DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Debat

   
Debat
Debat diskussiya üsullarının bir növü olub, bir-birinə etiraz edən tərəflərin arasında keçirilən mübahisə , müzakirə, rəy mübadiləsi kimi məlum formalardan fərqlənərək, üçüncü tərəfi inandıma prosesini nəzərdə tutur.
Üçüncü tərəfin vəzifəsi hər bir tərəfin mövqeyini dinləyib, öz seçimini etməkdir. Bu seçim yalnız bir şeyə -“bu tərəf məni inandırdı!” – təsdiqinə əsaslanır. Beləliklə debatlarda iştirak edən tərəflərin əsas məqsədi öz dəlil və sübutlarının köməyi ilə üçüncü tərəfi öz mövqeyinin düzgünlüyünə inadırmaqdır. Bu prosesin sonunda qəbul edilmiş bir qərar olacaqdır. Debat dərsin 15-20 dəqiqə müddətini aparacaqdır. Debatı müəllim fəal interaktiv dərsin ikinci mərhələsi olan tətqiqatın aparılması mərhələsində tətbiq edir. Dərsdə debatı tətbiq edərkən müəllim iş formasını da doğru seçməlidir. Bu zaman müəllim sinifi iki böyük komandaya bölür. Qruplarla iş formasından istifadə edir.

Debat üsulunun tətbiqi zamanı şagirdlərdə bir sıra bacarıq və
keyfiyyətlər formalaşır.
􀁸 Mövzunun araşdırılması
􀁸 əsas anlayışları seçib ayırma
􀁸 Sübut və dəlillərlə işləmək
􀁸 “çarpaz sualların” hazırlanması
􀁸 Natiqlik məharəti
􀁸 Hakimlik və qərarların qəbul edilməsi
􀁸 Öz fikrinin təsdiq edilməsi
􀁸 Diqqətlə dinləmə
􀁸əleyhinə arqument gətirmə və.s kimi bacarıq və keyfiyyətlər  şagirdlərdə formalaşır.
    Əgər bir şagird hər hansısa bir ziddiyətli mövzuda qərar qəbul edə, fikirlərini sərbəst irəli sürə bilirsə, eləcə də qarşı tərəfi təmkinlə dinləyərək ona tolerantlıq göstərirsə bu şagird gələcəkdə cəmiyyət şəxsiyyət kimi özünə yer tapacaqdır. Debatlarda mövzu sual yox, təsdiq formasında ifadə edilir. İlk öncə rollar müəyyənləşdirilir.(“A” və “B” spiker komandaları, hakim, “taym-kipper”)Debat iştirakçıları və debatçılar çıxış zamanı spiker adlanırlar. Debatlar üçüncü tərəfi təmsil edən hakimlər qarşısında spiker komandaları ( “A” və “B" mövqeyi) arasında keçirilir.
a) Təsdiqedici “A” mövqeyinin spikerləri debatların mövzusunu onun ifadə edildiyi kimi təsdiq edirlər.
b) Təkzibedici “B” mövqeyinin spikerləri “A” mövqeyini təkzib
etməyə borcludurlar, bu onların başlıca vəzifəsidir. Həm də təkzibetmədən sonra öz meyar və dəlillərini təklif edirlər.
c)Hakimin vəzifəsi bu mövqelərdən hansının daha inandırıcı olduğunu öz şəxsi mövqeyindən asılı olmayaraq müəyyən etməkdir.O yalnız eşitdikləri əsasında nəticə çıxarır və öz seçimini edir. Çox vacibdir ki,o, öz seçimini etdikdən sonra onu əsaslandıra bilsin.
d)Debat prosesində çıxışların vaxt rejimini təmin edən “taymkipperlər” iştirak edirlər.
Nümunə : Debat mövzusu
Babək din əleyhinə vuruşurdu, yoxsa xalqın azadlığı uğrunda?
Şagirdlər bu problem ilə əlaqədar arqument axtarmağa başlayırlar.
Tərəflər öz mövqelərinin müdafiəsi üçün ən güclü arqumentləri toplamalıdırlar. Hər qrupa özlərinin ən yaxşı arqumentlərini müəyyən etmək üçün 7-8 dəqiqə vaxt ayrılır.
Arqument üzərində iş prosesi aşağıdakı kimidir.
1. Arqument irəli sürülür
2. Arqument izah edilir
3. Arqument sübut edilir
4. Nəticə çıxarılır.
Hər iki komandanın sübutlarının siyahıları tamalandıqdan dərhal sonra qrupların hər biri digər qrupla öz siyahılarını tutuşdurur və hər iki qəbildən olan sübutlar nəzərdən keçirilir.
Debat üsulunun tətbiq edilməsindən öncə müəllimin diqqət
etməli olduğu məsələlər:
􀁸 Qrupda şagirdlərin sayı 20 nəfərdən çox olmamalıdır.
􀁸 Mövzu aktual olmalıdır.
􀁸 Mövzu “münaqişəli” olmalıdır, əgər bir fikir mövcuddursa, ona əks fikir mütləq mövcud olmalıdır.
􀁸 Mövzu elə ifadə edilməlidir ki, heç bir mövqeyin üstünlüyü hiss edilməsin
􀁸 Mövzu nə çox qısa, nədə çox geniş olmalıdır
Debat zamanı bir sıra problemlər də yarana bilər ki bunlar qaçılmazdır. Müəllimdən bu problemləri aradan qaldıra bilmişi üçün böyük fasilitator bacarığı tələb olunur.
􀁸 Müzakirə verilən vaxtdan uzun çəkə bilər
􀁸 Həddindən çox səs-küy yarana bilər
􀁸 Mövqelər bir- birnə qarşı tolerantlıq göstərməz
􀁸 Mövzu ilə bağlı şagirdlərdə az məlumat ola bilər
􀁸 Hakimin qərar çıxarma bacarığı zəif ola bilər.
􀁸 Ünsiyyət ilə bağlı problemlər ola bilər
Mənbə: Zülfiyyə Veysova


   
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar