DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
Doktorontura etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Doktorontura etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

5 Ocak 2016 Salı

Dissertasiyalara dair tələblər

1. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş doktorluq dissertasiyası iddiaçının müstəqil elmi işi olaraq aşağıdakı tələblərdən birinə cavab verməlidir:

1.1. İddiaçının apardığı elmi tədqiqatlar və araşdırmalar mühüm sosial-mədəni və ya iqtisadi əhəmiyyət kəsb edən yeni və böyük elmi problemin həllini təmin edir;

1.2. Dissertasiya işində müvafiq elmi sahənin perspektiv inkişafı üçün böyük nailiyyət hesab edilə bilən yeni nəzəri müddəalar işlənib hazırlanır;

1.3. Elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, elmi cəhətdən əsaslandırılmış iqtisadi, texniki və texnoloji işləmələr həll olunur;

1.4. İddiaçı fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsinə çıxardığı elmi müddəaları və nəticələri doktorluq dissertasiyasının müdafiəsinə çıxara bilməz;

2.   Fəlsəfə doktorluğu alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq aşağıdakı tələblərdən birinə cavab verməlidir:

2.1. dissertasiyada müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb edən hər hansı məsələnin yeni həlli təklif olunur;


2.2. böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilir.


3.  Fəlsəfə doktorluğu alimlik dərəcəsinin iddiaçıları Komissiya tərəfindən müəyyən edilmiş qaydada ixtisas fənnindən (dissertasiya iki ixtisas üzrə hazırlandığı hallarda həmin ixtisas fənlərinin hər birindən) namizədlik imtahanları verməlidirlər.


 Fəlsəfə doktoru və ya elmlər doktoru alimlik dərəcəsi iddiaçılarının hazırladıqları dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda, onlar həmin elm sahəsinin ümumelmi əsaslarından əlavə namizədlik imtahanı verməlidirlər. Tibb və baytarlıq elmləri üzrə yalnız bu sahələrdə ali təhsili olan şəxslər namizədlik və doktorluq dissertasiyası müdafiə edə bilərlər. Pedaqoji elmlər namizədi alimlik dərəcəsi iddiaçılarının ali məktəbdə aldığı ixtisas üzrə təhsil sahəsində pedaqoji stajı iki ildən az olmamalıdır. Doktorluq imtahanları verildiyi tarixdən altı il ərzində etibarlı sayılır. İxtisas fənni üzrə doktorluq imtahanı dissertasiyanın müdafiəsi keçiriləcəyi təşkilatda verilir. Doktorluq imtahanlarının keçirilməsi ilə bağlı xərcləri nəzdində imtahan komissiya yaradılan müəssisə (birlik, təşkilat) ödəyir. Doktorluq imtahanlarının proqramı və imtahanların aparılma qaydası Komissiya tərəfindən təsdiq edilir. Dissertasiyanın müdafiəsi üçün birdəfəlik dissertasiya şurasının yaradılması nəzərdə tutulduğu hallarda ixtisas imtahanının veriləcəyi təşkilatı komissiya müəyyən edir.


4. Alimlik dərəcəsinin iddiaçıları dissertasiyanı xüsusi hazırlanmış əlyazması şəkilində təqdim edirlər.


5. Dissertasiya müəllifin təkbaşına yazdığı və açıq müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən elmi işdir. Dissertasiya daxili vəhdətə malik olmalı, müəllifin elmə şəxsən verdiyi töhfəni əks etdirməlidir.


Müəllif tərəfindən təklif olunmuş yeni nəticələr ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir. Tətbiqi əhəmiyyətə malik dissertasiyada müəllif tərəfindən alınmış elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyətə mailik olan dissertasiyalarda isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr verilməlidir.


Dissertasiya Komissiya tərəfindən müəyyən edilmiş qaydalara uyğun tərtib edilir.


6. Dissertasiyaların mövzuları, bir qayda olaraq, müvafiq elm sahələri üzrə kadr hazırlamaq səlahiyyətinə malik (aspiranturası və doktoranturası olan) elmi müəssisələrin və ali məktəblərin əsas elmi tədqiqat işlərinin istiqamətlərinə, habelə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının müəyyən etdiyi istiqamətlərə uyğun olmalı, həmin müəssisələrin və ali məktəblərin fakültələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda təsdiq olunmalıdır.


Mövzuların təsdiqi ilə eyni zamanda iddiaçının elmi rəhbəri (namizədlik dissertasiyası üzrə) və ya elmi məsləhətçinin təyin olunması barədə istəyinə uyğun olaraq elmi məsləhətçisi (doktorluq dissertasiyası üzrə) təyin olunur.


Dissertasiya üzrə tədqiqat işlərinin iki müxtəlif təşkilatda və ya iki ixtisas üzrə aparılması planlaşdırıldıqda, elmlər doktoru, yaxud elmlər namizədi alimlik dərəcəsinə malik iki rəhbər təyin edilə bilər.


7. Dissertasiyaların əsas elmi nəticələri onun ilkin ekspertizasına qədər Azərbaycan Respublikasının elmi nəşrlərində və xarici ölkələrin nüfuzlu (beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı olaraq qəbul olunmuş elmi-praktiki) elmi nəşrlərində dərc olunmalıdır.


Azərbaycan Respublikasının müvafiq elmi nəşrlərinin siyahısı Komissiya tərəfindən müəyyən edilir.


Xarici ölkələrin nüfuzlu elmi nəşrlərində xarici dildə dərc edilmiş dissertasiyanın əsas elmi nəticələrinin Azərbaycan dilində qısa xülasəsi Komissiyaya təqdim edilməlidir.


Dissertasiyaların elmi nəticələrinin elmi nəşrlərdə dərc olunması ilə bağlı tələblər Komissiya tərəfindən müəyyən edilir.


8. İddiaçıların fəlsəfə doktorluğu dissertasiyalarının nəticələrinə dair ən azı beş, o cümlədən xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda bir, doktorluq dissertasiyalarının nəticələrinə dair isə ən azı iyirmi, o cümlədən xarici ölkələrdə nəşr olunana nüfuzlu jurnallarda humanitar və ictimai elmlər üzrə üç, təbiət elmləri üzrə isə altı məqaləsi dərc edilməlidir. Doktorluq dissertasiyalarının müdafiəsi üçün iddiaçıların ümumiləşdirici işlərinin, humanitar və ictimai elmlər üzrə isə monoqrafiyanın olması zəruridir.


Dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərə, əlavə olaraq ixtiralar haqqında müəlliflik şəhadətnamələri, sənaye nümunələri və patentlər, ümumrespublika və beynəlxalq konfrans və simpoziumların nəticələri üzrə dərc olunmuş məruzə və tezislər, elektron elmi nəşrlər də aiddir.


Ümumrespublika konfrans və simpoziumlarının nəticələri üzrə dərc olunmuş məruzə və tezislərə, habelə elektron nəşrlərə dair tələblər Komissiya tərəfindən müəyyən edilir.


9. Dissertasiyanın yazılışı zamanı iddiaçı iqtibas etdiyi materialların mənbələrinə və müəlliflərinə istinad etməlidir.


Kollektiv müəlliflərə mənsub olan elmi ideya və işləmələrdən istifadə edilirsə, iddiaçı bu barədə dissertasiyada qeyd etməlidir. Müəllifinə və ədəbiyyatına istinad olunmayan özgənin materiallarından istifadə edildikdə, baxılma mərhələsindən asılı olmayaraq dissertasiyanın ekspertizası dayandırılır və iddiaçıya həmin mövzu üzrə təkrar müdafiə hüququ verilmir.


Plagiatlıq faktı təsdiq edilmiş işdə aşkarlandıqda, alimlik dərəcəsinin verilməsi haqqında qərar rəyasət heyəti tərəfindən ləğv edilə bilər.


Azərbaycan Respublikası Prezidentinin 

2003-cü il 21 fevral tarixli, 857 nömrəli 
fərmanı ilə təsdiq edilmişdir 

19 Aralık 2015 Cumartesi

Doktorontlar üçün sorğu anketi

AMEA prezidentinin

15 dekabr 2015-ci il tarixli

617 №-li sərəncamına əlavə



AZƏRBAYCAN  MİLLİ  ELMLƏR  AKADEMİYASI

Doktorantların elmi fəaliyyətləri ilə bağlı

problemlərin öyrənilməsi

SOSİOLOJİ  SORĞU ANKETİ

Hörmətli doktorant!

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti doktorantların elmi fəaliyyəti ilə bağlı problemləri ətraflı öyrənmək, həmin problemlərin aradan qaldırılması üçün səmərəli tədbirlər görmək məqsədilə sosioloji sorğu keçirir. Sorğu anonim xarakter daşıyır. Amma öz arzunuzla, koordinatlarınızı da göstərə bilərsiniz. Nəzərə alın ki, cavablarınızın səmimiliyi və məzmunu görüləcək tədbirlərin keyfiyyətinə təsir edəcəkdir.

Sualları diqqətlə oxuyub, fikrinizə uyğun cavab variantının qarşısındakı nömrəni dairəyə alın. Belə cavablar olmadıqda öz fikrinizi qısa və konkret olaraq yazın.

Sorğuda iştirak etdiyiniz üçün əvvəlcədən təşəkkür edirik!

Sosioloji sorğu anketi



1. Ali məktəbi nə vaxt bitirmisiniz?

1) bu il; 2) ötən il; 3) 2 ildir; 4) 3-5 ildir; 5) 5-10 ildir; 6) 10 ildən çoxdur

2. Doktoranturaya nə vaxt daxil olmusunuz? ________________

3. Bu sahədə doktoranturaya daxil olmanızın əsas səbəbləri (Sizi bu sahəyə gətirən ən başlıca iki səbəbi qeyd edin):

1) ali məktəbdə bu sahədə təhsil almışam;

2) fəaliyyətim bu sahə ilə bağlıdır;

3) bu sahənin perspektivinə daha çox inanıram;

4) bu mənim daxili tələbatımdan irəli gəlir;

5) yaxın insanların tövsiyəsi ilə;

6) bu sahədə iş tapmaq asandır;

7) digər səbəblər? (yazın) ___________________________________

4. Doktoranturadan öncə əmək fəaliyyətiniz olubmu, əgər olubsa, hansı sahədə?

______________________________________________________

5. Doktoranturaya daxil olmaqda əsas məqsədiniz? (ən mühüm iki variantı qeyd edin):

1) uzun müddət məni düşündürən problemlər sahəsində elmi tədqiqatlar aparmaq;

2) elmi düşüncə tərzinə dərindən yiyələnmək;

3) öz ixtisasımı daha dərindən bilmək;

4) alimlər mühitində olmaq;

5) iş karyeramı daha yüksək səviyyədə qurmaq;

6) sadəcə təhsilimi davam etdirmək;

7) digər cavab(yazın)_____________________________________



6. Doktoranturaya daxil olduğunuz elmi müəssisənin hansı üstünlüyü Sizi cəlb edib? (ən mühüm iki variantı qeyd edin):

1) peşəkar elmi kadrların hazırlanması istiqamətində yüksək

təcrübəyə malik olması;

2) təhsilin yüksək səviyyədə təşkil olunması;

3) elmi-tədqiqat müəssisələri arasındakı nüfuzu;

4) bu institutdakı sağlam mühit;

5) elmi tədqiqatların aparılması üçün lazımi şəraitin olması;

6) bu müəssisənin beynəlxalq əlaqələri;

7) digər cavab(yazın)_____________________________________



7. Burada təhsil aldığınız müddətdə qarşınıza qoyduğunuz əsas məqsəd (ən başlıca iki variantı qeyd edin):

1) elmi tədqiqat aparmağı dərindən öyrənmək;

2) ciddi, aktual elmi araşdırmalar aparmaq;

3) dissertasiyanı vaxtında təqdim etmək;

4) elm aləmində tanınmaq;

5) karyera qurmaq;

6) beynəlxalq elmi əlaqələr qurmaq;

7) digər cavablar(yazın)_____________________________________



8. Məqsədinizə çatmaq üçün mühüm imkanlarınız?

1) sağlamlığım;

2) elmlə intensiv məşğul olmaq tələbatım;

3) elmə olan marağım;

4) maddi vəziyyətim yaxşı olması;

5) elmi mühitlə əlaqələrim;

6) xarici dilləri bilməyim;

7) intellektual potensialım;

8) kompüter texnikasını yaxşı bilməyim;

9) digər cavablar(yazın)_____________________________________



9. Əgər məqsədinizə çatmağa mane olan amillər varsa, hansılardır?

___________________________________________________________

10. Elmi tədqiqatları gələcəkdə davam etdirmək fikriniz varmı?

1) bəli, qəti fikrimdir;

2) imkan olsa davam etdirəcəyəm;

3) qərar verməmişəm;

4) xeyr;

5) digər cavab (yazın)_____________________________________



11. Əgər tədqiqatları davam etdirmək istəyirsinizə, harada davam etdirməyi

planlaşdırırsınız? _________________________________



12. Bu tədqiqatları hansı mövzu üzərində davam etdirmək fikrindəsiniz?

__________________________________________________________

3/5

13. Sizcə doktorantura təhsili aldığınız elmi müəssisədə təhsilin keyfiyyəti qənaətbəxşdirmi?

1) bəli, tamamilə

2) ümumən qənaətbəxşdir

3) o qədər də qənaətbəxş deyil;

4) qənaətbəxş deyil;

5) digər cavab (yazın)_____________________________________



14. Dissertasiya üzərində işləməyinizə mane olan səbəblər varsa hansılardır?

1) elə bir ciddi maneə yoxdur;

2) ailə vəziyyətim;

3) mənzil şəraitim;

4) maddi vəziyyətim;

5) xarici dilləri lazımi səviyyədə bilməməyim;

6) səhhətim;

7) paralel olaraq göstərdiyim əmək fəaliyyəti;

8) başqa sahələrdəki yaradıcılığım, hobbilərim;

9) başqa səbəblər(yazın) _______________________________________



15. Dissertasiya üzərində işləmək üçün əsasən hansı mənbələrdən daha çox istifadə edirsiniz?

1) azərbaycan dilində olan ədəbiyyatdan;

2) rus dilində olan ədəbiyyatdan;

3) Türkiyədə nəşr olunan ədəbiyyatdan;

4) başqa xarici dillərdə olan ədəbiyyatdan;

5) internetdə olan ədəbiyyatdan;

6) kitabxanadan;

7) tanışlardan aldığım mənbələrdən;

8) başqa mənbələr(yazın) _______________________________________



16. Sosial problemləriniz dissertasiya üzərində işləmənizə nə dərəcədə mane olur?

1. elə bir maneçiliyi yoxdur;

2. müəyyən qədər mane olur;

3. xeyli mane olur;

4. ciddi şəkildə mane olur.



17. Dissertasiya işi üzərində daha uğurla işləməniz üçün sizin hansı köməyə daha çox ehtiyacınız var? ______________________________________



18. Elmi fəaliyyətlə məşğul olmaq sosial problemlərinizin həllinə mane olurmu?

1) o qədər də mane olmur

2) müəyyən qədər mane olur

3) xeyli mane olur

4) digər cavab(yazın)_____________________________________

4/5



19. Doktorantura təhsilini başa vurduqdan sonra karyeranızı AMEA-da davam etdirmək fikriniz varmı?

1) bəli, ancaq AMEA-da.

2) AMEA-da da olar

3) qərar verməmişəm

4) başqa təşkilatda işləyəcəyəm

5) digər cavab(yazın)_____________________________________



20. Ġndiki zamanda doktorantura təhsilində və elmi fəaliyyətdə ĠKT-nin tətbiqinin vəziyyətini necə qiymətləndirirsiniz?

1) əla; 2) yaxşı; 3) kafi; 4) qeyri-kafi;

21. Sizcə, gənclərin elmə cəlb edilməsi məqsədilə görülən məlumatlandırma,

maarifləndirmə işləri qənaətbəxşdirmi?

1) bəli, tamamilə;

2) ümumən qənaətbəxşdir;

3) o qədər də qənaətbəxş deyil;

4) qənaətbəxş deyil;

5) digər cavab (yazın)_____________________________________



22. Əgər hesab edirsinizsə ki, indiki vaxtda və yaxın gələcəkdə ölkəmizdə elm daha sürətlə inkişaf etdirilməlidir, bunun əsas səbəblərini göstərin:

_____________________________________________________________

_____________________________________________________________

____________________________________________________________

23. Sizin fikrinizcə, ölkəmizdə müasir dövrdə və yaxın gələcəkdə elmə təlabat artacaqmı?

1) məncə, yaxın gələcəkdə ölkəmizdə bütün sahələrdə elmə tələbat artacaqdır;

2) yalnız müəyyən sahələrdə elmə tələbat artacaq;

3) elə bir dəyişiklik baş verməyəcək;

4) əksinə, elmə təlimat azalacaqdır;

5) digər cavablar(yazın) ______________________________________________



24. Sizin tədqiqat sahənizin ölkəmizin tərəqqisinə hansı faydalar verə biləcəyi fikrindəsiniz?

______________________________________________________________________________

______________________________________________________________________________

25. Sizin sahədə ölkəmizin hansı beş ən nüfuzlu alimin adını çəkə bilərsiniz?

_____________________________________________________________

26. Gənc alimlərin daha yüksək səviyyədə hazırlanması istiqamətində hansı yeniliklərin tətbiq olunmasını təklif edərdiniz?

______________________________________________________________________________

27. Dissertasiya ilə bağlı indiyədək əldə etdiyiniz ən mühüm nəticələr?

1. ölkədə dərc olunmuş məqalələrim (sayı)___________________

2. xarici ölkələrdə dərc olunmuş məqalələrim (sayı)___________________

3. xarici ölkələrin nüfuzlu mənbələrində dərc olunmuş məqalələrim (sayı)______________

4. ölkəmizdə keçirilmiş beynəlxalq konfranslarda iştirak etmişəm (sayı)________________

5. xarici ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda iştirak etmişəm(necə?)___________

6. elmi ezamiyyətlərdə olmuşam (necə dəfə?) _____________________________________

7. tövsiyələrimdən praktikada istifadə edilib (harada?) _____________________________

8. digər nəticələr(göstərin) ____________________________________________________



28. Yaşınız? _____ 29. Cinsiniz? _____ 30. Ailə vəziyyətiniz? _____

31. _________________________________________________________

(Soyadınız, adınız, atanızın adı), (Doldurmaq məcburi deyil)

Bir daha təşəkkür edirik!

AMEA - Coğrafiya İnistutu

Qafqaz Universieti - İKT Elmi Tədqiqat Mərkəzi

8 Kasım 2015 Pazar

Ümumi Psixologiya-Doktorontura Sualları

ÜMUMİ PSİXOLOGİYADAN (6107.01)DOKTORANTURAYA
QƏBUL İMTAHANININ SUALLARI
1. Psixologiyanın predmeti, vəzifə və metodları
2. Temperamentin tipləri
3. Duyğuların təsnifatı
4. Diqqətin növləri
5. Ünsiyyət haqqında anlayış
6. Qavrayışın növləri
7. Fəaliyyət haqqında ümumi məlumat
8. Psixologiyada şəxsiyyət anlayışı
9. Qruplarda rəhbərlik və liderlik anlayışı
10. Qabiliyyət haqqında ümumi məlumat
11. Qrupların təsnifatı
12. Emosiya və hisslər
13. Təfəkkür haqqında ümumi məlumat
14. Azərbaycanda psixologiya elminin inkişafı
15. Hafizə haqqında ümumi məlumat
16. Psixologiyanın sahələri
17. Qruplarda rəhbərlik üslubu: avtoritar, demokratik və liberal
18. Emosiya haqqında ümumi məlumat
19. Psixologiyanın elmlər sistemində yeri
20. Duyğuların təsnifatı
21.Temperament haqqında ümumi məlumat

Tərtib edən: prof. R.İ. Əliyev 

Pedoqoji Psixologiya-Doktorontura Sualları

PEDAQOJİ PSİXOLOGİYA (6104.01) İXTİSASI ÜZRƏ DOKTORANTURAYA QƏBUL İMTAHANININ SUALLARI
1. Pedaqoji psixologiyanın mövzusu və vəzifələri
2. Psixi inkişafa dair nəzəriyyələr
3. Pedaqoji psixologiyanın sahələri
4. Təlim və inkişafın qarşılıqlı əlaqəsi
5. Pedaqoji psixologiyanın tədqiqat metodları
6. Ümumi və xüsusi metodlar
7. Oyun uşağın əsas fəaliyyət forması kimi
8. Məktəbəqədər yaş dövründə uşağın psixi inkişafı
9. Məktəbəqədər yaş dövründə şəxsiyyətin inkişafı
10. Uşağın məktəbə psixoloji hazırlığı
11. Uşağın məktəb təliminə psixoloji hazırlığı
12. İdrak prosesləri və təlim fəaliyyəti
13. Məktəbə daxil olmaqla kiçik məktəblilərin həyatında baş verən dəyişiklik
14. Oyun fəaliyyəti və təlim fəaliyyətinin qarşılıqlı təsiri
15. Kiçik məktəblilərin kollektivə adaptasiyası
16. Şagirdlərin məktəbdə üzləşdikləri çətinliklər və onların aradan qaldırılması
yolları
17. Təlim fəaliyyəti və psixi inkişafa dair nəzəriyyələr
18. Kiçik məktəblilərin ünsiyyət tələbatı
19. Kiçik məktəb yaş dövründə “MƏN”in formalaşması

20. Kiçik məktəblilərin özünüdərk və özünüqiymətləndirməsi
21. Temperament tiplərinin xarakteristikası
22. Temperament tipləri və təlim fəaliyyəti
23. Xarakter və təlim fəaliyyəti
24. Qabiliyyətlər və onların inkişafı
25. İstedadlı şagirdlərin fərdi-psixoloji xüsusiyyətləri
26. İstedadın müəyyənləşdirilməsi və bu şagirdlərlə işin təşkili
27. Yeniyetməlik yaş dövründə baş verən anatomik-fizioloji dəyişikliklər
28. Yeniyetmələrin psixi inkişafı: cinsi, psixoloji, sosial yetkinlik
29. Yeniyetmələrin təlim fəaliyyəti və motivlər
30. Yeniyetmələrin müəllimlər və yoldaşları ilə qarşılıqlı münasibətləri
31. Yeniyetməlik dövründə “böhran” problemi
32. Yeniyetmələrdə “böhran”ın baş verməsinin sosial, psixoloji və fizioloji
səbəbləri
33. Yeniyetmələrin özünüqiymətləndirməsi və özünüdərk
34. Yeniyetmələrin şəxsiyyətinin inkişafı
35. Yeniyetmələrdə xarakter və qabiliyyətlərin inkişafı
36. Yeniyetmələrin təlim fəaliyyəti
37. Yeniyetmələrin fəaliyyət motivləri
38. Gənclərin formalaşmasında bioloji, sosial və psixoloji amillərin rolu
39. Gənclik yaş dövründə şəxsiyyətin inkişafı
40. Gənclik yaşında valideyn və müəllimlərlə ünsiyyətin xüsusiyyətləri
41. Mənlik şüuru və əxlaqi şüurun inkişafı
42. İlk gənclik dövründə təlim fəaliyyəti
43. Təlim fəaliyyəti və idrak proseslərinin qarşılıqlı əlaqəsi
44. Temperament tipləri və şəxsiyyətin qarşılıqlı təsiri
45. İlk gənclik dövründə qabiliyyətlər və xarakterin inkişafı
46. Peşəyönümü, peşəseçmə və təlim fəaliyyəti
47. Şəxsiyyətin formalaşması psixoloji problem kimi
48. Müasir dövrdə tərbiyəyə verilən psixoloji tələblər
49. Tərbiyəyə təsir edən xarici və daxili amillər
50. Tərbiyəyə dair nəzəriyyələr
51. Tərbiyədə milli xüsusiyyətlərin nəzərə alınması
52. Cinsi tərbiyə
53. Gender psixologiyası
54. Mənəvi və əxlaqi tərbiyə
55. Tərbiyə. Yenidəntərbiyə. Özünütərbiyə
56. Özünütərbiyə tələbatı və motivlər
57. Gənc nəslin tərbiyəsində ailənin rolu
58. “Çətin” uşaqlarla aparılan işin xüsusiyyətləri
59. Ailə tərbiyəsində buraxılan səhvlər və tərbiyəyə onun təsiri
60. Məktəbəqədər yaşlı uşaqlarla aparılan tərbiyəvi iş
61. Yeniyetməlik dövründə aparılan tərbiyəvi iş
62. Kollektivdə və kollektiv vasitəsilə aparılan tərbiyəvi iş
63. Təlim psixologiyası pedaqoji psixologiyanın sahələrindən biri kimi
64. Təlimə psixoloji hazırlıq
65. Təlim müvəffəqiyyətinin psixoloji şərtləri
66. Təlim motivləri
67. İnkişafetdirici və tərbiyəedici təlim
68. Təlimdə geridəqalmanın səbəbləri
69. Öyrənməyə ümumi və xüsusi qabillik
70. Təlim fəaliyyəti və psixi proseslər
71. Müasir dərsin funksiyaları: öyrədici, inkişafetdirici və tərbiyəedici
72. İnteraktiv təlim metodları və onlardan istifadə
73. Təlim məqsədlərinin taksonomiyası
74. Təlimdə fərdiləşdirmə və diferensasiya
75. Pedaqoji fəaliyyətin psixologiyası
76. Pedaqoji fəaliyyətə verilən psixoloji tələblər
77. Pedaqoji fəaliyyət zamanı müəllimin üzləşdiyi çətinliklər
78. Pedaqoji fəaliyyətin funksiyaları
79. Müəllim şəxsiyyətinə verilən psixoloji tələblər
80. Müəllimin inkişafetdirici və tərbiyəedici funksiyaları
81. Müəllimin kommunikativ və təşkilatçılıq funksiyaları
82. Müəllim şəxsiyyətinə verilən psixoloji tələblər
83. Müəllimin temperament tipi və və fəaliyyəti arasında qarşılıqlı asılılıq
84. Xarakter və pedaqoji fəaliyyət
85. Pedaqoji qabiliyyətlər
86. Pedaqoji kollektivdə qarşılıqlı münasibətlər
87. Müəllim nüfuzuna təsir edən amillər
88. Müəllimin peşəkarlığı və şəxsiyyəti pedaqoji fəaliyyətdə əsas şərt kimi
89. Müəllimin ünsiyyət üslubu və təlim fəaliyyətinə onun təsiri
90. Pedaqoji kollektivdə liderlik problemi
Tərtib edən: prof. R.İ. Əliyev 

Korreksion Psixologiya-Doktorontura Sualları

KORREKSİON PSİXOLOGİYA ( 6101.01 ) İXTİSASI ÜZRƏ
DOKTORANTURAYA QƏBUL İMTAHANININ SUALLARI
1.Korreksion psixologiyanın predmeti
2.Korreksion psixologiyanın obyektləri
3.Korreksion psixologiyanın tədqiqat metodları
4.Korreksion psixologiyanın digər elm sahələri ilə əlaqəsi
5.Anomal uşaqların pedaqoji-psixoloji xarakteristikası
6.Korreksion psixologiyanın sahələri
7.Qanunvericilik bazası əsasında xüsusi qayğıya ehtiyacı olan uşaqların
təhsilinin təşkili
8.Xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyalı təlim və tərbiyəsinin
təşkili
9.Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı qəbul olunmuş və istinad edilən
sənədlər
10.Surdopedaqogika haqqında ümumi anlayış
11.Surdopedaqogika defektologi-yanın bir sahəsi kimi
12.Surdopedaqogikanın mövzusu və vəzifələri
13.Eşitmə qalığı olan uşaqların nitq inkişafı
14.Eşitmə qüsuru olan uşaqların təsnifatı
15.Kar uşaqların təlim-tərbiyəsinə verilən didaktik prinsiplər
16.Məktəbəqədər yaşı dövründə kar və zəif eşidən uşaqlarla aparılan
diaqnostik və korreksiyaedici işlər
17.Oliqofrenopedaqogika haqqında ümumi anlayış
18.Oliqofrenopedaqogikanın möv¬zusu və vəzifələri
19.Oliqofrenopedaqogikanın tədqiqat metodları
20.Oliqofrenope¬da¬qogika pedaqogikanın bir sahəsi kimi

21.Əqli cəhətdən geridə qalan uşaqların psixoloji xüsusiyyətləri
22.Əqli cəhətdən geridə qalan uşaqların diaqnostika və korreksiyası
23.İntellektin ölçülməsi (İQ)
24.Anadangəlmə və həyatda qazanılan əqli gerilik
25.Təfəkkür və nitq inkişafında geridəqalma
26.Oliqofren uşaqların cəmiyyətə adaptasiyası
27.İdiotizm ağıldan kəmliyin ən ağır forması kimi
28.İmbetsil uşaqlarla aparılan təlim-tərbiyə işi
29.Debillik ağıldankəmliyin yüngül dərəcəsi kimi
30.Tiflopedaqogika haqqında ümumi anlayış
31.Tiflopedaqogika defektologiyanın bir sahəsi kimi
32.Tiflopedaqogika kor və zəif görən uşaqların təlim-tərbiyəsindən bəhs edən
elm sahəsi kimi
33.Görmə qüsurları olan uşaqların görmə səviyyəsinə görə qruplaşdırılması
34.Kor uşaqların psixi inkişafının xüsusiyyətləri
35.Zəif görən uşaqların psixi inkişafı
36.Kor və zəif görən uşaqların psixoloji xüsusiyyətləri
37.Kor və zəif görən uşaqların təlim-tərbiyəsinin təşkili
38.Kor və zəif görən uşaqlarla pedaqoji, psixoloji və kliniki işlərin təşkili.
39.Kor və zəif görən uşaqların əmək və təlim fəaliyyəti
40.Tiflopedaqogikanın digər elm sahələri ilə əlaqəsi
41.Uşaqların qüsurlarına görə xüsusi məktəblərə qəbulu
42.Uşağın fiziki və əqli inkişaf səviyyəsinin diaqnostikası
43.Anomal uşaqların valideynləri ilə aparılan pedaqoji-psixoloji iş
44.Az fiziki və əqli qüsuru olan uşaqların diaqnostikası və onların ümumtəhsil
məktəblərində təlim-tərbiyəsi işinin təşkili
45.Kor, zəif görən, kar, zəif eşidən, nitqi qüsurlu uşaqlarla aparılan didaktik
işlər
46.Anomal uşaqların psixi inkişaf xüsusiyyətləri
47.Anomal uşaqların müvafiq fəaliyyət formalarının təşkili
48.Loqopediya haqqında ümumi anlayış
49.Loqopediyanın mövzusu və tədqiqat obyekti
50.Nitq və təfəkkür
51.Nitq və ünsiyyət. Nitq və dil
52.Nitqin patologiyası
53.Loqopediyanın prinsip və metodları
54.Loqopediyanın qarşısında duran mühüm vəzifələr
55.Nitq və psixikanın qarşılıqlı əlaqəsi
56.Nitq və təfəkkür arasında vahidlik
57.Nitqin formaları. İnsan fəaliyyətində nitqin rolu
58.Nitqin anatomik-fizioloji mexanizmləri
59.Nitq fəaliyyətinin psixoloji və psixo¬linq¬vistik aspektləri
60.Loqopediyanın pedaqoji əsasları
61.Nitq pozuntuları haqqında anlayış
62.Nitq pozuntularının əlamətləri
63.Nitq aparatının fizioloji pozuntuları
64.Sinir sistemindəki pozuntular və nitqə onun təsiri
65.Nitqin patologiyasının formaları
66.Nitq inkişafının ləngiməsi, alaliya, afaziya
67.Nitq sürətindəki çətinliklər: kəkələmə, bradilaliya, taxilaliya
68.Səs tələffüzü haqqında anlayış
69.Səsin fizioloji mexanizmləri
70.Məktəbəqədər yaşlı uşaqlarda səs tələffüzünün inkişafı
71.Düzgün səs tələffüzünün formalaşdırılması
72.Burun və sonur səslər
73.Böyüklərin nitq və səs nöqsanlarının uşaqlara təsiri
74.Dislaliya və onun yaranma səbəbləri
75.Dislaliya haqqında ümumi məlumat
76.Dislaliya zamanı nitq aparatının müxtəlif şöbələrinin zədələnməsi
Dislaliyanın təsnifatı: etioloji, patogenetik, kliniki və. s
77.Dislaliyanın formaları: funksional və üzvi; motor,sensor, senso-motor və s.
78.Düzgün səs tələffüzü işinin mərhələləri
79.Dislaliyanın korreksiyası
80.Loqopedik iş zamanı səslərin fərqləndirilməsi
81.Kəkələmə haqqında ümumi məlumat
82.Kəkələməni yaradan əsas səbəblər
83.Uşaqlar arasında kəkələmənin yayılması
84.Kəkələyənlərin psixoloji xüsusiyyəti
85.Məktəbəqə¬dər yaşlı kəkələyən uşaqlarla aparılan korreksiya işləri
86.Yazılı nitqdə buraxılan qüsurlar haqqında anlayış
87.Nitq inkişafı haqqında ümumi məlumat
88.Rabitəli nitqin inkişafı
89.Yazılı nitqin inkişafı
90.Dialoji və monoloji nitq
Tərtib edən: prof. R.İ. Əliyev 

Məşhur Postlar

Səhifələr

Vacib saytlar