DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

11 Mart 2016 Cuma

Hüquqi və Rəsmi işgüzar sənədlər

Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan dilinin dövlət dili statusu alması ədəbi dilimizin rəsmi işgüzar üslubunun genişlənməsinə imkan yaranmışdır. Beynəlxalq münasibətlərdə müqavilələrin bu dildə imzalanması, bu dildə təmsil olunması, dövlət qurumlarında, idarə və müəssisələrdə, dövlət təşkilatlarında, işgüzar ünsiyyət bu dildə qurulur və sənədlər də bu dildə imzalanır.
Dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən rəsmi-işgüzar üslub həm rəsmi sənədlərin dilini, həm də işgüzar sənədlərin dilini əhatə edir. Rəsmi və işgüzar sənədlərə əməli yazılar da deyilir. Həm rəsmi, həm də işgüzar sənədlər müəyyən standart formalarda və yığcam şəkildə verilir, hər ikisində fərdi nitq ünsürlərindən qaçılır, obrazlı ifadələr, artıq sözlər işlədilmir.
Dövlət və ya hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada, yəni rəsmi şəxsin imzası, möhür və s. ilə təsdiq edilən sənədlər rəsmi sənədlər adlanır. Dövlətin konstitusiyası, qanunları, qərarları, fərmanları; hökumətin sərəncamları, nazirlərin əmrləri və s.ən mühüm rəsmi sənədlərdir.
İşgüzar sənədlər isə xüsusi dövlət əhəmiyyəti daşımır, ancaq bu və ya digər konkret məsələ ilə bağlı tərtib edilir. Afişa, annotasiya, anons, akt, arayış, bildiriş, elan, ərizə, izahat, məktub, reklam, rəy, protokol, teleqram, tərcümeyi-hal və s. işgüzar sənədlərə aiddir. İşgüzar sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlamağı bacarmalıdır. Bu məqsədlə sizə işgüzar sənədlərin tərtib olunması qaydalarını təqdim edəcəm.

İsgüzar üslubun özəllikləri nədir?
Rəsmi-isgüzar üslub rəsmi-isgüzar sənədlərin dilidir. Üslubda fikir müəyyən qəlibə düsmüs (standart) formalarda və olduqca yıgcam səkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi – isgüzar üslub hamı üçün eynidir, yəni standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi-isgüzar üslub basqa funksional üslublara nisbətən gec formalasmısdır. Bu üslubun lügət tərkibi yıgcam, sintaksisi məhduddur. Rəsmi-isgüzar üslubda
bir sıra arxaik sözlər və köhnəlmis sintaktik qəliblər uzun müddət qorunub saxlanılır.
Rəsmi-isgüzar üslub 2 yerə ayrılır: a) rəsmi sənədlərin dili, b) isgüzar sənədlərin dili.
Dövlət, hökumət təskilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər (məsələn, Prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, Konstitusiya və s.) rəsmi sənədlər sayılır.
Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:
- dilin maksimum mükəmməlliyi;
- fikrin tam aydınlıgı;
- fikrin (sözlərin) birmənalılıgı;
- fikrin hüquqi cəhətdən əsaslılıgı (əsaslandırılması)
- dil yıgcamlıgı
Rəsmi sənədin əsas sərti (həcmindən asılı olmayaraq) dil yıgcamlıgıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir. İsgüzar sənədlər isə ayrı-ayrı vətəndaslara aid olur. ərizə, tərcümeyi-hal, akt, xasiyyətnamə, elan, reklam və s. isgüzar sənədlərdir. əsgüzar sənədlər hamı üçün eyni olan standart formalarda hazırlanır. Belə sənədlər xüsusi dövlət əhəmiyyəti dasımır.
Rəsmi-isgüzar üslubun sifahi forması olmur.
Sənədlərin rəsmiləsdirilməsi üçün ümumi tələblər nədən ibarətdir?
Sənəd ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləsdirilir.
Rəsmiləsdirmə sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Bir qayda olaraq, sənədin bütün nüsxələri imzalanır.
İmzanın tərkibinə sənədi imzalamıs səxsin adı, soyadı, onun səxsi imzası daxildir. əgər sənəd blankda tərtib edilmisdirsə, sənədi imzalamıs səxsin vəzifəsi qısa səkildə
əgər sənəd blankda tərtib edilmisdirsə, sənədi imzalamıs səxsin vəzifəsi qısa səkildə göstərilir. Məsələn:
Sədr: «-------» əli Məmmədov
əgər sənəd blankda tərtib edilməmisdirsə, sənədi imzalamıs səxsin vəzifəsi tam
səkildə göstərilir. Məsələn:
Nümunə
Azərbaycan Respublikası Dövlət Tikinti və
Arxitektura Komitəsinin sədri: «-------» Həsən Nuriyev
(tarix)
Təskilatlara göndərilən sənədlər onu göndərən təskilatın rəhbəri və ya onun
müavinləri tərəfindən imzalanır. Fiziki və hüquqi səxslərə göndərilən sənədlər isə
müvafiq struktur bölməsinin rəhbəri və ya onun müavini tərəfindən imzalanır.
İşgüzar üslub basqa üslublardan nə ilə fərqlənir?
İsgüzar üslub basqa üslublardan birinci növbədə leksik xüsusiyyətləri ilə fərqlənir. Burada konkret sahələrə aid sözlər, terminlər islədilir. İşgüzar üslubun leksik xüsusiyyətlərindən danısarkən onu da qeyd etməliyik ki, bütövlükdə bu üslubda, eləcə də onun yarımüslublarında – sahələrində dilimizdə
mövcud olan bəzi standartlar, stamp səkli almıs ifadə və formalar tez-tez islədilir. Məsələn, qərar vermək, təqdim etmək, tələb etmək, imza etmək, təmin etmək, qəbul etmək, məruzə etmək, lehinə (əleyhinə) səs vermək, tədbir görmək, müzakirə etmək, irəli sürmək, həyata keçirmək, yerinə yetirmək, cəlb etmək, istifadə etmək, təltif etmək, təsis etmək, nəzərdə tutmaq, məsuliyyət dasımaq, qüvvəyə minmək, qüvvədən düsmək, qadagan etmək, nəzərinə çatdırmaq, xəbərdarlıq etmək və s.
Bu qrup hazır ifadələrin isgüzar üslubda islənilməsi sənədlərin dilinin aydın olmasını, asan basa düsülməsini bir növ təmin edir. Yeri gəlmiskən onu da qeyd edək ki, isgüzar üslubda müəyyən sabit söz birləsmələrindən (məsələn, tədbir görmək, qüvvəyə minmək, qüvvədən düsmək, məsuliyyət dasımaq və s.) savayı, frazeoloji birləsmələrdən, məcazlardan, bədii ifadə vasitələrindən, bədii müqayisələrdən, epitetlərdən, təkrarlardan, bir qayda olaraq, istifadə olunmur. Bu da onu bədii üslubdan fərqləndirən əsas amillərdən biridir. İşgüzar üslubun qrammatik xüsusiyyətləri. əsgüzar üsluba aid mövcud yazılarda indiyə qədər, adətən, onun leksik və sintaktik xüsusiyyətlərindən bəhs
olunmusdur. Müsahidələr göstərir ki, ədəbi dilin basqa üslubları kimi, isgüzar üslubda da bəzi morfoloji xüsusiyyətlər bu üslubun səciyyələnməsində və formalasmasında az əhəmiyyət kəsb etmir.
Morfoloji xüsusiyyətlər. əsgüzar üslubda isimlərin və fellərin islənilməsinin bəzi
cəhətləri diqqəti cəlb edir. ədarə adları bildirən sadə və mürəkkəb isimlər, vəzifə adları
bildirən ümumi isimlər, bu vəzifə (direktor, müəllim, rektor, hakim, professor, nazir,
müsavir) və səxs adlarının, soyadların tez-tez islənilməsinin vacibliyi isgüzar üslubun
morfoloji əlamətlərindən biridir. İsgüzar üslubda səxs adlarını göstərmək üçün mötərizələrdən istifadə olunur. Dogrudur, üslubi məqsəd və əlavə izahlar üçün basqa üslublarda da mötərizə islədilir.
Lakin burada basqa üslublardan fərqli olaraq, konkret səkildə məsul səxslərin adı, soyadı, idarə və təskilat adları göstərilir. İsgüzar üslubun qanunvericilik yarımüslubunda konkret isimlərin (əsasən cəm
halında) islənilməsi xüsusi məqsəd dasıyır. Bununla belə, qanunvericilik aktlarının xarakterindən asılı olaraq, cəza, cinayət, icra, sikayət haqqında kodekslərdə «rəhbərlik», «plan», «yoxlama», «qərar», «üsul», «istehsalat», «müvəffəqiyyət» və s. mücərrəd isimlər də islədilir. Bu qrup isimlərə mətnlərin giris hissəsində və təsvir məqamlarında daha genis yer verilir. Dəftərxana sənədlərində, bir sıra müqavilələrdə tək və cəm halda olan konkret isimlərin islənilməsi vacibdir. Vətəndaslıq aktlarında, ayrı-ayrı sahə kodeks və əsasnamələrində mücərrəd isimlər tez-tez müsahidə edilir. Belə isimlərin bir qrupunu feli isimlər təskil edir. İsgüzar üslubda -lar, -lər səkilçisi ümumiləsdirmə məqsədilə və termin
yaradıcılıgı məqamlarında islədilir. Bu ən çox diplomatik sənədlərin dilində, müqavilələrdə müsahidə edilir. «Tərəflər ümumi bir rəyə gələ bilmədilər» cümləsindən göründüyü kimi, hər hansı iki dövlət və yaxud iki dövlət nümayəndəsi nəzərdə tutulur. - lar, -lər səkilçisi sifət-isim birləsmələrində islənərək söz birləsməsi tərkibində ismin konkretləsməsinə xidmət edir: mülki münasibətlər, hüquqi münasibətlər, mülki hüquqlar, mülki islər, əsyavi dəlillər, prosessual müddəalar və s. isgüzar üslubun diplomatik yarımüslubunda düzəltmə isimlərin və eləcə də eyni sözün təkrarı ilə yaranan mürəkkəb isimlərin islənilməsinə çox az təsadüf olunur. Müsahidələrdən də aydın olur ki, isimlərin islənilməsində termin - söz birləsmələri, ismi dominantlar da isgüzar üslubun səciyyələndirilməsində müəyyən rol oynayır və bunlar yarımüslubların əhatə etdiyi müxtəlif sənədlərin dilinə xasdır. Məsələn, diplomatic sənədlərin dilində islənən nota, ultimatum, attase, iqamətgah, sazis, müqavilə, fəxri qaravul, cənab, zati-aliləri, ATəM-in nümayəndələri, BMT nümayəndəsi və s. isgüzar üslubun bəzi janrlarında (qərarlarda, qanunlarda, fərmanlarda) ad və soyadlar bütöv yazılır (diplomatik sənədlərdə adlar bəzən ixtisar edilir) və vəzifələr hər bir adın qarsısında mütləq göstərilir. Məsələn, Azərbaycan Respublikası MillMəclisinin sədri… Azərbaycan Respublikası Təhsil naziri və s .







1 Mart 2016 Salı

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ 
Bakı şəhəri, 10 may 2002-ci il
№ 77

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 10 may tarixli 77 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin
TƏŞKİLİ QAYDALARI
I. EVDƏ TƏHSİL ALMAQ HÜQUQU VERƏN XƏSTƏLİKLƏRİN


SİYAHISI
I. Ümumtəhsil məktəbinin proqramı ilə
Somatik xəstəliklər
Fasiləsiz residivlənən aktiv fazada olan gedişli revmatizm (stasionardan evə yazıldıqdan sonra uşaqların bir - iki il fərdi məşğələlərə ehtiyacı vardır).
Pankardit (stasionar və ya sanatoriyadan evə yazıldıqdan sonra uşaqların bir və ya iki il fərdi məşğələlərə ehtiyacı vardır).
Subkompensasiya və dekompensasiya mərhələlərində olan ürəyin anadangəlmə qüsurları.
Tez-tez baş verən təngnəfəslik sianoz tutmaları ilə gedən ağır dərəcəli Fallo tetradası.
Prosesin yayılması və nəzərə çarpan intoksikasiya ilə gedən III dərəcəli xronik pnevmoniya.
Tez-tez təkrarlanan ağır tutmalar və ya uzunmüddətli asmatik vəziyyətlə gedən bronxial astma.
Nevrotik sindromla gedən xroniki qlomerulonefrit.
Böyrək çatışmazlığı simptomları müşahidə edilən xronik diffuz qlomerulonefrit.
Residivləşən gedişli və böyrək çatışmazlığı simptomları ilə gedən xronik pielonefrit.
Assitlə müşayiәt olunan xroniki hepatit və qara ciyərin sirrozu.
Mikovissidozun ağır formaları.
Hemofiliyanın ağır forması (hərəkətin məhdudlaşması ilə müşayiət olunan).
Hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozğunluqları ilə müşayiət olunan revmatoid artriti.
Şəkərli diabetin ağır formaları.
Leykozlar.
İrsi koaqulopatiyalar (vilimbrant xəstəliyi, trombasteniya).
İmmun trombastenit purpura xəstəliyinin xroniki forması.
X - histnositozlar (Hend-Süller-Krissen, Tatarinov).
Toplanma xəstəlikləri (Toze, Niman-Pik, Landinq, Volman, Tandasir).
Hemorraqik hematomezenximae displaziya.
Talassemiyanın ağır formaları.
Anadangəlmə sferositar anemiyanın ağır formaları.
Hipoplastik anemiya.
Qazanılma immunçatışmazlığı sindromu (QİÇS) və insan immunçatışmazlığı virusu ilə yoluxanlar (IIV).
Xondrodistrofiya və xondrodisplaziya.
Nevroloji xəstəliklər
Miopatiya, anadangəlmə və irsi mənşəli torzion distoniya və digər davamlı hipergenetik sindromlar zamanı dayaq-hərəkət aparatının funksiyasının pozulması.
Keçirilmiş poliomielitdən sonra dayaq-hərəkət aparatının ağır pozulmaları.
Keçirilmiş ensefalomielit və poliradikulonevritdən sonra ağır qalıq əlamətləri.
Cərrahi xəstəliklər
Aşağı ətrafların iflici və çanaq orqanlarının funksiyalarının pozulması ilə müşayiət olunan onurğa beyni dəbəliyi (yırtıcı).
Uşaq serebral iflici (təhsilini bitirənədək).
Anusun arteziyası nəcis saxlaya bilməməklə (enkoprez).
Müxtəlif xəstəliklər zamanı aşağı ətrafların iflici.
Koksit gips sarğısında olarkən dayaq-hərəkət sisteminin xroniki xəstəlikləri (xroniki ostiomielit, sümük - oynaq vərəmi).
Anadangəlmə xəstəliklər və zədələnmələrlə əlaqədar dayaq-hərəkət aparatındakı cərrahi əməliyyatlardan sonrakı vəziyyət (müalicənin sonunadək hərəkətin çətinləşməsi baş verən hallarda).
Hərəkətin mümkünsüzlüyü ilə gedən dayaq-hərəkət aparatının pozulması (oxuduğu məktəbin nəzdində 6 aydan 1 ilədək).
Mədə-bağırsaq traktında aparılan ağır cərrahi əməliyyatlardan sonra baş verən bağırsaq fistulları (1 il müddətinə).
Dəri xəstəlikləri
Kəskinləşmiş vəziyyətdə olan yayılmış ekzemalar.
Psoriatik eritrodermiyalar.
Aztropatik psoriaz.
Herb prurioqosu.
Dyurinq dermatiti (kəskinləşmə dövründə),
İxlioz formalı eritrodermiya.
Bulloz epidermoliz (ağır formaları).
Enterpatik akrodermatit (ağır formaları).
Kəskin qırmızı qurdeşənəyi.
Şiddətli yayılmış sklerodermiya.
Piqmentli kseroderma ağır xroniki gedişli.

                                                       Psixonevroloji xəstəliklər

Epilepsiya kəskinləşmə mərhələsində, tez-tez qıcolma əlamətləri ilə.
Nevrozların ağır formaları, o cümlədən enkoprez, gündüz enurezi, dekompensasiya mərhələsində olan kəkələmə.
Ruhi xəstəliklər (şizofreniya, psixozlar), kəskinləşmə mərhələsində.
Müxtəlif etiologiyalı (infeksion, somatik) ensefaloastenik əlamətlər.
2. Xüsusi təhsil məktəbinin proqramı ilə
Aşağıdakı sindromlarla kəskinləşmiş debillik mərhələsində olan oliqrofreniya:
a) tez-tez baş verən gündüz epilepsiya tutmaları;
b) ağır ensefaloastenik vəziyyət;
c) enkoprez və gündüz enurezi;
ç) hərəkət oyanıqlığı sindromu;
d) reaktiv vəziyyət.
Ağıl azlığı ilə olan epilepsiya (tez-tez gündüz tutmaları ilə).
Üzvi proseslər kəskinləşmə mərhələsində.

3. Somatik, psixonevroloji xəstəlikləri olan şagirdlərə
 sadələşdirilmiş rejimin yaradılması (əlavə istirahət günü, bəzi
dərslərdən azad olunma, natamam fərdi təhsilə keçirilməsi)
Somatik xəstəliklər
Anadangəlmə eferositar anemiya (ağır və orta dərəcədə).
Hemofiliya.
Hipoplastik anemiya.
Göz xəstəliklərinin ağır forması (göz əzələlərinin iflici, göz almasının çıxarılması, cərrahi əməliyyatdan sonrakı vəziyyət).
Psixonevroloji xəstəliklər
Ruhi xəstəliklər (şizofreniya, müxtəlif etnologiyalı psixozlar), natamam kompensasiya mərhələsində.
Epilepsiya - kəskinləşmə mərhələsində (tutmaların tezləşməsi, distrofiyanın olması).
Beyində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra serebral çatışmazlığı.
Ağır kəllə zədələnməsindan və ağır keçən infeksiyalardan sonra baş verən ensefaloastenik vəziyyət.
II. EVDƏ TƏHSİLİN TƏŞKİLİ QAYDALARI
1. "Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.14 maddəsinə əsasən, evdə təhsil - sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil-müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsidir.
2. Evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq təhsil müəssisəsinə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənədlə əsasında rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul olunurlar.
3. Evdə fərdi təhsilə ümumtəhsil məktəblərinə) cari ilin I sentyabrınadək 6 yaşı tamam olan, xüsusi məktəblərdə isə (əqli cəhətdən qüsurlu) 7 yaşı tamam olan səlahiyyətinə görə ümumtəhsil məktəblərində oxuya bilməyən uşaqlar cəlb olunur.
4. Evdə fərdi təhsilə cəlb edilən şagirdlər məktəbə aşağıda adları qeyd olunan sənədlərə əsasən qəbul olunurlar:
məktəb direktorunun adına ərizə;
doğum haqqında şəhadətnamənin surəti;
müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
yaşayış yerindən arayış;
psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi.
5. Evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlb olunur və onun təlim-tərbiyəsinin təşkili həmin məktəbə həvalə olunur.
6. Azərbaycan Respublikasının Təhsil Qanununa uyğun olaraq evdə təhsil üç pillədən ibarətdir:
ibtidai (I-IV siniflər);
əsas (V-IX siniflər);
orta (X-XI siniflər).
7. Şagirdlərin evdə təhsilə qəbulu il boyu aparılır.
8. Məşğələlər bir qayda olaraq sentyabrın 1-də başlayır və mayın 25-də başa çatır.
9. Dərs ili müddətində tətillər "Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi" əsasında verilir.
10. Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir.
11. Gündəlik dərslərin miqdarı I pillədə 2, II və III pillədə 3 saatdan artıq ola bilməz.
12. Fərdi təlim planları hazırlanarkən psixoloji--tibbi-pedaqoji komissiyanın rəyinə üstünlük verilir.
13. II pilləni müvəffəqiyyətlə başa vuran şagirdlərə əsas məktəbi bitirmək barədə şəhadətnamə, III pillənin məzunlarına orta təhsil haqqında attestat verilir.
14. Evdə fərdi məşğul olan şagirdlərin dərs cədvəli oxuduğu məktəbin sinif rəhbəri tərəfindən valideyn və müəllimlərlə razılaşdırılaraq direktor tərəfindən təsdiq olunur.
15. Evdə fərdi məşğul olan şagirdlər ümumtəhsil və ya xüsusi məktəblərin (şagirdin inkişaf xüsusiyyətinə müvafiq) Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı əsasında təhsil alırlar.
16. Evdə fərdi məşğul olan şagirdin dərs məşğələlərinə sinif rəhbəri, proqram materiallarının yerinə yetirilməsi və həmin prosesdə tətbiq edilən metodiki işə təlim-tərbiyə işi üzrə direktor müavini, bütün prosesini gedişinə isə direktor məsuliyyət daşıyır.
17. Evdə təhsil alan şagirdlərin biliyi ardıcıl olaraq rüblər üzrə sinif jurnalında,arxada qeyd olunur. Onların sinifdən-sinfə keçirilməsi, məktəbi bitirməsi də müvafiq qaydada sinif jurnalında öz əksini tapır.
18. Evdə fərdi təhsilə cəlb olunan uşaqlar buraxılış və sinifdən-sinfə keçirilmə imtahanlarından psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə azad oluna bilərlər.
19. Evdə fərdi məşğul olan şagirdlərin ev dəftəri, gündəliyi tərtib olunur. Burada müəllimin qeydi, yoxlama işlərinə dair yazdığı qiymətlər öz əksini tapır.
20. Müəllimin əmək haqqı tabelik qaydasında, rayon (şəhər) təhsil şöbələri tərəfindən yerinə yetirilən proqram materialları əsasında təsdiq olunmuş stavkaya uyğun ödənilir. Şagirdin psixoloji inkişaf xüsusiyyəti sinif rəhbəri və məktəbin psixoloqu tərəfindən işlənir, ailə üzvlərinin xəstəyə baxması üçün şərait və ya fasilələr yaradılır.
21. Evdə fərdi qaydada təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin, mütəxəssisin seçilməsində könüllülük prinsipinə əməl olunmalı, həmin kateqoriyadan olan uşaqlarla işləyəcək müəllimlərin arzusuna üstünlük verilməlidir.
22. Şagirdlərin evdə müstəqil təhsil almalarına, bədii ədəbiyyatla təmin olunmalarına, xəstəliyin xüsusiyyətinə uyğun olaraq gələcəkdə müəyyən peşə öyrənmələrinə pedaqoji kollektivlər şərait yaratmalı, onların hərtərəfli inkişafına qayğı və diqqətlə yanaşmalıdırlar.
23. Məktəb rəhbərləri hər il mayın 25-dən iyunun 25-dək evdə təhsil alan şagirdlərin həmin məktəblərdə və yaxud başqa məktəblərdə təhsillərini davam etdirmək üçün siyahılarını psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə təqdim etməlidirlər.

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar

ARXİV             
  AZƏRBAYCAN  MÜƏLLİMİ  QƏZETİ.

AZƏRBAYCAN  RESPUBLİKASININ  TƏHSİL NAZİRLİYİNİN ORQANI
16 Mart  2012-ci il.  №11                                          
                                                            
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar
Təhsil Nazirliyinin 21 fevral 2012-ci il tarixli,
242 nömrəli əmri ilə təsdiq edilmişdir.
1. Bu "Qaydalar" "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 13.1.4-cü bəndinə, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 3.10-cu maddəsinə əsasən hazırlanmışdır və bilavasitə Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.
2. Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
3. Bu "Qaydalar"ın 2-ci bəndində nəzərdə tutulan şəxslərdən (bundan sonra - eksternlər) ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır.
4. Səhhətinin vəziyyətinə görə, evdə fərdi təhsilə cəlb olunmuş şagirdlər müəyyən edilmiş qaydaya əsasən, ümumiyyətlə buraxılış imtahanlarından azad olunduqları üçün bu "Qaydalar" onlara şamil edilmir.
5. Sərbəst (eksternat) təhsilalma forması əsasında müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil üzrə buraxılış imtahanlarında iştirak etmək istəyən eksternlərin ərizələri hər ilin aprel ayı ərzində yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsində (idarəsində) qəbul olunur və qeydiyyata alınır.
6. Ərizəsi qeydiyyata alınmış eksternin adı təhsil şöbəsinin (idarəsinin) müəyyən etdiyi məktəbin imtahanlara buraxılan şagirdlərinin siyahısına daxil olunur.
7. Eksternlər mərkəzləşmiş qaydada keçirilən ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından əvvəl yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsi (idarəsi) tərəfindən təşkil olunan aralıq imtahanlarında iştirak edir və rəsmxət, əmək hazırlığı ("Texnologiya"), təsviri incəsənət, fiziki tərbiyə, musiqi və nəğmə, gənclərin çağırışaqədərki hazırlığı fənləri istisna edilməklə tədris planındakı imtahan aparılmayan digər fənlərdən buraxılış imtahanı verirlər.
8. Aralıq imtahanlarını aparmaq üçün  rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin əmri ilə hər fənn üzrə sədr və üç  nəfər müəllimdən ibarət komissiya yaradılır.
9. Aralıq imtahanları hər il mayın 10-dan 20-dək yerli təhsil orqanının əmri ilə müəyyən edilmiş məktəbdə əvvəlcədən hazırlanıb təsdiq edilmiş  imtahan sualları  əsasında müvafiq komissiya tərəfindən  keçirilir.
10. İmtahanların nəticələri protokollaşdırılır, fənn komissiyalarının sədrləri tərəfindən imzalanır və təhsil şöbəsinin (idarəsinin) müdirinin imzası və möhürü ilə təsdiq olunur.
11. Aralıq imtahanlarında müsbət qiymət alan eksternlərin adlı siyahısı (soyadı, adı, atasının adı) aşağıdakı sənədlərlə birlikdə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) göndəriş məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir:
11.1. Hər bir eksternin imtahan verdiyi fənlər üzrə aldığı  qiymətlərin cədvəli.
11.2. Eksternin 3x4 sm ölçüdə  2 ədəd rəngli fotoşəkli.
11.3. Eksternin doğum haqqında şəhadətnaməsinin (şəxsiyyət vəsiqəsinin), ümumi orta təhsil haqqında şəhadətnaməsinin notarius tərəfindən təsdiq olunmuş kserosurəti.
12. Aralıq imtahanlarından müvəffəqiyyətlə keçmiş eksternlər Təhsil Nazirliyinin müəyyən etdiyi imtahan mərkəzlərində mövcud qaydalar əsasında buraxılış imtahanı verirlər.
13. Buraxılış imtahanlarından müsbət qiymət alan eksternlərə ümumi orta və ya tam orta təhsil haqqında sənəd siyahısına daxil edildiyi məktəb tərəfindən verilir.
14. Bu "Qaydalar"ın 7-ci bəndində göstərilən fənlərdən imtahan verilmədiyi üçün ümumi orta təhsil haqqında şəhadətnamədə və ya tam orta təhsil haqqında attestatda müvafiq olaraq həmin fənlərin qarşısında xətt çəkilir.

15. Ümumi orta və ya tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını eksternat qaydasında vermiş məzunların təhsil sənədində "bitirmişdir" sözündən əvvəl "eksternat qaydasında" sözləri əlavə olunur.

Sonuncu zəng-ssenari

Azərbaycan Dövlət Himni oxunur.

Arzunuz hər zaman açsın gül-çiçək
Dünyaya nur saçsın əməlləriniz.
Kiçik qəlbimizdə odlər yurdu tək
Sizə odlu salam gətirmişik biz.

Vətən oğulları, vətən qızları
Könüllər mövrağı, yer ulduzları
Elimin , günümün tərminazları
4 cülərin bayramına xoş gəlmişsiniz

Xoş gəldin söyləyirik, biz bu bayrama
Salam göndəririk  bu gün hamıya
Güllərə , çiçəklərə vətəni sevən əsgərlərə
Nəhayət bütün Azərbaycana!
Ürəklərə min dilək
Arzumuz  açsın çiçək
Hamı deyir  ürəkdən
 Bayramınız mübarək!

A1-Salam  əziz dördüncülər, hörmətli müəllimlər və valideynlər. Bü gün  biz bir az həyəcanlıyıq. Çünki bizdə bu  gün qeyri- adi bir gündür--- biz ibtidai siniflə vidalaşırıq.
A2- Bu dörd illik ibtidai məktəb həyatında oxumağı , yazmağı, hesablamağı, tapşırıqları yerinə yetirməyi öyrənmişik. Müəllimlərin sayəsində yeni biliklərə  yiyələndik, yeni –yeni məlumatlar  öyrəndik.
A1- Biz bura ona görə  toplaşmışıq ki, təntənəli şəkildə mehribancasina ibtidai siniflə vidalaşıb , yuxarı pillələrə addımlayaq.
A2- İbtidai sinifdə bizə dərs deyən müəllimlərə bütün sinif adından öz minnətdarlığımızı  bildiririk. Dostlarımız bunu sizə şeir  vasitəsilə çatdırmaq istəyirlər.

Müəllim! Qayğınla böyüyür insan!
Sən əqlə kamala qanad verirsən!
Ana dilimizin gur bulağından
Körpə balalara  su içirirsən

Alim kəşf eləyir, yazır əsərlər
Sənin də bunlarda alın tərin var
Sən də yaradansan , kitablar deyib,
Alimin özüdür canlı əsərin
Əlli il dodağın “Əlifba “ dedi
Sönmədi qəlbinin eşqi , həvəsi
Birinci şagirdin babadır indi, 

Ardı: Yüləmək üçün yüklə düyməsinə sıxın.

Azərbaycan dili 5-ci sinif-Motivasiya nümunəsi



Sinif: V
Fənn: Azərbaycan Dili
Mövzu: Axillesin dabanı
Müəllif: Xəyalə Quliyeva
Müəllim belə bir hadisə danışır. Hadisə Ç. Aytmatovun “Manqurt” əsərindən kiçik bir başlıqdı. Video kadr nümayiş olunur. Hadisədə əsir düşən əsgərlərdən və onlarla rəftardan söhbət açılır.
Müəllim sinfə suallarla müraciət edir.
*   “İnsanın zəif nöqtəsi” ifadəsi nə deməkdir?
*   Qəhrəmanların zəif nöqtələri ola bilər?
*    Hansı qəhrəmanları mifik tanıyırsınız?
Cavablar dinlənildikdən sonra, ümumi bir nəticəyə gəlinir. Mətnin adı açıqlanır.
Oxu. (st. 2.2.1.)
Sinif üzrə oxu təşkil olunur. Şagirdlər mətni oxuyarkən müəllim sözlərin orfoepik normalarına uyğun tələffüzünə, xüsusilə alınma sözlərdə ( adlarda)  vurğunun yerinin düzgün müəyyən olunmasına diqqət yetirir.

Mətn 1-ci mətndaxili suala qədər oxunur. Şagirdlərə illustrasiyadan çıxış edərək mətnin  sonrakı hissəsini təxminetmə bacarığını formalaşdrmağa yönəlmişdir.
Sual cavablandırıldıqdan sonra şagirdlərin diqqətini yoxlamaq məqsədi ilə aşağıdakı fikirlərin doğru, yoxsa yanlış olduğu soruşulur.
Dərsin oxusu yekunlaşdıqdan sonra oxu meyarları üzrə qiymətləndirmə aparlır.
Yazı standartı üzrə Motivasiya
Yazı (st.4.1.2.) Dərsin ikinci hissəsində müəllim sinfə yeni motivasiya sualı ilə müraciət edir.
*   Kim öz adının mənasını bilir?
*   Bilməyənlər nə üçün adlarının mənşəyini və necə əmələ gəldiyini indiyə qədər araşdırmayıblar?
Hər sözün mənşəyi var. Biz bu gün sözlərin mənşəyinin,  ilkin  mənasın necə yaranmasını araşdıracayıq. Bunu araşdıran elm etimologiya adlanır.
Şagirdlərdən biri kitablarında verilən etmilogiya qaydasını oxuyur.

Tədqiqat sualı: Etimologiya nədir? Etimologiyanın dildə, həyatda əhəməiyyəti nəədən ibarətdir.

Qeyd: Dərs iki motivasiya ilə qurulub. Belə ki, həm oxu istiqaməti, həm də yazı istiqaməti üzrə motivasiya qurulub.

Azərbaycan dili fənnindən 5-ci sinif üzrə dərs nümunəsi

Müəllif: Xəyalə Quliyeva

Ən yaxşı müəllim müsabiqəsində təqdim edilmiş dərs nümunəsi. 
Dərs nümunəsini yükləmək üçün aşağıda yüklə düyməsindən istifadə edə bilərsiniz.

Sinif: V

Tarix:  02.12.2015
Fənn: Azərbaycan dili

Standart:
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını ( ad, əlamət, hərəkət bilidirməsini) izah edir.

Mövzu: Axillesin dabanı. Etimologiya nədir?

Məqsəd: Sözlərdə vurğunun yerini düzgün müəyyən etməklə mətni oxuyur.
Oxuduğu mətnlər əsasında verilmiş mövzu ilə bağlı təqdimat hazırlayır.
Müxtəlif mənbələrdən istifadə etməklə söz və ifadələrin mənasını və mənşəyini araşdırır.
İnteqrasiya: Həyat bilgisi, Tarix
İş forması: Kollektiv və kiçik qruplarla iş
İş üsulu: Əqli hücüm, proqnozlaşdırma, müzakirə
Resurs: Dərslik, iş vərəqləri , ensiklopediyalar, müxtəlif dillərdə etimoloji lüğətlər
Təchizat: Proyektor, kompyuter





Məşhur Postlar

Səhifələr

Vacib saytlar