DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Eylül 2015 Cuma

Akvarium

Akvarium
Diskussiya vərdişlərini inkişaf etdirmək üçün ən yaxşı üsullardan biri akvariumdur. Bu üsuldan istifadə edərkən, qrupların vahid fikrə gəlməsi önəmli deyil Başlıcası,problemin,müzakirəsində irəliləmək və düzgün diskussiya aparmaq,vərdişlərinin inkişaf etdirilməsidir. 
Akvarium üsulunun tətbiqi fəal dərsin mərhələlərindən biri olan tətqiqatın aparılması mərhələsində aparılması daha məqsədəuyğun olardı.Əgər dərs prosesində müəllim akvarium üsulundan istifadəni əsas götürmüşsə bu zaman müəllimin digər üsulların tətbiqi üçün demək olar ki, vaxtı qalmayacaq.
Dərs diskussiya yönümlü gedəcək.Müəllim dərsdə akvarium üsulundan istifadə edirsə deməli sinif mütləq iki qrupa bölünür. Bu zaman müəllim dərsdə tətbiq edəcəyi iş formasını da bu üsula uyğunlaşdırmalıdır. Məsələn, akvariumun kiçik qruplarla təşkil edilməsi qeyri – mümkündür. Diskussiyaya başlamazdan öncə müəllim bütün qaydalarla şagirdləri yaxından tanış etməlidir ki, təlimin gedişində hər hansısa bir narahatçılıq baş verməsin.

“Akvarium”un keçirilməsinin 1-ci variantı: Şagirdlər 2 böyük
qrupa bölünür. Bir qrup stullarda əyləşərək daxili dairə təşkil edir. Daxili dairədə əyləşən iştirakçılar müəllimin onların qarşısında qoyduğu problemi müzakirə edəcəklər. Digər qrup isə xarici dairədə stullarda oturur. Xarici dairədə əyləşən ikinci qrup isə diskussiyanın müəyyən qaydalar üzrə keçib – keçmədiyini müşahidə edəcəklər. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici dairədə əyləşən iştirakçılar diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək, bu və ya digər problemin müzakirəsini davam etdirilər.
“Akvarium”un keçirilməsinin 2-ci variantı: “daxili dairə”nin
iştirakçıları müəllim tərəfindən təklif edilən problemi müzakirə etməyə başlayırlar. Lehinə olan dəlilləri irəli sürürlər. Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər. Onlar səsləndirilən dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks
dəlillərini hazırlayırlar.
15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili dairədə əyləşən şagirdlər yerlərini dəyişirlər. İndi onlar diskussiyaya başlayırlar, çünki, əvvəlki iştirakçıların dəlillərini təkzib etməlidirlər.


Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar