DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

11 Mart 2016 Cuma

AKT necə yazılır?

Akt haqqında ümumi məlumat
“Akt” sözü latın dilində “aktus” hərəkət və aktum” sənəd mənalarında islənir.
“Akt” çoxmənalı sözdür: 1) həqiqət, davranıs; 2) rəsmi sənəd; 3) Dövlət təskilatı tərəfindən nəsr edilən hüquqi sənəd. Biz burada “akt” sözünün rəsmi hüquqi sənəd mənasından istifadə edəcəyik.
Aktın mahiyyəti – Hər hansı bir is və hadisəni qanuniləsdirib hüquqi sənəd status vermək. Akt tərtib edilən hər hansı bir hadisə, is, obyekt artıq müəyyən hüquqi məzmun kəsb edir.
Aktın məzmunu – Akt imzaları ilə təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir. Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün aktı tərtib edənlərdən ibarət komissiya yaradılır. Komissiya obyektiv səkildə apardıgı yoxlamanı aktlasdırır.
Aktın forması – Aktın xüsusi tərtibedilmə forması vardır. Aktın birinci səhifəsinin sag tərəfində yuxarı vəzifəli səxsin onu təsdiq etdiyi haqda qeyd olur. “Akt” sözü vərəqin ortasında yazılır. Ondan asagıda sol tərəfdə aktın tərtib edildiyi tarix, sag tərəfində isə akt tərtib edildiyi yer göstərilir. Aktın əvvəlində onu tərtib edənlərin vəzifəsi, adı və soyadı, habelə akt tərtib edilən hadisəyə onların münasibəti göstərilir. Aktın sonunda onu tərtib edənlərin gəldiyi nəticə göstərilir və o, imzalarla təsdiq edilir.
Aktın növləri – Aktın müəyyən növləri vardır: 1. Vaxtı ötmüs sənədləri, inventarı, maddi əmlakı hesabdan silmək üçün tərtib edilən akt; 2. Təbii fəlakət nəticəsində dəymis maddi ziyanı müəyyənləsdirmək üçün yazılan akt; 3. Maddi məsul səxsin vurdugu ziyanı və ya mənimsədiyi məbləgi müəyyənləsdirmək üçün tərtib edilən akt; 4. Cinayət törətmis səxsin evində aparılan axtarıs haqqında akt; 5. Bir nəfər və ya bir qrup səxs tərəfindən vətəndasın və ya hüquqi səxslərin təhqir edilməsi haqqında tərtib edilən akt; 6.Azadlıq haqqında konstitusiya aktı və s.
Aktın dil, üslub xüsusiyyətləri haqqında məlumat
Akt ədəbi dildə yazılmalıdır. Oradakı fikirlər aydın və səlis olmalıdır. Heç bir emosionallıga, subyektivlik ifadə edən sinonim sözlərə yol vermək olmaz. Bədii təsvir və obrazlılıq akt üçün xarakterik deyildir. Bəzi ədəbiyyatlarda qeyd edilir ki, akt məzmununa görə rəngarəngdir:
a) cinayət aktı
b) dövlət aktı
c) bu və ya digər bir faktı açmaq üçün müəyyən edilən akt. Hər bir akt təskilat tərəfindən ayrılmıs komissiyanın istirakı ilə tərtib olunur. Mürəkkəb və ya xüsusi akt isə bir neçə faktı əks etdirir. Belə akt ən çox xüsusi təltif komissiyasının istirakı ilə tərtib olunur və lazımi ali orqana təqdim edilir. Akt
asagıdakı ardıcıllıqla tərtib olunur:
1. “Akt” sözü vərəqin yuxarı hissəsində böyük hərflə yazılır.
2. “Akt” sözünün altında il, ay, gün və aktın tərtib edildiyi yer göstərilir.
3. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.
4. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir. Burada hadisənin
gedisi, materialın qiyməti, kəmiyyəti öz əksini tapır.
5. Yoxlamanın müddəti həm rəqəm, həm də hərflə qeyd olunur.
6. Aktın sonunda nəticə verilir. Burada məsuliyyət dasıyan və ya isə vicdanla
yanasan səxs göstərilir.
7. Aktı tərtib edənlərin imzası aktın sonunda qoyulur.
Aktların hazırlanması və tərtib edilməsi qaydaları
Aktın mətni giris və sərh hissələrindən ibarət olmalıdır. Giris hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Sərh hissəsində aktın tərtibinin məqsəd və vəzifələri, aparılmıs isin mahiyyəti və xarakteri, müəyyən edilmis faktlar, habelə nəticələr və təkliflər qeyd olunur.
Aktın baslıgı həmin aktda göstərilən məsələni qısa səkildə əks etdirməlidir. Aktın tərtib olundugu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uygun gəlməlidir. Akt mətninin sonunda (imzalardan əvvəl) aktın nüsxələri və saxlandıgı yer haqqında məlumat verilir.

Akt onun tərtib olunmasında istirak edən bütün səxslər tərəfindən imzalanır. Bu zaman imza etmis səxslərin vəzifələri göstərilir. Aktı hazırlayanların və bu isdə istirak edənlərin xüsusi rəyləri olduqda həmin rəylər imzalardan asagıda və ya ayrıca vərəqədə yazılır.

13 yorum:

  1. İşə davamiyyətin yoxlması ilə bağlı tərtib edilən akti iki nəfər imzalaya bilərmi?

    YanıtlaSil
  2. cox işime yaradi cox sagolum

    YanıtlaSil
  3. çox işimə yaradı təşəkkürlər.

    YanıtlaSil
  4. Gözəl bilgilər üçün çox sağolun

    YanıtlaSil
  5. nümunə olsaydı yaxşı olardaı

    YanıtlaSil
  6. 1. Akta Qoşma yazmaq olar? 2. Akt bir vərəqə yerləşmirsə ikinci vərəqdə yazılır yoxsa birinci vərəqin arxasında? Təşəkkür edirəm.

    YanıtlaSil
  7. Faydalı oldu, təşəkkür edirəm.

    YanıtlaSil

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar