AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin
təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı
şəhəri, 10 may 2002-ci il
№ 77
№ 77
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2002-ci il 10 may tarixli 77 nömrəli
qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
TƏSDİQ EDİLMİŞDİR
Evdə
təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin
TƏŞKİLİ
QAYDALARI
I. EVDƏ TƏHSİL ALMAQ
HÜQUQU VERƏN XƏSTƏLİKLƏRİN
SİYAHISI
I. Ümumtəhsil məktəbinin proqramı ilə
Somatik xəstəliklər
Fasiləsiz
residivlənən aktiv fazada olan gedişli revmatizm (stasionardan evə yazıldıqdan
sonra uşaqların bir - iki il fərdi məşğələlərə ehtiyacı vardır).
Pankardit
(stasionar və ya sanatoriyadan evə yazıldıqdan sonra uşaqların bir və ya iki il
fərdi məşğələlərə ehtiyacı vardır).
Subkompensasiya
və dekompensasiya mərhələlərində olan ürəyin anadangəlmə qüsurları.
Tez-tez
baş verən təngnəfəslik sianoz tutmaları ilə gedən ağır dərəcəli Fallo
tetradası.
Prosesin
yayılması və nəzərə çarpan intoksikasiya ilə gedən III dərəcəli xronik
pnevmoniya.
Tez-tez
təkrarlanan ağır tutmalar və ya uzunmüddətli asmatik vəziyyətlə gedən bronxial
astma.
Nevrotik
sindromla gedən xroniki qlomerulonefrit.
Böyrək
çatışmazlığı simptomları müşahidə edilən xronik diffuz qlomerulonefrit.
Residivləşən
gedişli və böyrək çatışmazlığı simptomları ilə gedən xronik pielonefrit.
Assitlə
müşayiәt olunan xroniki hepatit və qara ciyərin sirrozu.
Mikovissidozun
ağır formaları.
Hemofiliyanın
ağır forması (hərəkətin məhdudlaşması ilə müşayiət olunan).
Hərəkətin
məhdudlaşması, oynaqların kobud morfofunksional pozğunluqları ilə müşayiət
olunan revmatoid artriti.
Şəkərli
diabetin ağır formaları.
Leykozlar.
İrsi
koaqulopatiyalar (vilimbrant xəstəliyi, trombasteniya).
İmmun
trombastenit purpura xəstəliyinin xroniki forması.
X
- histnositozlar (Hend-Süller-Krissen, Tatarinov).
Toplanma
xəstəlikləri (Toze, Niman-Pik, Landinq, Volman, Tandasir).
Hemorraqik
hematomezenximae displaziya.
Talassemiyanın
ağır formaları.
Anadangəlmə
sferositar anemiyanın ağır formaları.
Hipoplastik
anemiya.
Qazanılma
immunçatışmazlığı sindromu (QİÇS) və insan immunçatışmazlığı virusu ilə
yoluxanlar (IIV).
Xondrodistrofiya
və xondrodisplaziya.
Nevroloji xəstəliklər
Miopatiya,
anadangəlmə və irsi mənşəli torzion distoniya və digər davamlı hipergenetik
sindromlar zamanı dayaq-hərəkət aparatının funksiyasının pozulması.
Keçirilmiş
poliomielitdən sonra dayaq-hərəkət aparatının ağır pozulmaları.
Keçirilmiş
ensefalomielit və poliradikulonevritdən sonra ağır qalıq əlamətləri.
Cərrahi xəstəliklər
Aşağı
ətrafların iflici və çanaq orqanlarının funksiyalarının pozulması ilə müşayiət
olunan onurğa beyni dəbəliyi (yırtıcı).
Uşaq
serebral iflici (təhsilini bitirənədək).
Anusun
arteziyası nəcis saxlaya bilməməklə (enkoprez).
Müxtəlif
xəstəliklər zamanı aşağı ətrafların iflici.
Koksit
gips sarğısında olarkən dayaq-hərəkət sisteminin xroniki xəstəlikləri (xroniki
ostiomielit, sümük - oynaq vərəmi).
Anadangəlmə
xəstəliklər və zədələnmələrlə əlaqədar dayaq-hərəkət aparatındakı cərrahi
əməliyyatlardan sonrakı vəziyyət (müalicənin sonunadək hərəkətin çətinləşməsi
baş verən hallarda).
Hərəkətin
mümkünsüzlüyü ilə gedən dayaq-hərəkət aparatının pozulması (oxuduğu məktəbin
nəzdində 6 aydan 1 ilədək).
Mədə-bağırsaq
traktında aparılan ağır cərrahi əməliyyatlardan sonra baş verən bağırsaq
fistulları (1 il müddətinə).
Dəri xəstəlikləri
Kəskinləşmiş
vəziyyətdə olan yayılmış ekzemalar.
Psoriatik
eritrodermiyalar.
Aztropatik
psoriaz.
Herb
prurioqosu.
Dyurinq
dermatiti (kəskinləşmə dövründə),
İxlioz
formalı eritrodermiya.
Bulloz
epidermoliz (ağır formaları).
Enterpatik
akrodermatit (ağır formaları).
Kəskin
qırmızı qurdeşənəyi.
Şiddətli
yayılmış sklerodermiya.
Piqmentli
kseroderma ağır xroniki gedişli.
Psixonevroloji
xəstəliklər
Epilepsiya
kəskinləşmə mərhələsində, tez-tez qıcolma əlamətləri ilə.
Nevrozların
ağır formaları, o cümlədən enkoprez, gündüz enurezi, dekompensasiya
mərhələsində olan kəkələmə.
Ruhi
xəstəliklər (şizofreniya, psixozlar), kəskinləşmə mərhələsində.
Müxtəlif
etiologiyalı (infeksion, somatik) ensefaloastenik əlamətlər.
2. Xüsusi təhsil məktəbinin proqramı
ilə
Aşağıdakı
sindromlarla kəskinləşmiş debillik mərhələsində olan oliqrofreniya:
a)
tez-tez baş verən gündüz epilepsiya tutmaları;
b)
ağır ensefaloastenik vəziyyət;
c)
enkoprez və gündüz enurezi;
ç)
hərəkət oyanıqlığı sindromu;
d)
reaktiv vəziyyət.
Ağıl
azlığı ilə olan epilepsiya (tez-tez gündüz tutmaları ilə).
Üzvi
proseslər kəskinləşmə mərhələsində.
3.
Somatik, psixonevroloji xəstəlikləri olan şagirdlərə
sadələşdirilmiş
rejimin yaradılması (əlavə istirahət günü, bəzi
dərslərdən
azad olunma, natamam fərdi təhsilə keçirilməsi)
Somatik xəstəliklər
Anadangəlmə
eferositar anemiya (ağır və orta dərəcədə).
Hemofiliya.
Hipoplastik
anemiya.
Göz
xəstəliklərinin ağır forması (göz əzələlərinin iflici, göz almasının
çıxarılması, cərrahi əməliyyatdan sonrakı vəziyyət).
Psixonevroloji xəstəliklər
Ruhi
xəstəliklər (şizofreniya, müxtəlif etnologiyalı psixozlar), natamam
kompensasiya mərhələsində.
Epilepsiya
- kəskinləşmə mərhələsində (tutmaların tezləşməsi, distrofiyanın olması).
Beyində
cərrahiyyə əməliyyatı aparıldıqdan sonra serebral çatışmazlığı.
Ağır
kəllə zədələnməsindan və ağır keçən infeksiyalardan sonra baş verən
ensefaloastenik vəziyyət.
II. EVDƏ TƏHSİLİN TƏŞKİLİ QAYDALARI
1.
"Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili (xüsusi təhsil)
haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.14 maddəsinə əsasən, evdə
təhsil - sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı
olmayan şəxslərin müvafiq təhsil-müəssisəsinin pedaqoji işçiləri vasitəsilə
ümumtəhsil proqramlarını evdə mənimsəməsidir.
2.
Evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq təhsil müəssisəsinə xəstəxanaların,
poliklinikaların, dispanserlərin təqdim etdiyi sənədlə əsasında rayon, şəhər
psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul olunurlar.
3.
Evdə fərdi təhsilə ümumtəhsil məktəblərinə) cari ilin I sentyabrınadək 6 yaşı
tamam olan, xüsusi məktəblərdə isə (əqli cəhətdən qüsurlu) 7 yaşı tamam olan
səlahiyyətinə görə ümumtəhsil məktəblərində oxuya bilməyən uşaqlar cəlb olunur.
4.
Evdə fərdi təhsilə cəlb edilən şagirdlər məktəbə aşağıda adları qeyd olunan
sənədlərə əsasən qəbul olunurlar:
məktəb
direktorunun adına ərizə;
doğum
haqqında şəhadətnamənin surəti;
müvəffəqiyyət
cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
şagirdlərin
şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
yaşayış
yerindən arayış;
psixoloji-tibbi-pedaqoji
komissiyanın göndərişi.
5.
Evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə və ya ərazidəki yaxın
məktəbə cəlb olunur və onun təlim-tərbiyəsinin təşkili həmin məktəbə həvalə
olunur.
6.
Azərbaycan Respublikasının Təhsil Qanununa uyğun olaraq evdə təhsil üç pillədən
ibarətdir:
ibtidai
(I-IV siniflər);
əsas
(V-IX siniflər);
orta
(X-XI siniflər).
7.
Şagirdlərin evdə təhsilə qəbulu il boyu aparılır.
8.
Məşğələlər bir qayda olaraq sentyabrın 1-də başlayır və mayın 25-də başa çatır.
9.
Dərs ili müddətində tətillər "Azərbaycan Respublikası ümumtəhsil
məktəbinin nümunəvi Əsasnaməsi" əsasında verilir.
10.
Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40
dəqiqə müəyyən edilir.
11.
Gündəlik dərslərin miqdarı I pillədə 2, II və III pillədə 3 saatdan artıq ola
bilməz.
12.
Fərdi təlim planları hazırlanarkən psixoloji--tibbi-pedaqoji komissiyanın
rəyinə üstünlük verilir.
13.
II pilləni müvəffəqiyyətlə başa vuran şagirdlərə əsas məktəbi bitirmək barədə
şəhadətnamə, III pillənin məzunlarına orta təhsil haqqında attestat verilir.
14.
Evdə fərdi məşğul olan şagirdlərin dərs cədvəli oxuduğu məktəbin sinif rəhbəri
tərəfindən valideyn və müəllimlərlə razılaşdırılaraq direktor tərəfindən təsdiq
olunur.
15.
Evdə fərdi məşğul olan şagirdlər ümumtəhsil və ya xüsusi məktəblərin (şagirdin
inkişaf xüsusiyyətinə müvafiq) Azərbaycan Respublikası Təhsil Nazirliyinin
təsdiq etdiyi tədris planı əsasında təhsil alırlar.
16.
Evdə fərdi məşğul olan şagirdin dərs məşğələlərinə sinif rəhbəri, proqram materiallarının
yerinə yetirilməsi və həmin prosesdə tətbiq edilən metodiki işə təlim-tərbiyə
işi üzrə direktor müavini, bütün prosesini gedişinə isə direktor məsuliyyət
daşıyır.
17.
Evdə təhsil alan şagirdlərin biliyi ardıcıl olaraq rüblər üzrə sinif jurnalında,arxada
qeyd olunur. Onların sinifdən-sinfə keçirilməsi, məktəbi bitirməsi də müvafiq
qaydada sinif jurnalında öz əksini tapır.
18.
Evdə fərdi təhsilə cəlb olunan uşaqlar buraxılış və sinifdən-sinfə keçirilmə
imtahanlarından psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə azad oluna
bilərlər.
19.
Evdə fərdi məşğul olan şagirdlərin ev dəftəri, gündəliyi tərtib olunur. Burada
müəllimin qeydi, yoxlama işlərinə dair yazdığı qiymətlər öz əksini tapır.
20.
Müəllimin əmək haqqı tabelik qaydasında, rayon (şəhər) təhsil şöbələri
tərəfindən yerinə yetirilən proqram materialları əsasında təsdiq olunmuş
stavkaya uyğun ödənilir. Şagirdin psixoloji inkişaf xüsusiyyəti sinif rəhbəri
və məktəbin psixoloqu tərəfindən işlənir, ailə üzvlərinin xəstəyə baxması üçün
şərait və ya fasilələr yaradılır.
21.
Evdə fərdi qaydada təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin,
mütəxəssisin seçilməsində könüllülük prinsipinə əməl olunmalı, həmin
kateqoriyadan olan uşaqlarla işləyəcək müəllimlərin arzusuna üstünlük
verilməlidir.
22.
Şagirdlərin evdə müstəqil təhsil almalarına, bədii ədəbiyyatla təmin
olunmalarına, xəstəliyin xüsusiyyətinə uyğun olaraq gələcəkdə müəyyən peşə
öyrənmələrinə pedaqoji kollektivlər şərait yaratmalı, onların hərtərəfli
inkişafına qayğı və diqqətlə yanaşmalıdırlar.
23.
Məktəb rəhbərləri hər il mayın 25-dən iyunun 25-dək evdə təhsil alan
şagirdlərin həmin məktəblərdə və yaxud başqa məktəblərdə təhsillərini davam
etdirmək üçün siyahılarını psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə
təqdim etməlidirlər.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.