilən yıgıncagın protokolu tərtib edilir. Deməli, protokol da rəsmi sənəd formasıdır. Onun mahiyyəti, forma və məzmunu tələbəyə tam aydın olmalıdır. Forma və məzmununa görə protokol bir və ya bir neçə məsələni özündə əks etdirə bilər. Sadə məzmunlu protokolda çıxısların sayı və çıxarılan qərarlar nisbətən az olur. Tələbələr sadə protokol formasına tam yiyələndikdən sonra iki və üç məsələni özündə əks etdirən mürəkkəb protokol forması ilə tanıs olurlar.
Protokolun forması asagıdakı kimidir:
1. “Protokol” sözü vərəqin ortasında böyük hərflə yazılır və onun nömrəsi
qeyd edilir.
2. Təskilatın adı, tarix və yıgıncagın keçirildiyi yer qeyd olunur.
3. əclasda neçə nəfərin istirak etməsi göstərilir.
4. Yıgıncagı idarə etmək üçün sədr və katib seçilir.
5. Gündəlik məsələlər (Ayrı-ayrı bəndlər üzrə yazılır).
6. Yeni sətrin ortasında böyük hərflə «Esidildi» sözü yazılır, müzakirə
ediləcək məsələ qeyd olunur.
7. «Çıxıs etdilər» bölməsində edilən çıxısların qısa məzmunu qeyd olunur.
8. Qərar. Bu bölmədə iclasın məqsədi açıqlanmalı, növbəti isin yerinə
yetirilməsi üçün hökm verilməlidir. Qərar bəndlər üzrə yıgcam səkildə öz
əksini tapmalıdır.
9. Protokolun sonunda sədr və katib imza edir.
Protokol yazmagı öyrədərkən müəllim hər bir bölmə haqqında tələbələrə ətraflı izahat verməli, onlarda süurlu vərdislər yaratmalı və qabaqcadan hazırlanmıs protokol nümunəsini auditoriyada nümayis etdirməlidir.
Protokolun mahiyyəti. Protokol iclas, müsavirə, hadisə və diplomatik səfərləri özündə əks etdirəcək sənəddir. Bu sənəddə danısılan hər sey öz əksini tapmalı və isin, danısıgın nəticəsi kimi qərar qəbul edilməlidir.
Protokolun məzmunu. Protokolun məzmunu onun formasından asılıdır. Protokollar mahiyyətcə bir, məzmunca müxtəlif olurlar. Protokolun hər bir növü onun məzmununu müəyyənləsdirir. Protokol aid oldugu iclas, hadisəni oldugu kimi əks etdirməlidir. Bütün müzakirə edilən məsələlər üzrə qərar qəbul edilir. Sədr və katib imza edir.
Protokolun forması. Protokollar bir neçə formada olur: əstintaq protokolu üçün xüsusi blanklar olur. Həmin blankda müttəhimin adı, atasının adı, soyadı, təvəllüdü, ünvanı, ittiham edildiyi maddə, habelə istintaqın baslanması tarixi, günü və saatı göstərilir. Mülki protokollarda da müxtəliflik vardır. əstirakçıların kimliyi və vəzifəsi göstərilir. Bundan əlavə, əgər iclasa sədrlik edən müəssisənin rəhbəri deyilsə, onda protokolun lap yuxarı hissəsində sag tərəfdə müəssisə rəhbəri tərəfindən təsdiq edilməsi göstərilir. Burada da sonda mütləq qərar qəbul edilməlidir.
Protokolun dil xüsusiyyətləri – Protokolların hamısı ədəbi dildə yazılır. Hüquqi xarakterdə olan protokollarda hüquq terminlərindən, basqa sahələrə aid olduqda həmin elm sahəsinin terminlərindən genis istifadə edilir. Elə mülki protokollar da vardır ki, orada istirakçıların adları bir-bir sadalanmır, daimi təsdiq olunmus tərkibdən neçə nəfərin istirak etdiyi göstərilir. Müəssisənin rəhbəri iclasa sədrlik etdikdə həmin protokolun yuxarı hissəsində onu təsdiq etməyə ehtiyac yoxdur.
 Protokol nümunəsi 
Elmi Suranın
4 dekabr ------ ci il tarixli 12 saylı iclasnın
PROTOKOLU
4 dekabr 2014-cü il tarixdə Elmi Suranın növbəti iclası oldu.
İclasda istirak edir: 43 nəfər Sura üzvündən 40 nəfər.
Rektor iclasın gündəliyini Elmi Sura üzvlərinin nəzərinə çatdırdı.
İCLASIN GÜNDƏLİYİ:
1. 2014 – 2015-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq haqqında
(Rektor, tədris isləri üzrə prorektor, dekanlar və kafedra müdirləri).
2. Buraxılıs isləri və magistr dissertasiyalarının müdafiəsi üzrə Dövlət
Attestasiya Komissiyalarının isi haqqında (Komissiya sədrləri).
BiRİNCi MƏSƏLƏ
Rektor birinci məsələ ilə əlaqədar öz fikirlərinin söylədi. O qeyd etdi ki, 2014 – 2015-ci tədris ili çox çətin və gərgin səraitdə baslamısdı. Bir sıra problemlərin olmasına baxmayaraq, universitetimizdə keçən il tədris prosesi normal təskil olunmusdu. Tədrisin keyfiyyətinə nəzarət edən komissiyalarımız daim fəaliyyətdə olmuslar və mənə bu məsələ ilə əlaqədar daim məlumat vermislər. Təəssüflə qeyd etməliyəm ki, dərsi normal səkildə apara bilməyən müəllimlərimiz də var. Bu nöqsanları aradan qaldırmaq üçün daim tədbirlər görülüb və indi də görülməkdədir. Tədris prosesinin gedisi göstərir ki,
yeni tədris ilindən universitetdə köklü struktur dəyisiklikləri aparılmalıdır. Bu struktur dəyisiklikləri bütün fakültələri əhatə edəcək. Universitetdə yenidən hazırlıq və ixtisasartırma fakültəsi yaradılmısdır. Bu cür fakültə bizə çoxdan lazım idi. Bu, məntiqi cəhətdən də vacib idi, çünki universitetdə fəaliyyət göstərən müəllimlərin ixtisas artırması basqa qurumlarda aparılırdı. Bu baxımdan bu fakültənin yaradılması çox vacib idi. əndi artıq bu fakültəyə qəbul elan olunub və sənədlərin qəbulu baslayıb. Universitetdə aparılan təmir isləri də öz nəticəsini verir. Biz çalısırıq ki, sentyabrın 1-nə kimi universitetin təmirini tam səkildə basa çatdıraq.
İKİNCİ MƏSƏLƏ
İkinci məsələ ilə əlaqədar magistratura söbəsinin dekanı dos.M.əhmədov məlumat verdi. O, qeyd etdi ki, ixtisaslasmalar üzrə 158 nəfər məzun olmusdur, onlardan 142 nəfəri müdafiəyə sənəd təqdim etmisdir, lakin bunlardan 16 nəfəri müdafiəyə öz islərini təqdim etməmislər.
Cari məsələlər:
Elmi islər üzrə prorektor prof. Z. Agayev müzakirəyə çıxarılan islər haqqında
məlumat verdi (məlumat əlavə olunur)
Elmi Suranın sədri: F.A.Seyidov


Elmi Suranın katibi: Y.M.Mürsüdov
Stenoqram nədir?
Stenoqram – protokolun bir növüdür. Protokolun bütün vəzifələrini
stenoqrafiya yerinə yetirir. Dogrudur, artıq audio-video texnika stenoqrafiyanı sıxısdırmısdır. Amma onun haqqında da məlumatlı olmaq lazımdır. Stenoqrafiya iki sözdən, yunanca “steno” – sıx və “qrafia”- yazıram sözlərindən ibarətdir. Elə böyük rəsmi məclis olmazdı ki, onun gedisi stenoqramlasdırılmasın. Stenoqrafiya ilk dəfə qədim Misirdə meydana gəlmis, sonralar Yunanıstanda və Romada təkmilləsmisdir. Qədim dövrün məshur natiqi Siseronun qulu və səxsi katibi Tiron Misir stenoqramları əsasında yeni, latın dilinə uygun bir yazı sistemi yaratmısdır. Tiron bu yazı sistemini basqalarına da öyrətmisdir. Tironun sagirdləri isə yeni eradan əvvəl 63-cü ildə dekabrın 5-də Katonun Toiolina əleyhinə ittiham nitqini stenoqramlasdırmısdılar. Bu hadisədən 2000 il sonra – 1937-ci ildə Londonda müxtəlif ölkələrin stenoqrafları bu yubileyi qeyd etmislər. Rusiyada stenoqrafiya XVIII əsrdə, Azərbaycanda isə XX əsrdə meydana gəlmisdir. Stenoqrafik yazı adi yazıdan 4-5 dəfə sürətlə yazılır. Adi templə yazan adam dəqiqədə cəmi 20 söz yaza bilər. Məruzə və mühazirələrdə, rəsmi nitqlərdə sürət daha böyük olur. Belə ki, natiqlər dəqiqədə 120 söz deyə bilir. Deməli, adi yazı ilə natiqin sözlərinin 1/6-ni yazmaq olar. Buna görə də sürətli yazı nəinki zəruriyyət, hətta tələbatdır. Stenoqrafiyanın asagıdakı üstünlükləri vardır:
1. Stenoqrafik yazıda dəqiqədə 120-125 söz yazmaq olar. Deməli, ən sürətlə danısan natiqin nitqini belə yazıb çatdırmaq olur.

2. Stenoqrafik yazıda bütün hadisələr də qeyd edilir. Məsələn, yerdən səslər, salonda həyəcan, “natiq əsəbiləsir” və s. kimi sözlər də yazılır. Amma indi audio-video texnika stenoqrafiyanı, demək olar ki, sıradan çıxarıb.

37 yorum:

  1. Dunya hemreylik gunu haqqinda konsert prokotolu yazimda

    YanıtlaSil
  2. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil
    Yanıtlar
    1. Bu yorum yazar tarafından silindi.

      Sil
    2. BIR PROTOKOL NUNUNESI 2019 CU IL NOYABRIN 15 DE ISMAYILLI SEHER 5 SAYLI TAM ORTA MEKTEBIN 8C SINIF SAGIRDLERININ UMUMI ICLASI OLDU.ICLASDA SINIFDE TEHSIL ALAN 22 SAGIRDDEN 22-SI VE SINIF REHBERI AGAYEVA.YASEMEN ISTIRAK EDIRDI.
      GUNDELIK MESELE SINIF SAGIRDLERINDEN SINIF NUMAYENDESI-AYTAC TAGIVERDIYEVA.NIHAD HUNMETLI.EMIL HUNMETLI.ZEYNEB HUSEYNLI.SAMIR BABAYEV.NEZRN LETIFZADENIN RESPUBLIKA FENN OLIMPIYASINDA ISTIRAKI BAREDE
      ESIDILDI
      MUZAKIRE OLUNAN MESELE HAQQINDA SINIF REHBERI Y.AGAYEVA HEABAT VERDI.
      CIXISLAR
      MEKTEB REHBERI E.MEMMEDOV.DIREKTOR MUAVINI E.BABAYEV.VE ISAQ LETIFOV CIXIS EDEREK SAGIRDLERIN HEMISE DERLERE HAZIR GELMELERINDEN VE RIYAZIYYAT FENLERENIN SIRLERINE YAXSI BELED OLMALARINDAN SOZ ACDILAR.
      QERAR 1.SAGIRDLERIN RESPUBLIKA FENN OLIMPIYASINDA ISTIRAKI BAREDE HESAB AT NEZERE ALINSIN. 2.OLIMPIYADA ISTIRAK EDEN 6 NEFERDEN HER ALTISINIDA MUKAFATLANDIRILMASI UCUN MEKTEB REHBERI QARSISINDA MESELE HELL EDILSIN. TARIX-15 NOYABR AD -ZEYNEB SOYAD - HUSEYNLI MEKTEB- ISMAYILLI SEHER 5 SAYLI TAM ORTA MEKTEBI SINIF-8C SINFI SUAL-NECEDIR DOSTLAR PROTOKOL NUMUNESI SIZIN UCUN...

      Sil
    3. 👍🏻👍🏻👍🏻

      Sil
  3. Ogurluq olubsa magazamda sikayet erizesi yaziramsa pratakol ne Zaman tertib olur

    YanıtlaSil
  4. Bizə keçirdiyimiz online dərslərin protokolunu yazmaq tapşırılıb. Necə yazım? Protokol yazmağı bilirəm. Dərs protokolu necə yazılır?Çətinlik çəkirəm

    YanıtlaSil
  5. Daha ətraflı nümunə olsaydı gözəl olardı

    YanıtlaSil
  6. Əmək veteranı vəsiqəsinin protokolu neçə tərtib olunur xahiş edirəm nümunəsini verərdiz

    YanıtlaSil
  7. İclas haqqında protokol

    YanıtlaSil
  8. qacmaq ıstırem

    YanıtlaSil
  9. Dərnək protokolu necə yazılır

    YanıtlaSil
  10. Bunu yazılı şekilde vere bilmirdiz?

    YanıtlaSil

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar