DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

11 Mart 2016 Cuma

Bildiriş necə yazılmalıdır?

Bildiris haqqında məlumat
Bildiris hər hansı bir tədbir (hadisə) haqqında əvvəlcədən verilən məlumatdır.
Mahiyyəti Bildiris elmi, bədii tədbir haqqında kollektiv və ya ictimaiyyətə məlumat vermək məqsədilə yazılır.
Məzmunu Bildirisdə tədbirin xarakteri, keçiriləcəyi yer və vaxt, istirak edənlər, onların kimliyi haqqında məlumat verilir. Tədbirin gündəliyi də bildirisdə göstərilir.
Forması – Vərəqin və ya lövhənin ortasında “BİLDİRİŞsözü yazılır. Ondan sonra ayın tarixi və saatı göstərilməklə tədbirin xarakteri göstərilir. Sonra tədbirdə istirak edənlərin adı və soyadı, habelə kimliyi və titulları göstərilir. Sonda isə tədbirin keçiriləcəyi yer, nəhayət, tədbiri keçirən qurumun adı qeyd edilir. Bundan fərqli formada da bildiris vermək olar. Yenə ilk cümlədə tədbirin keçiriləcəyi tarixdən sonra keçiriləcəyi yer göstərilir. Bildiris qəzetdə, televiziyada, radioda və afisa səklində verilə bilər.
Dil xüsusiyyəti – Bildirisdə dil səlis, fikir aydın olmalıdır. Dolasıq ifadələrə yol vermək olmaz. Elmi konfrans, qurultay, elmi sura və s. haqqında bildirislər rəsmi ədəbi dildə yazılmalıdır. Burada bədii və emosional ifadələrə yer vermək olmaz. Təntənəli gecə, yubiley gecəsi, habelə konsert haqqındakı bildirislərdə bədiiliyə və emosional ifadələrə yol verilə bilər.

Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar