DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Sinektika


Sinektika
“Sinektika” yunan dilindən müxtəlif elementlərin birləşməsi (cəmləşməsi) deməkdir. Sinektika klassik əqli hücumun, yəni nizamlanmış kollektiv müzakirənin nəticəsində nəticələrin alınma texnikasının şəkli dəyişmiş variantıdır. Sinektikanın texnologiyası 1961-ci ildə Vilyam Qordon tərəfindən təqdim edilmişdir. Sinektika kollektiv yaradıcılığın təşkilatı üsullarından biridir. Sinektika peşəkarlar qrupu tərəfindən problemin həlli üçün və həmçinin ekspertiza zamanı xüsusi prinsiplə qurulmuş əqli hücumu prosesində bütün ideyaların məntiqi yekuna çatdırılması prosesidir. Sinektik prosesi özündə aşağıdakıları nəzərdə tutur:
-          Məlumun naməluma çevrilməsi
-          Naməlumun məluma çevrilməsi

Məlumun naməluma çevrilməsi problemi yeni nöqteyi nəzərdən yeni formada baxmağa imkan yaradır.
Müəllif məlumun naməluma çevrilməsinin operativ və qeyri-operativ mexanizmlərini müəyyənləşdirir.
-          Qeyri –obyektiv mexanizmlərə intuisiya, oyun, məsələyə aidiyyəti olmayanın istifadəsi kimi abstraksiyalar daxildir. Bütün bu mexanizmləri öyrətmək mümkün deyil, çünki onlar konkret deyil.
-          Operativ mexanizmlərə düzgün(bilavasitə), şəxsi, simvolik və fantastik anologiyalar hər bir insanın dərki səviyyəsində istifadə etdiyi psixoloji vasitələr daxildir. Operativ mexanizmlərə öyrətmək olar.
Metafora ilə oyun , müəllifin fikrincə, məlumu naməluma çevirməkdə ən məhsuldar mexanizmlərdən biri kimi istifadə oluna bilər. Metaforanın ən məşhur növləri –analogiya və müqayisədir. Analogiya(bənzətmə) intellektual, müqayisə isə emosional hərəkət yaradır.
Üsulun tətbiqində məqsəd:
Cisim və proseslərin təkmilləşdirilməsi prosesində yaradıcılıq qabiliyyətinin inkişafıdır.
Sinektika prosesində məsələlərin həlli aşağıdakı şəkildə baş verir.
   1.Məsələ həlli tanışlıqla başlayır “problem, qoyulduğu kimi”. Heç vaxt başqaları tərəfindən formalaşdırılmış məsələni inamla qəbul etmək olmaz.
   2.Problemi məsələyə anlaşıldığı şəkildə çevirirlər.
   3.Məlumu naməluma və əksinə çevrilməsinə əsaslanan həll aparılır. Bu zaman əqli hücumun qaydaları ilə ideyaların sərbəst irəli sürməsi baş verir.
Konkret problemin həlli iki mərhələdə aparılır.
ü əvvəlcə naməlumu məluma çevirirlər
ü daha sonra əks hərəkət- məlumu naməluma çevirirlər
   4.4 analogiya növündən birinin köməyi ilə qurulur.
Şəxsi analogiya. Subyektiv analogiya sinektorun cari problemin əlaqədə olduğu obraz və ya texnikanın obyektinə alışdırmağı nəzərdə tutur. Emosiyalar teatrı (eppatiya üsulu) ilə birbaşa əlaqəlidir. Məsələni həll edən şəxs təkmilləşdirilmiş obyektin obrazına öyrəşərək, “mən belə ağacam, mən rəngimi dəyişmək istəyən ağ qarğayam” kimi yaranmış hissləri izah etməyə başlayır çalışır.
Birbaşa (bilavasitə) analogiya. Bilavasitə analogiya layihələşdirilən qurğunun artıq mövcud obyektlərlə qarşılaşdırılmasını və “belə məsələlər necə həll olunur?” sualına cavabı nəzərdə tutur. Nəzərdən keçirilən obyekt texnikanın başqa sahəsinin obyekti , və ya canlı təbiətin obyekti ilə müqayisə olunur.
Simvolik analogiya. Problemin məğzini qısa və metaforik (poetik,alleqorik) təsvirini nəzərdə tutur. Ümumiləşdirilmiş mücərrəd anologiya əşyanın əsas əlamətinə görə assosiasiya yaradılır, qalanları atılır.
Fantastik analogiya. Sinektoru problemi mövcud olmayan varlıqların mövqeyindən nəzərdən keçirməyə və ya onun həllində fantastik elementin istifadəsinı məcbur edir. Məslənin həllinə nağıl əlamətləri daxil edirlər-kiçik adamları, canlı suyu, slamanrları, Maskvelin demonlarını və s. getdikcə onların adları real həyatından əmələ gəlir.
   5.Konkret anaologiyanı qrup rəhbəri seçir.
   6.Sinektikanın nəticəsinin qiymətləndirilməsi aşağıdakı səmərəlilik meyarlar əsasında aparılır.
-          Praqmatik meyar – “Bu işləyirmi?”
-          Sabitlik meyarı problemin həlli mexanizmlərin təkraredici olması
Sinektikanın tətbiqi dərsin bütün mərhələlərində, xüsusilə isə motivasiya və tətqiqatın aparılması mərhələsində tətbiq edilə bilər.
Nümunə:
 Şeir qoşmaq- konfran təşkil etmək
Gurulutu: 3, Qopuz: 1, Yarpız: .............0
Kompüter- əməliyyat sistemi, Universitet : rektorluq

Un- çörək, barama-ipək
Mənbə: Zülfiyyə Veysova




Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar