DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Mühazirə

Mühazirə
Biliklərin müəllimdən şagirdə ötürülməsinin ənənəvi üsullarından biridir. Bir sıra dərslərdə mühazirədən o zaman istifadə olunur ki, şagirdlər lazımi informasiyanı mütəqil tapmaqda çətinlik çəkirlər.Mühazirə dərsliyin məzmununu təkrar etmək və ya yekunlaşdırmaqla kifayətlənməməli, həm də onu gücləndirməli və bir növ tamamlamalı,zənginləşdirməlidir.Yadda saxlamaq lazımdır ki, mühazirəni paylama materialı ilə əvəz etmək imkanı yarandıqda, mühazirədən imtina etmək sərfəlidir, çünki yuxarı siniflərin şagirdləri dinləmə ilə müqayisədə mütaliə vaxtı materialı daha yaxşı qavrayırlar. 
Buna görə müəllim mühazirəni elə planlaşdırmalı və oxumalıdır ki, o, şagirdlərin yaddaşında həkk edilsin. 10-15 dəqiqə sürən və fikir mübadiləsinə imkan verən qısa
mühazirələrdən istifadə etmək məqsəduyğundur.Aşağıdakı məsləhətlər mühazirəni daha yaxşı planlaşdırmağa kömək edə bilər.
 Mühazirənin məqsəd və vəzifələrini müəyyənləşdirin.
o Öyrənilən mövzu ilə tanışlıq
o Problemin təqdimatı
o Problemin nəticəsi
o Təədqiqatın məqsədlərinin izahı
oTədqiqatın və ya şagirdlərin tənqidi təfəkkürünün inkişaf etdirilməsi.
-Mühazirə bir mövzuya həsr edilməlidir.
- Mühazirənin planını tərtib edin. Mühazirə girişdən, əsas hissədən və nəticədən ibarət olmalıdır. Mühazirənin planını şagirdlərə paylayın( və ya lövhədə yazın ) : bu, materialın  qavrayışını asanlaşdırar.
- Evdə mühazirəni məşq edin. Əgər onun oxunuşu 20 dəqiqə vaxt aparıbsa, sinifdə oxunacaq mühazirə üçün 30 dəqiqə vaxt ayırın, belə ki, məşqə nisbətən “gerçək” mühazirə daha çox vaxt aparır. Mühazirə zamanı bu vaxta “sığışa” bilmədiyinizi hiss edəndə, tələsməyin, mühazirəni sonrakı dərsdə də davam etdirə bilərsiniz. Əsas odur ki, şagirdlər sizin onlara nə danışmaq istədiyinizi dərk etsinlər; yeksənəq mühazirəni əvvəlcədən axıra qədər süstlüklə dinləməkdənsə, canlı keçən yarımçıq mühazirə daha faydalıdır.
-Yaxşı mühazirə artıq şagirdlərə bəlli olan bilgilər və öyrənilən material arasında qarşılıqlı əlaqə yaradır. Buna görə mühazirəyə artıq şagirdlərin bildikləri ideya və misalları da daxil edin.
-Mühazirənin sürəti orta və “rəngarəng”olmalıdır. Bu rəngarənglik yerində edilmiş pauzalarla, ən başlıcası isə qavrayışın verbal (suallar verin) və vizual (şagirdlərin sifətlərinin ifadəsini və jestlərini müşahidə edin ) yoxlanışı ilə əldə edilir. Diqqət verin ki, şagirdlər mühazirəni başa
düşsünlər.
- Mühazirə  başlayandan on dəqiqə sonra şagirdlərin diqqəti
zəifləməyə başlayır 
Bu məqamda əvvəlcədən hazırlanmış materialları işə salmaq lazımdır ki, dinləyicilərin diqqətini mühazirəyə cəlb edəsiniz. 
Bunun üçün diapozitivlərdən, müəyyən terminlərin əks olunduğu plakatlardan və s. istifadə etmək olar.
- Şagirdlərin sual verməsi, materialı müzakirə etməsi və mənimsəməsi üçün imkan yaradan yekunlaşdırmanı və möhkəmləndirici çalışmanı əvvəlcədən planlaşdırmaq mühüm əhəmiyyət kəsb edir.


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar