DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

2 Aralık 2015 Çarşamba

Kooperativ İş üsulları

Sinifdə istifadə olunan Kooperativ Tədris üsulları
PAZL (JİGSAW)
PAZL (JİGSAW)- 5 nəfərlik qrupda formalaşır. Hər qrup üzvünə dərsin bir hissəsini öyrənmək və sonra qrup üzvlərinə həmin hissəni tədris etmək tapşırılır. Eyni hissə üzərində işləyən şagirdlər bir yerdə yığılır və ən vacib hissələri müəyyənləşdirir və tapşırığı hansı üsullarla digər qrup üzvlərinə çatdırılmasını müzakirə edirlər. Bu ekspert qruplar ilkin qruplarına qayıdır və öz kiçik qruplarında öyrəndiklərini bölüşürlər. Test və tapşırıqlar bundan sonra keçirilir.


DÜŞÜN-CÜTLƏŞ-BÖLÜŞ (THİNK_PAİR_SHARE)
DÜŞÜN-CÜTLƏŞ-BÖLÜŞ (THİNK_PAİR_SHARE)- 3 addımdan ibarət bir kooperativ üsuldur. Birinci mərhələdə şagirdlər müəllim verən sual ətrafında fərdi olaraq fikirləşirlər. Ikinci mərhələdə şagirdlər cütlüklərdə öz fikirləri ilə bölüşürlər. Üçüncü mərhələdə, cütlüklər digər cütlüklərlə, digər komandalarla və ya bütöv siniflə bölüşürlər.

Üç mərhələli müsahibə (Three-Step İnterview)
(Kagan) – Komandanın hər üzvü cütlükləri seçir. Birinci mərhələdə şagirdlər cütlüklərlə mövzu ətrafında müsahibə ( aydınlaşdırıcı suallar vasitəsilə) aparırlar. İkinci mərhələdə cütlüklər rollarını dəyişirlər. Sonuncu mərhələdə cütlüklər cavablarını bütöv komanda ilə bölüşürlər

Raund Oyunu (RoundRobin Brainstorming) (Kagan)

Raund Oyunu (RoundRobin Brainstorming) (Kagan)- Sinif kiçik qruplara bölünür (4-6 nəfər), 1 nəfər qeydləri aparmaq üçün təyin olunur. Sual və ona bir neçə cavab verilir və şagirdlərə  həmin cavablar ətrafında düşünmək üçün vaxt ayrılır. Növbəti mərhələdə, komandanın üzvləri növbə ilə cavabları bölüşürlər. Qeyd aparan şəxs qrup üzvlərinin cavablarını yazır. Qeyd aparanın yanında olan şagird ilk başlayır və hər kəs ayrılmış vaxt çərçivəsində sualın cavabını verir.

Üç dəqiqəlik yoxlama ( Three-minute review)

Üç dəqiqəlik yoxlama ( Three-minute review)- Müəllim mövzunu, müzakirəni istədiyi anda dayandırır və komandaların söylədikləri ətrafında düşünməsinə 3 dəqiqə vaxt ayırır, dəqiqləşdirici suallar verir və cavablar alır.




Nömrələnmiş Başlar ( Numbered Heads Together) (Kagan)
Nömrələnmiş Başlar ( Numbered Heads Together) (Kagan)- 4 nəfərlik komanda formalaşır. Hər komanda üzvünə nömrələr paylanır (1,2,3,4,5) Qrupa suallar verilir. Qruplar suallar cavablandırmaq üçün birgə işləyir və hər kəs şifahi olaraq suala cavab verə bilər. Müəllim nömrənin birini səsləndirir və hər qrupun həmin nömrəsində olan şagird suala cavab verir.

Xor! Duet! Solo! (Team Pair Solo) (kagan)
Xor! Duet! Solo! (Team Pair Solo) – Şagirdlər əvvəl komanda, sonra cütlüklərdə və sonda fərdi olaraq məsələni həll edir (və ya sual ətrafında müzakirə edirlər). Bu üsul vasitəçilik əsasında qurulur: bir-birinin köməyi ilə şagirdlər mövzunu (tapşırığı, məsələni) daha yaxşı mənimsəyir. Bu üsul əvvəl tapşırığı həll edə bilməyən və komanda vasitəsilə problemin həllini dərk edən şagirdləri daha da həvəsləndirir.

Müdrikləri çevrəyə Al! ( Circle the Sage)

Əvvəlcə müəllim hər hansı bir mövzu haqqında xüsusi biliklərə malik olan şagirdləri müəyyənləşdirmək üçün sinifdə sorğu aparır. Məs.., riyaziyyatdan çətin ev tapşırığını həll edən şagird və s). Müəllim əl qaldıran şagirdləri (müdrikləri) sinfin müxtəlif yerlərinə yönəldir. Sonra müəllim digər şagirdləri həmin müdriklərin ətrafında toplaşmağa çağırır. Kiçik qrupun üzvləri müxtəlif müdriklərin ətrafında toplaşmalıdırlar. Müdriklər bildiklərini izah edir, digərləri isə dinləyir, sual verir, qeydlər aparır. Sonra hər kəs öz qrupuna qayıdır və növbə ilə öyrəndiklərini qrupda izah edir. Qrup üzvləri müxtəlif müdriklərin ətrafına toplaşdığına görə, qeydlərini müqayisə edir. əgər mübahisə, fikir müxtəlifliyi yaranırsa, onlar bir komanda olaraq ayağa qalxır. Fikirlər səslənir və həll olunur.

Tərəfdaşlar (Partners) (Kagan)

Tərəfdaşlar (Partners)- Sinif 4 nəfərdən ibarət komandalara bölünür. Cütlüklər sinfin bir tərəfinə toplaşır. Hər komandanın yarısına tapşırıq verilir və onlar öyrəndiklərini komandanın digər üzvlərinə ötürürlər. Eyni material ətrafında çalışan digər cütlüklərdən məsləhət ala bilərlər. Sonra komandalarbir yerə yığılır və hər cütlük öz hissəsini bölüşür. Cütlüklər komanda üzvlərinə qısa testlər də verə bilər. Komandalar nə dərcədə öyrəndiklərini və tədris etdiklərini , eləcə də bu öyrənmə üsulunun təkmilləşdirilməsi yollarını nəzərdən keçirir.


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar