1.2.
Məzmun xətləri
Ədəbiyyat fənninin məqsədinə
və gözlənilən nəticələrə uyğun olaraq hər iki pillədə məzmun xətləri aşağıdakı
şəkildə müəyyənləşdirilir:
- ədəbiyyat və həyat
həqiqətləri;
- şifahi nitq;
- yazılı nitq.
1.4. Fəaliyyət xətləri
Ədəbiyyat üzrə məzmun standartları müəyyənləşdirilərkən
aşağıdakı fəaliyyət istiqamətləri əsas götürülmüşdür:
- problemin həlli;
- mühakimə yürütmə və əsaslandırma;
- ünsiyyət;
- tədqiqetmə;
- tətbiqetmə;
- təqdimetmə.
1.5. Məzmun standartları
V sinif
V sinfin sonunda şagird:
bədii nümunələri məzmununa uyğun ifadəli
oxuyur, hissələrə ayırır, plan tərtib
edir;
bədii nümunələrin məzmununu müxtəlif
formalarda (yığcam və geniş) nağıl
edir;
şifahi və yazılı ədəbiyyat nümunələrini
janrlarına görə fərqləndirir, bədii təsvir vasitələrini müəyyənləşdirir;
bədii nümunələrin mövzusunu, ideyasını
aydınlaşdırır, baş qəhrəmanları səciyyələndirir;
öyrəndiyi yeni sözlərdən, obrazlı ifadələrdən
istifadə etməklə bədii əsərlərlə bağlı fikirlərini şərh edir, müzakirələrdə
dinlədiklərinə münasibətini bildirir;
müxtəlif səciyyəli yazılarda mövzuya
münasibətini ardıcıl şərh edir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Ədəbiyyat və həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş
etdirir.
1.1.1. Heca vəznli şeirlərdə və sadə süjetli bədii
nümunələrdə (əfsanə, nağıl, təmsil, hekayə) tanış olmayan sözlərin mənasını lüğətlərdən
istifadə etməklə aydınlaşdırır.
1.1.2. Heca vəznli şeirləri, sadə süjetli bədii nümunələri (əfsanə,
nağıl, təmsil, hekayə) hadisələrin məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Sadə süjetli bədii nümunələri (əfsanə, nağıl, təmsil, hekayə)
hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (yığcam və
geniş) nağıl edir.
1.1.4. Şifahi və yazılı ədəbiyyat nümunələrini (əfsanə, nağıl, təmsil,
hekayə)
janrlarına görə fərqləndirir.
1.1.5. Heca vəznli şeirlərdə, sadə süjetli bədii nümunələrdə bədii təsvir
vasitələrini
(epitet, təşbeh) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Şifahi və yazılı ədəbiyyat nümunələrini müqayisə edir.
1.2.2. Obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır, əsaslandırılmış
münasibət bildirir.
1.2.3. Şifahi və yazılı ədəbiyyat nümunələrində bədii təsvir vasitələrinin
(epitet, təşbeh) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin mövzu və
ideyasını aydınlaşdırır, münasibət bildirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq
bacarıqları nümayiş etdirir.
2.1.1. Bədii nümunələrlə bağlı
şifahi təqdimatlar edir, öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı
fikirlərini aydın və ardıcıl şərh edir.
2.2. Bədii nümunələrin
müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə söylənilən
fikirlərə münasibətini bildirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq
bacarıqları nümayiş etdirir.
3.1.1. Bədii nümunələrin məzmununa
(əhvalat və hadisələrə, sonluğa) fərqli münasibət bildirir.
3.1.2. Mövzu ilə əlaqədar fikirlərini
məntiqi ardıcıllıqla şərh edir.
3.1.3. 0,5-1 səhifə həcmində
inşa, esse yazır.
VI sinfin
sonunda şagird:
VI sinif
bədii əsərləri obrazların
xarakterinə, hadisələrin məzmununa uyğun ifadəli oxuyur, hissələrə ayırır, plan
tərtib edir;
bədii əsərlərin məzmununu müxtəlif
formalarda (yığcam, geniş, yaradıcı)
nağıl edir;
bədii əsərlərə janr xüsusiyyətləri
baxımından münasibət bildirir, təsvir və ifadə vasitələrini müəyyənləşdirir;
bədii əsərlərin mövzu və
ideyasını aydınlaşdırır, obrazları davranış və əməllərinə görə səciyyələndirir;
öyrəndiyi yeni söz, bədii təsvir
və ifadə vasitələrindən istifadə etməklə ədəbi nümunələrlə bağlı fikrini aydın
ifadə edir,
müzakirələrdə ümumi rəyə gəlmək
bacarığını nümayiş etdirir;
müxtəlif səciyyəli yazılarda
mövzuya münasibətini faktlarla əsaslandırır.
Məzmun xətləri
üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və
həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin
məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Heca vəznli şeirlərdə və
süjetli bədii nümunələrdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) tanış olmayan
sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə izah edir.
1.1.2. Heca vəznli şeirləri,
süjetli bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) ideya-məzmununa
uyğun ifadəli oxuyur.
1.1.3. Süjetli bədii
nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hissələrə ayırır, plan tərtib
edir, məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii əsərlərin (əfsanə,
nağıl, dastan, təmsil, hekayə) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Heca vəznli şeirlərdə,
süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh,
mübaliğə, bədii sual) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin
təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (əfsanə,
nağıl, dastan, təmsil, hekayə) janr xüsusiyyətləri baxımından müqayisə edir.
1.2.2. Bədii nümunələrdəki qəhrəmanları
davranış və əməllərinə görə səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və
ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual) rolunu
aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin
mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq
bacarıqları nümayiş etdirir.
2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii
nümunələrlə bağlı diskussiya və təqdimatlarda istifadə edir.
2.1.2. Bədii nümunələrlə bağlı
fikirlərini obrazlı sözlərdən və ifadələrdən istifadə etməklə şərh edir.
2.2. Bədii nümunələrin
müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə ümumi rəyə gəlmək
bacarığını nümayiş etdirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq
bacarıqları nümayiş etdirir.
3.1.1. Mətni
faktlarla, sitatlarla zənginləşdirir.
3.1.2. Bədii nümunələrdəki
başlıca fikri anladığını nümayiş etdirir.
3.1.3. 1-1,5 səhifə həcmində rəy
və təsvir xarakterli mətnlər (inşa, esse) yazır.
VII sinif
VII sinfin
sonunda şagird:
bədii nümunələri ideya - məzmununa
uyğun ifadəli oxuyur, hissələrə ayırır, plan tərtib edir;
bədii nümunələrin məzmununu
müxtəlif formalarda yığcam, geniş, yaradıcı nağıl edir, əsas hadisələrə ilkin
münasibət bildirir;
bədii nümunələrə növ və janr
xüsusiyyətləri baxımından münasibət bildirir, təsvir və ifadə vasitələrini müəyyənləşdirir,
obrazlılığa təsirini aydınlaşdırır;
bədii nümunələrin mövzu və
ideyasını aydınlaşdırır, digər obrazlarla qarşılıqlı münasibətlərinə, yazıçının
mövqeyinə əsaslanmaqla surətləri səciyyələndirir;
şifahi təqdimatlarda, bədii
nümunələrlə bağlı müzakirələrdə fikrini əhatəli, ardıcıl ifadə edir;
müxtəlif səciyyəli yazılarda
mövzuya, əsərdəki mühüm problemə əsaslandırılmış münasibət bildirir.
Məzmun xətləri
üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və
həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin
məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Heca vəznli şeirlərdə və
süjetli bədii nümunələrdə (dastan, hekayə, mənzum hekayə) tanış olmayan sözlərin
mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə aydınlaşdırır.
1.1.2. Heca vəznli şeirləri,
süjetli bədii nümunələri (dastan, hekayə, mənzum hekayə) ideya-məzmununa uyğun
ifadəli oxuyur.
1.1.3. Süjetli bədii
nümunələri (dastan, hekayə, mənzum hekayə) hissələrə ayırır, plan tərtib edir,
məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii nümunələrin (dastan,
hekayə, mənzum hekayə) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Heca vəznli şeirlərdə,
süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh,
mübaliğə, bədii sual, təkrir, litota ) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin
təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (dastan,
hekayə, mənzum hekayə) növ və janr baxımından müqayisə edir.
1.2.2. Digər obrazlarla müqayisə
etməklə və yazıçının münasibətinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və
ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota)
rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin
mövzusunu, ideyasını və başlıca problemini şərh edir, əsaslandırılmış münasibət
bildirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq
bacarıqları nümayiş etdirir.
2.1.1. Öyrəndiyi yeni sözlərdən bədii
nümunələrlə bağlı müzakirələrdə və müxtəlif ünsiyyət məqamlarında istifadə
edir.
2.1.2. Bədii nümunələrlə bağlı
fikirlərini mətndən nümunələr gətirməklə şərh edir.
2.2. Bədii nümunələrin
müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə ədalətlilik
və obyektivlik nümayiş etdirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq
bacarıqları nümayiş etdirir.
3.1.1. Mövzu ilə bağlı əlavə mənbələrdən
topladığı materialları əlaqələndirir, yazısında istifadə edir.
3.1.2. Bədii
nümunələrdəki başlıca problemi müəyyənləşdirir, əsaslandırılmış münasibət
bildirir.
3.1.3. 1,5-2 səhifə həcmində
mühakimə və təsvir xarakterli mətnlər (inşa, esse)
yazır.
VIII sinfin
sonunda şagird:
VIII sinif
bədii nümunələri
emosional-obrazlı ifadəliliyin tələblərinə uyğun oxuyur, hissələrə ayırır, plan
tərtib edir;
bədii nümunələrin məzmununu
müxtəlif formalarda (yığcam, geniş, yaradıcı)
nağıl edir, baş qəhrəmanlara
ilkin münasibət bildirir;
ədəbi növ və janr xüsusiyyətlərinə,
təsvir və ifadə vasitələrinə əsaslanmaqla bədii nümunələrin ideya-məzmununa
münasibət bildirir;
bədii nümunələrin mövzusunu və
ideyasını aydınlaşdırır, məişət təsvirlərindən, nitqlərindən çıxış etməklə
obrazlara münasibət bildirir;
şifahi təqdimatlarda, nümunələrlə
bağlı müzakirələrdə mövzuya, problemə əsaslandırılmış tənqidi münasibət
bildirir;
müxtəlif səciyyəli yazılarda
mövzuya, problemə şəxsi təcrübəsinə və təəssüratlarına əsaslanmaqla münasibət
bildirir.
Məzmun xətləri
üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və
həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin
məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli (heca, əruz)
şeirlərdə və süjetli əsərlərdə (dastan, hekayə, novella, dram poema) tanış olmayan
sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə
aydınlaşdırır.
1.1.2. Müxtəlif vəznli (heca, əruz)
şeirləri, süjetli əsərləri (dastan, hekayə, novella,
dram poema) ideya-məzmununa uyğun
ifadəli oxuyur.
1.1.3. Süjetli bədii
nümunələri (dastan, hekayə, novella, dram, poema) hissələrə ayırır, plan tərtib
edir, məzmununu müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii nümunələrin (dastan,
hekayə, novella, dram, poema) janr
xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz)
şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini
(metafora, bədii təzad, kinayə) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin
təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (dastan,
hekayə, novella, dram, poema) növ və janr baxımından müqayisə edir.
1.2.2. Obrazları nitqinə, bağlı
olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və
ifadə vasitələrinin (metafora, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin ideya-məzmununu,
süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət
bildirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq
bacarıqları nümayiş etdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat
və çıxışlarında sitatlardan, bədii təsvir və ifadə vasitələrindən istifadə
edir.
2.1.2. Bədii nümunələrlə bağlı
fikirlərini müqayisələr aparmaqla şərh edir.
2.2. Bədii nümunələrin müzakirəsində
ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə dialoji nitq
bacarığını nümayiş etdirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq
bacarıqları nümayiş etdirir.
3.1.1. Ədəbi nümunələrlə bağlı
fikirlərini müxtəlif üslublarda yazır.
3.1.2. Əlavə məlumatlara
və təəssüratlarına əsaslanmaqla mövzuya və problemə münasibət bildirir.
3.1.3. 2-2,5 səhifə həcmində
mühakimə, təsvir, informasiya xarakterli mətnlər
(inşa, esse, məruzə) yazır.
IX sinif
IX sinfin
sonunda şagird:
müxtəlif ədəbi vəzndə olan bədii
nümunələri ifadəli oxuyur, hissələrə ayırır, plan tərtib edir;
bədii nümunələrin məzmununu
müxtəlif formalarda (yığcam, geniş, yaradıcı)
nağıl edir, obrazlara ilkin
münasibət bildirir;
növünə və janrına, təsvir və
ifadə vasitələrinə əsaslanmaqla ədəbi əsərləri bədii xüsusiyyətlərinə görə təhlil
edir;
bədii nümunələrin mövzusunu və
ideyasını aydınlaşdırır, yazıçı mövqeyinə, digər surətlərin mühakimələrinə əsaslanmaqla
obrazları səciyyələndirir;
şifahi təqdimatlarda, bədii
nümunələrlə bağlı müzakirələrdə mövzuya, problemə müqayisələr, ümumiləşdirmələr
aparmaqla münasibət bildirir;
müxtəlif səciyyəli yazılarda
mövzuya, problemə, konfliktə fərqli mənbələrdən topladığı məlumatlara əsaslanmaqla
münasibət bildirir.
Məzmun xətləri
üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və
həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin
məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli (heca, əruz,
sərbəst) şeirlərdə və süjetli əsərlərdə (poema, hekayə, povest, roman, dram)
tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu kitablarından istifadə etməklə
aydınlaşdırır.
1.1.2. Müxtəlif
vəznli (heca, əruz, sərbəst) şeirləri, süjetli bədii nümunələri
(poema, hekayə, povest, roman,
dram) ideya-məzmununa uyğun ifadəli oxuyur.
1.1.3. Süjetli bədii nümunələri
(poema, hekayə, povest, roman, dram) hissələrə ayırır, plan tərtib edir, məzmununu
müxtəlif formalarda nağıl edir.
1.1.4. Bədii nümunələrin (hekayə,
povest, roman, dram, poema) janr xüsusiyyətlərini müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz,
sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrini
(metonimiya, inversiya, simvol) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin
təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (hekayə,
povest, roman, dram, poema) növ və janr baxımından müqayisə edir.
1.2.2. Digər obrazların və müəllifin
mühakimələrinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.
1.2.3. Bədii nümunələrdə təsvir və
ifadə vasitələrinin (metonimiya, inversiya,
simvol) rolunu aydınlaşdırır.
1.2.4. Bədii nümunələrin
mövzusunu, ideya-bədii xüsusiyyətlərini və konfliktini şərh edir, onlara əsaslandırılmış
münasibət bildirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq
bacarıqları nümayiş etdirir.
2.1.1. Bədii nümunələrlə bağlı təqdimat
və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin
ideya-bədii xüsusiyyətlərini şərh edir.
2.1.2. Mövzuya, problemə müqayisələr,
ümumiləşdirmələr aparmaqla münasibət
bildirir.
2.2. Bədii nümunələrin
müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə mövzuya,
problemə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş
etdirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq
bacarıqları nümayiş etdirir.
3.1.1. Yazacağı mətnin məzmununa
uyğun üslub müəyyənləşdirir.
3.1.2. Müşahidələrinə, əlavə məlumatlara
əsaslanmaqla əsərin ideya-bədii xüsusiyyətlərinə münasibət bildirir.
3.1.3. 2,5-3 səhifə həcmində
mühakimə, təsvir, müqayisə xarakterli mətnlər (inşa,
esse, məruzə) yazır.
X sinif
X sinfin sonunda
şagird:
ifadəli oxudan müxtəlif ədəbi
növdə olan əsərlərin emosional-obrazlı qavranılması və təhlili məqsədi ilə
istifadə edir;
müxtəlif ədəbi növdə olan əsərlərin
məzmununu qavrayır, fakt və hadisələr, obrazlarla bağlı yazıçı mövqeyini
aydınlaşdırır;
əsərin mövzusunu, ideyasını,
başlıca problemini, obrazlarını səciyyəsini müəyyənləşdirir, bağlı olduğu
dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə ona qiymət
verir;
çoxsüjetli epik və dramatik əsərləri,
lirik şeirləri bədii xüsusiyyətlərinə görə təhlil
edir;
şifahi məlumatlarda, bədii əsərlə
bağlı müzakirələrdə mövzu, proble min mahiyyəti barədə dinləyicilərdə aydın təsəvvür
yaratmaq üçün müxtəlif mənbələrdən sitatlar seçir, bədii nümunələrdən bəhrələnir;
müxtəlif səciyyəli yazılarda
mövzuya, problemə, konfliktin həlli yollarına münasibətini tutarlı dəlillərə əsaslanmaqla
ifadə edir.
Məzmun xətləri
üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və
həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin
məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif
vəznli şeirlərdə (heca, əruz, sərbəst) və süjetli əsərlərdə (dastan, poema,
hekayə, povest, roman, dram, komediya, faciə) tanış olmayan sözlərin mənasını mənşəyinə
və işlənmə məqamına görə izah edir.
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi
növdə olan əsərlərin emosional-obrazlı qavranılması, təhlili məqsədi ilə
istifadə edir.
1.1.3. Mürəkkəb süjetli və
kompozisiyalı bədii nümunələri hissələrə ayırır, plan tərtib edir, məzmununu
müxtəlif formalarda (geniş, yığcam, yaradıcı) nağıl edir.
1.1.4. Müxtəlif ədəbi növ və janrda
olan bədii nümunələrdə əksini tapan mühüm mənəvi, əxlaqi-etik dəyərləri müəyyənləşdirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz)
şeirlərdə, mürəkkəb süjet və kompozisiyalı bədii nümunələrdə bədii təsvir və
ifadə vasitələrini (epitet, bənzətmə, metafora, metonimiya, simvol, mübaliğə,
litota, bədii sual, təkrir, bədii təzad, inversiya) müəyyənləşdirir.
1.2. Bədii nümunələrin
təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Müxtəlif vəznli şeirləri
(heca, əruz, sərbəst) və süjetli bədii nümunələri (dastan, poema, hekayə,
povest, roman, dram, komediya, faciə) janr, dil baxımından müqayisə edir.
1.2.2. Davranış və əməllərinə,
başqaları ilə qarşılıqlı münasibətlərinə, yazıçının mövqeyinə, digər surətlərin
mühakimələrinə əsaslanmaqla obrazları təhlil edir.
1.2.3. Müxtəlif vəznli (heca, əruz,
sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrinin
obrazlılığın yaradılmasındakı rolunu aydınlaşdırır və münasibət bildirir.
1.2.4. Bədii nümunələrin
mövzusunu, ideya-bədii xüsusiyyətlərini bağlı olduğu dövrün sosial-siyasi, mənəvi
dəyərləri baxımından təhlil edir və nəticə çıxarır.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq
bacarıqları nümayiş etdirir.
2.1.1. Müxtəlif mənbələrdən
topladığı materiallara əsaslanmaqla təqdimat və çıxışlarında obrazlı ifadələrdən
istifadə edir.
2.1.2.
Obrazların nitqinə istinad edərək yazıçı mövqeyi ilə bağlı fikirlərini əsaslandırır.
2.2. Bədii nümunələrin
müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə mövzuya,
problemə, yazıçı mövqeyinə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə
dözümlülük nümayiş etdirir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq
bacarıqları nümayiş etdirir.
3.1.1. Yaradıcı yazıların məzmununa
uyğun üslub müəyyənləşdirir, müxtəlif mənbələrdən seçdiyi inandırıcı faktlardan
istifadə edir.
3.1.2. Müşahidələrinə, əlavə məlumatlara
əsaslanmaqla əsərin ideyasına, probleminə münasibət bildirir, ümumiləşdirmələr
aparır, nəticə çıxarır.
3.1.3. 3-3,5 səhifə həcmində nəqli,
təsvir, təhlil xarakterli mətnlər (ədəbi və sərbəst
mövzuda inşa, esse, məruzə)
yazır.
XI sinfin
sonunda şagird:
XI sinif
ifadəli oxudan müxtəlif ədəbi
növdə olan əsərlərin emosional-obrazlı qavranılması, təhlili və qiymətləndirilməsi
məqsədi ilə istifadə etməyi bacarır;
müxtəlif ədəbi növdə olan mürəkkəb
kompozisiyalı əsərlərin məzmununu qavrayır, mənəvi dəyərlər, fakt və hadisələrlə,
obrazlarla bağlı yazıçı mövqeyini aydınlaşdırır;
əsərin mövzusunu, ideyasını,
başlıca problemini və konfliktini müəyyənləşdirir, bağlı olduğu dövrün
ictimai-siyasi, estetik yanaşmalarından çıxış etməklə əsərə münasibət bildirir.
çoxsüjetli, mürəkkəb
kompozisiyalı epik və dramatik əsərləri, lirik şeirləri bədii xüsusiyyətlərinə
görə təhlil edir.
şifahi təqdimatlarda,
bədii nümunələrlə bağlı müzakirələrdə müxtəlif üsullardan (nağıletmə, təsvir,
nümayiş) istifadə etməklə ümumiləşdirmələr aparır, nəticə çıxarır.
müxtəlif səciyyəli yazılarda
mövzuya, problemə, konfliktin həlli yollarına münasibətini tutarlı dəlillərlə,
məntiqi ardıcıllığı gözləməklə, ümumiləşdirmələr aparmaqla əsaslandırır.
Məzmun xətləri
üzrə əsas və alt-standartlar
1. Ədəbiyyat və
həyat həqiqətləri
Şagird:
1.1. Bədii nümunələrin
məzmununu mənimsədiyini nümayiş etdirir.
1.1.1. Müxtəlif vəznli şeirlərdə
(heca, əruz, sərbəst) və süjetli əsərlərdə ( hekayə, povest, roman, dram,
komediya, faciə, poema) tanış olmayan sözlərin, ifadələrin mənasını mənşəyinə və
işlənmə məqamına görə izah edir.
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi
növdə olan əsərlərin emosional-obrazlı qavranılması, təhlili və qiymətləndirilməsi
məqsədi ilə istifadə edir.
1.1.3. Mürəkkəb süjetli və
kompozisiyalı bədii nümunələrdə əhvalat və hadisələr arasındakı səbəb-nəticə əlaqələrini
müəyyənləşdirir, mətni hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif
formalarda (geniş, yığcam, yaradıcı) nağıl edir.
1.1.4. Müxtəlif ədəbi növ və
janrda olan əsərlərdə (poema, hekayə, povest, roman, dram, komediya, faciə) əksini
tapan mühüm milli-mənəvi, bəşəri dəyərlərə əsaslandırılmış münasibət bildirir.
1.1.5. Müxtəlif vəznli (heca, əruz)
şeirlərdə, mürəkkəb süjetli və kompozisiyalı ədəbi nümunələrdə bədii təsvir və
ifadə vasitələrini (epitet, bənzətmə, metafora, metonimiya, sineqdoxa, simvol,
mübaliğə, litota, bədii sual, təkrir, bədii təzad, kinayə (sarkazm), inversiya)
müəyyənləşdirir.
1.2. Bədii nümunələrin
təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Müxtəlif vəznli şeirləri
(heca, əruz, sərbəst) və süjetli əsərləri (poema, hekayə, povest, roman, dram,
komediya, faciə) kompozisiya, dil, üslub baxımından təhlil edir.
1.2.2. Obrazları
xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və əxlaqi-etik dəyərləri
ilə əlaqəli səciyyələndirir, müqayisələr aparır.
1.2.3. Müxtəlif vəznli (heca, əruz,
sərbəst) şeirlərdə, süjetli bədii nümunə lərdə bədii təsvir və ifadə vasitələrinin
obrazlılığın təmin edilməsindəki roluna əsaslandırılmış münasibət bildirir.
1.2.4. Bədii nümunələrin
mövzusunu, ideyasını, başlıca problemini, konfliktini dövrün ictimai-siyasi, mənəvi
dəyərləri kontekstindən çıxış etməklə münasibət bildirir və qiymətləndirir.
2. Şifahi nitq
Şagird:
2.1. Şifahi nitq
bacarıqları nümayiş etdirir.
2.1.1. Müxtəlif mənbələrdən
topladığı materiallara əsaslanmaqla təqdimat və çıxışlarında bədii-emosional və
obrazlı ifadələrdən istifadə edir.
2.1.2. Dil və üslub xüsusiyyətlərinə
istinad edərək yazıçı mövqeyi ilə bağlı mühakimələrini faktlarla əsaslandırır.
2.2. Bədii nümunələrin
müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.
2.2.1. Müzakirələrdə mövzuya,
problemə, yazıçının mövqeyinə tənqidi münasibətini əsaslandırır, dinləyicilərin
rəyini nəzərə alır, mimika və jestlərdən məqsədyönlü istifadə edir.
3. Yazılı nitq
Şagird:
3.1. Yazılı nitq
bacarıqları nümayiş etdirir.
3.1.1. Yaradıcı yazıların məzmununa
uyğun üslub müəyyənləşdirir, müxtəlif mənbələrdən seçdiyi inandırıcı
faktlardan, şəxsi təəssüratlarından istifadə edir.
3.1.2. Müşahidələrinə, əlavə məlumatlara
əsaslanmaqla əsərin ideyasına, probleminə, bədii xüsusiyyətlərinə münasibət
bildirir, ümumiləşdirmələr aparır, nəticə çıxarır.
3.1.3. 3,5- 4 səhifə həcmində nəqli, təsvir, təhlil
xarakterli mətnlər (ədəbi və sərbəst mövzuda inşa, esse, məqalə, məruzə) yazır.
0 yorum:
Yorum Gönder
Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.