Sinif: V
Fənn: Azərbaycan Dili
Mövzu: Axillesin dabanı
Müəllif: Xəyalə Quliyeva
Müəllim belə bir hadisə danışır.
Hadisə Ç. Aytmatovun “Manqurt” əsərindən kiçik bir başlıqdı. Video kadr nümayiş
olunur. Hadisədə əsir düşən əsgərlərdən və onlarla rəftardan söhbət açılır.
Müəllim
sinfə suallarla müraciət edir.
“İnsanın zəif nöqtəsi” ifadəsi nə
deməkdir?
Qəhrəmanların zəif nöqtələri ola
bilər?
Hansı qəhrəmanları mifik tanıyırsınız?
Cavablar
dinlənildikdən sonra, ümumi bir nəticəyə gəlinir. Mətnin adı açıqlanır.
Oxu. (st. 2.2.1.)
Sinif üzrə oxu təşkil
olunur. Şagirdlər mətni oxuyarkən müəllim sözlərin orfoepik normalarına uyğun tələffüzünə,
xüsusilə alınma sözlərdə ( adlarda) vurğunun
yerinin düzgün müəyyən olunmasına diqqət yetirir.
Mətn 1-ci mətndaxili suala
qədər oxunur. Şagirdlərə illustrasiyadan çıxış edərək mətnin sonrakı hissəsini təxminetmə bacarığını
formalaşdrmağa yönəlmişdir.
Sual
cavablandırıldıqdan sonra şagirdlərin diqqətini yoxlamaq məqsədi ilə aşağıdakı
fikirlərin doğru, yoxsa yanlış olduğu
soruşulur.
Dərsin oxusu yekunlaşdıqdan sonra
oxu meyarları üzrə qiymətləndirmə aparlır.
Yazı standartı üzrə Motivasiya
Yazı (st.4.1.2.) Dərsin ikinci hissəsində
müəllim sinfə yeni motivasiya sualı ilə müraciət edir.
Kim öz adının mənasını
bilir?
Bilməyənlər nə
üçün adlarının mənşəyini və necə əmələ gəldiyini indiyə qədər araşdırmayıblar?
Hər sözün mənşəyi
var. Biz bu gün sözlərin mənşəyinin, ilkin mənasın necə yaranmasını araşdıracayıq. Bunu
araşdıran elm etimologiya adlanır.
Şagirdlərdən biri
kitablarında verilən etmilogiya qaydasını oxuyur.
Tədqiqat sualı:
Etimologiya nədir? Etimologiyanın dildə, həyatda əhəməiyyəti nəədən ibarətdir.
Qeyd: Dərs iki motivasiya ilə qurulub. Belə ki, həm oxu istiqaməti, həm də yazı istiqaməti üzrə motivasiya qurulub.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.