DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Auksion

Auksion
Bu üsulun köməyi ilə şagird cisim və əşyaları, hadisə və prosesləri müəyyən
etmək, biliklərini aktuallaşdırmaq, dinləmə
mədəniyyətini inkişaf etdirmək, keçmiş biliklərini xatırlamaq, təhlil qabiliyyətlərini inkişaf etdirmək kimi xüsusiyyətlərə yiyələnmiş olur.
      Bu üsulu müəllim fəal dərsin ikinci mərhələsi olan tətqiqatın aparılması mərhələsində reallaşdıra bilər.
Üsulun tətbiqi zamanı müəllim kollektivlə işdən istifadə edir. Üsulun tətbiqinə başlamazdan öncə müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır.
Öyrənilən əşya və ya hadisənin xüsusiyyətləri ardıcıl şəkildə adlandırılır. Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən sonra müəllim sayır. “Bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər.      Sonuncu təklif verən qalib sayılır. 
Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir.
Nümunə:
Riyaziyyat dərsində müəllim 7 ədədinin tərkibini keçərkən
sinfə
“7 ədədini necə aldınız? “ sualını verməklə auksion keçirir.
Müəllim üçün məlumat
Mümkün olan cavablar:
1) 6+1=7                                                                  4) 5+2=7
2) 4+3=7                                                                  5) 3+4=7
3) 2+5=7                                                                  6) 1+6=7
                                 7) 1+1+1+1+1+1+1=7
Oyunda axırıncı mümkün cavabı verən şagird “Auksion”u qazanır.Əslində bu üsulun tətbiqində məqsəd şagirdlərin qazanıb, qazanmaması deyil, məqsəd onların inkişafına yönəlib.
Proses zamanı fikirlər təkrarlanmamalıdır. Bunun üçün hamı birbirini diqqətlə dinləyir.



       
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar