DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
Elanlar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Elanlar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

14 Nisan 2017 Cuma

Təhsildə yenilikləri-Öyrənək, Öyrədək, İnkişaf edək! adlı kitabımızın təqdimatı keçirildi

Təhsildə yenilikləri -Öyrənək! Öyərədək! İnkişaf edək! adlı kitabımızın bu gün müzakirəsi həyata keçirildi. Vəsait Müəllimlərin və direktorların işə qəbulu və diaqnostik qiymətləndirmə üçün nəzərdə tutulmuşdur
Vəsaitdə məntiq, fənn kurikulumu, pedoqogika, idaəretmə mövzuları və hər mövzuya aid testlər, bölmə üzrə testlər və disk materialı verilmişdir.
Ümid edirik ki, təhsil işçiləri üçün faydalı bir vəsaitə çevrilər.

Kitabı əldə etmək üçün aşağıdakı əlaqə nömrələrini yığıb sifariş verə bilərsiniz
012 594 01 05
070 594 01 05
Digər kitablardan fərqi və üstünlüyü:
1. Bütün materialların istər idarəetmə, istərsə kurikulum və pedoqogikanın bir arada cəmləndiyi ilk vəsait 
2. Olduqca keyfiyyətli kağız avadanlığından istifadə 
3. Əlavə olaraq, video materiallar və eləcə də, metodika, pedoqogika və idarəetməyə aid elektron materiallar 

( disk )
4. Hər mövzudan sonra, mövzu üzrə möhkəmləndirilmənin təşkili üzrə qapalı və açıq testlər 
5. Sınaq xarakterli hər bölmənin sonunda bölmə üzrə testlər 

6. Hər fənn üzrə dərs nümunələri

7. Qəbullarda düşə biləcək məntiq testləri və s

13 Nisan 2017 Perşembe

Müəllimlərin və direktorların işə qəbulu üçün vəsaitimiz SATIŞDA


  •  Müəllimlərin işə qəbulu
  • Diaqnostik qiymətləndirmə
  • Yerdəyişmə imtahanları
  • Direktorların işə qəbulu 
  • Çox yararlı və lazımlı 343 səhifəlik vəsait.

Digər kitablardan fərqi və üstünlüyü:
1. Bütün materialların istər idarəetmə, istərsə kurikulum və pedoqogikanın bir arada cəmləndiyi ilk vəsait 
2. Olduqca keyfiyyətli kağız avadanlığından istifadə 
3. Əlavə olaraq, video materiallar və eləcə də, metodika, pedoqogika və idarəetməyə aid elektron materiallar 

( disk )
4. Hər mövzudan sonra, mövzu üzrə möhkəmləndirilmənin təşkili üzrə qapalı və açıq testlər 
5. Sınaq xarakterli hər bölmənin sonunda bölmə üzrə testlər 

6. Hər fənn üzrə dərs nümunələri
7. Qəbullarda düşə biləcək məntiq testləri və s

Kitabı əldə etmək üçün, şəkilin üstündəki nömrələrlə əlaqə saxlayıb sifariş verə bilərsiniz 

Regionlarda yaşayanlar, rayona çatdırılma varmı deyə narahat olmağa dəyməz. 
 Regionda tanınmış kitab magazininə yaxınlaşaraq, sifarişinizi və əlaqə nömrəsini verməyiniz kifayətdir. Onlar rayonlara kitabı gətirəcəklər 
Bizə dəstək verən hər kəsə öz təşəkkürümüzü bildiririk

Kitabı əldə etmək üçün aşağıdakı əlaqə nömrələrini yığıb sifariş verə bilərsiniz
012 594 01 05
070 594 01 05

3 Haziran 2016 Cuma

Ağdaş rayon Təhsil Şöbəsinin Yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı valideyinlərin marifləndirilməsinə dair keçirilən seminarları

Ağdaş rayon Təhsil Şöbəsinin rayonun bütün ümümtəhsil məktəblərində yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı valideyinlərin marifləndirilməsinə dair keçirilən seminarların I mərhələsi başa çatdı. Tədbirlər yeni dərs ilində də davam etdiriləcək.

Seminarın mövzuları.
1.Dövlətimizin təhsil siyasəti.
2.Ənənəvi və yeni təhsil proqramının müqayisəli təhlili.
3.Şagirlər tərəfindən müxtəlif məzmunlu tapşırıqların işlənməsində valideyinlərin rolu.
4 .Şagirlərin məntiqi,tənqidi və yaradıcı təfəkürünün inkişafında  valideyinlərin rolu.
5.Məktəbdaxili qiymətləndirmənin mahiyyəti.
Seminarın təşkilatçıları.
 Ağdaş RTŞ-nin müdürü.        Hürü Əliyeva
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi (Təlimçi,mentor) Aqil İsayev
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi (Təlimçi) Leyla Bayramova
Seminar Ağdaş rayonunun şəhər məktəbləri daxil olmaqla kənd məktəblərində də təşkil edilmişdir. Seminarlara aprel ayının sonlarından start verilmiş və bu tədris ili üçün nəzərdə tutulmuş seminarların birinci mərhələsi başa çatdırılmışdır. Seminarda məktəblər üzrə fəal müəllimlər və təşkilatçıların da iştirakı ilə valideyinlər fəal şəkildə iştirak etmişdilər. Valideyinlər seminarların tez-tez təşkil edilməsini, bu tip seminarların onların maarifləndirilməsində mühüm rol oynadığını qeyd etmişdilər

  Seminar valideyinlərin yeni tədris proqramları, onların təhsildə rolu haqqında maarifləndirilməsi ilə yanaşı, onların övladlarına dəstək vermələri üçün kömək istiqamətində təşkil edilmişdir. Seminarların gedişi zamanı valideyinlərin tədris proqramları ilə bağlı bütün sualları cavablandırılmışdır. Bununla yanaşı ev tapşırıqlarının həlli istiqamətində valideyin müəllim əməkdaşlığının sıx şəkildə qurulmasından söhbət açılmış və valideyinlərə ev tapşırıqlarının həlli zamanı övladlarına necə yardım edə biləcəkləri ilə bağlı təlimatlar verilmişdir.
  Xüsusi ilə valideyinlərə qiymətləndirmə haqqında təlimatlar verilmişdir. Fənn kurikulumunun qiymətləndirmə sisteminə daxil olan   məktəbdaxili qiymətləndirmə (diaqnostik, formativ, summativ) haqqında məlumat verilmişdir. Nümunə olaraq, şagirdin gündəlik kitabçasının hazır işlənmiş forması valideyinlərə təqdim edilmiş və meyarlar haqqında təlimatlar verilmişdir. Bu meyarlar haqqında valideyinlərə qaranlıq qalan suallar onlar tərəfindən təlimçilərə ünvanlanmış və cavablandırılmışdır.  Hər iki təlimçi qiymətləndirmə haqqında, qiymətləndirmənin məqsədi, mahiyyəti və əhəmiyyəti haqqında  ətraflı izahat verdilər.
Valideyinlərin ən çox sual ünvanladıqları məqamlar, dərsliklər, qiymətləndirmə və ev tapşırıqları ilə əlaqədar idi ki, onlar bu təlimdə geniş bir bilgiyə sahib oldular. Dərsliklərin artıq hafizədən çıxıb məntiqi, tənqidi, yaradıcı təfəkkürün inkişafına yönəldilmiş təşkilini, eləcə də taşırıqların bu tipdə olması haqqında məlumatlandırıldılar. Həmçinin, şagirdlərə ev tapşırıqlarının həlli isitiqamətində necə kömək edə biləcəkləri haqqında da bilgiyə malik oldular.
             Seminarların məktəblər üzrə təşkili başa çatıb. Növbəti tədris ilində seminarların ikinci mərhələsinə start veriləcəkdir.

3 Mayıs 2016 Salı

Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə

Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqə elan edib.

Müsabiqə 3 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarətdir.
Müsabiqədə iştirak etmək istəyən müəllimlər 3-10 may 2016-cı il tarixlərində www.miq.edu.az/baku səhifəsi vasitəsilə elektron qaydada qeydiyyatdan keçə bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin keçirilməsi barədə

MƏLUMAT

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil məktəblərində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı müsabiqə elan edir.

Müsabiqə 3 (üç) mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test
imtahanı və müsahibə) ibarət olmaqla aşağıdakı qaydada təşkil ediləcəkdir :
1. Müsabiqədə yalnız müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlər iştirak edə bilər.
2. Müsabiqədə iştirak etmək istəyən müəllimlər 03.05.2016 – 10.05.2016-cı il tarixlərdə miq.edu.az/baku internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
3. Yerdəyişmə üçün müraciət edən müəllim təqdim olunmuş vakant yerlərdən ən çoxu 3(üç) yer seçə bilər.
4. Elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş şəxslər ən geci 3 (üç) iş günü ərzində aşağıdakı sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər (sənədlərin təqdim edilməsi üçün son tarix 12.05.2016-cı ildir) :
4.1. İşlədiyi məktəbdə daimi əsaslarla müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (məktəbin möhürü ilə təsdiq edilməlidir).
4.2. Hazırda işlədiyi məktəb direktorunun müəllimin iş yerinin dəyişməsi ilə bağlı razılıq məktubu (nümunə əlavə olunur).
4.3. Əmək kitabçasının surəti (məktəbin möhürü ilə təsdiq edilməlidir).
4.4. Şəxsiyyət vəsiqəsinin surəti.
4.5. Təhsil haqqında sənədin (diplomun) surəti.
5. Müsabiqədə iştirak etmək üçün müraciət edən və ərizələrin elektron qaydada qeydiyyata alınmasında çətinlik çəkən şəxslərə köməklik göstərilməsi və qeydiyyatdan keçmiş şəxslər tərəfindən təqdim edilən yuxarıda göstərilən
sənədlərin qəbul edilməsi məqsədilə 03.05.2016 – 12.05.2016-cı il tarixlərdə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inzibati binasında qəbul məntəqəsi (I-V günlər saat: 09:00 – 18:00, şənbə günü saat: 10:00 – 15:00) fəaliyyət göstərəcəkdir.
6. Müsabiqənin elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və yuxarıda qeyd edilən siyahı üzrə təqdim edilən sənədlərin təhlili aparılaraq müraciət edən şəxslər müsabiqənin növbəti – test imtahanı mərhələsinə buraxılacaqdır.
7. Müsabiqənin test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumat iştirakçıların (miq.edu.az/baku internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş şəxslərin) şəxsi
səhifəsində yerləşdiriləcək, eyni zamanda, onların qeydiyyata alınmış mobil əlaqə nömrələrinə SMS vasitəsilə göndəriləcəkdir.
8. Müsabiqənin test imtahanı mərhələsində qənaətbəxş nəticə göstərmiş – zəruri keçid balını toplamış – şəxslər müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəkdir.
9. Müsahibə mərhələsində yerdəyişmə həyata keçiriləcək ümumi təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə aparılacaq və
müvafiq müəssisə rəhbərinin əsaslandırılmış rəyi nəzərə alınaraq onların iş yerlərinin dəyişdirilməsi müvafiq qaydada həyata keçiriləcəkdir.
10. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları ilə mövcud faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə onun nəticələri ləğv ediləcəkdir.
11. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilməyəcəkdir.
12. Müsabiqədə zəruri keçid balını toplayaraq vakant yer tutmaq hüququ qazanmış hər hansı bir namizəd öz yerindən imtina etdiyi halda, onun əlavə yerləşdirmədə iştirakı təmin olunmayacaqdır.
13. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra 5(beş) iş günü ərzində baxılacaqdır.
14. Müsabiqənin yekun nəticələrinə əsasən iş yerini dəyişən müəllimlərin siyahısı müşayiətedici məktubla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan müəssisələrə göndəriləcəkdir. İdarənin göndərişi əsasında təhsil
müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir.
15. Müəllimlərin yerdəyişməsi ilə əlaqədar bu qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə təhsil müəssisələrinin rəhbərləri, habelə işçi qrupunun üzvləri qanunvericiliyə uyğun olaraq
məsuliyyət daşıyırlar.
Qaydalar:

8 Ocak 2016 Cuma

““Riyazimodelləmə müəllim paylaşım təlimi””

BAKI (24 Yanvar 2016) 

Magit Dərnəyi Riyaziyyat tədrisində tətbiqetmələr 

““Riyazimodelləmə müəllim paylaşım təlimi””

Diqqət : Hazırda müəllim kimi fəaliyyət göstərən şəxslər müraciət edə bilər Diqqət : Qeydiyyatdan kecənlərin elektron poçtlarına bildiriş mesajı gələcək.
Diqqət : Yalnız riyaziyyat muəllimləri üçün Elan , 
Yerlər məhduddur

    Başlıksız Resim
    Təlimproqramı və Müraciət səhifəsi : http://goo.gl/forms/XDb0pB3TRM                                          

1 Ocak 2016 Cuma

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Azərbaycan müəllimi" qəzeti "Ən yaxşı yazı" müsabiqəsi elan edir

Ölkənin bütün təhsil müəssisələrində çalışan müəllimlər, pedoqoqlar, tədris etdiləri fənlərlə bağlı fərdi pedoqoji təcrübələrini, müasir dərsin əsas meyarlarını özündə əks etdirən metodiki yazılarını təqdim etməklə müsabiqədə iştirak edə bilərlər. Yazılar 01 yanvar 2016-cı il tarixdən 31 yanvar 2016 cı il tarixinədək muallim@edu.gov.az elektron poçt ünvanında  qəbul ediləcək. Təşkilat komitəsi tərəfindən keçiriləcək təntənəli mərasimdə  qaliblərin qiymətli hədiyyə və diplomlarla  mükafatlandırılması nəzərdə tutulur.
Təqdim olunan yazılar tanınmış pedoqoq, alim və təcrübəli müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.


Müsabiqənin əsas şərtləri
1. Yalnız Azərbaycan dilində
2. Times New Roman şrifti ilə
3. Həcmi-6 min işarədən az 9 mindən çox olmamalı
4. Təqdim olunan işin sonunda ad, soyad,əlaqə telefonu, çalışdığı təhsil müəssisəsinin adı, tutduğu vəzifə qeyd edilməlidir.
5. Hər bir iştirakçı müsabiqəyə iş təqdim edə bilər
6. Yazıların əvvəlində müsabiqəyə təqdim edilən iş olduğu qeyd edilməlidir.
Əlaqə telefonları:
012-561-60-41
012-538-51-41

26 Aralık 2015 Cumartesi

Təbiət fənləri üzrə labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi-Yeni müsabiqə

DEKABRIN 28-DƏ “TƏBİƏT FƏNLƏRİ ÜZRƏ LABDİSK RƏQƏMSAL LABORATORİYA AVADANLIĞININ TƏDRİSDƏ TƏTBİQİ” MÜSABİQƏSİNƏ START VERİLƏCƏK
“Edumedia-Azərbaycan” təşkilatı Azərbaycan təhsil sisteminin informasiyalaşdırılması prosesində İKT infrastrukturunun inkişafının və yeni pedaqoji texnologiyaların tətbiqində fəal iştirak edən şirkətlərdən biridir. Şirkətin əsas məqsədi mövcud təhsil sisteminə interaktiv və rəqəmsal tədris texnologiyalarını tətbiq edərək təhsildə davamlı nailiyyətlər əldə etmək və müsabiqələr vasitəsilə müəllimlərin yeni texnologiyaların tədrisdə tətbiqinə həvəsləndirməkdir. “Edumedia-Azərbaycan” təşkilatı bu məqsədilə 28 dekabr 2015-ci il tarixində “Təbiət fənləri üzrə labdisk rəqəmsal laboratoriya avadanlığının tədrisdə tətbiqi” müsabiqəsinin başlanmasını elan edir. Müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az saytıdır.
Müsabiqə iki nominasiya altında keçiriləcəkdir.
I Nominasiya. Ən yaxşı müəllim işi
Bura fizika, kimya və biologiya fənləri üzrə ümumtəhsil müəssisələrində müəllimlər üçün təşkil olunan "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" təlimlərində iştirak edən bütün müəllimlər iştirak edə bilərlər.
Bu nominasiya özü 3 (üç) istiqamətə bölünür.
- Fizika fənni üzrə ən yaxşı təcrübə işi
- Kimya fənni üzrə ən yaxşı təcrübə işi
- Biologiya fənni üzrə ən yaxşı təcrübə işi
Hər bir istiqamət üzrə 3 (üç) yer nəzərdə tutulur.
II Nominasiya. Ən yaxşı təlimçi işi
Bura fizika, kimya və biologiya fənlərindən "Labdisk avadanlığı və Globilab proqram təminatından istifadə" üzrə 20-23 fevral və 2-4 iyul 2015-ci il tarixlərində xarici təlimçilərin təlimində iştirak edən müəllimlər müraciət edə bilərlər. Təlimçi nominasiyası bir istiqamət üzrə aparılır. Yəni kimya, biologiya və fizika fənləri üzrə təlimçilər birgə olaraq I, II və III yer üçün mübarizə aparacaqlar.
Müsabiqənin keçirilməsində əsas məqsəd rəqəmsal Labdisk avadanlığı və Globilab proqram təminatının tədrisdə səmərəli şəkildə tətbiq edilməsinin təşkil edilməsi, yaradıcı müəllimlərin bu texnologiyalardan fəal istifadə etməyə həvəsləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, interaktiv texnologiyaların dərs prosesində istifadəsinin mənimsənilməsi, ən yaxşı laboratoriya hesabatlarının hazırlanması və geniş istifadəçi auditoriyasına tanıdılmasıdır.
Müsabiqənin təşkilatçıları “Edumedia-Azərbaycan” və “Globisens” şirkətləridir və müsabiqə Təhsil Nazirliyi tərəfindən də dəstəklənir.

Müsabiqə qalibləri “iPad air” 16 GB, “Globimate” planşet, “Samsung Galaxy Tab-3, 7” 8 GB və s. hədiyyələrlə mükafatlandırılacaqlar.

19 Aralık 2015 Cumartesi

Təlim ---Blum Taksonomiyası


EF, Education First and ILS, International Language School Sizi Azərbaycan Təhsil Nazirliyinin hazırda keçirdiyi test imtahanlarını uğurla keçməkdə müəllimlərə yardım etmək məqsədi daşıyan müəllim hazırlığı kursunda iştirak etməyə dəvət edir. Unikal təlim sessiyasından sonra EF beynəlxalq dərəcəli müəllim təlim kursları və ILS-in 2016-cı ilin yanvarından başlayaraq təşkil edəcəyi yerli sertifikat proqramı barədə təqdimat olacaqdır.
Müəllimlərin təlimi üzrə ixtisaslaşmış, peşəkar təlimçi və beynəlxalq təşkilatların birində Təhsil üzrə Proqram Meneceri işləmiş Flora Poladova bütün müəllimlərin bilməsi gərək olan Blum Taksanomiyası (Blooms Taxonomy) mövzusunda iki saatlıq nümunə təlim keçəcəkdir.

İştirakçılara sertifikat veriləcəkdir. Nəzərinizə çatdıraq ki, nümunə Təlim ödənişsizdir.

Tarix- 26 dekabr, saat 14:00-16:00
Ünvan: Dəmirçi Plaza
Qeydiyyat üçün zəng edin: 012 404 7570
Və ya aşağıdakı liknə daxil olun:




18 Aralık 2015 Cuma

Təhsil Şurası elmi-təcrübi konfrans keçirəcək


Azərbaycan Təhsil Şurası 2016-cı il yanvar ayının 23-də Bakı şəhərindəki 132-134 nömrəli Müasir Təhsil Kompleksində “Təlim-tərbiyə prosesi: ənənə və müasirlik, innovasiyalar və kreativ düşüncənin formalaşdırılması” mövzusunda elmi-praktik konfrans keçirəcək. Konfrans saat 10-00-da öz işinə başlayacaq.

KONFRANSIN MƏQSƏDİ
- Müəllimlərin ideya-siyasi biliklərini müstəqillik və dövlətçilik mövqeyindən təkmilləşdirmək;
- Təhsildə yeniliklərin varislik prinspinə uyğun olaraq tətbiqi yollarını nəzərdən keçirmək;
- Təlim-tərbiyənin vahid proses olaraq aşılanması yollarını araşdırmaq;
- Nitq mədəniyyəti və özünütəhsilin tədrisdə əhəmiyyətini müzakirə etmək;
- Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və perspektiv layihələrə təşəbbüsləri artırmaq;

KONFRANSIN METODOLOGİYASI
Ulu öndər Heydər Əliyevin təhsil, təlim-tərbiyəyə aid müddəalarına, ölkə prezidenti İlham Əliyevin təhsil sahəsində göstəriş və sərəncamları, dövlətin təhsil siyasəti, tədrisin keyfiyyətinə xidmət edən metod və texnologiyalar, nəzəri araşdırma, tarixi müqayisəli təhlil, qabaqcıl təcrübənin təhlili.
ELMİ-PRAKTİK KONFRANSDA TOXUNULACAQ PROBLEMLƏRI
- Təhsil sahəsində milli ideologiya;
- Təhsildə innovasiyalar;
- Təhsildə multikulturalizm yüksək mənəvi dəyər yanaşması kimi;
- Təlim-tərbiyə vahid proses kimi;
- Yeni təlim metod və texnologiylarından və İKT-dən istifadə təlim-tərbiyə keyfiyyətini artıran vasitə kimi;
- Təhsildə kreativ düşüncənin formalaşdırılması özünüdərkin başlıca vasitəsi kimi;
- Öyrədən və öyrənənlərin müstəqil mütaliəsi və nitq mədəniyyəti məsələləri;
- İsmayıllı rayon müəllimlərinin təlim-tərbiyə nailiyyətlərinin pedaqoji-metodik əsasları.

II
- 132-134 nömrəli Təhsil Kompleksinin iş təcrübəsi ilə tanışlıq;
- Nümunəvi açıq dərsin dinlənilməsi və müzakirəsi;
- Konfrans iştirakçılarının qabaqcıl pedaqoji iş təcrübəsinə həsr olunan dəyirmi masanın keçirilməsi;
- Konfransdan alınan nəticələrin ümumiləşdirilməsi, konfransın yekunlaşdırılması və sertifikatların verilməsi.

III

Konfransın təşkilat komitəsi
1. Prof. Əjdər Ağayev – sədr.
2. Böyükağa Mikayıllı – katib. “Təhsil və zaman” qəzetinin redaktoru, Təhsil Şurası İdarə heyətinin üzvü
3. Prof. Asəf Zamanov – Təhsil Şurası İdarə heyətinin üzvü
4. Prof. Nazim Kazımov – Təhsil Şurası İdarə Heyətinin üzvü
5.Prof. Hikmət Əlizadə - Təhsil Şurası İdarə heyətinin üzvü
6. Sara Xanlarova – 132-134 nömrəli Təhsil Kompleksinin direktoru
7. Dosent Nəcəf Nəcəfov – “Azərbaycan məktəbi” jurnalının baş redaktoru. Təhsil Şurası İdarə heyətinin üzvü.

IV
Elmi-təcrübi konfransın proqram layihəsi
Konfransın açılışı: prof. Əjdər Ağayev Təhsil Şurasının sədri
Giriş sözü: Sara Xanlarova – 132-134 nömrəli Təhsil Kompleksinin direktoru
Məruzələr:
Prof. Əjdər Ağayev
Prof. Asəf Zamanov
Dosent Nəcəf Nəcəfov
Dəyirmi masa ətrafında müəllimlərin çıxışları
V
Konfransda iştirak etmək üçün tərcümeyi halınızı tehsil.zaman@mail.ru ünvanına yollayıb qeydiyyatdan keçə bilərsiz. Konfransda iştirak üçün ödəniş 20 manatdır. Son qeydiyyat tarixi 10 yanvar 2016-cı ildir.

P.S Konfrans 1 gündür. İştirakçılara konfransın sonunda sertifikat veriləcəkdir

16 Aralık 2015 Çarşamba

Qrant müsabiqəsinə start verildi



 Hörmətli qrant iddiaçıları!
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin 2015-ci il üçün əsas müsabiqəsi (EİF-KETPL-2015-1(25)) üzrə aşağıda göstərilən tarix və saatlarda məsləhət seminarları keçiriləcəkdir.

Seminarların keçirilməsində məqsəd qrant iddiaçılarına müsabiqəyə təqdim olunacaq layihələrin tərtibatı üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır.
Əvvəlki müsabiqələr üzrə toplanmış təcrübə göstərir ki, bu cür seminarlarda qrant iddiaçılarının iştirakı kifayət qədər effektiv olur və layihənin tərtibatına müsbət təsir göstərir.

Seminar cədvəli:


6 Aralık 2015 Pazar

Banqladeş Mühəndislik və Texnologiya Universiteti xarici tələbələrin qəbulunu elan edir


Banqladeş Mühəndislik və Texnologiya Universiteti 2015-2016-cı tədris ili üçün müxtəlif ixtisaslar üzrə xarici tələbələrin qəbulunu elan edir.
Müraciət üçün son tarix: 31 dekabr 2015
Proqram barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:


12 Kasım 2015 Perşembe

Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur


Xidmətin predmeti: Ümumtəhsil məktəblərinin ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri üçün “Azərbaycan dili (dövlət dili kimi)”, “Riyaziyyat”, “Xarici dil”, “İnformatika”, “Həyat bilgisi”, “Texnologiya”, “Musiqi”, “Təsviri incəsənət”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Fiziki tərbiyə” fənləri üzrə dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) gürcü dilinə tərcüməsinin keyfiyyətinin ekspertizası.

Xidmətin icra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Məsafədən işləmək və sərbəst iş qrafiki mümkündür.

Xidmətin icra müddəti: dekabr 2015-ci il - dekabr 2016-cı il.

Namizədlərə verilən tələblər: Müxtəlif elm sahələri üzrə Azərbaycan-gürcü, yaxud rus-gürcü dilləri üzrə peşəkar bilik və bacarıqlara malik olmaq. Pedaqoji təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.

Müraciət forması: Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək arzusunda olan şəxslər əlavə olunmuş formatda öz tərcümeyi-halını (CV) 30 noyabr 2015-ci il tarixədək h.vusale@edu.gov.az e-poçtuna göndərə bilərlər.

Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək bu ünvandan əldə etmək olar:

AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Əlaqələndirici şəxs: Vüsalə Həsənova
Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 51-16)
E-poçt: h.vusale@edu.gov.az

Məşhur Postlar

Səhifələr

Vacib saytlar