İstiqamətləndirilmiş mühazirə
Dərsin əvvəlində müəllim
mövzunu elan edir. Məsələn mövzu “Avstraliyanın kəşfi” adlanır. Sonra müəllim
sinfi qruplara ayırır. Şagirdlərə təklif edir ki, mövzu üzrə bildiklərini yada salsınlar.
Və siyahı hazırlasınlar. Bunun üçün ağ vərəqdə cədvəl çəkilir, vərəqin bir tərəfində
“Avropa Avstraliyaya nə verib?”, digər bir tərəfində “Avstraliya Avropaya nə
verib?” suallarını yazmaq lazımdır. Verilən vaxt ərzində qruplar bu suallarla əlaqədar
fikir mübadiləsi edir və öz vərəqlərində qeydiyyat aparırlar.
Qruplarda iş bitdikdən sonra
müəllim bütün siniflə müzakirə aparır, şagirdərin fikirlərini ümumiləşdirir və
lövhədəki cədvəldə qeyd edir. Şagirdlərə bildirir ki, mühazirənin məzmunu ilə
siyahını müzakirə edəcəklər, diqqətli oxusunlar.
Müəllim mətnin 1-ci hissəsini
10-15 dəqiqə ərzində mühazirə edir. (mühazirə 15 dəqiqədən çox olduqda şagirdlərin
fikri yayınır və müəllimi dinləmirlər) Mühazirənin 1-ci hissəsi bitdikdən sonra
müəllim şagirdlərdən xahiş edir ki, mövzu haqqında öz fikirlərini indicə mühazirədə
eşitdikləri informasiya ilə müqayiseə edib, qeydlərində düzəliş etsinlər və
lövhədəki cədvəldə qruplar qedy edir, fikirlərini söyləyirlər. Yazdıqlarından
hansı düz çıxdı?Hansı səhvdir? Müəllim şagirdlərə çatdırmalıdır ki, mühazirənin
2-ci hissəsində onları maraqlandıran, lakin 1-ci hissədə cavab tapmadıqları
suallara rast gələcəklər. Müəllim mühazirənin 2-ci hissənini oxuyur. Mühazirə
bitdikdən sonra o şagirdlərə müraciət edir ki, yeni öyrəndiklərinizi cədvəldə qeyd
edin. Dərsin sonunda şagirdlərə 5 dəqiqəlik esse(sərbəst yazl) yazmaq
tapşırılır. Yəni şagirdlər Avropaya Avstraliyanın təsiri haqqında öz fikirlərini
qısa şəkildə vərəqə qeyd edirlər. əgər vaxt varsa, sinifdə yazarlar, vaxt
yoxdursa, evdə yazıb gətirərlər. Müəllim yazıları yığır və onlarla tanış olur.
Müəllim mütləq bu esselər haqqında öz fikirlərini bildirməlidir.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.