DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

3 Aralık 2015 Perşembe

Təlimin Qanunauyğunluqları və prinsipləri


Təlim prosesinin özünəməxsus qanunauyğunluqları vardır. Onların dərk edilməsi və düzgün nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Bu halda müəllimin əməyi məqsədyönlü və elmi xarakter daşıyır, təlimin səmərəsi qat-qat artır.
Təlimin qanunauyğunluqları dedikdə bu prosesə obyektiv şəkildə xas olan ümumi, mühüm, sabit və təkrarlanan əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Qanunauyğun prosesləri (hadisələri) öyrənməklə elm müvafiq qanunları müəyyən edir. Təlimin qanunları bu prosesdə özünü göstərən qanunauyğun əlaqələrin mahiyyətinin aydın, dəqiq məntiqi ifadəsidir. Təlimin qanunauyğunluqlarını aşkara çıxarmaqda təlimə bütöv proses kimi, həm də sistemli şəkildə yanaşmaq vacib şərtdir. Bu zaman təlim prosesinin ünsürləri (komponentləri) arasındakı əlaqə və asılılıqları üzə çıxarmaq xüsusi əhəmiyyət kəsb edir. Təlimin ünsürlərinin birində olan dəyişikliklər qanunauyğun olaraq digərlərində dəyişikliyə gətirib çıxarır. Belə qanunauyğun əlaqələr təlim prosesinin bütün ünsürləri arasında (təlimin məqsədi, məzmunu, vasitə və metodları, təşkili formaları, təlimin nəticələri), habelə təlim prosesi ilə onun cərəyan etdiyi şərait arasında özünü göstərir. 
Göstərilən qanunların mahiyyətini qısaca nəzərdən keçirək:
I qanun: təlim prosesi, onun məqsəd və məzmunu, təşkili vasitələri cəmiyyətin tələbatı ilə və həyatla nə qədər düzgün və dolğun əlaqələndirilirsə, təlimin səmərəsi, keyfiyyəti bir o qədər yüksək olur.
II qanun: təlimdə təhsil, tərbiyə və şəxsiyyətin inkişafı prosesləri qarşılıqlı əlaqədə aparıldıqda onların hər birinin səviyyəsi daha da yüksəlir.
III qanun: təlimin məzmunu və təşkili elmilik və sistematiklik baxımından nə qədər düzgün qurulursa, mənimsəmənin keyfiyyəti də bir o qədər yüksək olur.
IV qanun: təlimdə mücərrəd anlayışların mənimsənilməsi konkret faktlarla nə qədər düzgün və dolğun əlaqələndirilirsə, şagird anlayış və qanunları bir o qədər yaxşı dərk edir, ümumiləşdirmə prosesi daha səmərəli olur.
V qanun: şagird mənimsəmə prosesinə nə qədər şüurlu və fəal yanaşırsa, təlimin səmərəsi də bir o qədər yüksəlir. Əksinə, passivlik, əzbərçilik mənimsəmənin keyfiyyətinə mənfi təsir göstərir.
VI qanun: təlimin məzmunu onun məqsədinə, vasitə, metod və formaları isə məzmun və məqsədə uyğun seçilib tətbiq edildikdə bütövlükdə təlim prosesi yüksək səmərə verir, onun optimal təşkilinə imkan yaranır.
VII qanun: təlim prosesi şagirdin real təhsil imkanlarını - yaş və fərdi xüsusiyyətlərini, inkişaf səviyyəsini nəzərə almaqla qurulduqda təlimin keyfiyyəti yüksəlir, təlimə maraq artır.
VIII qanun: təlim prosesi lazımi şəraitdə cərəyan etdikdə onun səmərəsi artır və əksinə.
IX qanun: təlimdə bilik və bacarıqlar vaxtında nə qədər möhkəmləndirilirsə, şüurlu şəkildə təkrar və tətbiq edilirsə, təlimin nəticəsi, mənimsəmənin səviyyəsi bir o qədər yüksək olur.
Təlimin nəzərdən keçirilən qanunlarının təsnifatı şərti xarakter daşıyır. Çünki təlimin bir çox qanunauyğunluqları müxtəlif təlim ünsürləri ilə bağlı olur. Məsələn, təlimin cəmiyyətin tələbatı ilə əlaqəsi qanunu təkcə məqsəd ünsürünü yox, onun vasitəsilə digər ünsürləri də əhatə edir. Təsnifat zamanı bu və ya digər qanunun təlimin hər hansı ünsüründəki dominant (aparıcı) rolu nəzərə alınmışdır.
Təlimin qanunauyğunluqları müvafiq təlim prinsiplərində öz əksini tapır.
TƏLİM PRİNSİPLƏRİ- Ümumiyyətlə prinsip insanların hər hansı istənilən fəaliyyət prosesində istinad etdiyi, rəhbər tutduğu qaydalar sistemidir. Təlim prinsipləri öyrədənin (müəllim, təlimatçı, usta və s.) öyrətmə prosesində, biliklərə yiyələnmə prosesində əsaslandığı qaydalar, qanunlar sistemidir. Təlim prinsipləri təlimin bütün mərhələlərində, öyrətmənin yerindən, yaşından asılı olmayaraq bütün mərhələlərində ən ümumi cəhətlərini əhatə edir. Təlimin məqsədlərinin səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təlim prinsipləri təlim məqsədlərindən asılı olaraq dəyişir.
Öyrətmə təcrübəsi, müəllim və öyrətmə ilə məşqul olan digər şəxslərin təcrübəsi, ümumiləşdirilmiş qənaətləri və s. təlim prinsiplərinin mənbəyidir. Bura həmçinin klassik pedaqoqların təlim haqqındakı nəzəri fikirləri də daxildir. Pedaqoqika tarixində təlim prinsipləri müxtəlif mənbələrə istinad edilərək müəyyən edilmişdir. Məsələn Y.A.Komenski təlim prinsiplərini təbiətəvarilik əsasında müəyyən etmişdir.
Təlim prinsipləri haqqındakı mövcud nəzəri və təcrübi fikirləri ümumiləşdirərək aşağıdakı şəkildə təsnif etmək olar:
1.Təlimin həyatla, quruculuq işi ilə əlaqələndirilməsi.
2.Təlimin mövcud əxlaq normalarına uyğun tərbiyələndirməsi.
3.Müvafiqlik.
4.Fərdi yanaşma.
5.Əyanilik.
6.Şüurluluq və fəallılıq.
7.Sistematiklik və ardıcıllıq.
8.Biliklərin möhkəmləndirilməsi.

Əyanilik prinsipi dərk etməni real əyşa və ya hadisələr, faktlar üzərində qurmağa deyilir. Məşhur çex pedoqoqu Y.A.Komenski əyaniliyə yüksək qiymət verərək onu müəllimlər üçün «qızıl qayda» adlandırılmışdır. Qeyd etmişdir ki, mənimsəmə prosesində nə qədər çox hiss üzvləri iştirak edərsə qavrama bir o qədər səmərəli olar.
Mənimsənilən materialın konkret əşya və hadisələr üzərində qurulması, onun haqqındakı məlumatı dəqiqləşdirir, daha da aydın və dürüst dərk etmə imkanı yaradır. Əşya haqqında (məlum olmayan) şifahi sözlə məlumat əvəzinə özünün təqdim olunması mənimsəmədə eyni zaman da bir neçə hiss üzvünün iştirakını təmin etdiyi üçün, əşya aydın mənimsənilməklə yanaşı uzun müddət yadda qalır, hafizədə özünə daha möhkəm yer edir. Bu həmçinin materialın şüurlu mənimsənilməsinə də imkan yaradır. Hər kəsə öyrəndiyini görmə, toxunma, üzərində iş aparma imkanı verilir.
Əyanilik təlimin bütün sahələrində,bütün mərhələlərində aktualdır. Bu əsasən əşya və ya hadisə haqqında ilk tanışlıq zamanı müsbət nəticə verir. Təhsil müəssisələrində bu əvvəlcədən düşünülmüş xüsusi sistem əsasında aparılır.

Mədəniyyət və incəsənət müəssisələrində aparılan təlim tipli məşğələlərdə də bu xüsusilə nəzərə alınmalıdır. Məsələn musiqi, dərnəklərində musiqi alətini tutma, ifanın xüsusi elementləri müəllim tərəfindən göstərilməklə yanaşı xüsusi şəkillər vasitəsilə də çatdırılmalıdır. Rəqs dərnəklərində rəqsin özünü, ifa tərzlərini əks etdirən şəkil və plakatlardan istifadə edilməlidir.
Yaşlılar və gənclər üçün texniki və digər yaradıcılıq dərnəklərində isə vəziyyət başqadır. Beləki, bu dərnəklərdə irəli sürülən hər bir «yeni» mütləq köhnənin üzərində onun yenidən təhlili və tərkibi üzərində qurulur. Burada da əyani şeylərlə yanaşı onun şəkli, sxemi, maketi üzərində də işləmək olar.
Deməli əyanilik təlimin bütün səviyyələrində biliyin asan mənimsənilməsini, əşya və hadisələr haqqında düzgün təsəvvürlər yaranmasını, nitq və təfəkkür inkişafını, biliklərin uzun müddət hafizədə qalmasını, dərsin maraqlılığını öyrənənlərin fəallığını və s. təmin edir. Bu prinsip öyrənənlərin yaş, intelektual, ümumiyyətlə inkişaf səviyyələrinə uyğun şəkildə tətbiq edilməlidir.
Təlim məqsədərinin-dedikdə məzmun tərəfi öyrəniləcək bilik, bacarıq və vərdişlər nəzərdə tutulur.Təhsil məqsədlərinin məzmunu və sistemi fənn kurikulumlarında əks olunur.Təlim məqsədləri 3 aspektdə -təhsil,inkişaf və tərbiyə aspektində açıqlanır.Müasir psixologiyada bu problemin yeni konsepsiyaı-taksanomiya konsepsiyası formalaşıb.

Taksonomiya-yunan sözüdür(“Taxus”-qayda ilə yerləşmə + “ Namos”- qanun deməkdir). Təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatına taksonomiya deyilir. Şəbəkələr düzülüşünə malik olan mürəkkəb fəaliyyət sahələrinin sistemli nəzəriyyəsinə taksonomiya deyilir.
Təlim məqsədlərinin taksonomiyası tədris prosesinin elmi-metodik səviyyədə planlaşdırmaq və onun nəticəsini ölçmək imkanını verir.
Amerika psixoloqu B.Blumun taksonomiyası 4 prinsip əsasında yaradılmışdır:
Praktik istiqamət prinsipi- taksonomiya məqsədəuyğunluq nəzəriyyəsini əks etdirməli, müəllim-praktik üçün effektiv vasitə olmalıdır. 
Psixoloji prinsip: taksonomiya psixologiya elminin müasir nəaliyyətlərinə əsaslanmalıdır.
Məntiqlilik prinsipi: taksonomiya məntiqi baxımdan tamamlanmış və mükəmməl daxili bitkinliyə malik olmalıdır.
Obyektivlik prinsipi: məqsədlərin təsnifatı onların dəyərlərinin təsnifatı demək deyil. 
Blumun taksonomiyası ən universal bir model kimi tədbiq olunmaqdadır. Bu taksonomiyalar sadədən  mürəkkəbə doğru düşünmə bacarıqlarının 6 səviyyədə təşkilini təmin edir.
Bu prinsiplər nəzərə alınmaqla koqnitiv sahədə təlim məqsədlərinin bilik, analama, tədbiq, analiz, sintez, qiymətləndirmə kimi 6 səviyyəsi müəyyənləşdirilmişdir. 
Analiz+sintez=təfəkkür-B.Blum taksonomiyasının əsas taksonomik düsturu belədir.
Təfəkkür prosesi- hər şeydən əvvəl analiz, sintez və ümumiləşdirmə prosesidir. Düşünmək, fikirləşmək-fundamental psixoloji fenomendir. Fikirləşmək bacarığı B.Blumun taksonomiyasında spesifik təlim məqsədidir. B.Blum şagirdlərin qeyri-adi “fikirləşmə” fenomeninin mənimsənilməsinin inkişaf konsepsiyasının prioritet sahəsi hesab edirdi. “Fikirləşmə” fenomenini həmişə görkəmli mütəfəkkirlər köklü psixoloji ölçülərlə dəyərləndirmişlər. T.Edisson deyirdi: sivilizasiyanın başlıca məqsədi insana fikirləşməyi öyrətməkdir. L.N.Tolsdoy vaxtı ilə bu məsələni açıqlamışdır: Biliyi yaddaşa görə deyil, Mühakiməyə görə qiymətləndirmək lazəmdır. Onun fikrincə bilik ancaq o zaman bilik olur ki, hafizə ilə deyil, fikrin öz səyi ilə mənimsənilir.
Dövrün pedoqoji təfəkkürünün meyarlarını əks etddirən təlim məqsədləri tədqiqad obyekti kimi Ə.Əlizadə yaradıcılığında önəmli yerlərdən birini tutur. Təlim anlamının 3 köklü meyarının- təhsil, inkişaf və tərbiyyə meyarlarının yeni pedoqoji təfəkkürün uğurları kimi qiymətləndirən Ə.Əlizadə 1996-cı ildən Azərbaycanda ilk dəfə təlim məqsədlərini sistemli şəkildə xarakterizə etmək üçün “ taksonomiya” anlamından istifadə edib.
Ə. Əlizadə ilk dəfə üç tərkibli taksonomiya yaratmışdır. Əsas taksonomik kateqoriyalar 1-ci bölmədə- təhsil, 2-ci bölmədə inkişaf etdirici, 3-cü bölmədə tərbiyə edici təlim məqsədlərinə görə təsnif olunmuşdur. 1 ci bölmə 2 blokdan ibarətdir 1. bilik, 2. bacarıq və vərdişlər sistemi. 
Müəllif 1-ci blokun mahiyyətini belə açıqlayır: şagirdlərdə nəzəri təfəkkürü formalaşdırmaq üçün tədris materialı müxtəlif istiqamətlərdə araşdırılmalıdır. 1-ci bölmənin 2-ci bloku bacarıq və vərdişlərin sistemli öyrədilməsini nəzərdə tutur. 2 ci bölmə isə dərsin inkişaf etdirici məqsədlərini əks etdirir. İntellektin strukturu və inkişafı problemi sayəsində aparılmış tədqiqatların nəticələrinə əsasən 2 ci bölmədə təfəkkür, təxəyyül və hafizənin inkişafına xüsusi diqqət yetirilmişdir. Ə.Əlizadə taksonomiyasında təhlil və tərkib idrak fəaliyyətinin “ ümumu məxrəci kimi dəyərləndirilir, onların əsasında bütün fikri proseslərin eləcədə tədris əməliyyatlarının və intellektual bacarıqlarının formalaşması nəzərdə tutulur. 3-cü bölmədə şəxsiyyətin formalaşması ilə bağlı bütün ölçüləri özündə birləşdirən təlimin tərbiyəedici məqsədləri təsnif edilir. 
1. Təhsil taksonu.
a) faktorları bilmək;
b) ümumi məfhumları, funksiyaları, səbəb- nəticə əlaqələrini bilmək;
c) hadisələri izah və şərh etmək ;
ç) Bacarıq və vərdişlər sistemini bilmək

Aktivliyin 1-ci dərəcəli instrumental əsası bilikdir. Bəzi psixoloji konsepsiyalarda insanın dünyaya instrumental münasibəti sosializasiya prosesləri kimi mənalandırılır.
Pedoqoji psixologiyada biliyin özünəməxsus təfsiri var. Petrovskinin qeyd etdiyi kimi bilik dünya haqqında məlumat deyil onun funksional aspektləri var. Bilik vasitəsilə insanlar sosial münasibətlər sisteminə qoşulur. Öyrənmə taksonomiyasında biliklər müxtəlif konteksdə açıqlanır. Biliklər aktivliyin instrumental əsasıl kimi vərdişlər və bacarıqlarla şərtlənir. Bu prosesdə fəaliyyət avtomatlaşmır, ancaq onun müəyyən elementləri avtomatlaşır.
Bu kökdə bacarıqlar əmələ gəlir. Bacarıqlar kökündə davranış və fəaliyyət modelləri mənimsənilir. Öyrənmə prosesinin əsaslı vasitələrindən biri xatırlama ilə bağlıdır. Xatırlama mahiyyətcə H afizə fenomenidir. Biliklərin tədbiqi prosesində yaradıcı təfəkkürün və yaradıcı təxəyyülün rolu böyükdür. Ancaq bu prosesdə aktivliyin vərdişlər və bacarıqlar kimi instrumental əsasları mühüm rol oynayır.
Qiymətləndirmədə ideyalar, məlumatlar, haqqında mühakimə yürütmək, mühüm qərarlar çıxartmaq, münasibət bildirmək sinif məkanında qiymətləndirmə mühüm yer tutur. 
2-ci inkişaf taksonları: 
1. analiz
2. sintez
3. müqayisə
4. ümumiləşdirmə
5. mücərrədləşdirmə
6. aglın keyfiyyətləri
7. koqnitiv və kreativ proseslər

inkişaf taksonları çox cəhətlidir. Analiz-sintez prosesləri təfəkkürün başlıca otributudur. Lakin bu prosesə sistemli yanaşmaq şagirdlərdə müqayisə, ümumiləşdirmə və mücərrədləşdirmə əməliyyatlarının formalaşmasına xüsusi diqqət yetirilməlidir. Intellektin sturukturunda əqli keyfiyyətlərin rolu önəmlidir. Şagirdlərdə əqli keyfiyyətlərin formalaşması onların intellektual inkişafının mühüm istiqamətlərindən biri olmalıdır. Agılın dərinliyi, genişliyi, sürəti, müstəqillyi v.s son dərərcə dəyərli keyfiyyətlərdir. Onlar bir-biri ilə əlaqədardır. 
Inkişaf taksonlar sistemində təfəkkürün, təxəyyül, hafizə və nitqin inkişafı problemlərdə aid edilib. 
Taksonda təfəkkür və əqli keyfiyyətlər psixoloji aspektd ayird edilir və şərtləndirilir. 
2- ci inkişaf taksonu; 
a) nəzəri təfəkkür;
b) intellektual hisslər;
c) təxəyyül
ç) intellektual bacarıqlar 
d) nitq materiallarını öz sözləri ilə nəql etmək;
e) tənqidi təfəkkür

3- cü Tərbiyə taksonu:
a)tarixi yaddaş;
b) mənlik şüuru; 
c) özünü dərk etmə;
ç) özünü qiymətləndirmə;
d) emosional qiymət;
e) milli mənəvi keyfiyyətlər;
Ə.Əlizadənin 3 tərkibli taksanomiyasının yeni variantı: 
Öyrənmə-İnkişaf-mədəniyyət.
1-ci öyrənmə taksonları 
1. bilik
2. vərdiş 
3. bacarıq
4. anlama 
5. tədbiq
6. qiymətləndirmə.
Təlim prosesinin quruluşu (ünsürləri). Təlim prosesi özünə məxsus quruluşa malikdir. O, fəaliyyətin bütün ünsürlərini özündə əks etdirir. Təlim prosesinin ünsürlərinə təlimin məqsədi, motivləri, məzmunu, vasitə və metodları, təşkili formaları, təlimin nəticələri daxildir. Bütöv təlim prosesində bu ünsürlər qarşılıqlı vəhdətdə özünü göstərir. 
Təlim prosesi:
Təlim prosesinin ünsürləri arasında qanunauyğun əlaqə və asılılıq vardır. Hər bir əvvəlki ünsür özündən sonrakıları şərtləndirir; hər bir sonrakı ünsür özündən əvvəlkilərə istinad edir. Təlimin məqsədi onun məzmununu, onlar birlikdə vasitə, metod və formaları müəyyən edir. Təlimin gedişinə nəzarət məqsədin yerinə yetirilməsinə, fəaliyyəti tənzimləməyə xidmət göstərir. Təlim prosesinin bütün ünsürləri birlikdə son nəticəni təmin edir.
Təlim prosesi şagirdin (tələbənin) idrak yolundakı hərəkəti ilə bağlıdır: o, biliksizlikdən bilikliliyə doğru inkişaf edir. Təlim prosesinin xarakteri, məzmunu və təşkili formaları cəmiyyətin tələbi ilə, elmi-texniki tərəqqinin təsiri ilə müəyyən olunur. 
Təlim prosesi özü də inkişaf edir. Bu inkişafın mənbəyi ziddiyyətlərlə bağlıdır.
Təlim prosesinin ziddiyyətləri. Təlim prosesi üçün xarakterik ziddiyyətlər bunlardır: cəmiyyətin artan tələbləri ilə təlim prosesinin real imkanları arasında ziddiyyət; yeni vəzifələrlə təlimin mövcud səviyyəsi arasında ziddiyyət; müəllimin öyrətmə fəaliyyəti ilə şagirdin (tələbənin) öyrənmə fəaliyyəti arasında ziddiyyət; şagirdin (tələbənin) qavraması və anlaması arasında ziddiyyət; mövcud biliklərlə onları tətbiq etmək bacarıqları arasında ziddiyyət və s.

Müəllim təlim prosesindəki ziddiyyətləri görməli və onların ardıcıl həllinə nail olmalıdır. Göstərilən ziddiyyətlərin həll olunması təlim prosesi və onun tərkib hissələrinin (təlimin məzmunu, metod və formalarının) inkişafı və təkmilləşdirilməsinə, şagirdlərin dərin biliklərə, bacarıq və vərdişlərə yiyələnməsinə, zehni inkişafın, fəallıq və müstəqilliyin güclənməsinə səbəb olur.
Təlim prosesinin ziddiyyətlərini nəzərə almaqla müəllim bu prosesi daha səmərəli qurmağa, təlimin qarşısında duran funksiyaları daha müvəffəqiyyətlə yerinə yetirməyə çalışmalıdır.
Pedaqoji ziddiyyət anlayışı. Pedaqoji prosesdə ziddiyyətlər məsələsi pedaqogikada köklü məsələlərdən biridir. Bu məsələnin düzgün başa düşülməsi və elmi şərhi pedaqogikanın digər məsələlərinin uğurlu həlli üçün xüsusi əhəmiyyət kəsb edir.
Ziddiyyətlər özlüyündə pedaqoji prosesin irəliyə hərəkətini ləngidən amillərdən biridir. Təlim və tərbiyədə, bütövlükdə pedaqoji prosesdə müşahidə olunan uyğunsuzluqlar, ziddiyyətlər aradan qaldırıldıqda hərəkətverici qüvvəyə çevrilir. Deməli, pedaqoji prosesin səmərəsini azaldan uyğunsuzluqlar onun ziddiyyətləridir. Bu cür ziddiyyətlərin aradan qaldırılması, dəf edilməsi isə pedaqoji prosesin hərəkətverici qüvvəsidir.
Pedaqoji prosesin ziddiyyətləri iki qrupa ayrılır: zahiri ziddiyyətlər və daxili ziddiyyətlər.
Zahiri ziddiyyətlər. zahiri ziddiyyətlər müxtəlif səciyyəli olur: tədris müəssisəsi qarşısında qoyulan vəzifələrlə onun imkanları arasında uyğunsuzluqlar; pedaqoji təsirlərlə sosioloji təsirlər arasında uyğunsuzluqlar; şəxsə ailənin təsiri ilə tədris müəssisəsinin təsiri arasında uyğunsuzluqlar; ayrı-ayrı müəllimlərin tələbəyə təsirləri arasında uyğunsuzlar və s.
Bu cür uyğunsuzluqlar, yəni ziddiyyətlər dərk edilmədikdə və ya onlara laqeydlik göstərildikdə təlim və tərbiyənin səmərəsi azalır.
Tədris müəssisəsinin və ailənin şagirdə təsirindəki fərq də pedaqoji işə mane olur. Tədris müəssisəsinin, müəllimlərin şagird qarşısında qoyduğu tələbələrin pedaqoji mənasını lazımınca başa düşməyən valideynlər, istər-istəməz pedaqoji işi çətinləşdirirlər. belə hallarda tədris müəssisəsi də, müəllim də şagirdlərin (tələbələrin) gözü qarşısında nüfuzdan düşə bilir. Bu səbəbdən də tədris müəssisəsi valideynlər arasında əlavə iş aparmalı olur, uyğunsuzluğu aradan qaldırır.
Zahiri ziddiyyətlər pedaqoji işi çətinləşdirərək onun səmərəsini azaldırsa, bu ziddiyyətləri vaxtında görmək, onları dəf etmək üçün əməli fəaliyyət göstərmək pedaqoji işin səmərəsini artırır, pedaqoji prosesin hərəkətverici qüvvəsinə çevrilir.
Pedaqoji prosesin cərəyan etdiyi mühit amillərindən ona təsir göstərərək gedişinin çətinləşdirən, lakin aradan qaldırılması mümkün olan uyğunsuzluqlar zahiri ziddiyyətlərdir.
Daxili ziddiyyətlər.
Pedaqoji ziddiyyətin daxili ziddiyyətləri də az deyildir. Pedaqoji prosesə cəlb olunmuş şəxs qarşısında qoyulan ictimai əhəmiyyətli vəzifələrlə bu vəzifələrin öhdəsindən gəlmək üçün onun mövcud marağı arasında uyğunsuzluq; ətraf mühitə şüurlu münasibət göstərməyin əhəmiyyətinin getdikcə artması ilə belə bir münasibətin reallaşmasına imkan verən bilikləri mənimsəməyin zəruriliyini şəxsin lazımınca dərk edə bilməməsi arasında uyğunsuzluq; doğma yurdun əsl vətəndaşı olmağın obyektiv zəruriliyi ilə həyat təcrübəsinin şəxsdə azlığı arasında uyğunsuzluq; seçilmiş məqsədlə şəxsin subyektiv imkanları arasında uyğunsuzluq; şəxsin nail olduğu psixoloji inkişafın səviyyəsi ilə onun həyat tərzi arasında uyğunsuzluq; şəxsdə işləmək, bilikli və bacarıqlı olmaq arzusu ilə işin çətinliyi arasında uyğunsuzluq; şəxsin fəaliyyət motivləri arasında uyğunsuzluq və s. buna misal ola bilər.
Şəxs həm fiziki, həm psixoloji, həm də mənəvi cəhətdən daim inkişaf edir. Onun ailədə də məktəbdə həyat tərzi isə çox halda o qədər də dəyişmir. Valideyn də, müəllim də, bəzən şəxsə dünənki gözlə baxır, dünənki ölçü ilə yanaşır; uşağın başqalaşdığını, onda əmələ gələn yeni keyfiyyətləri vaxtında sezə bilmirlər. şəxsin yeni inkişaf səviyyəsi ailədə və məktəbdə onun həyat tərzinə uyğun gəlmir: ziddiyyətlər üçün zəmin yaranır. Ziddiyyətləri pedaqoji yolla qaldırmaq əvəzinə, həyat tərzini təkmilləşdirmək və pedaqoji təsir vasitələrini yeniləşdirmək, çox halda şəxsdə baş qaldıran yeni keyfiyyətləri məhdudlaşdırmaq, hətta onların qarşısını almaq üçün tənbehedici tədbirlərə əl atılır. Nəticədə ziddiyyətlər daha da dərinləşir.
Maddi və mənəvi ehtiyaclar adamı fəaliyyətə təhrik edən güclü amillərdəndir. Şəxs yeməyə və geyməyə ehtiyacını ödəmək üçün müəyyən fəaliyyət göstərdiyi kimi, idmana, bədii ədəbiyyata, musiqiyə, texniki yaradıcılığa və s. olan ehtiyacını ödəmək üçün də zəhmət çəkməli olur. Lakin ehtiyacla onun ödənilməsindəki çətinlik arasında ziddiyyət yarana bilir. Məsələn, kimsə gözəl şəkil çəkmək istəyir, buna ehtiyac hiss edir. Amma gözəl rəsm əsəri yaratmaq çətin başa gəlir, bəzilərində alınmır. Yaxud, o, şer yazmaq həvəsinə düşür, yazdığı şer ürəyinə yatmır, çətinliyi duyur, həvəsdən düşə bilir. Deməli, hər hansı ehtiyacı ödəmək üçün çətinliyi duymaq azdır, bu çətinliyi aradan qaldırmağa hazır olmaq, onun öhdəsindən gəlmək də tələb olunur. Zəhmətdəki çətinliyi duymağı da, onu dəf etməyi bacarmağı da gənc nəslə öyrətmək gərəkdir: ehtiyacı ödəmək isə çətinliksiz mümkün deyil.
Gənc nəslin müxtəlif inkişaf mərhələsində sərbəstliyə meyli ilə yaşlıların himayədarlığı arasında ziddiyyətlər olur. Məsələn 2-3 yaşlı uşağın əlindən tutub yerində “özüm-özüm” deyir. Yaxud, sərbəstliyə can atan yeniyetmə qabarıq ifaqə olunan hər cür himayədarlığa qarşı çıxır. Sərbəstliyə meyl tələblərdə daha güclü olur. Bu cür ziddiyyətlər düzgün pedaqoji rəhbərlik sayəsində asanlıqla həll edilir. Belə rəhbərliyin olmadığı şəraitdə şəxsdə tərslik baş qaldıra, əsəbilik arta bilir; intizamsızlığa yol açılır.
Pedaqoji proses ünsürlərinin təsiri ilə şəxsin psixologiyasında yaranan və həlli mümkün olan uyğunsuzluqlar onun daxili ziddiyyətləridir.
Zahiri ziddiyyətlərdə olduğu kimi, daxili ziddiyyətlərin vaxtında duyulması və aradan qaldırılması üçün tədbirlər görmək pedaqoji prosesin səviyyəsini yüksəldir. Bu, müəllimin, valideynin və digər tərbiyənin yüksək pedaqoji ustalığa malik olduğunu göstərən vacib meyarlardan biridir.


0 yorum:

Yorum Gönder

Paylaşımlar ilə bağlı fikirlərinizi bildirə və sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz.

Məşhur Postlar

Səhifələr

Vacib saytlar