DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

11 Mart 2016 Cuma

Xəbərdarlıq necə yazılır?

Xəbərdarlıq nə deməkdir?
Xəbərdarlıq, əsasən, idarə, təskilat və əssisələrdə yanlıs hərəkət edənə həmin yanlıs hərəkəti bir daha təkrar etməmək üçün verilən yazılı və ya sifahi göstəris deməkdir. Bu xəbərdarlıgın nəticəsi olmadıqda, tənbeh – töhmət verilir. Xəbərdarlıq (istər yazılı, istərsə də sifahi formada) Azərbaycan Respublikası əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində göstərilmis intizam tənbehlərindən (töhmət vermək, sonuncu xəbərdarlıqla siddətli töhmət vermək, əmək haqqı müqabilində cərimə etmək, əmək müqaviləsinə xitam vermək və s.) hər hansı biri
tətbiq olunmadan edilir. Xəbərdarlıq intizam tənbehi hesab edilmir.
 “Xəbərdarlıq” sözü üç tərkib hissəsindən ibarətdir. Xəbər (ərəbcə – məlumat, bilgi) + (farsca das+tən felinin kökü – malik olan)+lıq. Bütövlükdə xəbərdarlıq sözü çoxmənalı olub xəbəri olmaq, xəbər vermək və s. mənalar dasıyır. Xəbərdarlıgın asagıdakı növlərinə rast gəlmək olar: 1. Küçə və yollarda (təhlükə, yolun dar olması, məktəblilərin hərəkəti və s. haqqında) vurulan xəbərdaredici isarə: 2. Qatarların hərəkətə baslaması, yolda təhlükə və s. haqqında verdiyi səs siqnalları: 3. Yüksək
gərginlikli elektrik cərəyanı olmasını bildirən isarələr: 4. əllə-barmaqla – mimika ilə bildirilən hədələyici xəbərdaredici isarələr: 5. Hər hansı hüquqa, nizam-intizama zidd hərəkətlər üçün edilən xəbərlardıq. Bizi xəbərdarlıgın axırıncı – 5-ci növü maraqlandırır. Bu xəbərdarlıgın da bir neçə
növü varlır: 1) Diplomatik xəbərdarlıq, 2) ənzibati xəbərdarlıq, 3) Epistolyar  xəbərdarlıq.
Diplomatik xəbərdarlıq – adətən dövlət mənafeyi və dövlət siyasəti ilə baglı olur. Hər bansı bir dövlət öz hərəkəti ilə basqa bir dövlətin mənafeyinə toxunduqda ya ölkə basçısı, ya da Xarici əslər Nazirliyi həmin dövlətə xəbərdarlıq edir. Notadan fərqli olaraq xəbərdarlıq nisbətən yumsaq xarakterdə olur. Xəbərdarlıq bir neçə dəfə təkrar oluna bilər. Məsələn, 1950-ci illərin sonunda Amerikanın hərbi gəmiləri Çinin Tszimindau və Matsızdao adalarını mühasirə etmisdi. Çin Xarici əslər Nazirliyi 48 dəfə axırıncı xəbərdarlıq etsə də gəmilər Çinə məxsus adalardan uzaqlasmamısdı. SSRə hökuməti bircə dəfə nota verməklə Amerika gəmiləri adaları tərk etdi. Və yaxud, basqa bir misal. 2001-ci ilin mayında iranlılar ermənilərlə əlbir olub Azərbaycan ərazisində insaat isləri aparmaq istəyirdi. Azərbaycan hökumətinin xəbərdarlıgı bu isi dayandırdı.
İnzibati xəbərdarlıq – adətən idarə və əssisə rəhbəri tərəfindən edilir. əsdə hər hansı bir nöqsana yol vermis səxsə ciddi inzibati cəza (töhmət, vəzifəsini kiçiltmək, isdən çıxarmaq) vermək istəməyən müəssisə rəhbəri ona yazılı (əmrdə oldugu formada), ya da sifahi formada xəbərdarlıq edir.
Epistolyar xəbərdarlıq məktubla xəbərdarlıqdır. Bu xəbərdarlıq qeyri-rəsmi xarakterdə olur. Belə xəbərdarlıq məktubunun dil və üslub norması üçün xüsusi resept olmadıgı kimi yazılıs forması üçün də resept yoxdur. Belə xəbərdarlıq məktubu məsələnin mahiyyətindən və onu yazanın ümumi səviyyəsindən asılıdır.
Xəbərdarlıq nümunələri
Nümunələr
XəBəRDARLIQ
«Elnur» firmasının gözətçisi Qafar Sahin oglu əliyevə 2015-ci il fevral ayının 15-də binanı gecə nəzarətsiz qoymaqla əmək müqaviləsinin öhdəliyini (əmək Məcəlləsi, 10- cu maddə) qismən pozduguna görə məcəllənin 186-cı maddəsinin 3-cü hissəsi əsas tutularaq yazılı xəbərdarlıq elan edilsin. (Məsələ Həmkarlar Təskilatının iclasında müzakirə olunmus və qərar qəbul
edilmisdir).
«Elnur» firmasının direktoru: Ə.Qədirov
XƏBƏRDARLIQ
S.Vurgun küçəsi, ev 20/15, mən.14-də yasayan hörmətli Ramiz Arif oglu Quliyev! Sizə xəbərdarlıq edirik ki, 5 gün müddətində qaz borcunu ödəməlisiniz. əks təqdirdə müvafiq tədbirlər görüləcəkdir.
12 ay ərzində olan borcunuzun məbləgi: 100 manat

Qaz idarəsinin ünvanı: Ə.Əlizədə küç.24
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar