DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

11 Mart 2016 Cuma

Teleqram necə yazılır?

Teleqram haqqında məlumat
«Teleqram» yunanca tele-uzaq, qramma – yazı birləsməsindən əmələ gəlib,
uzaga köçürmək mənasını dasıyır. Teleqramın əhəmiyyətini, faydasını, islənmə məqamını, dasıdıgı məqsədi bilmək zəruridir. Teleqram vasitəsilə bu və ya digər məlumatı uzaq məsafəyə təcili səkildə çatdırmaq mümkündür. Onun, əsasən, iki növü vardır:
1. Hadisə haqqında məlumat vermək və ya almaq üçün hazırlanmıs
teleqram.
2. Pul köçürmək üçün istifadə olunan teleqram.
Teleqramın hər iki növünün özünəməxsus doldurma qaydası vardır. Belə ki, birinci növdə məlumat, ikinci növdə pulun miqdarı öz əksini tapır. Teleqramın yazılması barədə asagıdakıları bilmək vacibdir:
1. Ünvan. Səxsin adı, soyadı dəqiq və düzgün olmalıdır;
2. Teleqramın məzmunu yıgcam, aydın və mənalı yazılmalıdır;
3. Mətndən ikimənalı, təhrif olunmus söz çıxarılmalıdır;
4. Rəqəmlər, adətən, hərflə yazılmalıdır.
Teleqramın məzmuna görə formaları rəngarəngdir. Onun ən çox yayılmıs formaları asagıdakılardır:
1. Teleqramın adi forması.
Bu formada olan teleqramda öz əksini tapan sözlərin ümumi miqdarı azlıq təskil edir.
Teleqramın göndərilmə və çatma nöqtəsi üçün ayrılan müddət qeyri-məhduddur.
2. Təcili teleqram forması.
Bu formada olan teleqramda vaxt məhduddur. ən tez zaman ərzində teleqram sahibinə çatdırılmalıdır.
3. Xüsusi teleqram forması.
Bu formada olan teleqramı yazarkən lazımi sənəd – pasport və ya vəsiqə təqdim olunur, yəni teleqram vuran adamın səxsiyyəti müəyyənləsdirilir. Məsələn, ölum haqqında vurulan teleqram buna misal ola bilər. Həmin teleqram həkim tərəfindən təsdiq olunmalı və həkimin adı, soyadı, atasının adı mütləq göstərilməlidir. Bəzən dövlətlər arasında da belə teleqramlardan istifadə edilir. Həmin teleqramı dövlət basçısı imzalayır.
Telefonoqram haqqında
«Telefonoqram» yunanca üç sözün birləsməsindən əmələ gəlmisdir: teleuzaq,
fone-səs; qramma – yazmaq. Müəyyən bir məlumatı, hadisəni telefonla yazılı səkildə lazımi yerə çatdırmaq üçün telefonoqramdan istifadə edilir. Adətən, konfrans, iclas və bəzi yıgıncaqlara məsul səxslər dəvət olunarkən onların ünvanına telefonoqram vurulur. Telefonoqram vurulmazdan əvvəl asagıdakılara riayət etmək lazımdır:
1. Təhrif olunmus, çətin anlasılan sözlər mətndə öz əksini tapmamalıdır;
2.Telefonoqramın nömrəsi göstərilməlidir;
3. Mətndə gün, saat dəqiq göstərilməlidir;

4. Telefonoqramda məsuliyyət dasıyanın vəzifəsi, adı və soyadı düzgün verilməlidir. Qeyd etmək lazımdır ki, digər əməli yazılardan bu və ya digər əlaməti ilə fərqlənən telefonoqramın özünəməxsus xüsusi forması vardır. Hər seydən əvvəl, həmin formaya əməl etmək lazımdır.
Tepkiler:

0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Vacib saytlar