DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
Elektron və online vəsaitlər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Elektron və online vəsaitlər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

21 Temmuz 2016 Perşembe

Kitab kataloqu

Salam, əziz metodiki tövsiyə izləyiciləri
Kitab kataloqu ilə tanış olmaq, müxtəlif müəlliflərə, yazarlara məxsus olan kitabları elektron formada oxumaq üçün sizə təqdim etdiyim linkdən istifadə edə bilərsiniz.
Hər birinizə xoş mütaliələr arzu edirəm.
https://yadi.sk/d/GY42ZV-VsuFVk
Kataloqun sahibi: Anonim

Kitabxana – mədəniyyətin normal fəaliyyət göstərməsinin mühüm şərti olan xüsusi sosial təsisatdır. Kitabxanalar mədəniyyətin bir qoludur və onlarsız mədəniyyəti təsəvvür etmək mümkün deyil. Kitabxanalar olmasa mədəniyyətin yaddaşı həmişəlik itiriləcəkdir.

Elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolu əvəzsizdir. Kitab xalqın mənəvi sərvətidir, onun tarixidir. Bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən, biliklərin yayılmasını həyata keçirən kitabxanalar insanların intellektual və peşə səviyyəsinin yüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rol oynayır.

Cəmiyyətdə kitabxanaların rolu və əhəmiyyəti həmişə oxuculara kitabxana xidmətinin təşkili səviyyəsi, onun keyfiyyəti və əhatə dairəsi ilə ölçülmüşdür. Oxuculara xidmət işinin məqsəd və məzmununun müəyyənləşdirilməsi, mahiyyətinin aşkara çıxarılması, ümumiləşdirilməsi dünya kitabxanaşünaslığının aktual problemlərindəndir.

Mütaliənin kütləvi xarakter alması kitabxana xidmətinin təşkili prosesinin mahiyyətini tamamilə dəyişmişdir. Mütaliə bizim beynimizin və ruhumuzun istirahəti üçün olduqca faydalı məşğuliyyətdir. Amma nədənsə buna vaxt ayırmağı çox da lazım bilmirik. Mütaliənin insana bəxş edəcəyi üstünlüklər haqqında qısaca məlumat verək.

Qayğılardan uzaqlaşmaq - Bəli, gündəlik həyatımız stress, əsəb, gərginlik və ya sadəcə məişət problemləri ilə aşıb-daşa bilər. Müasir dünyanın ən böyük problemi olan qarmaqarışıqlıq və gərginlik isə məhz mütaliə ilə dəf edilə bilər. Siz hər hansı bir kitabı oxuyaraq, həmin məzmuna yüklənir və beyninizin stressdən uzaqlaşmasına, gündəlik qayğıları unudaraq fərqli düşünməsinə şərait yaratmış olursunuz.

Düşüncədə inqilab - Sizə beyninizin hansı çərçivələrlə əhatələndiyini ən yaxşı göstərəcək vasitə məhz kitabdır. Mütaliə edərək, siz get-gedə düşüncənizdə baş verən inqilabın şahidi ola biləcək, hər şeyə fərqli və əhatəli yanaşmağı öyrənməyi bacaracaqsınız. Düşüncə qabiliyyətinizin inkişafı sizin fərdi inkişafınıza birbaşa təsir göstərəcək.

Natiqlik yolunda irəliləmək - Gözəl nitq, yaxşı danışıq qabiliyyəti hər insanı bəzəyən bir xüsusiyyətdir. Mütaliə etdiyiniz kitablar sizin nitqinizi zənginləşdirir, söz ehtiyatınızı isə birə-beş artırır. Siz danışdığınız zaman insanlar çox mütaliə etdiyinizi dərhal hiss edə bilir və bu da onlarda xoş təəssürat formalaşdırır. Axı düzgün və səlis danışan insanları kim sevmir ki?

Öz gücünə əminlik - Kitablar sizi komplekslərinizdən də uzaqlaşdırmaq gücünə malikdir. Kifayət qədər ağıllı olmadığı düşünürsünüz? Sizdən ağıllı insanlarla söhbət etməkdən, axmaq təəssüratı yaratmaqdan qorxursunuz? Əbəs yerə. Bu qorxularla yaşamaqdansa, bacardığınız qədər çox kitab oxuyun. Kitab oxumağa ürəkdən vurulun və bunu öz həyat tərzinizə çevirin. Müəyyən zamandan sonra ağıllı insanların sizinlə söhbətə can atmasının şahidi olacaqsınız.

Daha yaradıcı, daha məntiqli - Kitab sizin həm sağ, həm də sol beyin yarımkürənizə işləyir. Siz kitab oxuduqca daha kreativ düşüncəyə sahib olur, hər şeydə fərqli çalarlar, mücərrədlik görməyə meylli olursunuz. Bundan başqa çox kitab oxumaq sizin yaddaşınızın və məntiqinizin inkişafına da kömək edir. Təhlil bacarığınız inkişaf edir, hadisələri kənardan dəyərləndirmək gücünüz artır.

Hazırladı: Yasamal rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova


9 Haziran 2016 Perşembe

Müxtəlif istiqamətlərdə test tapşırıqlarının hazırlanması və onlarla şagirdlərin bilik və bacarıqlarının yoxlanılması

-DİQQƏT-
Materialın kopyalanaraq başqa yerlərdə yayımı qadağandır

Şagirdlərin biliklərinin yoxlanılması və uçotu tədris metodikasının ən mürəkkəb məsələlərinə aid olub, dəfələrlə metodik ədəbiyyatdan müzakirə edilmişdir. 
1. Biliklərin yoxlanılması prosesində  təkcə dərslərdə, dərslərə hazırlaşarkən şagirdlərin tədris fəaliyyətinə müntəzəm nəzarət funksiyaları bu zaman əldə edilmiş nəticələrin uçotu və ona qiymət verilməsi həyata keçirilmir, həm də bilik və bacarıqların daha da təkmilləşdirilməsi, onların dərk edilməsi və onların möhkəmləndirilməsi prosesi baş verir.
2. Şagirdlərin bilik və bacarıqlarının müntəzəm öyrədici yoxlanışı onların təfəkkürünün, şifahi və yazılı nitqinin və tarixi material üzrə müxtəlif bacarıq və iş vərdişlərinin daha da inkişaf etməsinə kömək edir
3. Biliklərin müntəzəm yoxlanılması və uçotu məktəblilərə böyük tərbiyəvi təsir bağışlayır, çünki bu iş onları hər gün səylə işləməyə sövq edir, onlarda əməksevərlik, inadcıllıq, iradə tərbiyə edir.
4. Şagirdlərin biliklərinin yoxlanılması prosesində müəllimdə özünü yoxlama həyata keçirilir.
Hər şeydən  əvvəl şagirdlərin təlimdə qazandıqları biliklər, bacarıqlar və şagirdlərin inkişafı yoxlanılmalıdır. Təkcə şagirdin xronoloji tarixləri yadda saxladığını yoxlamaqla kifayətlənmək olmaz, həm də yoxlamaq lazımdır ki, şagird bu tarixlərə əsasən hansı hadisənin əvvəl, hansı hadisənin sonra olduğunu və ya bu hadisələrin neçə il bundan əvvəl olduğunu təyin edə bilirmi?
 Yoxlama təkcə ev tapşırıqlarının yerinə yetirilməsini yoxlamaqdan ibarət olmayıb , həm də dərsdə şagirdlərin tədris fəaliyyətinin; onların diqqəti, fəallığı, vicdanla işləmələri, tapşırıqların yerinə yetirilməsinin düzgünlüyünün yoxlanılmasından ibarət olduqda təhsilin nəticələrinin yoxlanılmasının əhəmiyyəti qat qat artır.
 Yoxlama təkcə müəllimə deyil , şagirdlərin özlərinə də imkan verir ki, onlar təlim prosesində öz inkişaflarını, öz tədris vəzifələrinə olan münasibətlərinin düzgünlüyünü və vicdanla yanaşmalarını görsünlər və qiymətləndirsinlər.  Müəllim şagirdin irəliyı hərəkətini: cavabların əvvəlkinə nisbətən daha yaxşı qurulduğunu , xəritəni öyrənməkdə, nitqin inkişafındakı irəliləyişi təlimə əvvəlkinə nisbətən daha ciddi münasibət bəslədiyini və s gördükdə yoxlamanın əhəmiyyəti xüsusilə artır
VI-VII siniflərdə şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və uçotunun rəngarəng formalarından effektli sürətdə istifadə olunur.

Geniş cavablar üçün şagirdlərin çağırılması: Belə cavablar şagirdlərdə şifahi nitqin inkişafı üçün xüsusilə böyük rol oynayır. Dərsliyin mətni üzrə və yaxud onun illüstrasiyalarının məzmunu üzrə nağılın diqqətlə hazırlanması üçün stimul yaradır. Şagirdləri geniş cavab üçün çağırmaqdan imtina etmək səhv və zərərli olardı, Nitq bacarıqlarının hələ nisbətən zəif olduğu VI-VII siniflərdə şagirdlərin geniş sorğu -sualı çox vaxt aparır.
Movzunun daha mühüm sualları üzrə qısaca cavablardan  ötrü şagirdlərin çağırılması:
Xəritə və ya yazı lövhəsi önündə geniş cavab verməkdən başqa şagirdlər yerlərdən qısa cavab da verirlər. Yoxlamanın bu forması şagirdləri dərsin və mövzunun məzmununda başlıca cəhəti ayırmağa və cavablarını qısa ifadə etməyə öyrədir. Bu zaman  qısa müddətdə çox şagirddən dərsi soruşmaq olar. Lakin VI-VII sinif şagirdlərində qısa cavabdan ötrü çağırılmasında , biliklərin yoxlanılmasının nöqsanları vardır. 
Şagirdlərdə dərsliyin mətni ilə ətraflı iş aparılmasına diqqət zəifləyir 
Şagirdlərdə müəllimlərin tələbi azalır
Qısa cavab üçün qoyulan qiymətlər çox zaman təsadüfi xarakter daşıyır
VI-VII siniflərdə şagirdlərin biliklərinin yoxlanılmasının məzmunu və təşkilində hələ də ciddi nöqsanlar vardır.
1. Çox zaman biliklərin yoxlanılması dərsliyin mətnini və şagirdlərin eyni çətinlikdə olan cavablarını tələb edən suallarını bərpa etmək təklifi ilə məhdudlaşır.
2. Yazı lövhəsinə və xəritə önünə çağırılmış şagirdlərlə aparılan iş sinfin qalan şagirdlərinin fəal iştirakı olmadan aparılır. şagirdlər öz yoldaşlarının cavablarına düzəliş və əlavələr etmirlər. 
3. Şagirdlərin cavbalarına müəllim resenziya vermir
4. Biliklərin yoxlanılmasında  şagirdlərə differensial yanaşma gözlənilmir
5. Yoxlama çox zaman əvvəlki dərsin yalnız məzmunu üzrə aparılır və əvvəllər keçilmişlərin təkrarı ilə əlaqələndirilmir.
6. Dərsliklərin materialın müstəqil sürətdə düşünülməsi, şagirdlərin yoxlanılması və özünüyoxlaması şagirdlərin bacarıqlarının inkişafı üçün paraqraflarının tapşırıq və suallarından az istifadə edilir
7. Şagirdlərə verilən əlavə suallar çox vaxt dərsin əsas mövzusu ilə əlaqələndirilmir və yalnız xronoloji tarixlərə və tarix xəriitəsinə dair biliklərin formal yoxlanılmasına xidmət edir, halbuki, onlar materialın cari təkrarı vəzifələrinə xidmət etməlidir
8. Bəzi müəllimlər hər bir şagirddən rübdə cəmi 1-2 dəfə dərs soruşurlar
9. Bəzən müəllimlər biliklərin yoxlanılmasına dərsdə vaxtın yarısından çoxunu sərf edir. Bu yeni materialın öyrənilməsinə ciddi ziyan vurur. Yeni materialın mənimsənilməsi əsasən şagirdin ev işinə daxil edilir.
Son illərdə  iş təcrübəsində biliklərin yoxlanılmasının xeyli təkmilləşməsi müşahidə edilir. Şagirdlərin tarixi material ilə apardığı müstəqil iş, bacarıq və vərdişlərinə yiyələnməsinin yoxlanılması güclənmişdir
Biliklərin yoxlanılması zamanı sinfin bütün, şagirdlərinin fəal işə cəlb edilməsi vəzifəsi daha müvəffəqiyyətlə həll edilir ki, bu da yoxlamanın öyrədici və tərbiyəedici funksiyalarının güclənməsinə aparıb çıxarır.
Şagirdləri daha tez-tez  çağırmağa başlamışlar, onların yazılı və qrafik işlərini daha tez tez yoxlamağa başlamışlar. lakin, tarixə dair biliklərin yoxlanılmasının metodikasını daha da təkmilləşdirmək lazımdır.

8 Mayıs 2016 Pazar

TEZAURUS


Təlimin məzmunu - şəxsiyyətin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur. 

Təlim nəticəsi - müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. 

Məzmun xətti - fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmununun zəruri hissəsidir. Riyaziyyat fənn kurikulumunda 5 məzmun xətti müəyyən edilmişdir: Ədədlər və əməllər; Cəbr və funksiyalar, Həndəsə; Ölçmə; Statistika və ehtimal.

Əsas standart - fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir. 

Alt-standart - əsas standartlarda ifadə olunmuş fikrin müəyyən hissəsidir. 

Məzmun standartı - dövlətin təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. 

Qiymətləndirmə standartı - təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.

Qiymətləndirmə meyarları - şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün məzmun standartları əsasında hazırlanmış tələblər. 

Rubrik - şagirdlərin nailiyyətlərini meyarlar əsasında ölçən qiymətləndirmə şkalası. 

Təlim strategiyası - təhsil prosesində istifadə olunan forma, metod, üsul və vasitələrin məcmusudur.

Kurikulum - təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. 

Dərslik - dövlət təhsil standartları əsasında hazırlanmış kurikulumlara uyğun olan, şagirdlərdə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişlərinin aşılanmasına, demakratik dünyagörüşünün formalaşmasına imkan yaradan, onları düşünməyə sövq edən, məntiqi təfəkürü inkişaf etdirən, tətbiqi xarakter daşıyan, inteqrativ xüsusiyyətə malik əsas dərs vəsaitidir.
 Tədris vahidi - dərslikdəki mövzuların tematik qrupudur. Inteqrasiya - müəyyən təhsil sistemi çərcivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişaf və özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmağı və onları sistemləşdirməyi tələb edən didaktik prinsipdir. Dünyanın təhsil təcrübəsində şaquli və üfüqi olmaqla onun iki növündən istifadə edilir.

Milli kurikulum - ölkə miqyasında təhsilin hər bir pilləsindəki fəaliyyətlərin həyata keçirilməsinə imkan yaradan və onları istiqamətləndirən konseptual sənəddir. 

Fənn kurikulumu - fənn üzrə fəaliyyətləri istiqamətləndirən konseptual sənəddir.

Pedaqoji innovasiya - təhsil müəssisələrində, pedaqoji nəzəriyyələrdə, müəllim və şagirdlərin fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma, üsul və vasitələrində, idarəetmədə, məqsəd və nəticələrdə, ümumən, pedaqoji sistemdə baş verən yeniliklərdir. Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada davam etdirilir, həmin dövrün səciyyəvi pedaqoji hadisəsinə cevrilir. 

Nəticəyönümlülük - yeni kurikulumların hazırlanmasında nəzərə alınmış əsas prinsiplərindən biridir. Bu pirinsipin tələbinə görə müəyyən olunmuş bacarıqlardan ibarət zəruri məzmun nəticələr formasında verilir. 

Taksonomiya - yanan sözdür (taxus-qayda ilə yerləşmə+qanun deməkdir), təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə botanika və zoologiyada əmələ gəlmiş, heyvanların və bitgi orqanizmilərinin qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cu illərdə psixologiyada istifadə olunmağa başlanmışdır
.
Şəxsiyyətyönümlülük - Milli Kurikulumun hazırlanması zamanı nəzərə alınmış didaktik prinsiplərdən biridir. Onun tələbinə görə, kurikulumların tərkibində olan təlim standartları, strategiyaları və qiymətləndirmə mexanizmləri şagird şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar əsasında yaranan keyfiyyətlərin formalaşmasına yönəlir. Çox vaxt bu keyfiyyətlər kompetensiyalar (səriştələr, qabiliyyətlər), dəyərlər və ya mədəniyyətlər terminləri ilə ifadə edilir. Şəxsiyyətyönümlü təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya bacarıqlar deyil, milli səviyyədə müəyyən olunmuş ümumi nəticələrə uyğun səviyyənin (kompetensiya, keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun səviyyənin) əldə edilməsidir. 

Təhsildə qiymətləndirmə sistemi - beynəlxalq milli və məktəb səviyyələrində aparılan qiymətləndirməni əhatə edir. Orada zəruri məzmunun (qiymətləndirmə standartlarının), vasitələrin (test, sual və s.), formaların, üsulların müəyyənləşdirlməsini və onların reallaşdırılmasına aid prosedurları özündə birləşdirir.

Fəal (interaktiv) təlim - şagirdlərin idrak fəallığına əsaslanır, təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir. 

İdrak fəaliyyəti - idrak prosesində həyata keçirilən fəaliyyətdir. Psixoloqların fikrincə, idrak fəaliyyətində bilmək, anlamaq, tətbiq etmək, sintez etmək və dəyərləndirmək əsas mərhələlər hesab olunur. Müasir təhsil konsepsiyasına görə, şagirdin təlim fəaliyyətinin psixopedaqoji əsasını məhz həmin parametrlər təşkil edir. Ona görə də “hafizə məktəbi”ndən fərqli olaraq “təfəkkür məktəbi”ndə təlim stanadartları hazırlanarkən onlar əsas götürülür. 

Dəyərlər - şəxsiyyəti şərtləndirən keyfiyyətlərdir. 

Şagird nailiyyəti - bilik və bacarıqlar əsasında qazanılan dəyərdir. Resurslar - məzmun standartlarının reallaşdırılmasında istifadə olunan təlim vasitələridir.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası


Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 oktyabr tarixli Sərəncamı
ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" (bundan sonra - Strategiya) Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.
1 ci istiqamət- Məzmun
2ci istiqamət –İnsan resurlarının müasirləşdirilməsi (Təhsilverənlərin peşəkarlıq səviyyələrinin inkişaf etdirilməsi ə təhsilalanların uğur və nəaliyyətlərinin qiymətləndirilməsi)
3 cü itiqamət- İdarəetmə
4 cü istiqamət- Təhsil infrastrukturu
5 ci istiqamət- Maliyyə
Baxamayaraq ki dövlət startegiyası çox qısa müddətdir ki imzalanıb və qüvvədədir, lakin bu yolda çox işlər görülüb və görülməkdədir.Bilirik ki məktəbin səmərəliliyi və uğurlu olması üçün təhsilverənlərin peşəkarlıq səviyyələrinin inkişaf etdirilməsi çox vacibdir. Müstəqillik dövründə bütün sahələrdə olduğu kimi, təhsilində inkişafı ilə bağlı geniş islahatlar gedir. XXI əsrin tələbləri baxımından təhsildə ənənəviliyin uğurları qorunub saxlanılmaqla innovasiyalar yeni pedaqoji texnologiyaların tətbiqini zəruri etdi.Bu innovasiyaların pedoqoji fəaliyyətdə tətbiqi və bunu tətbiq etmək üçün müəllimlərin inkişaf etdirilməsi peoritet məsələlərdəndir.Bunun üçün də çox işlər görülür.Təhsil Nazirliyi tərəfindən müəllimlərin bacarıqlarını inkişaf etdirmək üçün  bir çox təlimlər təşkil etmişdir. Elə bu səbəbdən yüzlərlə yeni anlayışlar innovasiyalar kimi təhsilimizə daxil olmuşdur. Həyati bacarıqlara əsaslanan təhsil, kurikulum, elektron məktəb, İKT, distant təhsil, fəal (interaktiv), təlim, portfolio, boloniya prosesi, müəllimlərin dərslərinin kliniki müşahidəsi və s. anlayışların mahiyyətini bilmək vacibdir
Hal- hazırda müəllimlərin iknkişafı üçün yaradılmış şərait əvvki  illərlə müqaisədə həddində artıq yüksək səviyyədədir. Yəni heç bir müəllim ondan tələb olan bilik və bacarıqların qarşılığında aciz qalmamalıdır. Çünki müəllimin inkişafı üçün və təkminləşməsi üçün hər bir şərait mövcuddur.Düzdür bir çox təlimlər ödənişlidir lakin Təhsil Nazirliyini öz hesabına müəyyən müsabiqə yolu ilə təşkil etdiyi çox əhəmiyyətli təlimlər də vardır ki burada artıq müəllimin baza biliyi tələb olunur.Məm özüm bir çox belə əlmləri misal çəkə bilərəm. İngilis idli müəllimlərinin sertifikatlaşdırılması təlimi  Təhsil Nazirliyi MADAD Microsoft və Britaniya Səfirliyinin birgə layihəsi idi.Mən bu layihənin iştirakçısı oldum.Bir çox bilik və bacarıqlara yiyələndm. Müasir dövrdə müəllimin inkişaf etmək istəyi ilə dövlətin bu istəyi təmin etmə təşəbbüsləri qarşılıqılıdır.İKT – tətbiqi 21 əsir tələbidir.Bu tələbə cavab cermək hər bir müəllimin borcudur.Bu istiqamətdə də Təhsil Nazirliyi İnformasiya və Kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi üçün müəyyən təlim və proqramlar həyəta keçirir. Pedaqoji kadrların keyfiyyətcə hazırlığının yüksəldilməsi qarşıda duran başlıca vəzifələrdəndir. 30 il əvvəl pedaqoji institutu bitirən müəllimin peşəkarlığı ilə əlaqədar yeniliklərdən məlumatsızlığı onun səmərəli fəaliyyətinin səviyyəsinin aşağı salınmasına səbəb olurdu.

Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsinə gəldikdə isə bu amil də çox vacibdir.Çünki bu günün uğurlu təhsilalanı sabah dövlətəin müəyyən sahələrində xidmət göstərəcə kadırdır. Azərbaycanda elm və təhsilin maddi-texniki bazası və kadr potensialı əsasən XX əsr ərzində formalaşmışdır. 1970-1980-ci illərdə SSRİ-nin müxtəlif ali məktəblərinə gənclərin kütləvi şəkildə göndərilməsi yüksək ixtisaslı mütəxəssislərlə təminat baxımından respublikanın qabaqcıl mövqelərə çıxmasına imkan vermişdir. Bununla belə 1990-cı illərdən sonra müəyyən obyektiv və subyektiv amillər nəticəsində bir sıra sahələrdə çalışanların dünyada baş verən müasir proseslərlə ayaqlaşa bilməməsi reallığa çevrilmişdir. Son vaxtlar Azərbaycanın iqtisadiyyatı kimi Azərbaycan elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunmuşdur. Elm və təhsil sahələrində alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almışdır. Bu proseslərin dövlət sazişləri çərçivəsində yalnız bir qismi tənzimlənir. Lakin müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanmışdır. Həmin sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda (bundan sonra Dövlət Proqramı) istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulur

25 Nisan 2016 Pazartesi

20 Nisan 2016 Çarşamba

Azərbaycan tarixi V-IX siniflər üzrə inteqrasiya cədvəli

Azərbaycan tarixi fənni üzrə 5-ci - 9-cu siniflər üçün inteqrasiya cədvəli, fənn müəllimlərinin inteqrasiyanın tətbiqi prosesində işini asanlaşdıracaq bir cədvəldir. Bu cədvəldə hansı siniflərə dövlət tərəfindən inteqrasiya etmək imkanı verilibsə, müəllimlər inteqrasiya verilən fənlərə müvafiq olaraq seçim edə bilərlər. Qısa olaraq cədvəl haqqında təlimatı qeyd edirəm.
Cədvəldə soldan sağa doğru siniflər və sol tərəfdə standartlar verilmişdir. Sinflərin aşağı hissəsində məzmun xətləri verilmişdir. Məzmun xətləri və standartlara müvafiq olaraq, hansı sinifdə dərs deyirsinizsə, inteqrasiyanı həmin sinif üzrə müəyyən edə bilərsiniz. Cədvəldə bəzən bir standartın aşağısında  çox sayda fənnə inteqrasiya verilmişdir. Bu o demək deyil ki, siz bütün orda qeyd edilmiş fənlərə inteqrasiya edəsiniz. Verilmiş fənlərdən, standarta, mövzuya əsasən sizin dərsinizə xidmət edənini seçib tətbiq edəcəksiniz. 
Əlavə suallarınız yaranarsa rəy bölməsində yaza bilərsiniz
№
     V sinif
    VI sinif
     VII sinif
      VIII sinif
      IX sinif
1.
Tarixi zaman
Tarixi zaman
Tarixi zaman
Tarixi zaman
Tarixi zaman
1.1.
Xronologiya ilə bağlı əsas anlayışları fərqləndirir.


Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1
Tarixi zaman anlayışları arasındakı əlaqələri müəyyənləşdirir




Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyənləşdirir.
Ü/tar.  1.1.3.

Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müqayisə edir.
Ü/tar.  1.1.2.

Azərbaycan və dünya ölkələrində baş vermiş mühüm hadisə, proses və təzahürlərin sinxronluğunu izah edir.
Ü/tar.  1.1.2.
Ri .2.3.1.
Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.
Ü/tar.  1.1.3
Ri 4.1.1...
1.1.2
Sadə xronoloji məsələləri həll edir.





Mühüm hadisə, proses və təzahürləri zaman oxunda təsvir edir.


Ü/tar.   1.1.1.
Tarixi zaman və hadisələr arasında əlaqələrə dair müxtəlif sxem və cədvəllər tərtib edir.
Ü/tar. 1.1.3..
Hadisə və proseslərin zamana görə əlqələndirilməsinə dair tematik-sinxron cədvəllər hazırlayır.
Ü/tar.   1.1.3.
Ri. 5.1.3.
Mühüm hadisə, proses və təzahürlərə dair  xronoloji cədvəllər hazırlayır.
Ü/tar 1.1.3
Ri4.1.1.
1.2.
Tarixi mənbələri tanıdığını nümayiş etdirir.

Mənbələr üzərində  tədqiqat bacarıqları nümayiş etdirir.
Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1.
Maddi və yazılı mənbələri fərqləndirir.

Ə. 1.1.4.
Ri.5.1.1.
Dövrün öyrənilməsində maddi və yazılı mənbələrin rolunu izah edir.
Ü/tar.  3.1.2
Dövrə aid yazılı və maddi mənbələri əlaqələndirir.

Ə.  1.3.2.
Ü/tar. 2.1.2.;
Dövrə aid hadisə, proses və təzahürləri  verilmiş yazılı mənbələrlə əlaqələndirir.
Ə.  1.3.2;UIT.2.1.2.
Eyni  hadisəyə aid  yazılı  mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.
Ü/T.  1.1.2
Ri. 5.1.1.
1.2.2
İllüstrasiya, şəkil və sənədli mate­riallardan istifadə edərək tarixi tədqiqat aparır.
A.d.  3.1.2.
Ə.     1.1.4.
Ri. 5.2.2.
İllüstrasiya və yaxud muzey eksponatları əsasında sadə tədqiqatlar aparır.
Ə.      1.1.4
İn.    2.1.2..
A.d.  3.1.2
Ri.5.1.2.
Öyrəndiyi dövrə aid yazılı mənbələr üzərində işləyir.
Ə. 1.1.4
A.d.  3.1.2.
İn.1.2.3.
.
Öyrəndiyi dövrə aid yazılı mənbə­ləri təhlil edir, nəticələrini təqdim edir.
Ə. 1.1.4
A.d.  3.1.3
İn.3 2.2.
Ri. 5.2.1..
Müxtəlif mənbə­lər əsasında təq­dimatlar hazır­layır.
Ə.    1.1.4
İn.   3.3.2
A.d.  1.2.4
Ri.5.1.2..
1.3.
İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1.
İnsanların həyat tərzindəki dəyişiklikləri öz ailəsi nümunəsində təsvir edir.
A.d. 1.2.4
İnsanların birgə yaşayışının müxtəlif formalarını fərqləndirir.
A.d.   1.2.4
Ü/t.    2.1.1
Ri.5\1\3\
Azərbaycan əra­zisində yaşamış insanların həyat tərzi və məşğu­liyyətində baş vermiş dəyişik­likləri müəyyən­ləşdirir.
A.d.  2.2.3
Ü/t.  2.1.1
Ri. 55.1.3.
Azərbaycan əra­zisində yaşamış insanların  həyat tərzi və məşğu­liyyətlərin­də baş vermiş dəyişik­likləri izləyir və onların səbəb­lərini izah edir.
Ü/t.    2.1.1
A.d.    2.2.3
Azərbaycan əra­zisində yaşamış  insanların  həyat  tərzindəki  dəyi­şiklikləri dövrün xüsusiyyətləri  ilə əlaqələndirir.
A.d.   2.2.3
Ü/t.  2.1.1


2.                  Tarixi məkan
№
     V sinif
    VI sinif
     VII sinif
      VIII sinif
      IX sinif
2.
Tarixi məkan
Tarixi məkan
Tarixi məkan
Tarixi məkan
Tarixi məkan
2.1.
Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1.
İnsan və cəmiyyətin həyatı üçün əlverişli təbii amilləri təsvir edir.

H.b.  1.2.1.
Qədim insanların həyat tərzini və məşğuliyyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir.
Ü/t.   2.1.2
Coğ.   3.2.3
H.b.  1.2.1;Ri.2.2.2.

Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri  ilə müxtəlif təsərrüfat sahələri və istehsal müna­sibətlərinin inki­şafı arasında əla­qələri izah edir.
Ü/t.   2.1.1.
Coğ.   3.2.3
H.b.    1.2.1.
K.      4.2.1
F. 2.2.1..
Azərbaycanın coğrafi mövqeyi və təbii amillərini   təsərrüfatın, icti­mai münasibətlə­rin inkişafı və ölkənin  siyasi vəziyyəti ilə əlaqəlndirir.
Ü/t.   2.1.1.
Coğ.   3.2.3
K.    4.2.1.
H.b.   1.2.1
F.2.2.1
Azərbaycanın  coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif  tə­sərrüfat sahələri və istehsal müna­sibətlərinin inki­şafı arasında əla­qələri dəyərlən­dirir.
K. 4.2.1.
Ü/t- 2.1.1
Coğ. 3.2.3
H.b. 1.2.1
F.2.2.1.
2.1.2.
Xəritələrdə Azər­baycan ərazisini və mühüm tarixi abidələri müəy­yənləşdirir
Xəritələrdə Azər­baycan ərazisində ilk insan məskən­lərini, dövlət qu­rumları və qədim dövlətləri müəyyən­ləşdirir.
Ü/t.    2.1.2
Coğ.    3.1.2.
İn.3.1.3.
Dövrə aid xəritə və xəritə- sxemlər­dəki müxtəlif ta­rixi hadisə, proses və təzahürlərə dair məlumatları izah edir.
Ü/t.    2.1.2
Coğ.  3.1.2.
Ri 5.1.3.
Xəritələrdəki məlumatlara əsasən sxem və cədvəllər  tərtib edir.

Ü/t.   2.1.2
Coğ.   3.2.4
Ri5.1.2.

Mühum  tarixi  hadisə  və  prosesləri  kontur xəritələrdə təsvir edir.

Ü/t.  2.1.2

3.                  Dövlət
№
     V sinif
    VI sinif
     VII sinif
      VIII sinif
      IX sinif
3.
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
3.1.
Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1.

Azərbaycan dövlətləri haqqında sadə biliklər nümayiş etdirir.


Ə.   1.1.2.
H.b.   2.1.2.


Azərbaycanda dövlət qurumları və qədim dövlət­lərin yaranmasını, idarə olunmasını,  sosial-iqtisadi münasibətləri təsvir edir.
Ü/T.   3.1.1.
Coğ.   3.2.1
H.b.   2.1.2.
Ri5.1.2.

Azərbaycan feodal dövlətlərinin inki­şafı, müstəqilliyini itirməsi və siyasi müstəqilliyinin bərpası səbəblərini şərh edir.
Ü/T.    3.1.1.
Coğ.    3.2.1
H.b.    2.1.2.

Mərkəzləşmiş dövlətin yaran­ması və tənəzzülü, Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübari­zənin xüsusiyyət­lərini şərh edir.
Ü/T.    3.1.1.
Coğ.    3.2.1
H.b.    2.1.2.

Müstəmləkə  rejimi, müstəqillik  şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən də­yişiklikləri  təhlil  edir.
Ü/T.   3.1.1.
Coğ.   3.2.1
H.b.   2.1.2.
3.1.2.
Xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir.
Az. 2.2.3
H.b. 2.1.2.
Qədim dövlətlərin daxili və xarici siyasətini izah edir.
Ü/t.  3.1.1
A.d.  2.2.3
H.b. 2.1.2.
Azərbaycanda dövlətçilik ənənələrinin inkişafı xüsusiyyətlərini dəyərləndirir.
Ü/t. 3.1.1
A.d. 2.2.3
H.b. 2.1.2.
Dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini dəyərləndirir.

A.d.   2.2.3
H.b.   2.1.2.
Xarici dövlət­lərin strateji maraqları ilə bağlı Azərbay­canın mövqeyini  dəyərləndirir.
Ü/t.    3.1.1
A.d.    1.1.1
H.b.    2.1.2.

3.1.3.
Kiçik həcmli tarixi hekayə qurur.

A.d.   3.1.4
Ə.     3.1.3.
İn.3.2.3.
Qədim Azərbay­can dövlətləri haqqında mənbə­lər əsasında mə­lumatlar toplayır, təqdim edir.
Ü/t.   3.1.2
A.d.   2.2.3
Feodal dövlətləri ilə bağlı cədvəllər
hazırlayır.

Ü/t.   3.1.2
İn.2.1.3.

Dövrlə bağlı mənbələrdən əldə etdiyi məlumatlar əsasında sxem və cədvəllər qurur.

Ü/t.  3.1.3.
Ri.5.1.1.

Azərbaycan  dövlətləri  ilə  bağlı  müxtəlif  mənbələrdən  topladığı materialları təqdim edir.
Ü/t.   3.1.2
A.d.   1.2.4.
Ri.5.1.3.
4.                  Şəxsiyyət
№
     V sinif
    VI sinif
     VII sinif
      VIII sinif
      IX sinif
4.
Şəxsiyyət
Şəxsiyyət
Şəxsiyyət
Şəxsiyyət
Şəxsiyyət
4.1.
Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1.
Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri (İranzu, Cavanşir, Şəmsəddin Eldəniz, Uzun Həsən, Sara xatn, Şah I İsmayıl, Cavad xan, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev və b.) müəyyən edir.
A.d.    1.2.4.
Dövlətlərin yaranmasında, inkişafında tarixi şəxsiyyətlərin (İranzu, Tomris, Atropat, Oroys və b.) rolunu dəyərləndirir.




Ü/t.     4.1.1.
A.d .    1.2.2
Tarixi şəxsiyyətləri (Cavanşir, Babək, Yusif Əbu Sac, Şəmsəddin Eldəniz, I İbrahim Xəlilullah, Qara Yusif, Uzun Həsən və b.) oxşar və fərqli cəhətlərinə görə təhlil edir.

Ü/t.      4.1.1.
A.d.      1.2.2
Azərbaycan  dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin (Şah I İsmayıl, Şah I Təhmasib, Şah I Abbas, Nadir şah, Qubalı Fətəli xan, Hacı Çələbi və b.) fəaliyyətini dəyərləndirir.

U/t.   4.1.1.
A.d .   1.2.4
Dövlətçiliyin  möhkəmləndirilməsin- də  və inkişafında tarixi şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev və b.) rolunu dəyərləndirir.
Ü/t-4.1.1.
A/D-1.2.4
4.1.2.
Mənbələrə əsasən şəxsiyyətlər haq­qında təqdimatlar hazırlayır.

İn.      4.1.1.
A.d.   1.2.4
Tarixi şəxsiyyət­lər haqqında kiçik hekayə qurur.
Ü/t.     4.1.2
A.d.      3.1.2
İn.        3.2.2
Əd.      3.1.3
Tarixi şəxsiyyət­lərin oxşar və fərqli cəhətləri ilə bağlı sxem və cədvəllər hazırla­yır.
Ü/t.      4.1.2
İn.         2.1.3
K.         4.3.1.
A.d.      3.1.2
Tarixi şəxsiy­yətlər haqqında müqayisəli sxem və cədvəllər hazırlayır.
Ü/t.      4.1.2
İn.         3.3.2
A.d.      1.2.4
K.         4.3.1

Azərbaycanın  görkəmli  tarixi  şəxsiyyətlərinə dair materiallar  toplayır, təqdim edir.
Ü/t.            4.1.2
İn.               3.3.2
A.d.            1.2.4
K.               4.3.1.


5. Mədəniyyət

№
     V sinif
    VI sinif
     VII sinif
      VIII sinif
      IX sinif
5.
Mədəniyyət
Mədəniyyət
Mədəniyyət
Mədəniyyət
Mədəniyyət
5.1.
Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.

Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.

5.1.1.
Mədəniyyət abi­dələrinin əhəmiy­yətini izah edir.

A.d.    1.2.2.
Sivilizasiyayaqə -dərki və siviliza­siya dövrünün mədəniyyətlərini izah edir.
Ü/t.   5.1.1
A.d.    1.2.2
Mədəniyyətin inkişaf mərhələlə­rini dəyərləndirir.

Ü/t.       5.1.1
F.           3.2.2
K.          4.3.1
Yeni ictimai-iqti­sadi münasibətlə­rin mədəniyyətə təsirini dəyərləndirir.
Ü/t.      5.1.2
K.         4.3.1
A.d.       1.2.4
Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamət­lərini şərh edir.
Ü/t.        5.1.1
A.d.       3.1.2
5.1.2.
Milli-mənəvi dəyərləri fərqləndirir
A.d.1.2.1
H.b. 3.1.1. 3.3.1.
Azərbaycan mə­dəniyyətinin müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrini izah edir.
Ad. 1.2.1
Ü/t. 5.1.2
F. 3.2.2
B.1.1.1
F.3.2.2.

Milli-mədəni dəyər­lərin formalaşma­sına dinlərin təsirini  dəyərləndirir.
B. 1.1.1
A.d. 2.2.3
H.b. 3.3.1.
Azərbaycan mə­dəniyyətinin inki­şafına təsir edən amilləri şərh edir.
Ü/t. 5.1.2
F. 3.2.2
A.d. 2.2.2
B.   4.2.1, 4.2.2
H.b. 3.3.1
F 3.2.2.
Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dün­ya sivilizasiyası və mədəniyyət­lərinin xarakterik əlamətləri ilə müqayisə edir.
Ü/t.      5.1.2.
F.          3.2.2
A.d.       2.2.2
B.          1.1.1
5.1.3..
Azərbaycan mədəniyyəti ilə bağlı sadə təqdimatlar hazırlayır.

A.d.      3.1.2
Ə.        3.1.2
İn .4.1.2.
Mus.1.1.1.
T\i. 1.3.1.

Mədəni əlaqələrə dair cədvəllər tərtib edir

Ü/t.       5.1.3
B.         1.1.1.
İn.        3.2.2.
Ə.        3.1.2.
Mədəniyyətin inkişaf mərhələlərini əks etdirən təqdimatlar hazırlayır.

Ü/t.         5.1.3.
B.            1.1.1.
İn.           3.2.2.
Ə.            3.1.2.
A.d.        2.2.2, 3.1.

Azərbaycanın mədəni nailiyyətlərini əks etdirən cədvəllər hazırlayır.

Ü/t. 5.1.3.
B. 1.1.1.
İn. 3.2.2.
Ə. 3.1.2.
K. 4.1.1.

Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırmalar aparır, nəticələrini təqdim edir.
Ü/t. 5.1.3.
B. 1.1.1.
Ə. 3.1.2.
K. 4.1.3.
Ə. 3.1.2.
In. 3.3.3.
Mus.1.1.1.
T\i.1.3.1.\



Məşhur Postlar

Səhifələr

Vacib saytlar