DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Kublaşdırma




Kublaşdırma
(Kovan E. və Kovan C. 1980 ) mövzunun hərtərəfli öyrənilməsi məqsədilə şagirdləri onu təsvir etməyə və müqayisəyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə istiqamətləndirir.
Kub düzəldilir (kiçik, 15-20 sm, kağızdan hazırlanır). Kubun hər üzünə verilən altı göstərişdən birini yazmaq: təsvir et; müqayisə et; əlaqələndir; təhlil et; tətbiq et; lehinə, yaxud əleyhinə mübahisə et.
Müzakirə olunan cisim və ya hadisəni müəyyənləşdirmək.
Sinfi 6 qrupa bölmək və tapşırıq mövzularını vermək.
Hər qrup kubun 1 göstərişi üzrə iş aparır. Şagirdlər zər oyununda olduğu kimi kubu çevirirlər. Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edir:
    a)   Təsvir etmək : rənglər, formalar, ölçülər,hadisələr və s.                
    b)  Müqayisə etmək: oxşar və fərqli cəhətlər hansılardır?
    c)   Əlaqələndirmə (assosiasiya yaratmaq): Bu sizi nə haqda düşünməyə vadar edir? Sizə nəyi xatırladır?
    d)  Təhlil etmək: onun nədən və necə hazırlandığını təsvir et. 
    e)   Tətbiq etmək: Sən onunla nə edə bilərsən? Sən ondan necə istifadə edə bilərsən?
    f)    Onun lehinə və ya əleyhinə çıxış et və öz mövqeyini dəstəkləmək üçün arqumentlər təqdim et: O yaxşıdır, yoxsa pisdir? Niyə?
Tapşırıqlar yerinə yetirldikdən sonra  şagirdlər təqdimat edirlər.
İştirakçılar mövzu haqqında sonradan təqdim edəcəkləri bir-iki paraqraflıq təqdimata daxil edə biləcəkləri yeni ideyalar axtara bilərlər. Iştirakçılar yekun paraqrafla təqdimat zamanı bölüşə bilərlər. Daha sonra nəticə çıxararaq ümumiləşdirmə aparılır. Yekun iş lövhədən və ya sinif otağının divarından asılır.
Kublaşdırma üsulu müəllim tərəfindən fəal interaktiv dərsin tətqiqatın aparılması mərhələsində reallaşdırılır.
Üsulun tətbiqində məqsəd:
-          Mövzuya müxtəlif cəhətlərdən nəzər salmağın asanlaşdırılması
-          Məntiqi və tənqidi təfəkkürün inkişafı
-          Cisim və ya hadisəyə hərtərəfli baxışın formalaşdırılması
-          Qiymətləndirmə bacarığının formalaşdırılması
-          Təhlil prosesinin inkişaf etdirilməsi
-          Əməkdaşlıq vərdişlərinin formalaşdırılması
Bu metod müəllim mövzunu, situasiyanı və s. tədqiq etmək istədikdə istifadə olunur. Bununla da şagirdlər mürəkkəb və interaqtiv yanaşmalar üçün tələb olunan bacarıqları inkişaf etdirmək imkanı əldə edirlər. Üsulun tətbiqinə 20-25 dəqiqə vaxt ayrılır.
Üsulun tətbiqi zamanı yarana biləcək problemlər:
  • -          Vaxt çatışmazlığı
  • -          Nəticə çıxarılmasında problemlər
  • -          Tam əhatə olunmaması


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar