Semantik əlamətlərin təhlili
Semantika fransızca semantique, yunanca semantikos işarə
edən, sema işarə deməkdir, semantikanın tətqiqat obyekti işarənin (sözün)
üçüncüsünün (işarələyən, denotat, işarələnən) vəhdətidir. Işarələyən (zahiri
ünsür, səslərin yaxud qarfiq işarələrin ardıcıllığı) denotat(adlandırılan
predmet və gerçəklik hadisələri) işarələnənlə ( predmet və hadisələrin insan
çüurunda əksi) bağlıdır. Bu 3 əlaqə semantikanın məna kateqoriyasını təşkil
edir.
Bu strategiyadan şagirdlərdə
əsas biliklərin formalaşdırılması və inkişafı üçün istifadə etmək olar. Semantik
əlamətlərin təhsili metodu şagirdlər üçün tanış olmayan mövzunun tədrisi zamanı
daha əhəmiyyətlidir. Bu metodun tətbiqi
zamanı keçilmiş mövzu ilə yeni mövzu müqayisə edilir.
Bunun üçün müəllim yazı lövhəsində
sxem çəkir. Sxemin sol tərəfində yuxarıdan aşağıya 3 müqayisə olunacaq
obyektin adı yazılır. Kağızın yuxarı hissəsində soldan sağa müqayisə olunan
xüsusiyyətlər yazılır. Şagirdlər də bunu özləri üçün qeyd edirlər. Uşaqlar 2 və
ya 3 tanış obyekti müqayisə edərək, semantik əlamətlərin altında hər bir obyektə
müvafiq işarə və qeydlər qoyurlar. ( “Hə” üçün +, “yox” üçün -, tam əmin
olmadıqları üçün sual ? işarəsi qoyurlar)
Bundan sonra şagirdlər mütaliə yolu ilə mətni öyrənməyə başlayırlar və
müzakirə edirlər. Mətnlə tanış olduqdan sonra lazım gəlsə öz sxemlərində düzəliş
aparırlar. Sonda müəllim özünün hazırladığı sxem üzərində şagirdlərin köməyi ilə
düzəliş edir və ya cavabları təsdiq edir.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.