İki hissəli gündəlik strategiyası
Sinifdəki şagirdləri cütlərə
ayırırıq. Hər bir şagirdə tapşırırıq ki, “Vətən həsrəti nədir?” mövzusuna aid
fikirlərini qısa şəkildə qeyd etsinlər. Hər iki yoldaş yazıb qurtardıqdan sonra
fikirlərini bir birilə bölüşürlər. Bütün siniflə müzakirə aparmaq üçün bir
şagirdi qaldırır., öz fikirlərini soruşuruq və digər şagirdlər də deyilənlərə əlavə
edə bilərlər. Sonra şaagirdlərə Almaz İldırımın “Əziz Azərbaycanım” şeirini oxumağı
tapşırırıq, şeiri oxuduqca onlar iki hissəli gündəliyə uyğun qeydlər etməlidirlər.
Iki hissəli gündəlik tərtib
etmək üçün şagirdlər ağ vərəqi şaquli xətlə 2 yerə ayırırlar. Vərəqin sol tərəfində
onlar mətndən yadda qalan, onlara çox təsir etmiş, nəyi isə xatırladan
sitatları qeyd edirlər. Vərəqin sağ tərəfində isə onlar fikirlərini şərh edirlər:
Niyə bu sitatı yazıblar?, Sitar onlarda hansı fikirləri oyadıb?, Bununla bağlı
hansı suallar meydana çıxmışdır?
Şeirdən götürülən sitat
|
Verilən şərhlər. Nəyə görə bu sitatı yazıb?
|
1.
2.
3.
4.
5.
|
1.
2.
3.
4.
5.
|
Şagirdlər şeiri oxuyub 2
hissəli gündəlikdə qeyd edirlər. Sonra müzakirəni bütün siniflər aparmaq
lazımdır. Cütlərdən biri qaldırılır, yazdıqlarını söyləyirlər, digərləri isə öz
fikirlərini əalvə edirlər. Müzakirə qurtardıqdan sonra, müəllim şagirdlərdən
xahiş edir ki, 10 dəqiqə ərzində “Vətən” mövzusuna aid düşüncələrini yazsınlar.
(Bu metod 10 dəqiqəlik ESSE adlanır)
Bu dərs zamanı müəllim
proqramda verilmiş şeiri sadəcə olaraq əzbər söyləmir, şagirdlərdən də həmin
anda şeiri evdə əzbərləməyi tələb etmir. Şagirdlərdə əsər üzərində apardıqları
tədqiqat işi vasitəsi ilə maraq yaradır və sonra əzbərləməyi tapşırır.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.