1.2.
Məzmun xətləri
Milli və dünya təcrübəsinin
öyrənilməsi, onların müqayisəsi, təhlil edilməsi nəticəsində «Texnologiya» fənninin
aşağıda qeyd olunan məzmun xətləri müəyyənləşdirilmişdir ki, bu da şagirdlərin əldə
edəcəyi bilik və bacarıqları daha aydın təsvir etmək, onu sistemləşdirmək məqsədinə
xidmət edir:
Emal texnologiyaları
Texnika elementləri
Məişət mədəniyyəti
Qrafika
Bütün fənlərdə olduğu kimi, texnologiya
fənninin məzmunu sinifdən-sinfə, konsentrik əsasda sadədən mürəkkəbə, asandan çətinə
prinsipi üzrə getdikcə zənginləşsə də, məzmun xətləri dəyişməz qalır.
1.4. Fəaliyyət xətləri
“Texnologiya” fənni üzrə məzmün standartları müəyyənləşdirilərkən
aşağıdakı fəaliyyət xətləri nəzərə alınmışdır:
Problem həlli.
Təhliletmə və əsaslandırma.
Mühakiməyürütmə.
Əlaqələndirmə.
Təqdimetmə.
1.5. Məzmun standartları
I S İ N İ F
I sinfin sonunda şagird:
sadə emal texnologiyalarını tanıyır, emal
prosesinə hazırlıq görür, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl
etməklə sadə məmulatlar hazırlayır, onları təqdim edir;
texnoloji maşınları və texnoloji vasitələri
təsnif edir, onları ayrılıqda bir-birindən fərqləndirir;
özünəxidmət, bitkilərə qulluq və mədəni davranış qaydalarını sadə
formada izah edir;
zəruri məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir;
sadə əşyaları qrafik təsvir edir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş
etdirir.
1.1.1. Müvafiq emal texnologiyalarını (ölçmə, kəsmə, yapma, birləşdirmə,
qatlama, tikmə) sadalayır.
1.1.2. Sadə emal texnologiyalarını fərqləndirir.
1.1.3. Emal vasitələrini sadalayır.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası
seçir.
1.3.Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar
hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə sadə məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş
etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət
və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena
qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1.Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik
olduğunu nümayiş etdirir.
2.1.1. Verilmiş təsvirlərdə texnoloji maşınları (nəqliyyat, yük, məişət)
və texnoloji vasitələri (əl alətləri, mexaniki alətlər) adlandırır.
2.1.2. Texnoloji maşınları və vasitələri sadalayır.
2.1.3. Məişət texnikalarını sadalayır.
3. Məişət mədəniyyəti 14
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena qaydaları haqqında fikirlərini
sadə formada şərh edir.
3.1.2. Otaq bitkilərinə qulluq qaydalarını şərh edir.
3.1.3. Yemək masası arxasında davranış qaydaları ilə bağlı fikirlərini
bildirir.
3.1.4. Müxtəlif təyinatlı (səhər, nahar, şam, qonaq, bayram) yemək süfrələri
və onların atributlarını sadalayır.
3.1.5. Səhər süfrəsini tərtib edir.
4. Qrafika
Şagird:
4.1. Əşyaları qrafik təsvir edir.
4.1.1. Əşyaların ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir.
4.1.2. Çəkilmiş ayrı-ayrı hissələri birləşdirməklə əşyanın tam təsvirini
çəkir.
II S İ N İ F
II sinfin sonunda şagird:
sadə emal texnologiyalarını və vasitələrini tanıdığını nümayiş etdirir;
emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
verilmiş materiallardan (kağız, karton, parça, plastilin) sadə məmulatlar
hazırlayır;
texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik
olduğunu nümayiş etdirir;
məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş
etdirir;
sadə əşyaları qrafik təsvir edir
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıdığını nümayiş etdirir.
1.1.1. Emal texnologiyalarını nümayiş etdirilən təsvirlərdə tanıyır.
1.1.2. Müvafiq emal texnologiyalarını (ölçmə, kəsmə, yapma, birləşdirmə,
qatlama, tikmə) təyinatına görə sadə formada izah edir.
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal
texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif
məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş
etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət
və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena
qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik
olduğunu nümayiş etdirir.
2.1.1. Texnoloji maşınları (nəqliyyat, yük, məişət) bir-birindən fərqləndirir.
2.1.2. Texnoloji vasitələri (əl alətləri, mexaniki alətər) bir-birindən
fərqləndirir.
2.1.3. Məişət texnikalarını bir-birindən fərqləndirir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena qaydalarını izah edir.
3.1.2. Bitkilərə qulluq qaydalarını şərh edir.
3.1.3. Yemək masası arxasında davranış qaydalarını izah edir.
3.1.4. Yemək süfrəsinin növlərinə uyğun olaraq qabları, alət və ləvazimatları
seçir.
3.1.5. Nahar süfrəsini tərtib edir.
4. Qrafika
Şagird:
4.1. Əşyaları qrafik təsvir edir.
4.1.1. Verilmiş ölçülərə əsasən nişanlama işləri aparır.
4.1.2. Hazırlanacaq məmulatın təsvirini çəkir.
III S İ N İ F
III sinfin sonunda şagird:
emal texnologiyalarının mahiyyətini anladığını nümayiş etdirir;
emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar
hazırlayır;
texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik
olduğunu nümayiş etdirir;
məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş
etdirir;
müxtəlif əşyaları qrafik təsvir edir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1.Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş
etdirir.
1.1.1. Müxtəlif emal texnologiyalarına aid iş proseslərini mərhələlər
üzrə izah edir.
1.1.2. Mərhələlər üzrə iş prosesində zəruri emal vasitələrinin əhəmiyyətini
izah edir.
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir və təyinatını müəyyənləşdirir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası
seçir.
1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif
məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə müxtəlif məmulat (məmulatlar)
hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş
etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət
və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena
qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı (məmulatları) təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
2.1.1. Texnoloji maşınları (nəqliyyat, yük, nəqledici,
elektron, məişət) bir-birindən fərqləndirir.
2.1.2. Texnoloji vasitələri (əl alətləri, mexaniki alətər, elektrik alətləri)
bir-birindən fərqləndirir.
2.1.3. Məişət texnikalarından istifadə qaydalarını izah edir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena tələblərinin insan həyatında əhəmiyyətini
izah edir.
3.1.2. Bitkilərin insan sağlamlığının mühafizəsində rolunu şərh edir.
3.1.3. Yemək masası ətrafında davranış bacarıqlarını nümayiş etdirir.
3.1.4. Yemək süfrəsinin növlərinə uyğun olaraq qabları, alət və ləvazimatları
seçir və düzgün yerləşdirir.
3.1.5. Şam süfrəsini tərtib edir.
4. Qrafika
Şagird:
4.1. Əşyaları qrafik təsvir edir.
4.1.1. Müstəvi və həcmli fiqurların hissələrinin ölçülərə əsasən təsvirini
çəkir.
4.1.2. Hissələri birləşdirməklə əşyanın tam şəklini çəkir.
IV S İ N İ F
IV sinfin sonunda şagird:
emal texnologiyalarının mahiyyətini anladığını nümayiş etdirir;
emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
verilmiş materiallardan (kağız, karton, parça, plastilin, oduncaq, ərzaqlar)
müxtəlif məmulatlar hazırlayır;
texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik
olduğunu nümayiş etdirir;
məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş
etdirir;
müxtəlif əşyaları qrafik təsvir edir;
Məzmun xətləri üzrə əsas və alt standartlar
1.Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş
etdirir.
1.1.1. Müxtəlif emal texnologiyaları və vasitələri ilə
bağlı kiçik təqdimatlar edir.
1.1.2. Tanıdığı emal texnologiyalarının tətbiq edildiyi istehsal sahələri
(zavod, fabrik, kombinat) haqqında məlumata malik olduğunu nümayiş etdirir.
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir, təyinatını müəyyənləşdirir
və təqdimatlar edir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası
seçir.
1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin, oduncaq, ərzaqlar)
müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə müxtəlif məmulat (məmulatlar)
hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş
etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət
və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena
qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı (məmulatları) təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
2.1.1. Texnoloji maşınların təsnifatını aparır və onlar haqqında kiçik təqdimatlar
edir.
2.1.2 Texnoloji vasitələrin təsnifatını aparır və onlar haqqında kiçik təqdimatlar
edir.
2.1.3. Məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
3.1.1. Özünəxidmət qaydalarına riayət olunması barədə kiçik təqdimatlar
edir.
3.1.2. Bitkilərin ətraf aləmdə rolu və əhəmiyyəti haqqında kiçik təqdimatlar
edir.
3.1.3. Yemək masası ətrafında qrup tərkibində davranış
bacarıqlarını nümayiş etdirir.
3.1.4. Müxtəlif variantlı yemək süfrələri tərtib edir.
3.1.5. Qonaq və bayram süfrələrini tərtib edir.
4. Qrafika
Şagird:
4.1. Əşyaları
qrafik təsvir edir.
4.1.1. Hazırlanacaq məmulatın
texniki rəsmlərini və eskizlərini oxuyur.
4.1.2. Müstəvi və həcmli
fiqurların hissələrinin təsvirini çəkərkən sadə dizayn bacarıqları nümayiş
etdirir.
V sinif
V sinfin sonunda
şagird:
əl alətləri və ondan istifadə
etməklə emal texnologiyalarını izah edir;
əl alətləri və ondan istifadə
etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir,
emal texnologiyaları seçir və məmulat hazırlayır;
tərəvəz bitkilərinin
yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir1;
elektrik enerjisinin maihiyyətini
və onun alınması yollarını izah edir;
sadə elektrik dövrəsi qurur;
ailədə mədəni davranış və
ünsiyyət qaydalarını, ailə büdcəsinin formalaşmasını şərh edir;
yaşayış yerlərində sadə təmir
işlərini yerinə yetirir;
düzbucaqlı detalları olan məmulatların
spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini
çəkir və oxuyur
1 Kənd məktəbləri
üçün nəzərdə tutulur.
Məzmun xətləri
üzrə əsas və alt standartlar
1. Emal
texnologiyaları
Şagird:
1.1 Emal
texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.
1.1.1. Əl alətlərindən istifadə
etməklə emal texnologiyalarını izah edir.
1.2. Emal
prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Əl alətlərindən istifadə
etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Əl alətlərindən istifadə
etməklə məmulatın hazırlanması üçün iş ardıcıllığını müəyyənləşdirir.
1.2.3. Əl alətlərindən
istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş
materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar
hazırlayır.
1.3.1. Verilmiş materiallardan
bir sadə detaldan ibarət məmulat hazırlayır.
1.3.2. Bir sadə detaldan ibarət məmulat
hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar
hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması
prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena
qaydalarına əməl edir.
1.4. Şəraitə və
təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal)
nümayiş etdirir*.
* Kənd məktəbləri
üçün nəzərdə tutulur
1.4.1. Tərəvəz bitkilərinin
yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir.
2. Texnika
elementləri
Şagird:
2.1. Texnoloji
maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
2.1.1. Əl alətlərini təsnif edir
və növlərini sadalayır.
2.1.2. Elektrik enerjisinin
mahiyyətini, alınması yollarını izah edir.
2.2. Texnoloji
maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Əl alətlərindən istifadə
edir.
2.2.2. Sadə elektrik mənbəyindən
istifadə edərək elektrik dövrəsi qurur.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri
hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Ailədə mədəni davranış və
ünsiyyət qaydalarını şərh edir.
3.1.2. Yaşayış yerində sadə təmir
işlərini yerinə yetirir.
3.2. Ailə və
onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ailə büdcəsi və onun
formalaşmasını şərh edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların
texniki spesifikasiyasını şərh edir.
4.1.1. Müxtəlif formalı detalları
olan məmulatların spesifikasiyasını şərh edir.
4.2. Məmulat və
onun detallarının texniki sənədləşdirilməsi bacarıqları nümayiş etdirir.
4.2.1. Düzbucaqlı detalları olan
məmulatların qrafik təsvirini, çertyojlarını, texnoloji xəritəsini çəkir və
oxuyur.
VI sinif
VI sinfin
sonunda şagird:
mexanikləşdirilmiş əl alətlərindən
istifadə etməklə emal texnologiyalarını izah edir;
mexanikləşdirilmiş əl alətlərindən
istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir, iş
ardıcıllığını müəyyənləşdirir, uyğun texnologiya seçir və məmulat hazırlayır;
meyvələrin yetişdirilməsi və tədarükü
üzrə bilik və bacarıqlar nümayiş etdirir;
elektrik enerjisinin ötürülməsi
və istifadəsi yollarını izah edir;
cərəyan mənbəyindən istifadə
etməklə elektrik dövrəsi qurur;
məktəbdə mədəni davranış və
ünsiyyət qaydalarını şərh edir, sadə təmir işlərini yerinə yetirir;
ailə büdcəsinin müəyyənləşdirilməsi
haqqında fikirlərini şərh edir;
müxtəlif formalı detalları olan
məmulatların spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojlarını,
texnoloji xəritələrini çəkir və oxuyur.
Kənd məktəbləri
üçün nəzərdə tutulur
Məzmun xətləri
üzrə əsas və alt standartlar
1. Emal
texnologiyaları
Şagird:
1.1 Emal
texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.
1.1.1. Mexanikləşdirilmiş əl alətlərindən
istifadə etməklə emal texnologiyalarını izah edir.
1.2. Emal
prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Mexanikləşdirilmiş əl alətlərindən
istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Mexanikləşdirilmiş əl alətlərindən
istifadə etməklə məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.3. Mexanikləşdirilmiş
əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal
texnologiyası seçir.
1.3. Verilmiş
materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar
hazırlayır.
1.3.1. Verilmiş materialdan 2-3
detaldan ibarət məmulat hazırlayır.
1.3.2. 2-3 detaldan ibarət məmulat
hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar
hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması
prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena
qaydalarına əməl edir.
1.4. Şəraitə və
təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal)
nümayiş etdirir*.
* Kənd məktəbləri
üçün nəzərdə tutulur.
1.4.1. Meyvələrin yetişdirilməsi
və tədarükü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2. Texnika
elementləri
Şagird:
2.1. Texnoloji
maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
2.1.1. Mexanikləşdirilmiş əl alətlərinin
iş prinsiplərini şərh edir.
2.1.2. Elektrik enerjisinin
ötürülməsi və istifadəsi yollarını izah edir.
2.2. Texnoloji
maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Mexanikləşdirilmiş əl alətlərindən
istifadə edir.
2.2.2. Cərəyan mənbəyindən
istifadə etməklə elektrik dövrəsi qurur.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri
hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Məktəbdə mədəni davranış və
ünsiyyət qaydalarını şərh edir.
3.1.2. Məktəbdə sadə təmir işlərini
yerinə yetirir.
3.2. Ailə və
onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ailə büdcəsinin müəyyənlədirilməsi
haqqında fikirlərini şərh edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların
texniki spesifikasiyasını şərh edir.
4.1.1. Düzbucaqlı detalları olan
məmulatların spesifikasiyasını şərh edir.
4.2. Məmulat və
onun detallarının texniki sənədləşdirilməsi bacarıqları nümayiş etdirir.
4.2.1. Müxtəlif formalı detalları
olan məmulatların qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və
oxuyur.
VII sinif
VII sinfin
sonunda şagird:
maşın, qurğu və dəzgahlardan
istifadə etməklə emal texnologiyalarını izah edir;
məmulatı hazırlamaq üçün iş
yerini təşkil edir, ardıcıllığı müəyyənləşdirir, emal texnologiyaları seçir və
məmulat hazırlayır;
ev quşlarının bəslənməsi
texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir;
maşınları, qurğuları, dəzgahları
təsnif edir, iş prinsiplərini şərh edir və onları idarə edir;
elektrotexniki avadanlıqları
dövrəyə qoşur, onlara xidmət göstərir;
küçədə və nəqliyyatda mədəni
davranış və ünsiyyət qaydalarını şərh edir;
ailənin büdcəyə uyğun tələbatlarının
müəyyənləşdirilməsi haqqında fikirlərini şərh edir;
yaşayış yerində və məktəbdə sadə
təmir işlərini yerinə yetirir;
quraşdırma elementləri olan məmulatların
spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojlarını, texnoloji xəritəsini
çəkir və oxuyur.
Məzmun xətləri
üzrə əsas və alt standartlar
1. Emal
texnologiyaları
Şagird:
1.1 Emal
texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.
1.1.1. Maşın, qurğu və dəzgahlardan
istifadə etməklə emal texnologiyalarını izah edir.
1.2. Emal
prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Maşın, qurğu və dəzgahlardan
istifadə etməklə məmulat hazırlamaq üçün iş yerini təşkil edir.
1.2.2. Maşın, qurğu və dəzgahlardan
istifadə etməklə məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.3. Maşın,
qurğu və dəzgahlardan istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal
texnologiyası seçir.
1.3. Verilmiş
materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar
hazırlayır.
1.3.1. Verilmiş materialdan bir
mürəkkəb detalı olan məmulat hazırlayır.
1.3.2. Bir mürəkkəb detaldan ibarət
məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar
hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması
prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena
qaydalarına əməl edir.
1.4. Şəraitə və
təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal)
nümayiş etdirir.
1.4.1. Ev quşlarının bəslənməsi
texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji
maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
2.1.1. Maşın, qurğu və dəzgahları
təsnif edir, iş prinsipini şərh edir.
2.1.2. Elektrotexniki
avadanlıqların iş prinsipini izah edir.
2.2. Texnoloji
maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Maşın, qurğu və cihazları
idarə edir.
2.2.2. Elektrotexniki
avadanlıqları dövrəyə qoşur, onlara xidmət göstərir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri
hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Küçədə və nəqliyyatda mədəni
davranış və ünsiyyət qaydalarını şərh edir.
3.1.2. Yaşayış yerində və məktəbdə
sadə təmir işlərini yerinə yetirir.
3.2. Ailə və
onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Büdcəyə uyğun ailənin tələbatlarının
müəyyənləşdirilməsi haqqında fikirlərini şərh edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların
texniki spesifikasiyasını şərh edir.
4.1.1. Quraşdırma elementləri olan
məmulatların spesifikasiyasını şərh edir.
4.2. Məmulat və
onun detallarının texniki sənədləşdirilməsi bacarıqları nümayiş etdirir.
4.2.1. Quraşdırma elementləri
olan məmulatların qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və
oxuyur.
VIII sinif
VIII sinfin
sonunda şagird:
avtomat və yarımavtomat
qurğulardan istifadə etməklə emal texnologiyalarını şərh edir;
avtomat və yarımavtomat
qurğulardan istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir,
iş ardıcıllığını müəyyənləşdirir, uyğun texnologiya seçir və məmulat
hazırlayır;
ev heyvanlarının bəslənməsi
texnologiyalarına aid bilik və bacarıqlar nümayiş etdirir;2
avtomat və yarımavtomat
qurğuların iş prinsipini şərh edir, onları dövrəyə qoşur, idarə edir;
xidmət sahələrində mədəni
davranış və ünsiyyət qaydalarını şərh edir;
büdcəyə qənaət və şəxsi büdcə
haqqında fikirlərini şərh edir;
yaşayış yerində və məktəbdə sadə
təmir-tikinti işlərini aparır, dekorativ bəzək işlərini yerinə yetirir;
aksonometrik proyeksiyalarda
verilmiş yuvarlaq detalları olan məmulatların spesifikasiyasını şərh edir,
qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur.
* Kənd
məktəbləri üçün nəzərdə tutulur
Məzmun xətləri
üzrə əsas və alt standartlar
1. Emal
texnologiyaları
Şagird:
1.1 Emal
texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.
1.1.1. Avtomat və yarımavtomat
qurğulardan istifadə etməklə emal texnologiyalarını şərh edir.
1.2. Emal
prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Avtomat və yarımavtomat
qurğulardan istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Avtomat və
yarımavtomat qurğulardan istifadə etməklə məmulatın hazırlanması ardıcıllığını
müəyyənləşdirir.
1.2.3. Avtomat və yarımavtomat
qurğulardan istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal
texnologiyası seçir.
1.3. Verilmiş
materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar
hazırlayır.
1.3.1. Verilmiş materiallardan
2-3 mürəkkəb detaldan ibarət olan məmulat hazırlayır.
1.3.2. 2-3 mürəkkəb detaldan ibarət
məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar
hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması
prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena
qaydalarına əməl edir.
1.4. Şəraitə və
təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal)
nümayiş etdirir*.
1.4.1. Ev heyvanlarının bəslənməsi
texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir.
2. Texnika
elementləri
Şagird:
2.1. Texnoloji
maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
2.1.1. Avtomat və yarımavtomat
qurğuların iş prinsipini şərh edir.
2.1.2. Avtomatik cihaz və
qurğuların iş prinsipini izah edir.
2.2. Texnoloji
maşın cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Avtomat və yarımavtomat
qurğuları idarə edir.
2.2.2. Avtomatik cihaz və
qurğuları dövrəyə qoşur, onlara xidmət edir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri
hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Xidmət sahələrində mədəni
davranış və ünsiyyət qaydalarını şərh edir.
3.1.2. Yaşayış yerində və məktəbdə
sadə təmir işlərini aparır, dekorativ bəzək işlərini yerinə yetirir.
3.2. Ailə və
onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Büdcəyə qənaət və şəxsi
büdcə haqqında fikirlərini şərh edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların
texniki spesifikasiyasını şərh edir.
4.1.1. Aksonometrik
proyeksiyalarda yuvarlaq detalları olan məmulatların spesifikasiyasını şərh
edir.
4.2. Məmulat və
onun detallarının texniki sənədləşdirilməsi bacarıqları nümayiş etdirir.
4.2.1. Aksonometrik
proyeksiyalarda verilmiş yuvarlaq detalları olan məmulatların qrafik təsvirini,
çertyojunu çəkir və oxuyur.
IX sinif
IX sinfin
sonunda şagird:
elektron texnologiyalarından
istifadəyə dair emal texnalogiyalarını şərh edir;
elektron texnologiyalarından
istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir, iş
ardıcıllığını müəyyənləşdirir, uyğun texnologiya seçir, məmulat hazırlayır;
ev quşları və heyvanları üçün
yem tədarükü və emalı texnologiyasına dair biliklər, bacarıqlar nümayiş etdirir;*
elektron texnologiyalarla işləyən
qurğu və cihazların iş prinsiplərini şərh edir, layihələr hazırlayır və təqdim
edir;
elektron texnologiyalarla işləyən
qurğuları və cihazları dövrəyə qoşur və idarə edir;
mədəniyyət ocaqlarında mədəni
davranış və ünsiyyət qaydalarını şərh edir;
ailə və onun büdcəsinin
formalaşmasında sahibkarlıq fəaliyyətinin rolunu izah edir;
yaşayış yeri və məktəbdə sadə təmir,
dekorativ bəzək və interyer tərtibatı ilə bağlı təqdimatlar edir;
müxtəlif birləşmələri olan məmulatların
spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojlarını, texnoloji xəritəsini
çəkir və oxuyur.
Məzmun xətləri
üzrə əsas və alt standartlar
1. Emal
texnologiyaları
Şagird:
1.1 Emal texnologiyalarının
özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.
1.1.1. Elektron
texnologiyalarından istifadəyə dair emal texnologiyalarını şərh edir, təqdimatlar
hazırlayır.
1.2. Emal
prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Elektron texnologiyalarından
istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Elektron
texnologiyalarından istifadə etməklə məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.3. Elektron
texnologiyalarından istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal
texnologiyası seçir.
1.3. Verilmiş
materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar
hazırlayır.
1.3.1. Verilmiş materiallardan
müxtəlif sayda detallardan ibarət məmulat hazırlayır.
1.3.2. Materialları müxtəlif olan
detallardan məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar
hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması
prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena
qaydalarına əməl edir.
1.4. Şəraitə və
təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal)
nümayiş etdirir
1.4.1. Ev quşları və heyvanlar
üçün yem tədarükü və emalı texnologiyasına aid bilik və bacarıqlar nümayiş
etdirir.
2. Texnika
elementləri
Şagird:
2.1. Texnoloji
maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
2.1.1. Elektron texnologiyalarla
işləyən qurğuların iş prinsipini şərh edir.
2.1.2. Elektron cihazların iş
prinsipini izah edir, layihələr hazırlayır və təqdim edir.
2.2. Texnoloji
maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.
2.2.1. Elektron texnologiyalarla
işləyən qurğuları idarə edir.
2.2.2. Elektron cihazları dövrəyə
qoşur, onlara xidmət edir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri
hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1. Mədəniyyət ocaqlarında mədəni
davranış və ünsiyyət qaydalarını şərh edir.
3.1.2. Yaşayış yerində və məktəbdə
sadə təmir, dekorativ, bəzək və interyer tərtibatı ilə bağlı təqdimatlar edir.
3.2. Ailə və
onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ailə və onun büdcəsinin
formalaşmasında sahibkarlıq fəaliyyətinin rolunu izah edir.
4. Qrafika
Şagird:
4.1. Məmulatların
texniki spesifikasiyasını şərh edir.
4.1 .1. Müxtəlif birləşmələri
olan məmulatların spesifikasiyasını şərh edir.
4.2. Məmulat və
onun detallarının texniki sənədləşdirilməsi bacarıqları nümayiş etdirir.
4.2.1. Müxtəlif birləşmələri olan
məmulatların qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və
oxuyur.
super
YanıtlaSilSuper, Təşəkkür edirəm 🙏🏻🌷
YanıtlaSil