DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
Müəllimə kömək etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Müəllimə kömək etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

13 Nisan 2017 Perşembe

Müəllimlərin və direktorların işə qəbulu üçün vəsaitimiz SATIŞDA


  •  Müəllimlərin işə qəbulu
  • Diaqnostik qiymətləndirmə
  • Yerdəyişmə imtahanları
  • Direktorların işə qəbulu 
  • Çox yararlı və lazımlı 343 səhifəlik vəsait.

Digər kitablardan fərqi və üstünlüyü:
1. Bütün materialların istər idarəetmə, istərsə kurikulum və pedoqogikanın bir arada cəmləndiyi ilk vəsait 
2. Olduqca keyfiyyətli kağız avadanlığından istifadə 
3. Əlavə olaraq, video materiallar və eləcə də, metodika, pedoqogika və idarəetməyə aid elektron materiallar 

( disk )
4. Hər mövzudan sonra, mövzu üzrə möhkəmləndirilmənin təşkili üzrə qapalı və açıq testlər 
5. Sınaq xarakterli hər bölmənin sonunda bölmə üzrə testlər 

6. Hər fənn üzrə dərs nümunələri
7. Qəbullarda düşə biləcək məntiq testləri və s

Kitabı əldə etmək üçün, şəkilin üstündəki nömrələrlə əlaqə saxlayıb sifariş verə bilərsiniz 

Regionlarda yaşayanlar, rayona çatdırılma varmı deyə narahat olmağa dəyməz. 
 Regionda tanınmış kitab magazininə yaxınlaşaraq, sifarişinizi və əlaqə nömrəsini verməyiniz kifayətdir. Onlar rayonlara kitabı gətirəcəklər 
Bizə dəstək verən hər kəsə öz təşəkkürümüzü bildiririk

Kitabı əldə etmək üçün aşağıdakı əlaqə nömrələrini yığıb sifariş verə bilərsiniz
012 594 01 05
070 594 01 05

28 Haziran 2016 Salı

Təlimdə fərdiləşdirmə və diferensiallaşdırma


Müəllim-fasilitator şagirdlərə bilik və bacarıq verməkı yanaşı, eyni zamanda onları yaxından tanımalıdır. Belə desək, müəllim pedoqogika ilə yanaşı, psixologiyanı da bilməlidir. Yəni müəllim, hər bir şagirdə fərdi yanaşmalı, onların əqli münasibətlərini üzə çıxarmalı və inkişaf etdirməli, hər birinin bu bacarıqlarının inkişafı üçün şərait yaratmalıdır. Amma şagirdlərin hamısı verilənləri eyni cür qəbul edə bilmir. Onlardan bəziləri materialları çox asan və tez şəkildə mənimsəməsinə baxmayaraq, digərləri gec və çətinliklə mənimsəyirlər. Biri öz danışığına tənqidi yanaşır, digəri buna qabil olmur. Bəzi şagirdlərdə müstəqillik bacarığını inkişaf etdirmək asan olduğu halda, digərlərinə belə vərdişin aşılanmasında böyük çətinliklər ortaya çıxır.
 Deməli, dərketmə qabiliyyətinə görə materialı materialə gec mənimsəyənlər sinfin fəaliyyətinə vaxtında qoşula bilmir. Nəticədə isə onlar təlim prosesində geri qalırlar. Məhz buna görə də təlimin diferensiallaşdırılması və fərdiləşdirilməsi köməyə gəlir
Fərdiləşdirmə hər bir şagirdin səviyyəsinə uyğun şərait olmaq etibarilə bəzilərinin qabiliyyətini stimullaşdırmaq və digərində isə yeni perspektivlər müəyyən etmək , şagirdləri inkişaf səviyyəsinə görə ayrı ayrı siniflər üzrə differensiallaşdırmaq vacib şərtdir.
Təlim prosesində isə şagirdin  diferensiallaşdırılmasında  əsas göstəricilə aşağıdakılardır.

  • Şagirdlərin əvvəlki bilik, bacarıq və vərdişlərə yiyələnməsi səviyyəsi
  • Şagirdlərin əqli inkişaf səviyyəsi, dərsə və öyrəndiyi fənnə münasibəti 
  • Dərketmə səviyyəsi 
  • Fikri əməliyyatların aparılması bacarığı 

Fərdiləşdirmə və differensiallaşdırma təlimin məzmununa o zaman təsir göstərə bilir ki, şagirdlərin maraq və qavrama qabiliyyəti onlara daha geniş bilik verilməsi üçün imkan vermiş olsun. Bilik səviyyəsinə görə sinifdə differensiallaşdırma apararaq hər qrup üçün səmərəli öyrətmə yolu seçilir
Elə şərait qurulur ki, onlarda "BİZ ZƏİFİK" fikri formalaşmasın

17 Şubat 2016 Çarşamba

Fəal təlimdə iş vərəqlərinin hazırlanması



Salam hörmətli həmkarlarım! Bu gün sizə, fəal təlimdə iş vərəqlərinin hazırlanması qaydasından yazacam. 


İş vərəqləri nəyə uyğun tərtib edilməli?

Əvvəlcə qeyd edim ki, iş vərəqlərindən dərsin ikinci və ən vacib mərhələlərindən biri olan, tədqiqatın aparılması mərhələsində istifadə edilir. Xüsusən də, əgər müəllim dərsi qruplarla təşkil edibsə, problemi həll etmək üçün müxtəlif tapşırıqlar tərtib edir. Bu tapşırlıqları iş vərəqlərində hazırlayır.
Tapşırıqların növləri və hazırlanması haqqında əvvəlki paylaşımlarımda ətraflı məlumat verdiyim üçün bu gün tapşırıqların yazılmasına qaydasına toxunmayacam.
Ancaq nəzərinizə çatdırım ki, tapşırıqların növlərinə (hafizə, məntiqi, tənqidi, yaradıcı) uyğun olaraq iş vərəqləri hazırlanır. Məhz müvafiq olaraq, iş vərəqləri də tapşırığın növlərinə uyğun olaraq tərtib edilir.
Müəllim iş vərəqini hazırlamazdan əvvəl, standartlara, dərsin məqsədlərinə, mövzuya  uyğun tapşırıqlarını hazırlayır. Ancaq tapşırıqların daha aydın, daha maraqlı, daha səliqəli, daha anlaşıqlı olması üçün onu müəyyən bir vasitə ilə şagirdlərə təqdim edir. 

Bəs iş vərəqlərinin əhəmiyyəti nədir?

Müəllim tərəfindən iş vərəqlərinin əvvəlcədən hazırlanaraq, tapşırıqların iş vərəqində təqdim edilməsi şagirdlərə stimul verir. Onlar problemin həllini daha "canla-başla" həyata keçirirlər.
İş vərəqinin rəngarəng, səliqə, anlaşıqlı olması dərsin vaxtına qənaət edir, şagirdlər müəllimə tapşırıq ilə bağlı əlavə suallar ünvanlamırlar. Belə ki, müəllim iş vərəqində tapşırığı bəzən elə formada verir ki, şagird tapşırığı başa düşmür. Tədqiqat bitənə qədər tapşırığı başa düşmədiyini nümayiş etdirən sualalr verir. Bu isə həm digər qrup üzvlərinə mane olur, həm də dərsin gedişinə, vaxtdan düzgün istifadəyə mane olan amildir.

Bəs iş vərəqini necə tərtib etməli?

Özümüz iş vərəqinə tərif versək------İş vərəqi tədqiqatın aparılması mərhələsində tapşırıqların, problemin şagirdlərə ünvanlaması vasitəsidir

İş vərəqinin hazırlanması zamanı nələri nəzərə almalıyıq?

1. Tapşırığın həcmini- Müəllim tapşırığın həcmini nəzərə almır. Belə ki, ya iş vərəqində bir və ya bir neçə tapşırıq verir. Və ya olduqca böyük həcmli tapşırıq verir ki, bu isə dərsin tədqiqat mərhələsində həll olunub bitiriləcək bir problem olmur. 
Bəzən əksin də olur. Müəllim tədqiqat üçün qoyduğu vaxta əhəmiyyət vermədən çox sadə tapşırıq da verə bilir. Hətta bəzən, iş vərəqinin birində çox bəsit, həcmi az, digər iş vərəqində isə olduqca çətin və ya həcmi çox tapşırıq verir. 
Qeyd: Müəllim iş vərəqlərində tapşırıqları yazarkən, nəzərə almalıdır ki, bütün qruplar üçün olan tapşırıqlar eyni səviyyədə olmalıdır. Ya hamısı asan, ya da hamısı çətin. Qrupun birinə sadə iş vərəqi (tapşırıq), digərinə isə çətin iş vərəqi (tapşırıq) vermək olmaz. 
Bu isə qruplar arasında qeyri obyektivliyə və hətta sinifdə "qarşıdurmaya" səbəb ola bilir. 

2. Sualların miqdarını- Yuxarıda da qeyd etdiyim kimi, bəzən müəllim tədqiqat mərhələsi üçün 10 dəqiqə vaxt verir. Ancaq, iş vərəqinin birində 1-sual verir, digərində isə 2 sual verir. Və ya neçə iş vərəqi hazırlayıbsa, hamısında sual sayını çox edir. Bunun  isə qoyulan vaxt ərzində həlli mümkün olmur. Bir sözlə müəllim iş vərəqini tərtib edərkən sualların miqdarına diqqət etməlidir. Nəzərə alınmalıdır ki, şagirdlər 10 dəqiqəyə 1 problemi araşdırıb həll edə bilərlər.( Tətbiq edən zaman şahidi olacaqsınız) Bəlkə sizdə sual yarana bilər ki, suallar asandırsa 10 dəqiqəyə 5-6 sual da cavablandırmaq olar. Nəzərə alaq ki, tədqiqat mərhələsində şagirdlərə ünvanlanan suallar konkret cavabı olan yox, təfəkkürü inkişaf etdirmək üçün, idrak fəallığını artırmaq üçün tərtib edilən tapşırıqlar olur. Ətraflı məlumat üçün bloqumda bu sılkadan http://metodiktovsiyye.blogspot.com/2016/02/tapsrqlarn-hazrlanmas-qaydas-v-hmiyyti.html
istifadə edə bilərsiniz. Bu tip tapşırıqları isə 10 dəqiqəyə bir neçəsini həll etmək mümkün olmur.

3.Sualların növlərini- İş vərəqləri tərtib edilərkən, tapşırıqların növləri nəzərə alınaraq tərtib edilməlidir. Hafizə iş vərəqi, Məntiqi iş vərəqi, Tənqidi iş vərəqi, Yaradıcı iş vərəqi
Bu tip iş vərəqlərinə aid nümunələrlə tanış olaq.
Öz dərs nümunələrimdən bir  neçə tapşırıq nümunələrini sizə təqdim edirəm. 
Hafizə tapşırığı olan iş vərəqi:
Bu iş vərəqində şagirdlər xəritədə mağaraların ərazi adlarını qeyd edəcəklər və mağaralı müvafiq ərazilərə çəkib yerləşdirəcəklər. Şagird əzbərdən mağara ərazilərini bilməsə onları yerləşdirə və adlarını yaza bilməyəcək.

Məntiqi tapşırıq olan iş vərəqi nümunəsi ilə tanış olaq.
Burda isə şagirdlər  qəbilə və sürüyə məxsus cəhətləri  izah etməklə yazacaq və onların oxşar və fərqli cəhətlərini müvafiq yerlərdə qeyd edəcəklər.
Tənqidi tapşırıq olan iş vərəqi ilə tanış olaq
Tənqidi tapşırıq vərəqində imkan yaradılır ki şagirdlər öz münasibətlərini bildirsinlər. Bu tapşırıqda da şagirdlərə bu imkan yaradılıb. Şagirdlər yaşayış məskənlərində birgə yaşamanın müsbət və mənfi cəhətlərini qeyd edəcəklər.
Yaradıcı tapşırıq nümunəsi olan yaradıcı iş vərəqi nümunəsi ilə tanış olaq.
Bu iş vərəqində isə şagirdlər insan məskənləri haqqında öz fikirlərini yazacaqlar. Tapşırıq nümunəsinə baxaq.
Beləliklə, tapşırıq növləri ilə də tanış olduq. 
4.Tərtib etmə qaydalarını: Nəzərə almalıyıq ki, iş vərəqinə tapşırıqlara uyğun dizayn verilməlidir. Bəzən müəllim tapşırıqları verərkən mövzuya dəxli olmayan şəkil və ya illüstrasiyalardan istifadə edir. Bu şagirdlərin əksinə diqqətini yayındıra bilər. Daha sonra müəllim diqqət etməlidir ki, tapşırığı yazarkən tapşırığıa uyğun seçmiş olduğu iş üsulunu vərəqdə tətbiq etmiş olsun.
Nümunə üçün deyim ki, bəzən müəllim belə bir tapşırıq yazır. Venn diaqramında Şah İsmayıl Xətayi ilə Nadir şahı müqayisə edin. Bu düzgün deyil. Bəlkə də şagird venn diaqramının nə olduğunu bilmir. Sizə sual verə bilər. Müəllim o diaqram hanı? Venn diaqramı nədir? Bu isə dərsə mane olan amildir. Bunun üçün müəllim tapşırığı hazır şəkildə diaqramda göstərməli və şagirdin işləməsi üçün yeri də ayırmalıdır. Və ya esse üsulunu tətbiq edibsə, şagirdə esseni işləməsi, yazması üçün yer ayırmalıdır.
Əks halda şagird Müəllim hara yazım? Necə yazım? kimi suallar verə bilər.
Gəlin esse üsulunun tətbiq edildiyi iş vərəqi nümunəsi ilə tanış olaq.
Bu tapşırıqda, şagirdlərin esseni yaza bilmələri üçün müəyyən sahə ayrılıb. Bu olduqca vacib amildir.

İş vərəqinə verilən tələblər
1. Cəlbedici məzmun və tərtibat olmalıdır.- Qısaca qeyd edim ki, məzmunu (yəni problem) və tərtibatı maraqlı və mövzuya xidmət edən olmalıdır. İş vərəqində tapşırığın əhəmiyyəti qədər tərtibatın, dizaynın da əhəmiyyəti var.
2.Məqsəd və sual aydın və konkret olmalıdır.- Belə ki, şagird tapşırığı oxuyan kimi başa düşməli, nə edəcəyini anlamalı, onun beynində necə edim? sualı yaranmamalıdır. Konkret və anlaşıqlı olmalıdır
3. Uşaqların səviyyəsinə uyğun olmalı- Bəzən qoyulan tapşırıqlar sinif səviyyəsinə uyğun olmur. Bu necə baş verə bilər?
Deməli bəzən müəllimlər eyni metodik vəsaitdən istifadə etdiyi üçün, zəif  ən güclü sinfinə eyni tapşırıqları tətbiq edir. İlk əvvəl fürsətdən istifadə edib sizi əziz həmkarlarımı metodik vəsait kimi şablonlardan uzaqlaşmağa və yaradıcılığınızdan istifadəyə səsləyirəm. 
Deməli, müəllim  iki qoşa 5-ci sinifdə tarix fənnini tədris edir. Hər ikisinə də eyni motivasiya eyni tədqiqat sualı və eyni tapşırıq nümunələrini verir. Hansı ki, sinfin biri olduqca zəif, digəri isə olduqca istedadlı sinifdir. Müəllim tapşırıqları siniflərin, şagirdlərin bilik və bacarıq səviyyəsini nəzərə alaraq tərtib etməlidir.
4. Dərsin məqsədinə uyğun olmalıdır.- Ən ciddi məsələlərdən biri də budur ki, dərsin məqsədi başqa olur, tapşırıqlar başqa. Tapşırıqlar dərsin məqsədinə xidmət etmir. Eləcə də tədqiqat sualına xidmət etmir. Bu sistem bir birini tamamlamadıqda ciddi problem yaranır və dərsdə müəllim qarşıya qoymuş olduğu məqsədə çatmır. Sadəcə "dərs keçir" Məqsədləri, standartların fəaliyyət xətlərini diqqətə almalı və fəaliyyət xətlərinə uyğun iş üsulu seçilməli iş vərəqində tətbiq edilməlidir.
İş vərəqlərinin hazırlanması üçün məsləhətlər
Dərsin məqsədini dəqiqləşdirmək
Dərsin mövzusuna , məzmununa aid olmalı, müəyyən bilik, bacarıq, vərdişlər formalaşdırmalıdır. (məsələn, təfəkkür, yaradıcılıq bacarığı, müstəqil iş qabiliyyəti, elmi-araşdrıma qabiliyyətləri, qavrayış, izah etmə bacarıqları və s)
Müxtəlif növlü tapşırıqlar seçilməli

Tapşırıqlar isə öz növbəsində:

  • Dərsin məqsədinə uyğun və qoyulan tədqiqat probleminin həllinə yönəlmiş olmalı (təfəkkürün növünə, məlumat mərhələlərinə, nəticələri təqdim etmə formasına və s)
  • Şagirdlərin  yaşına, bilik və intelektual səviyyəsinə, qabiliyyətlərinə və maraqlarına uyğun olmalı və differensial xarakter daşımalı
  • Dövlət proqramına və milli dəyərlərə əsaslanmalı
  • Aktual, real həyatla və şagirdlərin təcrübələri ilə bağlı olmalı
  • Keşfetmə həvəsini artıran, maraqlı, cəlbedici olmalı
  • Müxtəlif məlumat mənbələrindən istifadə etməli
  • Nəticələrin təqdim etmə formaları müxtəlif olmalı (sxemlər, şəkillər, tədqiqatlar, layihələr, referatlar, krassvordlar, nağıllar və s)
  • Tapşırıqlar dəqiq ifadə edilməli
  • İş vərəqinin tərtibatı səliqəli, məhdud, yaraşıqlı, estetik, əyani, orada formal məlumatlar (məsələn, tarix, sinif, şagirdlərin adı və s) qeyd olunmalıdır.
Bəzən  cəlbedicilik deyəndə iş vərəqini "gül-çicəklə" bəzənməsi nəzərdə tutulur. Əslində isə cəlbedicilik də mövzuya xidmət etməlidir. 
İş vərəqində qrupun adı və ya şagirdin adı soyadı qeyd edilir. Hər hansı mövzuya xidmət edən illüstrasiya, şagirdin işləməsi üçün olan sahə ayrılmalı, eyni zamanda tapşırıq açıq aydın və konkret qeyd edilməlidir.

Qeyd: İş vərəqinin tərtibi və hazırlanması ilə əlaqədar əlavə suallarınız yaranarsa, bloqun yorum bölməsində qeyd edə bilərsiniz. Ancaq məqalə ilə bağlı suallarınıza cavab veriləcəkdir.

15 Şubat 2016 Pazartesi

Tapşırıqların hazırlanması qaydası və əhəmiyyəti

Gəlin bu gün tapşırıqların yazılması, hazırlanması ilə tanış olaq. Fənn kurikulumunun çox üstünlükləri var. Bu üstünlüklərdən ən vacibi tapşırıqların təfəkkürün inkişafına xidmət etməsidir. Əvvəllər tapşırıq anlayışını humanitar fənlərdə daha çox, sual xarakterli "tapşırıq"lar təşkil edirdi. Texniki fənlərdə isə tapşırıqlara rast gəlmək mümkün idi. Texniki fənlərdən fərqli olaraq, əvvəllər humanitar fənlərdə müəllim şagirdə tapşırıq vermirdi. Birbaşa diskussiya və ua müzakirə əsasında sorğu-sual edirdi. Bu sorğu -sual hafizəyə yaddaşa əsaslanırdı. Şagirdlər kitabdan oxuyub öyrəndiklərini, yadda saxladıqlarını və ya müəllimin onlar üçün emal edib verdiyi hazır bilikləri, müəllimin sorgusu əsasında cavablandırırdı. Bunu isə tapşırıq adlandırmaq olmaz. "Necə deyərlər tapşırığın sonunda nöqtə, sualın sonunda sual işarəsi qoyulur."
Bəs təfəkkürə xidmət edən tapşırıqlar necə olmalıdır? Gəlin tanış olaq və öyrənək.
Təfəkkürün inkişafına  xidmət edən tapşırıqlar haqqında tanışlıqdan əvvəl, təfəkkürün növləri ilə tanış olaq.
Təfəkkürün 3 növü var. Məntiqi təfəkkür, Tənqidi təfəkkür. Yaradıcı təfəkkür.

Təfəkkürün bu növlərinin inkişafı üçün, ibtidai sinifdən başlayaraq bu istiqamətdə tapşırıqlarla şagirdləri işlətmək lazımdır. Sual yarana bilər ki niyə?
Ənənəvi kurikulumda müəllim şagirdlərə yalnız hafizə istiqamətli suallar verirdi. Bu isə şagirdlərdə nəzəri informasiyaların, yaddaş məlumatlarının, təriflərin, düsturların, tarixi hadisələrin, yazıların əsərlərinin adları və s kimi hafizə informasiyalarının yaddşalarında saxlanılmasına səbəb olurdu. Bu isə vacib amildir. Şagirdlər bu informasiyaları mənimsəməklə müvafiq biliklərə yiyələnmiş olurlar. Bu qayda yenə də davam etməkdədir. Hafizə və yaddaş tapşrıqları, nəzəri informasiyaların mənimsənilməsi prosesi təşkil edilməzsə şagirdlər biliklərə yiyələnə bilməzlər.
Bəs bu biliklərin möhkəmləndirilməsi nə zaman baş verir? Tətbiq edilib bacarığa ,vərdişə  çevrildiyi zaman. Tətbiq nə zaman olur? Tapşırıq yazan zaman.
Ancaq, ənənəvi kurikulumda bacarıq və vərdişlər, tətbiq prosesi zəif idi.

Fənn kurikulumunda tapşırıqların 4 növü var.
 Hafizə tapşırığı, Məntiqi tapşırıq, Tənqidi tapşırıq, Yaradıcı tapşırıq.
Bu tapşırıqların hazırlanması şagirdlərdə müvafiq olaraq təfəkkürü inkişaf etdirir. Bu məqsədlə yalnız hafizə istiqamətli deyil, təfəkkür istiqamətli tapşırıqlara diqqət edilməlidir. Həmçinin tapşırıqların bu növlərdə verilməsi, şagirdləri kitabdan köçürmə istəyindən, hazır emal olunmuş bilikdən--öz beyninin idrak fəallığının artmasına səbəb olacaqdır. Bilirsiniz ki, dövlət tərəfindən qarşımızda qoyulmuş müəyyən standartlar vardır ki, bu standartların fəaliyyət xətlərində verilmiş sözlər bir növ açar sözlərdir.
Standartların sonunda tək hafizəyə xidmət edən yox, təfəkkürə xidmət edən fəaliyyət xətləri var.
 Nümunə: 4.1.1 Tarixi şəxsiyyətləri müəyyən edir. ---Hafizə
4.1.1 Tarixi şəxsiyyətləri dövr baxımından fərqləndirir.----Məntiqi
4.1.2  Tarixi şəxsiyyətləri dövr baxımından dəyərləndirir----Tənqidi
4.1.3. Tarixi şəxsiyyətlər haqqında hekayə qurur----Yaradıcı
4.1.3 Tarixi şəxsiyyətlər haqqında təqdimat hazırlayır.---Yaradıcı

Nümunəyə diqqətlə baxsaq, tarix fənni üzrə müxtəlif siniflər üzrə standartlar verilib. Standartların fəaliyyət xətləri bizə istiqamət verir ki, o standartı reallaşdırarkən biz hansı növ tapşırıq hazırlayıb şagirdlərə təqdim etməliyik.


Bəs bu tapşırıqları necə hazırlamalı? Tapşırıqların hazırlanması fən kurikulumunda təcrübəsi zəif olan müəllimlər üçün çətinlik törədir. Bəs bu zaman köməyimizə nələr çata bilər?

 Təfəkkürün inkişafı üçün xüsusi açar sözlər vardır ki, bu sözlər bizə tapşırıqları yazmaqda kömək edəcəkdir. Gəlin bu açar sözlərlə tanış olaq.
Hafizə
  1. Əzbərlə
  2. Öyrən
  3. Yada sal
  4. Yadda saxla
  5. Tərifi ver
  6. Tap
  7. Aşkar et
  8. Müəyyən et
  9. Siyahını düzəlt
  10. Nəyə isə əsaslan
  11. Düsturlar əsasında hesabla
  12. Sadala
  13. Aid et
  14. Göstər
  15. Tətbiq et 
Yuxarıda 15 cür açar söz var.  hafizə tapşırıqlarını hazırlayarkən bu açar sözlərdən istifadə edirsiniz. Unutmayaq ki, hafizə tapşırıqları şagirdlərə sadəcə informasiyaları yadda saxlamağa kömək edir. Şagird sadəcə bilir və sadalayır, bilir və danışır, bilir və əzbər deyir və s.

Nümunələrlə öyrənək:
Coğrafiya fənni üzrə
İnformatika fənni üzrə
Ədəbiyyat fənni üzrə
Məntiqi təfəkkür
  1. İzah et
  2. Təsvir et
  3. Hesablamalar apar
  4. Şərh et
  5. Dəyişdir
  6. Oxşar və fərqli cəhətləri tap
  7. Müəyyən et
  8. Əlaqəni müəyyən et
  9. Nəticəyə gəl
  10. Davam et
  11. Təhlil et
  12. Təsnif et
  13. Sxem, qrafik, cədvəl çək
  14. Sadələşdir
  15. Səbəbini (nəticəni) tap
  16. Tərifini özün ver
  17. Ümumiləşdir
  18. Əsas fikri tap
  19. Əsas mənanı çatdır
  20. Quraşdır
Yuxarıdakı açar sözlərdən istifadə etməklə, məntiqi tapşırıqları hazırlaya bilərsiniz. Ancaq, sual yarana bilər. Müəyyən et  açar sözü həm hafizə üçün həm də məntiqi təfəkkür üçün açar sözlər sırasında var. Qeyd edim ki, bir var hafizə tapşırığında sadəcə bilib müəyyən edəcəksə şagird, məntiqi tapşırıqda bu müəyyən etmə, əlaqələrin müəyyən edilməsi və ya məntiqin, təhlilin, nəticənin müəyyən edilməsidir. 
Unutmayaq ki, məntiqi təfəkkür zamanı şagirdlərdə bir sıra bacarıqlar formalaşır. Müqayisə, təhlil, seçmək, ayırmaq və s bacarıqlar formalaşır.
Nümunələrlə tanış olaq.
 Tarix fənni üzrə
İnformatika fənni üzrə
Zologiya fənni üzrə

Tənqidi təfəkkür
  1. Tənqid et
  2. Əhəmiyyətini, rolunu qiymətləndir
  3. Meyarlarını müəyyən et
  4. Meyar cədvəli tərtib et
  5. Səhvləri tap
  6. Faktları uydurmadan ayır
  7. Öz fikrini təsdiq et (isbat et)
  8. Müxtəlif nöqteyi nəzərdən qiymətləndir
  9. Ən mühüm cisim(hadisələri) müəyyənləşdir
  10. Mübahisəli məsələləri aşkar et
  11. Ən səmərəli yolu tap
  12. Məsləhət et
  13. Düzgün olanı seç
Yuxarıda verilmiş açar sözlərdən istifadə edərək tapşırıq düsturumuza əsaslanaraq, tənqidi tapşırıqlar yaza bilərsiniz
Unutmayaq ki, tənqidi tapşırıqlardan istifadə şagirdlərdə tənqidi yanaşmanı inkişaf etdirir. Bu zaman şagirdlər müxtəlif meyarlar əsasında özləri qiymətləndirmə aparır. Bu qiymətləndirmə mövzunun qiymətləndirməsidir. Mövzuya olan münasibətdir. Blum taksonomiyasının sonuncu səviyyəsi olan qiymətləndirmə səviyyəsini xatırlayın. Şagird mövzunu qiymətləndirir. Məsələn, Cırtdanın nağılını oxuyan şagirdə sual verilir. Cirtdan səs gələn yoxsa işıq gələn tərəfi seçsə hansı daha yaxşı olardı? Fikirlərinizi əsaslandırır. Bu zaman şagird hər iki hala münasibətini bildirir və mövzunu qiymətləndirir. Bu tipdə digər tapşırıqlarda da siz açar sözləri tətbiq etməklə, şagirdin mövzuya münasibət bildirməsinə şərait yaratmış olarsınız.
Nümunələrlə tanış olaq.
Tapşırıq düsturu
Həyat bilgisi fənni üzrə 
Tarix fənni üzrə
İnformatika fənni üzrə

Yaradıcı Təfəkkür
1. Hekayə


Əhvalat
Nağıl                               Fikirləş, Özündən quraşdır
Musiqi
Üsul

 2. Maket
Model
Sxem                                       Qur, tərtib et
Qrafik          
Kitab
3. Proqnoz et
4. Müqayisə et və analoqu tap
5. İcad et
6. Başqa bir obyektə çevir
7. Tətbiq etmənin yeni yolunu tap
8. Yeni əsaslarla təsnif et
9. Yeni əsaslarla quraşdır.
10. Tətbiq et (yeni şəraitdə)
11. Dəyişiklik et, yenidən təşkil et
12. Əlavələr edib, düzəlt
13. Kombinasiya et
14. Hiperbolizə et
15. Minimal dərəcəyə gəlib çıxart
16. Simvolla təsvir et
17. Problemi müəyyənləşdir, fərziyyələrini de
18. Uyğunlaşdır.
Yuxarıda verilmiş açar sözlərdən istifadə etməklə, yaradıcı tapşırıqlar hazırlaya bilərsiniz. Bu açar sözlərin içərisində də, müəyyən et, müqayisə et --bir sözlə digər təfəkkür növlərinin açar sözlərindəki sözlərlə qarşılaşa bilərsiniz. Bu zaman bilin ki, bu açar sözlər hər növə görə dəyişir. 
Yaradıcı tətbiqdəki müəyyən et açar sözü, hafizədəki müəyyən et açar sözündən fərqli olaraq, yaradıcılığa əsaslanır. Şagird köhən biliyinin əsasında yeni bir bilik müəyyən edir, yeni bir fərziyyə irəli sürür. 
Eləcə də müqayisə et açar sözünə siz həm də məntiqi təfəkkürün açar sözləri sırasında rast gəldiniz. 
Yaradıcı  tapşırığın müqayisə etməsi, yaradıcılığa əsaslanır. şagird müqayisəni yeni yanaşmadan, yaradıcı yanaşaraq təşkil edir.
Bu tapşırıqlar zamanı şagirdlərdə, ideyalar irəli sürmə, uydurma, hekayə yazma, qərarləar qəbul etmə bacarıqları formalaşacaqdır. Şagirdlər aşağı siniflərdən başlayaraq yuxarı siniflərə doğru bu tapşırıqları etdikcə, onlar böyük yaşlarda ideyalar yarada bilən şagirdlərə çevriləcəklər. 
Nümunələrlə tanış olaq.
İnsan və cəmiyyət fənni üzrə  
Coğrafiya fənni üzrə 
İnformatika fənni üzrə
Blum taksonomiyası və Meyarlar

Qeyd: Mövzu ilə əlaqədar əlavə suallarınız yaranarsa bloqun yorumlar bölməsinə qeyd edə bilərsiniz. Nəzərə alıb əlavələr edəcəm.

13 Şubat 2016 Cumartesi

Fəal təlimdə ev tapşırığı

Fəal təlimdə çox zaman müəllimləri düşündürən sual ev tapşırığı ilə əlaqəlidir. Bildiyimiz kimi, fəal dərs, fənn kurikulumu tətbiq edilən siniflərdə biliklər 45 dəqiqəlik dərs prosesində öyrənilir və mənimsənilir. Köhnə dərsin sorğusu keçirilmir. Buna ehtiyac da qalmır. Çünki müəllim dərsi sinifdə elə qurur ki, şagirdlər dərsi sinifdə mənimsəmiş olurlar. Hətta onlar müstəqil öyrənməyi öyrənirlər.
Ancaq, bu o demək deyil ki, müəllim ev tapşırığı verməməlidir. İlk öncə qeyd edim ki, ev tapşırığının mütləq verilmə vacibiyyəti və ya verilməmə məcburiyyəti yoxdur. Müəllim sinifdən, dərsdən, mövzudan, standartdan və s səbəblərdən asılı olaraq, ehtiyac duyursa ev tapşırığını verir. Ehtiyac duymursa verməyə bilər. Müəllim ev tapşırığını bu halda vermir ki, sinifdə şagirdlər dərsi çox mükəmməl dərəcədə araşdırmış olurlar və standart reallaşdırılmış olur. Şagirdlər qarşıya qoyulmuş məqsədə çatmış olur
Fənlərin texniki və ya humanitar olmasından asılı olaraq, ev tapşırığı haqqında fikirlər də müxtəlif olur.
Texniki fənlərdə misal və məsələlər çox sayda olduğundan müəllimlər bəzən şagirdi ev tapşırığı ilə "yükləyir". Bu doğru addım deyil. Müəllim şagirdə evə tapşırıq verərkən daha az və yaradıcı tapşırıqlar verməyə üstünlük verməlidir. Misal və məsələlərin çətinlik səviyyəsi nəzərdən keçirilməli və ən çətin ziddiyyətli tapşırıqlar dərs prosesində edilməli, "qıfıllar açılmalıdır"
Humanitar fənlərdə də həmçinin müəllim şagirdi ev tapşırığı ilə yükləməli deyil. Ev tapşırıqlarını verərkən daha çox yaradıcı tapşırıqlar, xüsusən də sinifdə mənimsənilmiş biliklər əsasında yaradıcı tapşırıqlar verilməlidir. Bəzi hallarda isə, sinifdə şagirdlərin zəif mənimsəmiş olduqları istiqamətlərdə onların hər birinə fərdi tapşırıq da verə bilərsiniz.  Bütün sinifə eyni tapşırığı da verə bilərsiniz, fərdi olaraq hər birinə ayrıca tapşırıq da verə bilərsiniz
      Onu da qeyd edim ki, ev tapşırıqlarını növbəti dərsdə yoxlamırıq. Bəzən müəllimlərdə sual yarana bilir ki, bəs ev tapşırığı yoxlanılmırsa niyə evə tapşırıq verilir? Evə tapşırıq ona görə verilir ki, biliklər daha dərindən mənimsənilsin, zəif qalan məqamları aşkara çıxarıb, şagirdlərə əlavə tapşırıqlar verilir ki zəif məqamlar möhkəmləndirilsin.
Bəs ev tapşırığı nə zaman yoxlanılır? Ev tapşırığını dərsdən kənar vaxtda şagirdlərdən toplayıb yoxlaya və sonra özlərinə qaytara bilərsiniz. Bunu günlük yoxlama, həftəlik və ya aylıq yoxlama şəklində də təşkil edə bilərsiniz. Yoxlamanın gün, həftə və aylıq olmasını fəndən və mövzulardan, tədris vahidindən, bölmələrdən, standartlardan asılı olaraq təyin edin. 
Ev tapşırığının yoxlanılması məsuliyyətini şagirdlər hiss etməzlərsə, onu yazmayacaqlar və ev tapşırığına çox "soyuq" yanaşacaqlar.
Ev tapşırıqlarını təqdimat formasında da verə bilərsiniz. 
Təklif:
Belə ki, sinifdə bir ev tapşırığı güşəsi yaradarsınız. Həmin guşədə şagirdlərə verdiyiniz yaradıcı ev  tapşırıqlarını yapışdıra bilərsiniz. Bu zaman onlara şərt qoya bilərsiniz ki, hər həftə və ya ay ərzində ən yaxşı, ən maraqlı (müvafiq meyarlarınıza uyğun) ev tapşırığı təqdimatını hazırlayan şagirdin tapşırığı həmin guşəyə asılacaqdır. Bunu sadəcə təklif nümunəsi kimi qeyd edirəm. Siz müxtəlif formalarda ev tapşırığını yoxlamanı təmin edə bilərsiniz.
Qeyd: Əlavə suallarınız yaranarsa bloqun yorumlar bölməsində qeyd edə bilərsiniz.

Dərsin qiymətləndirmə mərhələsində müəllim tərəfindən yol verilən səhvlər

Bu gün sizə dərsin sonuncu mərhələsi olan qiymətləndirmə mərhələsi zamanı müəllim tərəfindən yol verilən nöqsanlardan yazacam.
Dərsin bu mərhələsi həm qiymətləndirmə həm də refleksiya mərhələsidir. Bu mərhələ dərsin sonuncu mərhələsi olmasına baxmayaraq, proses dərsin 45-dəqiqəsi ərzində aparılır. İstənilən mərhələdə şagirdlər qiymətləndirilir. Qiymətləndirməni edərkən refleksiya şəklində təşkil edə bilərsiniz. Bu zaman dərs boyu müzakirələrdə müəllim tərəfindən verilən suallara şagirdlər tərəfindən verilən cavablar dinlənilir ki, qiymətləndirmə zamanı, xüsusən də fərdi qiymətləndirmə zamanı refleksiya mühüm rol oynayır.
Qiymətləndirmə şagirdlər üçün ən maraqlı olan mərhələdir. Çünki onlar bilik və bacarıqlarının nəticəsi ilə tanış olmaq istəyirlər.
Qiymətləndirmə çox geniş anlayışdır. Ancaq mən bu gün sizə qiymətləndirmənin sadəcə dərsin mərhələsi ilə bağlı hissəsini yazacam.
Qiymətləndirmə 45 dəqiqəlik dərs prosesində 2 şəkildə həyata keçirilir. Ya iş formasından (qruplarla,cütlərlə) asılı olaraq və fərdi qiymətləndirmə.

Nöqsan-1. Müəllim qrup və ya cütlərdə qiymətləndirməni təşkil edir.  Bu zaman fərdi qiymətləndirməyə əhəmiyyət vermir. Fərdi qiymətləndirməyə ehtiyac dərsin sonunda şagirdlərin gündəliklərinə qiymət yazarkən lazım olur.
Əslində isə, müəllim qrup qiymətləndirməsi zamanı şagirdlərin fərdi çıxışlarına diqqət etməlidir. Çünki, dərsin sonunda fərdi olaraq şagirdlərin gündəliklərinə qiymət yazılır. Bütün şagirdlər qrup daxilində eyni şəkildə fəaliyyət göstərib, eyni bilik və bacarıqlara sahib ola bilməzlər. Standartı eyni səviyyədə yerinə yetirə bilməzlər. Bununla yanaşı, həm şagirdlər özləri həm də onların valideyinləri övladlarının qiyməti ilə maraqlandıqları üçün fərdi qiymətləndirmə təşkil edilməlidir. 
     Qruplarda qiymətləndirmə adətən cədvəl formasında meyarlara müvafiq təşkil edilir.

Nöqsan-2. Müəllim qrup qiymətləndirməsini təşkil edərkən, heç kimə, sinifdəki şagirdlərə və ya qruplara üz tutmadan birbaşa başını aşağı salıb qiymətləndirməni təşkil edir.
Əslində isə, müəllim qrup qiymətləndirməsini təşkil edərkən, şagirdlərin gözləri önündə təşkil etməli, şagirdlərin fikirləri soruşulmalı (digər qrupların bir birləri haqqında fikirlərini öyrənir) sonra obyektiv şəkildə qiymətləndirməni təmin etməlidir. Şagirdlər bəzən qeyri obyektiv fikirlər də səsləndirə bilərlər ( qrupda qalib gəlmək istəyi onları belə fikirlər səsləndirməyə sövq edir). Bu zaman müəllim şagirdləri obyektiv qiymətləndirməyə istiqamətləndirməlidir.

Nöqsan-3. Müəllim qrup qiymətləndirməsini təşkil edərkən bir qrupun digər qrupdan daha yaxşı olmasını çox "qabardır" beləliklə digər qrupları ruhdan sala bilir.
 Müəllimin qrupların qiymətləndirməsini bir növ sağlam rəqabət şəklində qurmağı bacarmağı müəllimdən böyük bacarıq və təcrübə tələb edir.

Nöqsan-4. Müəllim şagirdlərin fərdi qiymətləndirməsini təşkil edərkən "qalmaqal" yaranır. Səbəb isə müəllimin şagirdin bilik və bacarığını düzgün qiymətləndirə bilməməsi olur
Müəllim fərdi qiymətləndirməni düz təmin etmək üçün, bütün dərs boyu və xüsusən də qrup daxili tədqiqat işi zamanı daim müşahidə aparmalı, həmçinin müəllim,  müzakirələr zamanı sualları verərkən şagirdlərin fərdi cavablarına diqqət etməlidir.

Qeyd: Müəllim fərdi qiymətləndirməni təşkil edərkən şagirdlərə bu qiyməti nə üçün, hansı əsaslara uyğun verdiyini açıqlasa daha məqsədəuyğun olar və şagirdlərin hörmətini qazanmış olar.

Müəllim fərdi qiymətləndirmə və qruplarla qiymətləndirməni müvafiq meyarlara uyğun təşkil edir. Fərdi qiymətləndirmənin hər çeyarı üzrə rubrik səviyyələri olur ki, bununla bağlı bloqumda ətraflə məlumat əldə edə bilərsiniz.

Qeyd: Məqalə ilə bağlı suallarınız yaranarsa, bloqun yorumlar bölməsində qeyd edə bilərsiniz

12 Şubat 2016 Cuma

Yaradıcı tətbiqetmə mərhələsi zamanı müəllim tərəfindən edilən nöqsanlar

Bu gün sizə dərsin yaradıcı mərhələsi olan Yaradıcı Tətbiqetmə mərhələsinə müəllim tərəfindən yol verilən nöqsanlardan danışacam.
Dərsin bu mərhələsinə qədər şagirdlər yeni bilikləri mənimsəmiş olurlar. Bu biliklər onların bir 45 dəqiqə ərzində öyrənmiş olduqları bilklərdir. Yaradıcı tətbiqetmə mərhələsində isə, şagirdlər mənimsəmiş olduqlar biliklərin əsasında yeni biliklər, yeni kəşflər etməyə hazırlaşırlar. Öyrəndikləri biliklərə öz yaradıcılıqlarını qatırlar.
Gəlin nöqsanlarla tanış olaq:
Nöqsan-1. Müəllim bu mərhələyə qəti bir şəkildə zaman ayırmır. Daimi olaraq bu mərhələni lazımsız hesab edərək  "ötürür"
Əslində isə bu mərhələ şagird üçün olduqca əhəmiyyətlidir. Çünki, öyrənmiş olduğu biliklərin əsasında yeni biliklər kəşf edəcəkdir. Hətta dərsin şagirdlər üçün ən sevimli mərhələsi deyərdim bu mərhələyə.Şagirdlər özlərini hər hansı obrazın yerində təsəvvür edərək, təkliflər bildirir, yeni ideyalar yaradır və təxəyyüllərini inkişaf etdirirlər.

Nöqsan-2 Müəllim dərsin yaradıcı mərhələsində, çox adi tapşırıqlar verir. Bu tapşırıqlar ya sırf hafizəyə, yaddaşa əsaslanır, ya konkret cavab və ya hə yox tələb edən tapşırıqlar olur.
Əslində isə, müəllim dərsin bu mərhələsində şagirdlərə həm əyləncəli olması üçün, həm də yaradıcı təfəkkürlərinin inkişafı üçün suallar verməlidir. Şagirdlərin nələrisə "uydurmasına" imkan yaratmalıdır.

Nöqsan-3 Müəllim dərsin bu mərhələsinə vaxt çatdıra bilmir.
Qeyd edim ki, dərsin yaradıcı mərhələsi hər dərs çatdırmaq məsələsi bəzən alınmaya bilir. Bu nöqsan deyil. Bəzi hallarda dərs boyu yaradıcılıq tətbiq edilir. Məsələn, dərs rollu oyun, səhnələşdirmə tipli üsullar tətbiq edilməklə sırf yaradıcı qurulur. Bu zaman heç yaradıcı tətbiqetmə mərhələsinə ehtiyac qalmır. 
Bəzən müəllim dərsin bu mərhələsini çatdıra bilmirsə, onun davamını növbəti dərslə əlaqələndirib, növbəti dərsdə tətbiqini edə bilər. Və ya ev tapşırığı kimi şagirdlərin evdə dərsi tamamlamasına şərait yarada bilər.
Qeyd: Yaradıcı tətbiqetmə mərhələsi ilə bağlı əlavə fikirləriniz yaranarsa, yorumlar bölməsində yaza bilərsiniz

10 Şubat 2016 Çarşamba

Ümumiləşdirmə və Nəticələrin çıxarılması mərhələsində müəllim tərəfindən yol verilən nöqsanlar

Bu gün sizə dərsin Ümumiləşdirmə mərhələsi zamanı müəllimin yol verdiyi nöqsanlardan yazacam.
Bilirik ki, dərsin bu mərhələsi biliklərin mənimsənilməsinin son mərhələsi yəni nəticəsidir. Bu mərhələdə şagirdlərin apardıqları tədqiqatın, eləcə də mübadilə edilən fikirlərin, nəticəsi ümumiləşdiriləcəkdir. Bütün dağınıq olan fikirlər, beyinlərdəki sual işarələri qalıbsa, onlara da ümumiləşmiş formada cavab veriləcəkdir. Dərsin bu mərhələsində yol verilən nöqsanlar nələr ola bilər? Gəlin tanış olaq.

Nöqsan-1. Müəllim tədqiqat zamanı şagirdlər qarşısında qoymuş olduğu problemi yenidən səsləndirir. Bu zaman müəllim şagirdlərin fikirlərinə heç bir əhəmiyyət vermir. Özü birbaşa şagirdlərin əvəzinə fikirləri ümumiləşdirir. Dərsdən çıxarılan nəticəni səsləndirir. Şagirdlər isə bu nəticəni emal edilmiş formada dinləmiş olurlar.
Əslində isə, müəllim şagirdlərin yerinə nəticə çıxarmalı deyil. Müəllim fəal təlimin qaydalarından, mexanizmlərindən istifadəni düzgün təşkil etməli onları pozmamalıdır. Müəllim, şagirdi müstəqil tədqiqata sövq etməlidir, şagirdlərin kəşf etdikləri yeni biliklərin sevincini özlərinin yaşaya bilmələrinə şərait yaratmalıdır. Şagirdləri bu sevincdən məhrum etməməlidir. şagirdlər əldə etdikləri biliklərin nəticələrini özləri səsləndirməlidirlər.

Nöqsan-2. Müəllim şagirdlərin dərsin biliklərin mənimsənilməsi istiqamətində olan sonuncu mərhələsində çıxardıqları nəticələri,əldə etdikləri bilikləri, fərziyyələri bir biri ilə əlaqələndirmir. Eləcə də, bütün bu fikirləri, əldə edilən nəticələri tədqiqat sualı ilə əlaqələndirmir.
Əslində isə müəllim, təhlil prosesini düzgün təşkil etməyi bacarmalıdır. Şagirdlərin kəşflərinin sevincini yaşamalarına şərait yaratmaqla yanaşı, onların bu kəşflərini tədqiqat sualı ilə əlaqələndirmələrini təmin etməlidir. Bu olduqca vacibdir. Çünki dərsin sonunda da şagirdlər dərs boyu hansı problemi araşdırdıqlarını bir daha görürlər və əlaqələndirərkən bunu sevinclə edirlər. Çünki onlar qarşılarına qoyulmuş bir problemi açdıqlarının şahidi olurlar.

Nöqsan-3. Müəllim ümumiyyətlə dərsin bu mərhələsinə əhəmiyyət vermir. Bəzi hallarda dərsin vaxtını çatdıra bilmədiyi üçün mərhələni keçirmir. Bəzən isə, müəllim bilərəkdən bu mərhələni "ötürür" 
Əslində isə, dərsin bu mərhələsi ən vacib mərhələlərdən biridir. Tədqiqatın əhəmiyyəti qədər ümumiləşdirmə mərhələsinin də əhəmiyyəti var. Bu mərhələdə şagirdlər əldə etdikləri nəticələrin sevincini yaşayır, bütün "qıfıllı qapılar" açılır, problemin həlli şagirdlər tərəfindən elan edilir. Bu mərhələ əhəmiyyətsiz ola bilərmi? Dərsin əvvəlində beyində yaranamış olan bütün sualların cavabı ümumiləşdirilərək verilir. 

Qeyd: Ümumiləşdirmə və Nəticələrin çıxarılması mərhələsi ilə bağlı əlavə suallarınız yaranarsa yorumlar bölməsində qeyd edə bilərsiniz.

9 Şubat 2016 Salı

İnformasiyanın müzakirəsi və Təşkili mərhələsi zamanı müəllim tərəfindən edilən nöqsanlar.


Bu gün sizə  dərsin müzakirə mərhələsində müəllim tərəfindən yol verilə bilən nöqsanlardan yazacam. Dərsin bu mərhələsində müəllim, tədqiqat üçün şagirdlərə vermiş olduğu tapşırıqlar, eləcə də dərsin məqsədlərinə, tədqiqat sualına xidmət edən müzakirə aparır. Ancaq, bu mərhələdə çox diqqətli olmaq lazımdır ki, müzakirə başqa, mövzudan kənar istiqamətə yönəlməsin. Bu isə müəllimdən xüsusi bacarıq tələb edir. Müəllim, şagirdlərin fikirlərini öz dilləri ilə topalamağı bacarmalı və onlara mane olmadan, eyni zamanda onlara ipiucu vermədən fikirləri ümumiləşdirmələrini təmin etməyi bacarmalıdır. Gəlin bu mərhələdə müəllim tərəfindən yol verilən nöqsanlarla tanış olaq.

Nöqsan-1. Müəllim müzakirəni başlı başına buraxır və lazımı istiqamətə yönəltmir. Dərsin vaxtı gedir, vaxt itirilir və dərsdə müəllim qarşıya qoymuş olduğu məqsədə çata bilmir. Müzakirə zamanı müxtəlif istiqamətli müzakirə aparılır. Vacib olan tapşırıqlar (hansı ki, tədqiqat zamanı müəllim qruplara və ya şagirdlərə təqdim etmişdi) yaddan çıxarılır müzakirədən kənarda qalır.
Əslində isə, müəllim təkcə şagirdlərin təfəkkürünü, idrak fəallığını artırmağa yox, eləcə də fikiri ümumiləşdirməyə yönəltməlidir. Müəllim daim müzakirənin gedişini nəzarətində saxlamağı bacarmalıdır. Əks halda diskussiya öz məcrasından çıxacaq və başqa istiqamətə gedəcəkdir.

Nöqsan-2. Müəllim şagirdlərin səsləndirdikləri fikirlərə sadəcə qulaq asmaq xatirinə qulaq asır və ya ümumiyyətlə qulaq asmır. Müzakirədə şagirdlərin fikirlərinə əhəmiyyətsiz fikirlər kimi yanaşır.
Əslində isə, müəllim bilməlidir ki, şagirdlərin səsləndirdikləri fikirlər hətta müəllimin özünün səsləndirdiyi fikirlərdən daha əhəmiyyətli ola bilər. (Mən bunun dəfələrlə şahidi olmuşam. Şagirdlərə sadəcə sual verin və səbr edin. Görün necə ağıllı fikirlər səsləndirəcəklər. Əsas odur ki, siz o səslənən fikirləri eşitmək istəyin)

Nöqsan-3 Müəllim informasiyanın müzakirəsi zamanı özünün beynində tutmuş olduğu hər hansısa fikri zorla qəbul etdirməyə çalışır.  Şagirlərin vacib təklifləri və ideyalarını diqqətdən kənarda qalır.
Müəllim nəzərə almalıdır ki, şagirdlər özlərinə məxsus ideyalar hazırlayıblar. Bu onların ideyaları ("övladlarıdır") Əgər müəllimin fikrinə görə şagirdlərin verdiyi təklif və ya ideya o qədər də səmərəli deyilsə, bu zaman müəllim yönəldici suallardan istifadə edə və daha səmərəli təklifi şagirdlərdən ala bilər. Yox əgər daha yaxşı səmərəli təklif ala bilibsə şagirdlərdən,  bu zaman həll yolunu müzakirə edə bilər. Şagirdlər aşağı siniflərdə daha "gülməli" "əyləncəli" təkliflər və ya ideyalar irəli sürə bilərlər. Əsas olan odur ki, bu pillə -pillə daha ağıllı fikirlərə dönəcəkdir. Ona görə onların təklif və ideyalarını ələ salmaq, gülmək kimi hallara yol vermək qətiyyən olmaz. Bu hal sinifdə yaranarsa müəllim dərhal onun qarşısını almalıdır. Çünki bu tip hallar şagirdin növbəti tapşırıqlarda fikir səsləndirməməsinə səbəb ola bilər.

Nöqsan-4  Müəllim yönəldici (ipucu) suallardan istifadə edir və imkan vermir ki, şagirdlər özləri lazım olan cavabı səsləndirsinlər. Bu zaman müəllim başqa bir səhvə də yol verir. Hətta cavabı şagirdlərin yerinə özü səsləndirir. Bu isə yolverilməz haldır. Müəllim şagirdləri səbrlə dinləməyi bacarmalıdır.
 Əslində, isə müəllim fasilitasiya qaydaları deyiləm 4 əsas qaydanı xatırlamalı və ona müvafiq davranmalıdır. ( Fasilitasiya qaydaları haqqında başqa bir mövzumuzda ətraflə məlumat verəcəm)

Nöqsan-5 Müəllim, şagirdlərin səsləndirdikləri fikirləri fərqləndirmir, təhlil etmir, heç bir şəkildə qeyd etmir. Şagirdlər sadəcə  səsləndirirlər və bitir. 
Əslində isə , müəllim şagirdlərin fikirlərini diqqətlə dinləyərək, onların fikirlərindən ümumiləşdirmə kimi istifadə etməli, əsas ideyaları seçmələri üçün istiqamət verməli, əsas fikirlərin, əsas ideyaların tam bir formasını onların gözləri önündə əks etdirməlidir. Bunu istər sözlə, istərsə hər hansı iş üsulunu tətbiq etməklə, istərsə də, lövhədə təsvir edə bilər. 


Qeyd: Məqalə ilə bağlı əlavə suallarınız yaranarsa, yorumlar bölməsində yazmağı unutmayın.

6 Şubat 2016 Cumartesi

İnformasiyanın mübadiləsi mərhələsi-Təqdimat zamanı buraxılan səhvlər



Bu gün sizə dərsin üçüncü mərhələsi olan informasiya mübadiləsi mərhələsində buraxılan nöqsanlardan danışacam. Bu mərhələ bildiyimiz kimi, dərsin elə bir hissəsidir ki, şagirdlər araşdırmalı olduqları problemin həllini tapıb təqdim etməyə hazırlaşırlar. Bunun üçün müəllim tərəfindən onlara müəyyən zaman ayrılır. Bu vaxt çərçivəsində bütün qruplar hazır etdikləri problemin həllini təqdim edirlər.  Ancaq, bu  mərhələdə müəllim və şagirdlər tərəfindən müəyyən nöqsanlara yol verilir. Bu nöqsanlar dərsin digər mərhələlərində problemin ümumiləşdirilməsinə mane olacaq, eləcə də bilik və bacarıqların düzgün mənimsənilməsini əngəlləyir.


Səhv1 . Müəllim, təqdimatdan əvvəl şagirdlərə müraciət edərək, hər hansı qrup daxilindən kiminsə lövhəyə gəlməsi üçün müraciət edir. Şagirdləri məqsədli şəkildə özü çağırır. Bunu edərkəndə hər hansı şagirdi məqsədli olaraq lövhəyə çıxardığını qabardır. ( zəif şagirdi yoxlamaq məqsədli) Bu şagirdlərin müəllimlə incikliyinə səbəb ola bilər. Əslində isə müəllim, qrup daxilindəki şagirdlərə şərait yaratmalıdır ki, onlar təqdimatı etmə haqqında öz aralarından nümayəndə seçsinlər və ya birlikdə işi təqdim etsinlər. Eyni zamanda qrup daxilində bəzi vaxtlarda, müəllim özü lider təyin edir ki, təqdimatı o şagird etsin. Bu da doğru addım deyil. Unutmayaq ki, qrup daxilində bütün şagirdlər lider olmaq istəyirlər. Lider olmaq məsələsini qabartmaq doğru addım deyil.

Səhv2.  Bu mərhələdə müəllimin diqqəti lövhədə işini təqdim edən şagirdlərdə olur. Arxada isə digər şagirdlərin əslində qrup işini təqdim edən şagirlərə qulaq asıb-asmamasını, nə işlə məşğul olduqlarına diqqət etmir. şagirdlərin diqqətini qrup işindən əvvəl, işini təqdim edən qrupa yönəltmir. (Necə deyərlər başı qarışır işini təqdim edən qrupunun tapşırığına)

Əslində isə müəllim, bütün sinfi diqqətində saxlamağ bacarmalıdır. Həm çıxış edənlərin fikirlərini dinləməli, həm də digər şagirdlərin prosesi izlədiklərinə, dinləməyə cəlb olunmalarına əmin olmalıdır. Əks halda prosesi düzəltməlidir. Bu zaman müəllim həm sinifdə öyrədici mühiti təşkil edir, həm də nizam -intizamı təşkil edir.

 Səhv3. Müəllim, mübadilə zamanı qrup şagirdlərinin işlərini təqdim etmələrinə  sadəcə "qulaq asır", şagirdlərin səsləndirdikləri ifadələrdə, fikirlərdə diqqətlə dinləmədiyi üçün yalnışları düzəltmir  əv ya düzəltməyə cəhd etmir. Şagirdlərdə təqdimat etmə bacarığının formalaşması üçün cəhd etmir.

Əslində isə, müəllim bilməlidir ki, şagirdin təfəkkürünün, nitqinin fərdi inkişafı,  informasiyanın düz mənimsənilməsi, sərbəst fikir söyləyə bilmə bacarıqlarının formalaşması üçün təqdimat mədəniyyəti vacib şərtdir.

Səhv4. Bəzən şagirdlər lövhədə üzlərini təqdimat etdikləri iş vərəqinə çevirib üzündən informasiyanı oxuyurlar. Bu zaman həm  digər şagirdlər iş vərəqini rahatlıqla görə bilmir, həm də qrup üzvləri yazdıqları məlumatı təqdim emək əvəzinə sadəcə üzündən oxuyurlar. Bu zaman müəllim də səhvə yol verərək, üzünü lövhəyə çevirir  çünki iş vərəqindəki işlə tanış olmalıdır.Arxası şagirdlərə dayanır. Əslində isə, şagirdlər iş vərəqindəki tapşırıqları birlikdə araşdırdıqları üçün təqdimat haqqında informasiyaları bilirlər. İş vərəqindən istifadə etməklə, informasiyanı səsləndirməlidirlər. Üzündən oxumaq doğru deyil. Bu onu göstərir ki, şagirdlər informasiyanı mənimsəməyiblər. Eyni zamanda şagirdlər iş vərəqlərindən istifadə edəcəklərsə, onu əllərində tutmalı, işi təqdim etdikdən sonra lövhəyə asmalıdırlar.

Səhv5. Hər qrup öz təqdimatını etdikdən sonra, müəllim qrupun işinə fikri bildirir, qiymətləndirir, səhv və ya doğru olanları şərh edir, tapılmış faktlara fikir bildirir.

Əslində isə, müəllim  şagirdlərin işləri barədə fikir bildirmək məsələsini, faktlara münasibətlərini bildirmək imkanını şagirdlərə verməlidir. Fikir mübadiləsi zamanı  müəllim fikir bildirmək üçün deyil, şagirdləri doğru istiqamətə yönəldərək, informasiyanın yaxşı qavranılması üçün, başa düşülməsi üçün şərait yaratmalıdır.  Müəllim bunun üçün, hər qrup işinin təqdimatından sonra üzünü şagirdlərə tutaraq, qrupun işi haqqında fikirlərini almağa çalışmalı, qrup işinə münasibət bildirmələrini təmin etməlidir. Şagirdlər də öz növbəsində münasibət bildirməklə fikirlərini əsaslandırmalıdır.
Qeyd: Məqalə ilə bağlı əlavə suallarınız yaranarsa yorumlar bölməsinə yaza bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar