DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

11 Mart 2016 Cuma

Xasiyyətnamə necə yazılır?

Xasiyyətnamə  barədə  məlumat yazın.
“Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər
hansı bir  şəxsin ictimai və  əmək  fəaliyyətini, kollektivdəki yerini təsvir edən rəsmi  sənəd  və  ya xarakteristikadır. Xasiyyətnamənin islənmə  dairəsi genisdir. _s_, rəhbər vəzifəyə  seçildikdə  və  ya dövlət orqanları tərəfindən  tələb olunduqda hər hansı  şəxs haqqında xasiyyətnamə verilir. Belə xasiyyətnamə  əməli yazı növü kimi rəsmi üslubda yazılır. Əvvəlki xasiyyətnamələrd ə  səxsin partiyalılıgı, partiya cəzası olması, siyasi dəyanəti xasiyyətnamədə  mütləq öz əksini tapmalı idi. Buna görə də  xasiyyətnaməni partiya təskilatı katibi də  imzalamalı idi. Xasiyyətnamə belə bir cümlə  ilə qurtarırdı:
«Siyasi cəhətdən dəyanətlidir (dəyanətli deyil)». Müasir xasiyyətnamələr daha
demokratik, daha sadədir. Xasiyyətnaməni yalnız müəssisə  rəhbəri və  həmkarlar
təskilatının  sədri imzalayır. Böyük müəssisələrdə  xasiyyətnaməni söbə müdiri tərtib edir. Xasiyyətnamədə  asagıdakılar öz əksini tapmalıdır: səxsin təvəllüdü; vəzifəsi; milliyyəti; ailə  vəziyyəti; idarə və  əssisədəki  əmək  fəaliyyəti; stajı; əxlaqi-mənəvi keyfiyyəti; öz vəzifəsinə münasibəti.
Xasiyyətnamə   rəsmi  sənəd  oldugu üçün o, rəsmi üslubda yazılmalı,
Xasiyyətnamə  alan adamın müsbət  və  mənfi  cəhətləri  rəsmi dillə  ifadə olunmalıdır.
Heç bir emosional ifadəyə, bənzətmələrə  yol vermək olmaz (Məsələn, Zalım oglu
Səhərdən  axsama  qədər  dəzgah arxasında yoruldum demədən isləyir – kimi cümlələr xasiyyətnamə üçün yolverilməzdir).
Xasiyyətnamənin yazılmasına verilən  tələblər hansılardır?
Xasiyyətnamənin yazılmasına verilən  tələblər asagıdakılardır:
1. Dövlət  sənədi  kimi xasiyyətnaməni idarə rəhbəri verir.
2. Xasiyyətnamədə  bu və  ya digər səxsin ictimai fəaliyyəti, əxlaqı və  siyasi
Keyfiyyətləri obyektiv səkildə ardıcıl sadalanır.
3. Xasiyyətnamədə  kimə, kimdən və  haraya təqdim olunması göstərilir.
4. Dövlətə əhəmiyyətli  bəzi xasiyyətnamələr müzakirə  olunur.
5. Xasiyyətnamələr  vahid  formada yazılır.
6. Xasiyytnamənin həcmi 1-2 səhifədən artıq olmur.
7. Xasiyyətnaməni ən azı iki məsul səxs imzalayır  və müəssisənin möhürü

vurulur.

Xasiyyətnamə nümunələri:
Xasiyyətnamə - Fəridə Fazil qızı Məhərrəmova
            Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllim, Şöhrət ordenli Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Fəridə Fazil qızı Məhərrəmova 1990-cı ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktorudur. Həmin dövrdən indiyədək kollecə ləyaqətlə rəhbərlik edir.
            Bu illərdə Fəridə xanım özünü pedaqoji aləmdə bacarıqlı və işgüzar təhsil işçisi kimi göstərmiş,vəzifəsinin icrasında təlim prosesinin təşkili və maddi-texniki bazanın genişləndirilməsinə xüsusi diqqət yetirmişdir. Rəhbərlik etdiyi tədris müəssisəsində təlim prosesinin təşkilində müntəzəm olaraq yenilikçi ideyaların tətbiqi ilə seçilmişdir.
          Yeni tədris metodlarının hazırlanması, eksperimentlərin keçirilməsi, əldə edilən nəticələrin kollec daxilində və respublika orta ixtisas təhsili məktəbləri arasında yayılması sahəsində onun şəxsi təcrübəsi və təşəbbüsü pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi təhsil ocağı təhsil islahatlarının önündə gedir.
           Pedaqoji təmayüllü orta ixtisas məktəbləri üçün bir sıra fənn proqramlarının, tədris vəsaitlərinin hazırlanması işini düzgün təşkil edir. Onun müasir tələblərə cavab verən yüksək peşəkarlıqla apardığı iş Azərbaycan Dövlət Pedaqoji Kollecinin respublikada pedaqoji təmayüllü orta ixtisas məktəbləri arasında baza müəssisəsinə, pilot məktəbinə çevrilməsinə səbəb olmuşdur.
        Fəridə Məhərrəmova orta ixtisas təhsili sisteminin iş təcrübəsindən, onun təkmilləşdirilməsi yollarından bəhs edən bir çox məqalənin, eyni zamanda çoxlu sayda elmi məqalənin, on bir kitabın və orta ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün ədəbiyyat dərsliyinin müəlliflərindən biridir.
         Bacarıqlı təhsil işçisi olmaqla, Fəridə Məhərrəmova işlədiyi kollektivin dərin hörmətini qazanmış tələbkar və eyni zamanda, qayğıkeş bir rəhbər kimi tanınmışdır.
           Fəridə Məhərrəmova Respublika təhsil işçiləri sırasında nüfuzlu mütəxəssisdir. O, müstəqil respublikamızın təhsil sisteminin inkişafında, ölkəmizin milli təhsil siyasətinin formalaşdırılmasında üzərinə düşən bütün vəzifələri bacarıqlı alim-pedaqoq səriştəsi ilə yerinə yetirir.Yeni təhsil qanununun hazırlanmasında da Fəridə xanımın zəhməti və fəaliyyəti olmuşdur.
         Fəridə Məhərrəmovanın iş təcrübəsini, yenilikçilik və təşkilatçılıq məharətini nəzərə alaraq Təhsil Nazirliyi onu orta ixtisas təhsili sistemində aparılan islahatlar çərçivəsində təhsilin dünya standartlarına uyğun qurulması məqsədilə yaradılan yeni normativ sənədlər hazırlanması üzrə işçi qrupuna sədr təyin etmişdir. Fəridə xanım on iki kitabın, yüzdən artıq, publistik, elmi, pedaqoji məqalənin müəllimidir. O, 2004-cü ildən BDU-nun filologiya fakülrəsinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru kimi fəaliyyət göstərir.
          2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının üzvüdür.
      O, 2004-cü ildən Rusiya Federasiyası Pedaqogika və Sosialogiya Akademiyasının müxbir üzvüdür.
         Fəridə Məhərrəmova ölkənin ictimai həyatında da yaxından iştirak edir. Onun mənəvi-siyasi cəhətdən yetkin ziyalı sözü respublika müəllimlərinin, qadınlarının və YAP-ın qurultaylarında, nüfuzlu yığıncaqlarda həmkarları və ictimaiyyət arasında həmişə rəğbətlə qarşılanır. O, YAP Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədridir.
           Azərbaycan Pedaqoji Kollecində direktor işlədiyi illər ərzində Fəridə xanım Respublika Təhsil Nazirliyinin, Ailə,qadın, uşaq Komitəsinin Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilmişdir.
Respublika Prezidentinin sərəncamı ilə ona Azərbaycan Respublikasının Əməkdar Müəllimi fəxri adı verilmiş, 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Mənə məktəb rəhbərim tərəfindən verilmiş xasiyyətnamə nümunəsi:
X A S İ Y Y Ə T N A M Ə


                                                                       Verilir, 30.12.1986-cı il tarixdə Ağdaş
                                                                  rayonunda anadan olmuş, azərbaycanlı,
                                                                  ali təhsilli, 2005-ci ildən Ağdaş şəhər
                                                                       Pərviz Babayev adına 7 saylı tam orta
                                                                       məktəbində tarix müəllimi işləyən      
                                                                       Bayramova Leyla Bəhman qızına
Leyla Bayramova işlədiyi müddət ərzində səmimiliyi, mehriban rəftarı, işə olan ciddi məsuliyyətinə görə məktəbin müəllim və şagirdləri arasında böyük hörmət qazanmışdır. O, dərslərində müxtəlif səmərəli metodlardan, təlimin texniki vasitələrindən geniş istifadə edir. Müntəzəm olaraq fənn gecələri, disputlar təşkil edib keçirməklə şagirdlərdə bu fənnə böyük maraq yaradır.
Leyla Bayramova 2014-2015 tədris ilində Respublikada keçirilən “Ən Yaxşı Müəllim”  müsabiqəsində iştirak etmiş və yüksək fəallıq göstərərək, Azərbaycan Respublikası prezidentinin 17 dekabr 2014-cü il sərəncamına əsasən “İlin Ən Yaxşı Müəllimi” adına layiq görülmüşdür. İşlədiyi müddət ərzində səmərəli fəaliyyətinə görə məktəb rəhbərliyi tərəfindən dəfələrlə təşəkkür almış heç bir töhmət və xəbərdarlıq almamışdır. Öz üzərində işləmək, təcrübəsini artırmaq məqsədilə, Təhsil Naziliyi tərəfindən təşkil edilmiş layihələrə qoşulmuşdur. Həmin, layihələri təşkil edən Təhsil Nazirliyinin nümayəndələri tərəfindən kurslarda, seminarlarda müəllimlərə dərs demək məqsədilə çağırılmışdır. Seminarlara çağırıldıqdan sonra o, fəaliyyətini daha da artırmış bu istiqamətdə məktəbimiz üçün xeyli işlər görmüşdür. 2012 və 2013–cü illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elektron Müsabiqə”nin fərqlənəni, 2015-ci ildə isə, Təhsildə ən yaxşı metodik tövsiyə/sənəd nominasiyasının “Elektron Təhsil” Respublika müsabiqsəinin qalibi olmuşdur


                      Ağdaş şəhər Pərviz Babayev adına 7 saylı tam orta məktəbin
      Direktoru:                             Nəriman Həsənov

                                                                                 27.10.2015-ci il

21 yorum:

  1. tewekkur edirik .komyimize catdi

    YanıtlaSil
  2. Cox sagolun isimize yaradi..hazir blanklar seklinde xasiyyetname olurmu? Ve umimiyyetle teqdim olunma yeri gosterilmese olarmi?umumilikde verilsin..bir nece yere teqdim etmek mumkun olsun..ve muellimdise sagird ve valideynlerin reylerini nece resmi sekilde qeyd etmek olar?

    YanıtlaSil
  3. Salam mən hərbi xidməti 2017 çi ildə bitirmişəm və mene xidməti xasiyyətnamə verilməyib hal hazırda mən isə qebul olunmağım üçün sənət toplayiram xidməti xasiyyetnameni hardan almaliyam

    YanıtlaSil
  4. Salam.3-cu sinif üçün necə xasiyyətnamə yazılsın? Zəhmət olmasa qeyd edərdiniz!

    YanıtlaSil
  5. Zehmet olmasa evde ferdi ders alan asperger sindromlu uwaq ucun xasiyyetname numunesini de paylawasiniz.tewekkurler

    YanıtlaSil
  6. XAsiyyetnamenin yazilmasi üçün verilen teleblerde 7ci punktda ən azı 2 məsul şəxs yazılıb amma Göstərdiyiniz nümunələrdə bu yoxdur(

    YanıtlaSil
  7. Salam 9 cu sinif üçün xasiyyətnamə nece yazılır

    YanıtlaSil
  8. 1ci sinife geden ywaq ucun xasiyetnamede paylawardiz Zehmet olmasa

    YanıtlaSil
  9. Men qevul imtahani ucun örgenmek isteyirem. Ve bu mene çox yardimci oldu. Teşekkür edirem

    YanıtlaSil
  10. Salam.men dovlet iwine qebul olmaq ucun kohne iw yerimden xasiyyetname isteyirler.kohne iw uerimde ozel maqaza olub.mudurum oturub menimcum xasiyyetname yazacaq biri deyil.men onu hazir wekilde nece ala bilerem

    YanıtlaSil
  11. Salam 11 ci sinif sagirdine nece xasiyyat name yazmaq olar

    YanıtlaSil
  12. Salam 9 cu sinifler üçün xasiyyetname nece yazılmalıdır? Herbi üçün

    YanıtlaSil
  13. Çox faydalı oldu. Təşəkkürlər.

    YanıtlaSil
  14. Salam mühəndis üçün necə yazılmalıdır xasiyyətnamə öncədən təşəkkür edirəm.

    YanıtlaSil
  15. Ardını görmək olmur..

    YanıtlaSil
  16. Salam xəstə uşağa ev təhsili ücün xasiyyetname nece yazilir zehmet olmasa

    YanıtlaSil
  17. Cari ilin məzunları üçün məktəbdən verilən arayış və məktəbdən verilən xasiyyətnamə necə yazılır?

    YanıtlaSil

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar