DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Eylül 2015 Pazar

Təsviri İncəsənət Kurikulumu


1.2. Məzmun xətləri
Kurikulumda təsbit olunmuş məqsəd və vəzifələri aşağıdakı məzmun xətləri vasitəsilə həyata keçirmək nəzərdə tutulur :
 Cəmiyyət və təsviri incəsənət
 Təsviri və dekorativ yaradıcılıq
 Estetik reaksiya
1.4. Fəaliyyət xətləri
Kurikulumda fənnin məzmunu bacarıqlar şəklində ifadə olunmuş standartların vasitəsilə verilir. Bacarıqlar isə şagirdin müxtəlif fəaliyyətləri nəticəsində əldə olunur və onların köməyi ilə nümayiş etdirilir. Buna görə Təsviri incəsənət fənni üzrə məzmun standartları müəyyənləşdirilərkən, aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik nəzərə alınmışdır:

 təsviretmə
 tətbiqetmə
 məlumat mənbələrindən istifadə;
 əlaqələndirmə
 müqayisə və təhliletmə
 sistemləşdirmə və təsnifetmə
 proqnozlaşdırma
 problemin həlli
 təqdimetmə
 dəyərləndirmə

1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
təsviri və dekorativ sənətin əsas növlərini sadalayır;
Azərbaycanın görkəmli təsviri incəsənət nümayəndələrini (Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Fuad Əbdürrəhmanov) ən məşhur əsərlərini sadalayır;
sadə təsvir alətlərindən (karandaş, fırca, flamaster, kömür) və bədii ifadə vasitələrindən (xətt, cizgi, ton) istifadə edir;
sadə həndəsi fiqurlar çəkir, kiçik kompozisiyalar qurur; 

verilmiş sadə formalı əşyaların xüsusiyyətlərini şərh edir, rəng çalarlarına ayırır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri və dekor sənətin əsas növlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri sənətin əsas növlərini (qrafika, rəngkarlıq, heykəltəraşlıq) sadalayır.
1.1.2. Dekorativ – tətbiqi sənətin əsas növlərini (xalçaçılıq, misgərlik, milli geyim) sadalayır.
1.1.3. Azərbaycnın görkəmli təsviri sənət nümayəndələrini (Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Fuad Əbdürrəhmanov) və onların ən məşhur əsərlərini sadalayır.
2.Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1.Təsviri sənət üzrə zəruri sadə təsvir alətlərindən istifadə bacarıqları nümayiş etdirir.
2.1.1. Sadə təsvir alətlərindən (karandaş, qələm, fırça, flamaster, kömür) təyinatına görə istifadə edir.
2.1.2. Sadə bədii ifadə vasitələrindən (xətt, cizgi, ton) istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.
2.1.3. Əsas rəngləri tanıyır, onları sadalayır.
2.1.4. Sadə və rəngli karandaşlarla səthi təsvir yaradır.
2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1. Müxtəlif növ xətlərdən sadə həndəsi fiqurlar cəkir, plastik materialdan sadə fiqurlar düzəldir, hazır fiqurlardan kiçik kompozisiyalar qurur.
3. Estetik reaksiya
Şagird: 
3.1. Verilmiş sadə təsviri və dekorativ sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Verilmiş sadə formalı təsvir və əşyaları şərh edir.
3.1.2. Verilmiş əsərlərdə rəng çalarlarını ayırır və adlandırır.
II sinif
II sinfin sonunda şagird:
təsviri və dekorativ sənətin əsas növ və janrlarını fərqləndirir;
Azərbaycanın görkəmli təsviri sənət nümayəndələrini (Mirzə Qədim İrəvani, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Cəlal Qaryağdı) ən məşhur əsərlərini sadalayır;
sadə bədii təsvir (rəngli kağız, karton) və ifadə (forma, rəng, işıq-kölgə) vasitələrindən istifadə etməklə rəngli təsvirlər yaradır;
sadə həndəsi fiqurlardan ritmik dekorativ kompozisiya qurur;
verilmiş sadə əşyaları məzmun və formasına, rəsm əsərlərini rəng çalarlarına görə izah edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri və dekor sənətin əsas növlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri sənət növ və əsas janrlarını (animalist, mənzərə, natürmort) sadalayır.
1.1.2. Dekorativ-tətbiqi sənətin əsas növlərini (tikmə, zərgərlik, dulusçuluq) nümunələrə görə fərqləndirir.
1.1.3. Azərbaycnın görkəmli təsviri sənət nümayəndələrini (Mirzə Qədim İrəvani, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Cəlal Qaryağdı) və onların ən məşhur əsərlərini tanıyır.
2. Təsviri və dekorativ yaradıcılıq 
2.1. Təsviri sənət üzrə bədii ifadə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.
2.1.1. Təsvir alətləri (sadə və rəngli karandaşlar, flamasterlər) vasitəsilə sadə təsvirlər yaradır.
2.1.2. Sadə bədii ifadə vasitələrindən (rəng, işıq-kölgə, həcm) istifadə qaydalarını mənimsədiyini nümayiş etdirir.
2.1.3. Sadə əşyaları nisbi dəqiqliklə təsvir edir.
2.1.4. Əsas rənglərdən alınmış çalarları adlandırır.
2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2..2.1. Sadə materiallardan (rəngli kağız, karton, parça, təbiət materialları) həndəsi fiqurlardan və təbiət formalarından ritmik, dekorativ kompozisiya tərtib edir.
3. Estetik reaksiya
Şagird:
3.1. Təsviri və dekorativ sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Verilmiş sadə təsvirləri, əşyaları məzmun və forma baxımından şərh edir.
3.1.2. Verilmiş əsərdə rəng çalarlarını izah edir.
III sinif
III sinfin sonunda şagird:
təsviri və dekorativ sənətin növ və janrlarını nümunələrə görə fərqləndirir;
Azərbaycanın görkəmli təsviri və dekorativ sənət nümayəndələrini (Qəzənfər Xalıqov, Ələkbər Rzaquliyev, Tokay Məmmədov, Lətif Kərimov, Toğrul Nərimanbəyov) və onların ən məşhur əsərlərini fərqləndirir;
rənglərdən və bədii ifadə vasitələrindən istifadə edərək sadə təsviri və dekorativ kompozisiyalar qurur;
sadə dekorativ kompozisiyaları məişət predmetlərinə tətbiq edir;
verilmiş sadə və mürəkkəb əşyaları, məzmun və formasına, rəsm əsərlərində rəngləri emosional məna çalarlarına görə şərh edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri və dekor sənətin əsas növlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri incəsənətin növ və janrlarını (portret, məişət) nümunələr əsasında fərqləndirir
1.1.2. Dekorativ-tətbiqi sənətin əsas növlərini (ağac üzərində oyma, keramika, metal üzərində döymə) nümunələrə görə fərqləndirir.
1.1.3.Azərbaycanın görkəmli təsviri və dekorativ sənət nümayəndələrini (Qəzənfər Xalıqov, Ələkbər Rzaquliyev, Tokay Məmmədov, Lətif Kərimov, Toğrul Nərimanbəyov) və onların ən məşhur əsərlərini fərqləndirir.
2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1.Təsviri sənət üzrə bədii ifadə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.
2.1.1. Təsvir alətləri (rəngli karandaşlar, flomaster və sulu boyalar) vasitəsilə sadə təsvirlər yaradır.
2.1.2. Təsviri və dekorativ kompozisiyalarda bədii ifadə vasitələrindən (kolorit, ton, siluet) istifadə bacarıqları nümayiş etdirir.
2.1.3. Sadə üçölçülü əşyaları naturadan nisbi dəqiqliklə təsvir edir.
2.1.4. Rənglərdən istifadə edərək sadə kompozisiyalar qurur.
2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1. Sadə dekor (bəzək) kompozisiyaları məişət predmetlərinə tətbiq edir.
3. Estetik reaksiya
Şagird:
3.1. Təsviri və dekorativ sənət nümunələrinə münasibət bildirir. 
3.1.1. Verilmiş sadə və mürəkkəb əşyaları məzmun və forma baxımından şərh edir.
3.1.2. Verilmiş əsərlərdə rəngləri məna çalarlarına görə şərh edir.
IV sinif
IV sinfin sonunda şagird:
təsviri və dekorativ sənətin növ və janrlarına aid kiçik təqdimatlar edir;
Azərbaycanın görkəmli təsviri və dekorativ sənət nümayəndələrini (Salam Salamzadə, Elbəy Rzaquliyev, Cəfər Müciri, Tahir Salahov, Ömər Eldarov) və onların ən məşhur əsərlərini fərqləndirir;
əşya və hadisələri praktik yolla təsvir edir;
əşyaların xarici səthində bəzək kompozisiyaları yaradır;
real əşya və hadisələri mücərrəd formada təsvir edir;
verilmiş əşyanın məzmun və forması arasındakı əlaqəni şərh edir, rəsm əsərindəki rəngləri emosional məna çalarlarına görə müqayisə edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri və dekorativ sənətin əsas növlərini tanıdığını nümayiş etdirir.
1.1.1. Təsviri və dekorativ sənət növlərini əsas xüsusiyyətlərinə görə şərh edir.
1.1.2. Təsviri və dekorativ sənətin növ və janrları barədə kiçik təqdimatlar edir.
1.1.3. Azərbaycanın görkəmli təsviri və dekorativ sənət nümayəndələrini (Salam Salamzadə, Elbəy Rzaquliyev, Cəfər Müciri, Tahir Salahov, Ömər Eldarov) və onların ən məşhur əsərlərini fərqləndirir.
2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1. Təsviri sənət üzrə bədii ifadə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir. 
2.1.1. Fırçadan istifadə etməklə sulu boyalar (akvarel və quaş) vastəsilə sadə təsvirlər, dekorativ kompozisiyalar yaradır.
2.1.2. Bədii ifadə vasitələrindən istifadə etməklə sadə təsvirlər və dekorativ kompozisiyalar yaradır.
2.1.3. Sadə üçölçülü əşyaları naturadan və yaddaşdan nisbi dəqiqliklə təsvir edir.
2.1.4. Əşya və hadisələri praktik yolla təsvir edir.
2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1. Müxtəlif əşyaların xarici səthində bəzək kompozisiyaları yaradır.
2.2.2. Real əşya və hadisələri mücərrəd formada təsvir edir.
3. Estetik reaksiya
Şagird:
3.1. Təsviri və dekorativ sənət nümunələrinə münasibət bildirir.
3.1.1. Verilmiş əsərlərdə və əşyalarda məzmun və forma arasındakı əlaqəni şərh edir.
3.1.2. Verilmiş əsərlərdə rəngləri emosional məna çalarlarına görə müqayisə edir.
V SİNİF
V sinfin sonunda şagird:
Təsviri incəsənətin həyat hadisələrini əks etdirdiyini izah edir.
Təsviri və dekorativ sənətin növ və janrlarını (qrafika, rəngkarlıq, heykəl-təraşlıq) xarakterik xüsusiyyətlərinə görə şərh edir.
Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri (Məsud İbn Davud, Soltan Məhəmməd, Elmira Şahtaxtinskaya, İbrahim Zeynalov, Qriqori Qaqarin, Sandro Botiçelli, Donatello, Paolo Uccello) və onların əsər-ləri haqqında məlumatları şərh edir.
Müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri təsviri sənətin növlərində (qrafika, rəngkarlıq, heykəltəraşlıq) real və abstrakt tərzdə təsvir edir.
Sadə əşyalar üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
Təsviri sənət növlərini ayırır, milli-üslubi cəhətini nümunələr əsasında estetik-emosional hisslərə görə izah edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri incəsənətin cəmiyyətin həyatında əhəmiyyətinə dair bilik və bacarıq-lara malik olduğunu nümayiş etdirir.
1.1.1. Təsviri incəsənətin həyat hadisələrini əks etdirdiyini izah edir.
1.2. Təsviri və dekorativ sənətin növ və janrlarına aid bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1.Təsviri sənətin növlərinin (qrafika, rəngkarlıq, heykəltəraşlıq) xarakterik xüsusiyyətlərini şərh edir.
1.2.2. Dekorativ sənət növlərini (xalçaçılıq, bədii tikmə, ağac üzərində oyma) xarakterik xüsusiyyətlərinə görə şərh edir.
1.3. Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri və onların əsərlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri incəsənət nümayəndələrinin (Məsud İbn Davud, Soltan Məhəmməd, Elmira Şahtaxtinskaya, İbrahim Zeynalov, Qriqori Qaqarin, Sandro Botiçelli, Donatello, Paolo Uccello) və onların əsərləri haqqında məlumatları şərh edir.
2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1. Həyati görüntüləri real və abstrakt tərzdə təsvir edir.
2.1.1. Həyati görüntüləri rəngkarlıq, qrafika, heykəltəraşlıq növlərində real və abstrakt tərzdə təsvir edir.
2.1.2. Həyati görüntülərin real və abstrakt tərzdə təsvirində müxtəlif vasitələrdən (kömür, sulu boya, plastilin və ya gil) istifadə edir.
2.2. Tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1. Sadə əşyaların üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
3 . Estetik reaksiya
Şagird:
3.1. Təsviri və dekorativ sənət nümunələri estetik-emosional münasibət bildirir.
3.1.1. Bədii sənət əsərlərində milli-üslubi cəhətləri estetik imkanlarına görə izah edir.
3.1.2. Təsviri sənət növlərini ayıraraq emosional təsir xüsusiyyətlərini izah edir.
VI SİNİF
VI sinfin sonunda şagird:
təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu izah edir.
təsviri və dekorativ sənətin növ və janrlarını (natürmort, mənzərə, portret) bədii xüsusiyyətlərinə görə şərh edir.
Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri (Əcəmi Əbubəkir oğlu Naxçıvani, Sadiq bəy Əfşar, Vəcihə Səmədova, Lətif Kərimov, Leonardo da Vinçi, Mikelancelo, Rafael Santi, Albrext Dürer, Memar Sinan) və onların əsərləri haqqında məlumatları şərh edir.
müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri təsviri sənətin janrlarında (natürmort, mənzərə, portret) real və abstrakt tərzdə təsvir edir.
məişət əşyaları üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
təsviri sənətin janrlarını ayırır, milli-üslubi cəhətini estetik-emosional hislərə görə izah edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətinə dair bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
1.1.1.Təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu şərh edir.
1.2. Təsviri və dekorativ sənətin növ və janrlarına aid bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Təsviri incəsənətin növ və janrlarını (natürmort, mənzərə, portret) xarakterik xüsusiyyətlərinə görə şərh edir.
1.2.2. Dekorativ sənət növlərini (metal üzərində döymə, keramika, zərgərlik) xarakterik xüsusiyyətlərinə görə şərh edir.
1.3. Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri incəsənət nümayəndələri (Əcəmi Əbubəkir oğlu Naxçıvani, Sadiq bəy Əfşar, Vəcihə Səmədova, Lətif Kərimov, Leonardo da Vinçi, Mikelancelo, Rafael Santi, Albrext Dürer, Memar Sinan) və onların əsərləri haqqında məlumatları şərh edir.
2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1. Həyati görüntüləri real və abstrakt tərzdə təsvir edir.
2.1.1. Həyati görüntüləri natürmort, mənzərə, portret janrlarında real və abstrakt tərzdə təsvir edir.
2.1.2. Həyati görüntülərin real və abstrakt tərzdə təsvirində müxtəlif vasitələrdən (pastel tabaşirləri, sulu boya, plastilin və ya gil) istifadə edir.
2.2. Tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1. Məişət əşyaları üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
3 . Estetik reaksiya
Şagird: 
3.1. Təsviri və dekorativ sənət nümunələrinə estetik-emosional münasibət bildirir.
3.1.1. Bədii sənət əsərlərində milli-üslubi cəhətlərə (obraz, obyekt və hadisələr) estetik münasibət bildirir.
3.1.2. Təsviri sənətin janrlarını xarakterik xüsusiyyətlərinə görə ayıraraq izah edir.
VII SİNİF
VII sinfin sonunda şagird:
təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu və əhəmiyyətini nümunələr əsasında şərh edir.
təsviri və dekorativ sənətin növ və janrlarını (məişət və əsatir) xüsusiyyətlərinə görə şərh edir.
Azərbaycanın və dünyanın təsviri incəsənətinin görkəmli nümayəndələri (Müzəffər Əli, Kamil Əliyev, Mirəli Mirqasımov, Rasim Babayev, İlya Repin, Rembrandt, Velaskes, Karavacco) və onların əsərləri haqqında məlumatları şərh edir.
müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri incəsənətin müxtəlif növündə (dizayn, milli geyimlər, bədii hörmə) real və abstrakt tərzdə təsvir edir.
müxtəlif texniki avadanlıqlar üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
təsviri sənətin növ və janrlarında milli-üslubi cəhətləri estetik-emosional hisslərə görə fərqləndirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət
Şagird:
1.1. Təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətinə dair bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir. 
1.1.1. Təsviri incəsənətin cəmiyyətin həyatında rolunu və əhəmiyyətini nümunələr əsasında şərh edir.
1.2 Təsviri və dekorativ sənətin növ və janrlarına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Təsviri sənətin növ və janrlarını (məişət və əsatir) xarakterik xüsusiyyətlərinə görə şərh edir.
1.2.2. Dekorativ sənət növlərini (milli geyimlər, bədii hörmə) xarakterik xüsusiy-yətlərinə görə şərh edir.
1.3. Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsər-lərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri incəsənət nümayəndələri (Müzəffər Əli, Kamil Əliyev, Mirəli Mirqasımov, Rasim Babayev, İlya Repin, Rembrandt, Velaskes, Karavacco) və onların əsərləri haqqında məlumatları şərh edir.
2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1. Həyati görüntüləri real və abstrakt tərzdə təsvir edir.
2.1.1. Həyati görüntüləri məişət, əsatir janrlarında real və abstrakt tərzdə təsvir edir.
2.1.2. Həyati görüntülərin real və abstrakt tərzdə təsvirində müxtəlif vasitələrdən (tuş, sulu boya və ya qarışıq texnika, plastilin və ya gil) istifadə edir.
2.2. Tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1. Müxtəlif texniki avadanlıqlar üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
3 . Estetik reaksiya
Şagird:
3.1. Təsviri və dekorativ sənət nümunələrinə estetik-emosional münasibət bildirir. 
3.1.1. Bədii sənət əsərlərində milli-üslubi cəhətləri (forma, ritm, rəng çalarları) estetik xüsusiyyətlərinə görə fərqləndirir.
3.1.2. Təsviri sənətin növ və janrlarını xarakterik xüsusiyyətlərinə görə fərqlən-dirərək şərh edir.
VIII SİNİF
VIII sinfin sonunda şagird:
Azərbaycan təsviri incəsənətini dünya mədəniyyətinin tərkib hissəsi kimi şərh edir.
təsviri və dekorativ sənətin növ və janrlarını (tarixi, batal) xüsusiyyətlərinə görə şərh edir.
Azərbaycanın və dünyanın görkəmli təsviri incəsənət nümayəndələri (Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Eldar Mikayılov, Fuad Əbdürrəhmanov, Tokay Məmmədov, Sadıq Dadaşov, Jan Ogüst Dominik Enqr, Ejen Delakrua, Fransisko Qoyya, Van Qoq, Jak Lui David, Eduard Mane, Klod Mone, Ogüst Renuar, Pol Qogen, Anri Matis, Ogüst Roden) və onların əsərləri haqqında təqdimat edir.
müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri incəsənətin müxtəlif növlərində (misgərlik, şəbəkə, qarışıq texnika) real və abstrakt tərzdə təsvir edir.
geyim və nəqliyyat vasitələri üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
bədii sənət əsərlərinin milli-üslubi cəhətlərini estetik-emosional hisslərə görə müqayisə edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət

Şagird:
1.1. Təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətinə dair bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir. 
1.1.1. Azərbaycan təsviri incəsənətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təqdim edir.
1.2. Təsviri və dekorativ sənətin növ və janrlarına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Təsviri sənətin növ və janrlarını (tarixi, batal) xarakterik xüsusiyyətlərinə görə şərh edir.
1.2.2. Dekorativ sənət növlərini (misgərlik, şəbəkə, qarışıq texnika) xarakterik xüsusiyyətlərinə görə şərh edir.
1.3. Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsə-lərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri incəsənət nümayəndələri (Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Eldar Mikayılov, Fuad Əbdür-rəhmanov, Tokay Məmmədov, Sadıq Dadaşov, Jan Ogüst Dominik Enqr, Ejen Delakrua, Fransisko Qoyya, Van Qoq, Jak Lui David, Eduard Mane, Klod Mone, Ogüst Renuar, Pol Qogen, Anri Matis, Ogüst Roden) və onların əsərləri haqqında təqdimat edir.
2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1. Həyati görüntüləri real və abstrakt tərzdə təsvir edir.
2.1.1. Həyati görüntüləri tarixi, batal janrlarda real və abstrakt tərzdə təsvir edir.
2.1.2. Həyati görüntülərin real və abstrakt tərzdə təsvirində müxtəlif vasitələrdən (tuş, sulu boya, qarışıq texnika və ya yağlı boya, plastilin, gil və ya gips) istifadə edir.
2.2. Tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1. Geyim əşyaları və nəqliyyat vasitələri üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
3 . Estetik reaksiya
Şagird: 
3.1. Təsviri və dekorativ sənət nümunələrinə estetik-emosional münasibət bildirir.
3.1.1. Bədii sənət əsərlərində milli-üslubi cəhətləri estetik təsir xüsusiyyətlərinə görə müqayisə edir.
3.1.2. Təsviri sənətin növ və janrlarının xarakterik xüsusiyyətlərinin emosional təsir imkanlarını şərh edir.
IX SİNİF
IХ sinfin sonunda şagird:
müasir Azərbaycan və dünya təsviri incəsənətinin cəmiyyət həyatındakı rolu və əhəmiyyətinə dair təqdimatlar edir.
 təsviri və dekorativ sənətin növ və janrlarını (karikatura, şarj, tematik) xüsusiy-yətlərinə görə şərh edir.
 Azərbaycanın və dünyanın görkəmli təsviri incəsənət nümayəndələri (Tahir Salahov, Ömər Eldarov, Cavad Mircavadov, Mikayıl Hüseynov, Fərhad Xəlilov, Arif Hüseynov, Sakit Məmmədov, Fazil Nəcəfov, Pol Sezann, Pablo Pikasso, Salvador Dali, Vasili Kandinski, Naum Qabo, Paul Klee, Joan Miro, Henri Spenser Mur, Alberto Cakometti) və onların əsərləri haqqında təqdimat edir
 müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri incəsənətin müxtəlif növlərində (kompüter qrafikası) real və abstrakt tərzdə təsvir edir.
 memarlıq və inşaat tikililəri üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
 bədii sənət əsərlərinin milli-üslubi cəhətlərini estetik-emosional hislərə görə dəyərləndirir, təqdimatlar edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Cəmiyyət və təsviri incəsənət

Şagird: 
1.1. Təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətinə dair bilik və bacarıqlara malik olduğunu nümayiş etdirir.
1.1.1. Müasir Azərbaycan və dünya incəsənətinin cəmiyyət həyatındakı rolu və əhəmiyyətinə dair təqdimatlar edir.
1.2. Təsviri və dekorativ sənətin növ və janrlarına dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Təsviri sənətin növ və janrlarını (karikatura, şarj, tematik) xarakterik xüsusiyyətlərinə görə şərh edir.
1.2.2. Dekorativ sənət növlərini və kompüter qrafikasına aid təsvirləri xarakterik xüsusiyyətlərinə görə şərh edir.
1.3. Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Azərbaycanın və dünyanın görkəmli təsviri incəsənət nümayəndələri (Tahir Salahov, Ömər Eldarov, Cavad Mircavadov, Mikayıl Hüseynov, Fərhad Xəlilov, Arif Hüseynov, Sakit Məmmədov, Fazil Nəcəfov, Pol Sezann, Pablo Pikasso, Salvador Dali, Vasili Kandinski, Naum Qabo, Paul Klee, Joan Miro, Henri Spenser Mur, Alberto Cakometti) və onların əsərləri haqqında təqdimatlar edir.
2. Təsviri və dekorativ yaradıcılıq
Şagird:
2.1. Həyati görüntüləri real və abstrakt tərzdə təsvir edir.
2.1.1. Həyati görüntüləri karikatura, şarj, tematik janrlarda, yaxud qrafik redaktor vasitəsilə real və abstrakt tərzdə təsvir edir.
2.1.2. Həyati görüntülərin real və abstrakt tərzdə təsvirində müxtəlif vasitələrdən (tuş, kömür, sulu boya, qarışıq texnika və ya yağlı boya, plastilin, gil yaxud ağac), yaxud qrafik redaktordan istifadə edir.
2.2. Tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
2.2.1. Memarlıq və inşaat tikililəri üzərində bədii tərtibat və dizayn bacarıqları nümayiş etdirir. 
3 . Estetik reaksiya
Şagird:
3.1. Təsviri və dekorativ sənət nümunələrinə estetik-emosional münasibət bildirir.
3.1.1. Bədii sənət əsərlərində milli-üslubi cəhətlərin estetik təsir xüsusiyyətlərini bədii ifadə vasitələrinə görə dəyərləndirir və təqdimatlar edir.
3.1.2. Təsviri sənətin növ və janrlarının xarakterik xüsusiyyətlərinin emosional təsirini dəyərləndirir və təqdimatlar edir.

1 yorum:

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar